Məhkəmə qərarları › İş №2(102)-637/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-637/2022

18.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-637/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququnun tanınması və evə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2498/2021 nömrəli iş üzrə 13 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin b inasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 21 aprel 2021-ci il tarixli **********38№-li məktubdan görünür ki, 5 saylı Xaçmaz Ərazi İdarəsinin arxiv sənədlərində X2 xüsusi mülkiyyətində olan Xaçmaz rayon Arzu qəsəbəsində yerləşən 157.9 kv.m sahəsi olan fərdi yaşayış evinə dair 2006-cı ili əhatə edən sənədlər aşkar edilməmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Xaçmaz rayon Arzu qəsəbəsində yerləşən 157.9 kv.m sahəsi olan fərdi yaşayış evi ********** qeydiyyat nömrəsi ilə 12.08.2020-ci ildən X3 xüsusi mülkiyyətindədir. Sənədləri n notarial təsdiq olunmuş surətlərindən müəyyən olunur ki, X4 və Cavabdeh2 birgə nikahdan 2006-cı il təvəllüdlü X5 və 2007-ci il təvəllüdlü X1 doğulmuşdur. Xaçmaz rayon məhkəməsinin 2(067)-2454/2017 №-li qətnaməsinin surətindən görünür ki, X8 ilə X6 arasında 20 may 2006-cı il tarixdə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş övladları X4 himayəsində saxlanılmış, birgə nikahdan doğulmuş övladların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh2 hər ay hər uşağa görə 75 manat, cəmi 150 manat sabit məbləğdə aliment alınaraq X7 verilməsi qət edilmişdir. Nikahın pozulması haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh2 və X8 ilə olan nikah 9 fevral 2018-ci ildə pozulmuşdur, nikah ləğv olunduqdan sonra qadına Məhərrəmova soyadı verilmi şdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh2 Sahib oğlu və Cavabdeh1 qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və evə köçürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2005-ci ildə rəsmi nigah bağlamaqla cavabdehlərdən Cavabdeh2la ailə həyatı qurmuş və həmin tarixdə də cavabdehin valideynləri Saib Tairova və Cüməqız Tairovaya məxsus Xaçmaz rayonu Arzu kəndində yerləşən evə gəlin köçmüşdür. Birgə nikahdan iki övladı var-24 sentyabr 2006-cı il təvəllüdlü X5 və 2 noyabr 2007-ci il təvəllüdlü X1. Cavabdeh2la evləndiyi ilk vaxtlar münasibətləri normal olsa da, sonradan münasibətləri pozulmuşdur. Cavabdeh2 ilk uşağı olandan sonra içki içməyə başlamış, sonra içkinin aludəçisinə çevrildiyindən artıq ilk vaxtlar olan gözəl ailə əlaqələri pozulmuş və məişət zorakılığına gətirib çıxarmışdır. Cavabdehlərdən Cavabdeh2 onu və övladlarını tez-tez döydüyündən o, məhkəməyə müraciət etmiş və 2018-ci ildə nikah pozulmuşdur. Ona görə də o, məcburiyyət qarşısında qalaraq 2018-ci ildən valideynlərinin evində yaşayır. Cehiz əmlaklarının əksəriyyəti gəlin köçdüyü Xaçmaz rayonu Arzu kəndindəki evdə qalmışdır. Gəlin köçdüyü evə övladları ilə birgə qayıdıb orada yaşamaq istəyir. Lakin cavabdehlər buna imkan vermir. DƏDRX-in 5 saylı Ərazi İdarəsinin 04.06.2020-ci il tarixli **********61№-li məktubdan görünür ki, 5 saylı Xaçmaz İdarəsinin Arxiv sənədlərinə əsasən Xaçmaz rayonu Arzu kəndində yerləşən fərdi yaşayış evi Dövlət reyestrində hal-hazırda ********* *5210301 reyestr nömrəli çıxarışla Cavabdeh1 adına qeydə alınmışdır. O isə gəlin köçən vaxt evin hər hansı sənədi mövcud olmamışdır. O rəsmi nikah əsasında Cavabdeh2 ilə ailə həyatı quraraq cavabdehin valideynlərinə məxsus evə gəlin köçdüyündən həmin evdə onun yaşamaq hüququ əmələ gəlmiş və onun Xaçmaz rayonu Arzu kəndində yerləşən evdən istifadə hüququ tanınmalı və o həmin evə köçürülməlidir. Bu barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.Səmədzadə, iş № 2(067)-1076/2021) iddia təmin olunaraq, İddiaçı cavabdehlərin istifadəsində olan Xaçmaz rayonu, Arzu kəndində yerləşən 2 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 157.9 kv.m, yaşayış sahəsi 84.8 kv.m, köməkçi sahəsi 73.1 kv.m olan evdə yaşayış sahəsindən istifadə hüquq unun tanınması və onun həmin yaşayış evinə köçürülməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisə predmeti olan Xaçmaz rayonu Arzu kəndində yerləşən ev 2006-cı ildə dövlət qeydiyyatına alınmamışdır. İddiaçı 2006-cı ildə cavabdehlə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və ailə üzvü kimi onların evinə qeyd şərtsiz yaşamaq üçün gəlin köçmüş, onlar yaşadıqları evdə ümumi təsərrüfat aparmışlar. Onların birgə nikahlarından iki uşaqları anadan olmuşdur. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. İddiaçı cavabdeh ilə 2006-cı ildə rəsmi nikaha daxil olduqdan, onların arasında yaranan hüquq münasibətləri həmin dövrün qanunvericiliyinə əsasən tənzimlənməlidir. Apellya siya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova və T.Quliyev, iş № 2(105)-2498/2021) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sahib oğlunun apellyasiya şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin iş üzrə 06 may 2021ci il tarixli 2(067)-1076/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətində göstərdiyi digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən əsaslıdır, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadıgından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir. Kassasiya şikayətin in və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 may 2021-ci il tarixli 2(105)-2498/2021 saylı qətnaməsinin ləğv edilməsi və işi yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayətində göstərilmişdir ki, iddiaçının iddiasına görə 2005-ci ildə cavabdehlərdən Cavabdeh2la ailə qurmuş və Bəxtiyarın valideynlərinə məxsus Xaçmaz rayon Arzu kəndindəki evə köçmüş, orada yaşadığı dövrdə iki uşağı olmuş, 2018-ci ildə boşanmış, hazırda gəlin k öçdüyü evə qayıtmaq istəyir. Məhkəmə hazırki mübahisəyə Mülki Məcəllənin 228-ci, 180-ci və 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrini tətbiq etmişdir. İddiaçı nikahın pozulması barədə 10 aprel 2017-ci il tarixli ərizəsində göstərir ki, 2016-cı ilin sonlarından etibarən ayrı ünvanda yaşayır. İddiaçı hazırki iddianı isə evdən çıxdıqdan 5 il sonra irəli sürmüşdür məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim etmiş, lakin məhkəmə buna münasibət bildirməmişdir. Qətnaməyə görə mübahisə predmeti olan yaşayış evi özbaşına tikilidir bu səbəbdən də Mülki Məcəllənin 180-cı maddəsinə istinad edilmişdir. Halbuki məhkəməyə təqdim edilmiş yaşayış evinə dair 1987-ci ildə texniki pasport verilmiş və mərhum X10 adına 338 reyestr nömrəli qeydiyyat v əsiqəsi işlənmiş, onların əsasında isə mərhum X10 adına 30.12.2019-cu il tarixli çıxarış verilmişdir. Mübahisə predmeti olan yaşayış evi və evin yerləşdiyi 0,13 ha torpaq sahəsi 12.08.2020-ci il tarixli çıxarışına əsasən Nümayəndə Saib oğlunun adına qeydiyyata alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi onun üçüncü şəxs kimi prosesə cəlb etməmiş, bununla da MPM-in 418.4.6-cı maddəsinin tələblərini pozmuşdur ki, bu da qətnamənin şikayəti dəlillərindən asılı olmayaraq ləğv edilməsi üçün əsasdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq o lunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən cavabdehlər kassasiya şikayəti vermiş, qətnamənin tam ləğv olunmasını xahiş etmişdirlər. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinə m ünasibətdə yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslərlə yaşayış binasınadan istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanılan, notariat qaydasında təsdiqlənən yazılı razilaşma ilə müəyyənləşdirilir. 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşay ış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edili r. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, 1 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmada hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şə rh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətindən imtina edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 22 yanvar 2015-ci il tarixli qərardadında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Bu mənada hansı şəxslərin ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən məhkəmələr həmin Məcəllənin 30.1-ci maddəsini, habelə “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında əks olunan hüquqi mövqeləri nəzərə almalıdır. Azərbaycan Respublikasının Mülki Pro sessual Məcəlləsinin 14.2-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci madəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyas iya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisə həll olunarkən maddi hüquq normaları pozulmuş, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Belə ki, yuxarıda qeyd olunduğu kimi iddianı təmin edən birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayan apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 180-cı maddəsi və 01.10.2009-cu ildən qüvvədə olan Mənzil Məcəlləsinin 53, 123-cü maddələri ilə əsaslandırmışdır. Lakin iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 avqust 2020-ci il t arixli çıxarışının surəti ilə müəyyən olunur ki, mübahisələndirilən evin yerləşdiyi torpaq sahəsi və fərdi yaşayış evi üzərində X2 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Baxılan iş üzrə iddia ərizəsi 09.03.2021-ci ildə məhkəməyə daxil olmuşdur. Birinci istansiya məhkəməsində və apellyasiya instansiyası məhkəməsində işə baxılarkən iş üzrə cavabdeh qismində cəlb olunmuş Bəxtyar Tahirov və Cüməqız Tairova evin mülkiyyətçisi olmamışlar. Həmin vaxt evin və onun altında yerləşən torpaq sahəsinin mülkiyyətçisi Zülfüqar Tairov olmuşdur. İddiaçı mübahisələndirilən evə 2005-ci ildə Cavabdeh2la nikaha daxil olduqdan sonra köçdüyünü, 2018-ci ilədək orada yaşadığını və həmin tarixdən özündən asılı olmayan səbəbdən evdən çıxdığını, əmlakının olduğu evə köçmək istədiyini qey d edir və başqa yaşayış yerinin olmamasına istinad edir. Lakin işin halları ilə müəyyən olunur ki, iddiaçı mübahisəli evdə 2016-cı ilin sonunadək yaşamış və bundan sonra həmin evi tərk etmiş və digər ünvana köçmüş, göstərildiyi kimi hazırki iddia tələbini 09.03.2021-ci ildə irəli sürmüşdür. Belə olan halda mübahisəli ünvana köçürülməsinə dair iddiası o zaman əsaslı ola bilər ki, həmin evə ehtiyacının olması və daimi əsaslarla mübahisəli mənzili tərk etməməsinə dair sübutlara malik olsun, dörd ildən artıq bir müddətdə mənzilə köçmək istəyinin olmamasının səbəblərini aydınlaşdırsın. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi mübahisənin həlli üçün maddi hüquq normasını tətbiq edərkən işin yuxarıda qeyd olunan faktiki hallarını və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenu munun müvafiq qərarlarında irəli sürülmüş hüquqi mövqeyi nəzərə almamışdır. Belə ki, “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki M əcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2 014-cü il tarixli Qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəala rı). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. İddiaçının 2005-ci ildən 2016-cı ilədək mübahisələndirilən yaşayış sahəsindən istifadə etd iyi mübahisə doğurmasa da, müəyyən olunur ki, həmin dövrdə ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən isə evin hüquqi statusu, mülkiyyətçisinin kim olması, mülkiyyətçiləri dəyişilərkən iddiaçının ona münasibətdə istifadə hüququnun yaranması, mövcudluğu və bunun əsasları araşdırılmamışdır. Bundan əlavə apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən onun hazırki mülkiyyətçinin ailə üzvü olub-olmamasını aydınlaşdırmamışdır. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, zi ddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə göstərilən hissədə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən iddiaçının mübahisəli yaşayış sahəsinə köçdüyü və həmin sahənin hüquqi statusu dəyişdiyi dövrlərlə ona istifadə hüquqlarının yaranı b-yaranmaması məsələsi araşdırılmalı, fərdi yaşayış evinin hazırki mülkiyyətçisi müəyyən edilməli, onun işə cəlb edilməsi təmin edilməli, baxılan iş üzrə cəlb olunmuş şəxslərin - cavabdehlərin tələbə cavab verməli olub-olmamaları aydınlaşdırılmalı, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, tərəflər arasında mübahisəli hüquq münasibətləri yaranan zaman qüvvədə olmuş maddi hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayı t Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2498/2021 nömrəli iş üzrə 13 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar