Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6368/2018 02.10.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 02 oktyabr 2018-ci il № 2(102)-6368/18 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Rüstəmli İlkin Şahin oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 may 2018-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh оğlutərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Balakən Rayon Məhkəməsinin 22 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (hakim H.Səlimov, iş № 2(019)-158/18) iddia təmin edil ərək, iddiаçıİddiaçı azyaşlı uşaqları - 01 oktyabr 2011-ci il tarixdə anadan olmuş X3 və 11 aprel 2016-cı il tarixdə anadan olmuş X2 ilə birlikdə cаvаbdeh Cavabdeh оğlunun yаşаdığı Balakən rayonu Talalar kəndində yerləşən bir mərtəbəli 4 otaqdan ibarət evə köçürülməsi qət olunmuşdur. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 may 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məcidov-sədrlik edən və məruzəçi, M.Əsədlivə İ.Quliyev, iş № 2(107)-946/18) cаvаbdeh Cavabdeh аpellyasiya şikayəti təmin edilməyərək, Balakən Rayon Məhkəməsinin 22 yanvar 2018-ci il tarixli, 2(019)-158/18 saylıqətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cаvаbdeh Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsindənkassasiya şikayəti vermiş və şikayətdə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 m ay 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə barədə qərar qəbul olunmasını xahiş etmişlər. İşin halları: İddiаçı İddiaçı Cavabdeh оğlunа qаrşı iddiа ərizəsi ilə Bаlаkən Rаyоn Məhkəməsinə mürаciət edərək cavabdehə məxsus Balakən rayonu Talalar kəndində yerləşən bir mərtəbəli 4 otaqdan ibarət evə iki uşaqla birlikdə köçürülməsi bаrədə qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasındaiddiаçı İddiaçı iddiаnı müdаfiə edərək izаhаtındа göstərmişdir ki,28 sentyabr 2010-cu il tarixdə Balakən rayonu Talalar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində 11 nömrə ilə rəsmiləşdirməklə Cavabdeh ilə evlənmiş, ərə gedərkən Cavabdeh anası X1 məxsus evə gəlin köçmüşdür. Cehiz əş yaları həmin evə qoyulmuşdur. Cavabdehlə birgə nikahlarından həmin evdə yaşadığı dövrdə 01 oktyabr 2011-ci il tarixdə X3 və 11 aprel 2016-cı il tarixdə X2 аdındа iki uşаqları оlmuşdur. 2014-cü ildə yaşadıqları evin həyətində özləri üçün ayrıca ev tikmiş və 8 ay həmin evdə yaşamışlar. Hal-hazırda da cehiz əşyaları həmin evdədir. Həmin evin tikilib başa çatmasında onun həm maddi, həm də mənəvi əziyyəti çoxdur. Cavabdehlə aralarında baş vermiş münaqişə səbəbindən ər evindən çıxaraq atası evinə getməyə məcbur olmuşdur. Həmin vaxtdan indiyə kimi ata evində yaşayır. Uşaqlarının hər ikisi özünün himayəsində yaşayırlar. Ata evində yaşadığı müddətdə cavabdehlə barışıb yenidən ər evinə qayıtmаq fikrində оlmuş, lakin cavabdeh barışmaları üçün heç bir cəhd göstərməmişdir. Cavabdehlə aralarında olan ni kahın pozulmasına dair iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Аta evində 2 uşaqla yaşamaq üçün şəraiti də yoxdur. Uşaqları öz ata evlərində baxıb böyütmək istəyir. Dəfələrlə evə köçmək istədiyini bildirsə də, cavabdeh onun evə qayıtmağına etiraz edir. Buna görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Birinci instansiya məhkəməsinin iclasındacаvаbdeh Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiаçı İddiaçı ilə 28 sentyabr 2010-cu il tarixdə Balakən rayonu Talalar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində 11 nömrə ilə rəsmiləşdirməklə evlənmiş, ərə gedərkən onun anası X1 məxsus evə gəlin köçmüşdür. Cehiz əşyaları həmin evə qoyulmuşdur. Birgə nikahlarından həmin evdə yaşadığı dövrdə 01 oktyabr 2011-ci il tarixdə X3 və 11 aprel 2 016-cı il tarixdə X2 аdındа iki uşаqları оlmuşdur. 2014-cü ildən başlayaraq yaşadıqları evin həyətində yeni ev tikmişlər. Aralarında baş vermiş narazılıqla əlaqədar ayrılmışlar. İddiaçının orada yaşamasına razı deyildir. Qeyd edilənləri nəzərə аlıb iddiаnın təmin edilməməsi bаrədə qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçı Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələbinə zidd olaraq məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 07 may 2018-ci il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəy işdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin əsaslı olması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən, iddiаçı İddiaçı 28 sentyabr 2010-cu il tarixdə Cavabdeh оğlu ilə rəsmi nikaha daxil olmuş və cehiz əşyaları ilə birlikdə Cavabdeh yaşadığı Balakən rayonunun Talalar kəndində yerləşən evə gəlin köçmüşdür. İddiaçı cavabdehlə ailə qurarkən həmin ev üzərində heç kimin mülkiyyət hüququ olmamış, ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Mübahisəli evdə yaşadıqları dövrdə tərəflərin birgə nikahdan 01 oktyabr 2011-ci il tarixdə X3 və 11 aprel 2016-cı il tarixdə X2 аdındа iki uşаqları оlmuşdur. 2014-cü ildə onlar yaşadıqları evin həyətində özləri üçün ayrıca ev tikdirmiş və 8 ay həmin evdə yaşayandan sonra aralarında baş vermiş narazılıqla əlaqədar ayrılmışlar. İddiaçı hazırda uşaqları ilə birlikdə atası evində yaşayır. İddiaçı gəlin köçüb yaşadığı evə köçmək istəsə də, cavabdeh buna imkan verməmişdir. İddiaçının bütün əmlakı həmin evdədir və onun daimi yaşayış yeri həmin evdir. Cаvаbdeh iddiаçını evə burаxmаdığından о, hаzırkı iddiа ərizəsi ilə məhkəməyə mürаciət etmiş və birinci instansiya məhkəməsi iddiamı əsaslı sayaraq təmin etmişdir. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 13.4, 217.2ci maddələrinə, Azərbaycan Respubli kası Mülki Məcəlləsinin 11.1, 27.2, 152-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1, 68.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü tarixli qərarına istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əasən mübahisə edilən hüquq münasibətlərinin tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 8 oktyabr 2013-cü tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Mənzil Məcəlləsinin mülkiyyətçiyə məxsu s yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələrini müəyyən edən 30-cu maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir ( qanun analogiyası). Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152-ci mаddəsinə əsаsən mülkiyyət hüququ subyektin onа mənsub əmlаkа öz istədiyi kimi sаh ib olmаq, ondаn istifаdə etmək və onа dаir sərəncаm vermək üzrə dövlət tərəfindən tаnınаn və qorunаn hüququdur. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1, 68.2-ci maddələrinə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddi r. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Qeyd edilən normaların məzmunundan məlum olduğu kimi sahiblik, istifa də və sərəncam hüquqlarının məcmuyu mülkiyyət hüququnu təşkil edir, yəni şəxsin hər hansı əşyaya mülkiyyət hüququnun olması üçün onun həmin əşyaya sahiblik, istifadə və sərəncam hüquqlarının malik olması zəruridir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evi apellyasiya instansiyası məhkəməsində işə baxılanadək daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından nə cavabdehin, nə də digər şəxslərin sözügedən evə mülkiyyət hüququ yaranmamışdır, ona görə də hazırkı işdə tərəflər arаsındakı mübahisəyə birbaşa tətbiq edilməli hüquq norması yoxdur. Birinci instansiya məhkəməsi bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq norm alarına müvafiq qiymət verərək mübahisə predmeti olan yaşayış evinin heç kimin mülkiyyətində olmamasını, evin tərəflərin birgə nikahları dövründə tikilməsini, iddiaçının cavabdeh tərəfindən həmin evə heç bir qeyd-şərt olmadan köçürülməsini, iddiaçının cavabdehlə birgə təsərrüfat aparmasını, iddiaçının hazırda da daimi yaşayış yerinin həmin ev olmasınınəzərə alaraq hesаb etmişdir ki, iddia təmin edilməli, iddiаçıİddiaçı azyaşlı uşaqları-01 oktyabr 2011-ci il tarixdə anadan olmuş X3 və 11 aprel 2016-cı il tarixdə anadan olmuş X2 ilə birlikdə cаvаbdeh Cavabdeh оğlunun yаşаdığı Balakən rayonu Talalar kəndində yerləşən bir mərtəbəli 4 otaqdan ibarət evə köçürülməlidir. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə iddiaçı hazırkı iddia ilə məhkəməyə müraicət etməkdə, birinci instansiya m əhkəməsi isə iddianı təmin etməkdə haqlı olmuşdur. Birinciinstаnsiyаməhkəməsi iddianı təmin edərkən düzgünnəticəyəgəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, eləcə də işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cаvаbdeh Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilmədən, iş üzrə Balakən Rayon Məhkəməsinin 22 yanvar 2018-ci il tarixli, 2(019)-158/2018nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları nəzərə alaraq apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə əsasən eynilik təşkil edir və apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillərə düzgün və müfəssəl hüquqi qiymət verilmişdir. Apellyasiya şikayətindən fərqli olaraq kassasiya şikayətində mübahisəli evin hazırda cavabdehin atası olan Həmid Tüməliyevin mülkiyyətində olduğu və bu səbəbdən iddiaçının həmin evə köçürülməsinin qanunsuz olduğu qeyd edilmişdir. Məhkəmə kollegiyası bu dəlili əsassız sayır və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Həmid Tüməliyevin adına verilmiş çıxarışda olan məlumatlara əsasən qeyd edir ki, əvvəla mübahisəli ev üzərində Həmid Tüməliyevin mülkiyyət hüququ 05.06.2018-ci il tarixdə, yəni hazırkı işə apellyasiya qaydasında baxıldıqdan sonra qeydə alınmışdır. İşə apellyasiya qaydasında baxılarkən belə bir fakt mövcud olmamışdır. Digər tərəfdən, İddiaçı cavabdehin atası Həmid Tüməliyevə qarşı hər hansı iddia qaldırmamışdır. O, Həmid Tüməliyevə məxsus evin həyətində, Həmid Tüməliyevlə yanaşı Cavabdeh də ümumi birgə mülkiyyətində olan torpaq sahəsində cavabdehlə birlikdə birgə nikah dövründə inşa etdikləri özbaşına tikiliyə azyaşlı uşaqları ilə birlikdə köçürülməsini xahiş etmiş və həmin evin həm onun üçün, həm də azyaşlı uşaqları üçün yeganə daimi yaşayış yeri olduğunu göstərmişdir. O, eyni zamanda bildirmişdir ki, onun köçüb yaşamaq istədiyi özbaşına inşa olunmuş evdə əvvəllər yalnız o, əri (cavabdeh) və azyaşlı uşaqları yaşamışdır, qaynatası həmin evdə deyil, eyni həyətdə olan özünə məxsus başqa evdə yaşamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın əsaslı olması ilə bağlı gəldiyi nəticə ilə razılaşmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut edə bilməmişdir. “Mahmudov Rusiyaya qarş ı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında isə qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı, şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutlara qiymət verərkən y uxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsində nəzərdə tutulan qanunilik və əsaslılıq tələblərinə cavab verir. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şəki Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh оğlunun kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiya sının iş üzrə 07 may 2018-ci il tarixli, 2(107)-946/18 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6368/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-6368/2018
02.10.2018 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver