Məhkəmə qərarları › İş №2(102)-637/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-637/2024

21.02.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-637/2024 21.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X17, X23, X12 və X18 qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): mülkiyyətə qəsd və başqa maneələrin aradan qaldırılması (neqator tələb), torpaq sahəsinin boşaldılması (özbaşına tutulmuş torpaqların qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X17, X23, X12 və X18 qarşı cavabdehlərin qanunazidd hərəkətlərinə son qoyulması və torpaq sahəsindən çıxarılmaları tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)53/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən X17 tərəfindən ıtərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları 1. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən Çıxarışın surətinə əsasən İmişli rayonunun Buludlu kəndində yerləşən 1,5798 kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2019-cu il tarixdə **********92 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı1 adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır.

2. A № 402410 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən reyestr nömrəsi **********92 olan İmişli rayonunun Buludlu kəndində yerləşən daşınmaz əmlak obyekti - 1,5798 hektar torpaq sahəsinin ölçüləri koordinatlar üzrə yerdə müəyyən edilmişdir.

3. Torpağa mülkiyyət hüququna dair JN-181 saylı Dövlət aktına əsasən planda yeri göstərilmiş İmişli rayonu Buludlu kəndində yerləşən 0,34 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X17, X23, X3 ümumi mülkiyyətindədir.

4. Torpağa mülkiyyət hüququna dair JN-182 saylı Dövlət aktına əsasən planda yeri göstərilmiş İmişli rayonu Buludlu kəndində yerləşən 0,63 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2 Saday oğlu, X13 və X2 ümumi mülkiyyətindədir.

5. Torpağa mülkiyyət hüququna dair JN-183 saylı Dövlət aktına əsasən planda yeri göstərilmiş İmişli rayonu Buludlu kəndində yerləşən 0,63 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X27, X28 və X4 ümumi mülkiyyətindədir.

6. Torpağa mülkiyyət hüququna dair JN-184 saylı Dövlət aktına əsasən planda yeri göstərilmiş İmişli rayonu Buludlu kəndində yerləşən 1,04 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1, X30, X19, X24 və X5 ümumi mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X17, X23, X12 və X18 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərərk, A 402410 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən yeri müəyyən edilmiş xüsusi mülkiyyətində olan İmişli rayonunun Buludlu kəndində yerləşən 1,5798 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlərin çıxarılaraq torpaq sahəsi üzərində mülkiyyət hüququnun bərpa edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onun la əsaslandırmışdır ki, o, öz ailə üzvləri ilə birlikdə İmişli rayonunun Sarxanlı kəndində yaşayır. X14 ailə üzvlərinin mülkiyyətində olan JN-0180 nömrəli Dövlət aktına əsasən planda yeri göstərilmiş İmişli rayonunun Buludlu kəndində yerləşən 1,5798 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun tərəfindən xx.xx.2019cu il tarixli alqı-satqı müqaviləsi əsasında əldə edilmiş və xx.xx.2019-cu il tarixdə adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. Torpaq sahəsinin sərhədləri plan əsasında yerə köçürülərək döngə nöqtələri tapılmış və koordinatları təyin edilərək A 402410 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. X12, X23 və X7 mülkiyyətində olan JN-0181 nömrəli Dövlət aktına əsasən planda yeri göstərilmiş 0,34 hektar kənd təsərrüfatı təyinatlı torpaq sa həsi həmin torpaq sahəsi ilə həmsərhəddə yerləşir. JN-0182 nömrəli Dövlət aktına əsasən planda yeri göstərilmiş 0,63 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2, JN-0183 nömrəli Dövlət aktına əsasən planda yeri göstərilmiş 0,63 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X1 və JN-0184 nömrəli Dövlət aktına əsasən planda yeri göstərilmiş 1,04 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi isə Cavabdeh1 məxsusdur və müvafiq qaydada biri-biri ilə həmsərhəddir. Onların hər biri istifadə etdiyi torpaq sahəsini eninə genişləndirərək qonşu torpaq sahəsini müvafiq ölçüdə zəbt etmiş, nəticədə ona məxsus olan 1,5798 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 11,0 metr x 500 metr ölçüdə X17, X23 və X3 qanunsuz sahibliyinə keçmişdir. Torpaq sahəsinin geri alıması barədə indiy ədək etdiyi cəhdlər nəticə vermədiyindən torpaq sahəsi üzərində mülkiyyət hüququnun bərpa edilməsi haqqında iddia qaldırmışdır.

3. İmişli Rayon Məhkəməsinin 6 noyabr 2019-cu il tarixli, 2(036)-2462/2019 saylı iclas protokolu ilə X12, X23, X17 və X27 iş üzrə əlavə cavabdehlər qismində işdə iştirak etməyə cəlb edilmişlər.

4. Birinci instansiya məhkəməsi tərəfindən 9 dekabr 2019-cu il tarixində yerində müayinə həyata keçirilmiş və protokol tərtib edilmişdir. Həmin protokola əsasən, müayinə zamanı müəyyən edilmişdir: - X17 (JN-181), Cavabdeh2 (JN-182), X27 (JN-183), Cavabdeh1 (JN-184) istifadəsində olan torpaq sahələri biri-birindən təcrid edilməyən bütöv torpaq sahəsi kimi bir tərəfdə İddiaçı1 istifadəsində olan torpaq sahəsindən, digər tərəfdə isə X8 məxsus olan torpaq sahəsindən (JN-185) ki çik ölçülü arxla faktiki surətdə ayrılmışdır. - A № 402410 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə (JN-180 saylı plana) əsasən yeri müəyyən edilən 1,5798 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi boyunca uzanan yol yamacının sıfır nöqtəsindən başlayaraq JN-185 saylı planda göstərilmiş torpaq sahəsinin təmas nöqtəsinədək ölçü aparıldıqda İddiaçı1 istifadəsində olan torpaq sahəsinin eni bir tərəfdə 36,0 metr olmalı olduğu halda 25,0 metr, qarşı tərəfdə isə 23,0 metr olmalı olduğu halda 12,0 metr olmuşdur. - X8 məxsus olan torpaq sahəsindən başlayaraq əks istiqamətdə ölçü aparılarkən cavabdeh tərəfin bütövlükdə 11,0 metr enində 499,0 metr uzunluğunda artıq torpaq sahəsindən istifadə etdiyi aşkar edilmişdir.

5. Birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(036)- 90/2020 saylı qətnaməsi ilə (hakim Ülvi Qənbərov) iddia tələbi təmin edilərək, cavabdehlər X17, X23, X12, Cavabdeh1, X27 və Cavabdeh2 İddiaçı1 məxsus A № 402410 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə qeyd edilmiş koordinatlar üzrə sərhədlər daxilindəki İmişli rayonunun Buludlu kəndində yerləşən 1,5798 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən zəbt edilmiş 11,0 metr x 498, 61 metr ölçüdə (4-5 döngə nöqtələrini birləşdirən düz xəttədək) torpaq sahəsinin geri alınaraq çıxarılmaları qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, JN-181, 182, 183 və 184 saylı planda yeri göstərilmiş torpaq sahələrindən hər birinin döngə nöqtələri arasındakı məsafə dəqiq göstərildiyi üçün ərazidə yeraltı drenaj kanal nəzərdə tutulması və bunun üçün torpaq z olağı ayrılması barədə dəlillər əsassızdır. Ona görə də, cavabdehlər, X17, X23, X12, Cavabdeh1, Cavabdeh1 və Cavabdeh2 İddiaçı1 məxsus olan A № 402410 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə qeyd edilmiş koordinatlar üzrə sərhədlər daxilindəki İmişli rayonunun Buludlu kəndində yerləşən 1,5798 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxaraq birlikdə zəbt edilmiş 1,0 metr x 498,61 metr ölçüdə torpaq sahəsini qanuni sahibinə qaytarmalı və mülkiyyətçinin torpaq üzərindəki hüquqlarını həyata keçirməsinə maneçilik törədən mülkiyyətə qəsd edən qanunsuz hərəkətlərdən çəkinməlidir.

7. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5, 157.1, 157.2ci və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

8. Cavabdehlər Cavabdeh1 Cavabdeh2, X17, X23, X12 və X27 birgə apellyasiya şikayəti verərək İmişli Rayon Məhkəməsinin 9 yanvar 2020-ci il tarixli, 2(036)-90/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassız olduğundan ləğv edilməlidir. Belə ki, torpaq islahatı aparılarkən İmişli rayonu Buludlu kəndində onların ailə üzvlərinin mülkiyyətinə torpaq sahəsi ayrılmış və Torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Plana əsasən torpaq sahəsindən yeraltı drenaj kanal nəzərdə tutulmuş, bunun üçün torpaq zolağı ayrılmışdır. Həmin zolaq mü lkiyyətə verilmiş torpaq sahəsinə daxil edilmədiyi üçün mülkiyyətdə olan torpaq sahəsinin qonşu torpaq sahəsinin hesabına genişləndirilməsi barədə olan dəlillər əsassızdır. Eyni zamanda İmişli Rayon Məhkəməsində işə baxılan zaman məhkəmə torpaq sahələrinin sərhədlərini müəyyən etmək üçün heç bir mütəxəssis dəvət etməmişdir. Qanuna əsasən məhkəmə torpaqların sərhədlərini müəyyənləşdirmək üçün mütəxəssis dəvət etməli idi.

10. Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Tofiq Heydərov (sədrlik edən və məruzəçi), Tale Kərimov və Fuad Soltanov) 15 sentyabr 2020-ci il tarixli, 2(106)-2003/2020 saylı qərardadı ilə məhkəmə tikinti-texniki və məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur.

11. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/3185 nömrəli rəyinə görə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan LTİ-nin mühəndisi Cəfər Cəfərovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2019-cu il qeydiyyat tarixli, Seriya RX № **********92 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla İddiaçı1 mülkiyyətinə verilmiş İmişli rayonunun Buludlu kəndində yerləşən 1,5798 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları ilə istifadəsində olan torpaq sahəsinin koordinatları arasında fərq mövcudd ur. Buna görə də, onun pay torpağının ərazisini qeyd olunan hüquqi sənədlər əsasında müəyyən etmək mümkün olmamışdır. Torpağa mülkiyyət hüququna dair JN-181 saylı Dövlət Aktına əsasən planda yeri göstərilmiş X17, X23, X3 mülkiyyətinə verilmiş İmişli rayonunun Buludlu kəndində yerləşən 0,34 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları müəyyən edilmiş və mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. Torpağa mülkiyyət hüququna dair JN-182 saylı Dövlət Aktına əsasən planda yeri göstərilmiş Cavabdeh2 Saday oğlu, X13 və X2 mülkiyyətinə verilmiş İmişli rayonunun Buludlu kəndində yerləşən 0,63 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları ilə İddiaçı1 mülkiyyətinə verilmiş İmişli rayonunun Buludlu kəndində yerləşən 1,5798 hektar kənd təsərrüfatı təyinatlı to rpaq sahəsinin hüdudları həmsərhəd olmadığı üçün həmin ərazidə ölmə işləri aparılmamışdır. Torpağa mülkiyyət hüququna dair JN-183 saylı Dövlət Aktına əsasən planda yeri göstərilmiş X27, X28 və X4 mülkiyyətinə verilmiş İmişli rayonunun Buludlu kəndində yerləşən 0,63 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları ilə İddiaçı1 mülkiyyətinə verilmiş İmişli rayonunun Buludlu kəndində yerləşən 1,5798 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları həmsərhəd olmadığı üçün həmin ərazidə ölmə işləri aparılmamışdır. Torpağa mülkiyyət hüququna dair JN-183 saylı Dövlət Aktına əsasən planda yeri göstərilmiş Cavabdeh1, X30, X19, X24 və X9 mülkiyyətinə verilmiş İmişli rayonunun Buludlu kəndində yerləşən 0,63 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları ilə İddia çı1 mülkiyyətinə verilmiş İmişli rayonunun Buludlu kəndində yerləşən 1,5798 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları həmsərhəd olmadığı üçün həmin ərazidə ölmə işləri aparılmamışdır. İddiaçı1 məxsus 1,5798 hektar torpaq sahəsinin hüdudlarını qərardadın 1-ci sualına cavabında qeyd olunan səbəbə görə cavabdehlər Cavabdeh1, Cavabdeh2, X25, X23, X12 və X26 tərəfindən istifadə edilməsi müəyyən olunmamışdır.

12. Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Tofiq Heydərov (sədrlik edən və məruzəçi), Tale Kərimov, İsmayıl Əhmədov) 12 oktyabr 2021-ci il tarixli, 2(106)-146/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, İmişli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(036)-90/2020 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edil məsi, iddia tələbinin təmin edilməməsi, İddiaçı1 50 manat ekspertiza xərcinin alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

13. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla, gəlinən nəticənin apelyasiya qaydasında mübahisələndirilməsi və ləğv edilməsi üçün kifayət qədər əsaslar yaratmışdır. Belə ki, birinci instansiya məhkəməsi iddiaçıya məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunaraq həmin torpaq sahəsindən istifadəyə maneə yaradıldığı qənaətinə gəlsə də, həmin sübutlara deyil, yalnız subyektiv mülahizələrə əsaslanmışdır. Halbuki birinci instansiya məhkəməsi həmin izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlama lı və qiymətləndirməli olduğu halda bunu etməmiş, nəticədə maddi və prosessual hüquq normalarını da düzgün təfsir və tətbiq etməmişdir.

14. Buna görə də, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmini barədə xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilməli, apelyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbinə apelyasiya qaydasında yenidən hüquqi qiymət verilməlidir.

15. Əldə edilmiş ekspert rəyindən müəyyən olunur ki, İddiaçı1 məxsus 1,5798 hektar torpaq sahəsinin hüdudlarını cavabdehlər Cavabdeh1, Cavabdeh2, X17, X23, X12 və X27 tərəfindən istifadə etməsi müəyyən olunmamışdır.

16. Məhkəmə kollegiyası qeyd edilən sübutlar üzrə araşdırma apararaq müəyyən etmişdir ki, İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X17, X23, X12 və X18 qa rşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması tələbinə dair mülki iş üzrə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli ekspertiza rəyindən görünür ki, mütəxəssis tərəfindən tərtib edilmiş rəyə əsasən “Torpağa Mülkiyyət hüququna dair” Dövlət aktlarına əsasən (JN-18, JN-182, JN-183) cavabdehlərə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin İmişli rayonunun Buludlu kəndində yerləşən iddiaçının mülkiyyətinə verilmiş 1,5798 hektar torpaq sahəsinin hüdudları həmsərhəd olmadığı, həmçinin mübahisəli ərazinin ölçü planında 1 nömrə ilə qeyd edilmiş sxemə əsasən İddiaçı1 reyestr nömrəsi **********992 olan çıxarışa əsasən xüsusi mülkiyyətində olan sahə ilə onun faktiki istifadə etdiyi 2 nömrə ilə qeyd olunmuş torpaq sahəsinin koordinatları fərqlidir. Yəni, idd iaçının xüsusi mülkiyyətində olan torpaq sahəsini sənəd üzrə düzgün istifadə etmədiyi müəyyən edilmişdir. Odur ki, birinci instansiya məhkəməsi işi hərtərəfli araşdırmadan iddiaçıya ayrılmış torpaq sahəsinə cavabdehlər tərəfindən qanunsuz tutulması barədə yanlış nəticəyə gəlmişdir.

17. Beləliklə, cavabdehlərə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinin hüdudları ilə həmsərhəd olduğu, həmçinin cavabdehlər tərəfindən iddiaçıya məxsus olan torpaq sahəsinin zəbt edildiyi müəyyən edilməmişdir. Odur ki, iddia tələbi təmin edilməməlidir. c) Kassasiya instansiya məhkəməsində birinci icraat

18. İddiaçı1 (vəkili Vəkil1) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi bar ədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun torpaq sahəsinin qanuni sənədi olsa da, məhkəmə buna qiymət verməmiş, o torpaq sahəsindən istifadə etmək hüququndan məhrum edilmişdir. Əldə edilmiş sübutlar məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. Onun mülkiyyətində dövlət sənədi ilə torpaq sahəsi olduğu halda torpaq sahəsindən məhrum edilmiş, onun torpaq sahəsinin yeri müəyyən edilməmişdir. Ekspert torpaq sahəsini yerində müayinə etməmişdir. Sənədi olduğu halda o, torpaqsız qalmışdır. Apelyasiya kollegiyası maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir.

20. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X17, X23, X12 və X27 məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi ünvanlayaraq ərizədə göstərm işlər ki, onlar iddiaçının kasasiya şikayətində göstərdiyi fikir və mülahizələri ilə razı deyillər. Hazırki mülki işə Şirvan Apellyasiya Məhkəməsində baxılarkən heç bir qanunazidd hərəkətə yol verilməmiş və qanuna müvafiq, ədalətli qətnamə qəbul edilmişdir. Ona görə də, onlar kasasiya şikayətinin əsassız olduğundan rədd edilməsini xahiş etmişlər.

21. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-1146/2022 nömrəli qərarı ilə (hakimlər – X15 (sədrlik edən və məruzəçi), X10 və X20) İddiaçı1 tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(106)-146/2021 nömrəli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndəri lmişdir.

22. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, apelyasiya kollegiyası ekspert rəyinə istinad edərək, cavabdehlərə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinin hüdudları ilə həmsərhəd olduğu, həmçinin cavabdehlər tərəfindən iddiaçıya məxsus olan torpaq sahəsinin zəbt edildiyi müəyyən edilmədiyini əsas gətirərək iddia tələbini təmin etməsə də, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, ekspertiza tədqiqatı həyata keçirilməmiş, ekspert ekspertizanın hansı metodla həyata keçirilməsini göstərməmiş, yalnız mütəxəssis rəyini özünün tərtib etdiyi ekspert rəyinə olduğu kimi köçürməklə ekspertiza tədqiqatını tamamlamışdır.

23. İşdən görünür ki, apelyasiya kollegiyası iş üzrə ekspertiza təyin edərkən qəbul e tdiyi qərardadda 1-ci sualda çıxarışla iddiaçıya verilmiş torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi tələb olunmuş, lakin ekspert çıxarışla iddiaçıya məxsus torpaq sahəsinin koordinatları ilə istifadə olan torpaq sahəsinin koordinatlarının fərqli olması əsası ilə torpaq sahəsinin ərazisini hüquqi sənəd əsasında müəyyən etməyin mümkün olmadığını göstərmiş, 1-ci sual üzrə iddiaçıya məxsus torpaq sahəsinin hüdudlarını müəyyən etməmiş və 1-ci suala cavab verməyin mümkün olmadığını əsas gətirərək cavabdehlər tərəfindən zəbtə yol verilib-verilmədiyini müəyyən etməyin mümkün olmadığını göstərmişdir. Halbuki, iş materiallarında olan iddiaçının mülkiyyətindəki və hazırda cavabdehlər tərəfindən zəbt edildiyini iddia etdiyi torpaq sahəsinin sənədlərində həmin torpaq sahəsinin koordinatları dəqiq olaraq göstərilmişdir ki, ekspert də həmin sənədlərdə göstərilmiş koordinatlar əsasında iddiaçının mülkiyyətində olan torpaq sahəsinin yerini dəqiqliyi ilə müəyyən etməli, bundan sonra həmin sahə üzrə zəbt olubolmadığı barədə tədqiqat aparmalı idi.

24. Həmçinin qeyd edilməlidir ki, işdə olan mütəxəsis rəyindən (səh 82) görünür ki, mütəxəssis mötərizə daxilində qeyd şəklində göstərmişdir ki, İddiaçı1 mülkiyyətində olan torpaq sahəsinin hüdudlarını əks etdirən koordinatlarda naturaya uyğun müvafiq düzəliş edildikdən sonra ərazisini müəyyən etmək olar. Mütəxəssisin göstərilən mövqeyi ilə bağlı bildirilməlidir ki, sanki mütəxəssis iddiaçının mülkiyyətində olan torpaq sahəsinin ərazisinin müəyyən edilməsi üçün özündə olan və mülkiyyətini təsdiq edən sənədlə kifayətlənməməli, naturada istifadəs ində hansı sahədə və ya həcmdə torpaq sahəsi vardırsa, mülkiyyətini təsdiq edən sənədlərdə də həmin naturaya düzəlişlər edilməli olduğunu vəzifə kimi iddiaçıya müəyyən etmişdir. Əks halda, iddiaçının mülkiyyətini təsdiq edən sənədlər onun ərazisinin müəyyən edilməsi üçün yetərli deyildir.

25. Digər tərəfdən həmin mütəxəssis rəyinə münasibətdə bildirilməlidir ki, mütəxəssis, tərtib etdiyi rəydə cavabdehlərin torpaq sahələri ilə iddiaçının torpaq sahəsinin həmsərhəd olmadığını əsas gətirib ölçmə işlərini aparmadığını göstərsə də, bu mövqeyə gəlməsini naturada və ya tərəflərin torpaq sahələrinə dair sənədləri üzrə apardığı araşdırma nəticəsində gəldiyini göstərməmişdir. Bu xüsusat özü də rəydə qeyrimüəyyənliyə yol verilməsinin göstəricisidir. Məhkəmə ekspertizasının həyata keçirilməsi həvalə edilmiş ekspert də bu hallara önəm verməmiş, həmçinin yuxarıda göstərilən qanunla müəyyən edilmiş vəzifəsini həyata keçirməmiş, ekspertiza obyektinin tədqiqatını həyata keçirməmişdir.

26. Beləliklə işdən görünür ki, apelyasiya kollegiyası işin hallarını tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, sübutların və işin hallarının müqayisəli tədqiqatını həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara, ekspert və mütəxəssis rəyinə, ekspertizanın keçirilməsi ilə bağlı natamamlıqlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipləri pozmuşdur.

27. Kasasiya kollegiyası həmçinin hesab etmişdir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyə n edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. e) Apellyasiya instansiya məhkəməsində ikinci icraat

28. Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 5 may 2022-ci il tarixli, 2(106)-1044/2022 saylı qərardadı ilə iş üzrə tikinti-texniki ekspertizası təyin olunmuşdur.

29. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 iyul 2023-cü il tarixli 10/4159 nömrəli rəyinə əsasən cavabdehlər Cavabdeh1 və ailə üzvlərinin, Cavabdeh2 Saday oğlunun və ailə üzvlərinin, X16 və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahələri ilə İddiaçı1 məxsus torpaq sahəsinin hüdudları həmsərhəd olmadığına görə müdaxilə faktı olması müyyən olunmadı. Bölgü layihəsi ndə qeyd olunan JN-180 saylı Dövlət aktına əsasən 1,5798 hektar olan və alqı-satqı yolu ilə İddiaçı1 tərəfindən alınmış torpaq sahəsinin 0,34 hektar hissəsi X17 tərəfindən istifadə olunur.

30. Cavabdeh X17 məhkəmədə verdiyi izahatında bildirmişdir ki, İmişli Rayon Məhkəməsində işə baxılarkən torpaq sahəsi ekspert tərətindən deyil, hakim tərəfindən ölçülərək ona göstərilmişdir. Torpaq sahəsi ölçülərkən əks istiqamətdə ölçülmüşdür. Hazırda o, 34 sot torpaq sahəsindən istifadə edir. Mübahisəli torpaq sahəsi “tut bağı” deyilən ərazidə yerləşir. Hazırda mübahisəli torpaq sahəsindən özü istifadə edir. Həmin ərazidə kəsilmiş ağac kötüklərini çıxaraq oranı yaxşılaşdırmışdır. O, hazırkı ekspert rəyi ilə tanışdır və onunla razı deyildir.

31. Cavabdeh1 məhkəmədə verdiyi izahatında bildirmişdir ki, o, iddiaçıya məxsus hər hansı torpaq sahəsini zəb etməmişdir. X42 Komissiyasının qərarı ilə ona və ailə üzvlərinə təyin olunmuş torpaq sahəsindən istifadə edir. Ekspert rəyi ilə tanış olmuş və ona aid hissədə rəylə razıdır. Belə ki, rəydə də onun iddiaçının torpaq sahəsini zəbt etməməyi bir daha öz əksini tapmışdır.

32. Cavabdeh X27 məhkəmədə verdiyi izahatında bildirmişdir ki, ekspert rəyi ilə razıdır. O, ancaq özünə aid olan torpaq sahəsindən istifadə edir. İddiaçıya məxsus hər hansı torpaq sahəsini zəb etməmişdir.

33. İddiaçı1 məhkəmədə verdiyi izahatında bildirmişdir ki, ekspert rəyi ilə razıdır və iddiasının təmin edilməsini xahiş etmişdir.

34. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-53/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – X21 (sədrlik edən v ə məruzəçi), cavabdehlər Cavabdeh1 Cavabdeh2, X17, X23, X12 və X27 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, İmişli Rayon Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli 2(036)-90/2020 saylı qətnaməsi ləğv edilmiş və və iş üzrə yeni qətnamə qəbul edilərək iddianın qismən təmin edilməsi, cavabdeh X7 JN-180 saylı Dövlət aktına əsasən 1.5798 ha olan və alqı-satqı yolu ilə İddiaçı1 tərəfindən alınmış torpaq sahəsinin 0.34 ha hissəsindən çıxarılması və həmin torpaq sahəsinin geri qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyul 2023-cü il tarixli № 10/4159 saylı ekspert rəyinin verilməsi üzrə ekspertiza tədqiqatının dəyəri qismində 50 (əlli) manat və mütəxəsis rəyinin verilməsinə görə 100 (yüz ) manat 80 (səksən) qəpik məbləğlərdə pul vəsaitinin cavabdeh X6 tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

35. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, Məhkəmə kollegiyası aparılmış məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi hərtərəfli araşdırma apararaq işin faktiki hallarına düzgün qiymət verməmiş və yekun olaraq yanlış nəticəyə gəlmişdir.Beləcə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmişdir.

36. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 iyul 2023-cü il tarixli № 10/4159 rəyindən müəyyən olunur ki, cavabdehlər Cavabdeh1 və ailə üzvlərinin, Cavabdeh2 Saday oğlunun və ailə üzvlərinin, X16 və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahələri ilə İddiaçı1 məxsus torpaq sahəsinin hüdudları həmsərhəd olmadığına görə müdaxilə faktı olması müyyən olunmamışdır. Bölgü layihəsində qeyd olunan JN-180 saylı Dövlət aktına əsasən 1.5798 ha olan və alqı-satqı yolu ilə İddiaçı1 tərəfindən alınmış torpaq sahəsinin 0.34 ha hissəsi X17 tərəfindən istifadə olunması müəyyən edilmişdir.

37. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehlər Cavabdeh1 Cavabdeh2, X17, X23, X12 və X27 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, İmişli Rayon Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli 2(036)-90/2020 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, cavabdeh X17 JN-180 saylı Dövlət aktına əsasən 1.5798 ha olan və alqı-satqı yolu ilə İddiaçı1 tərəfindən alınmış torpaq sahəsinin 0.34 ha hissəsindən çıxarılmalı və həmin torpaq sahəsi geri qaytarılmalı və iddia qalan hissədə təmin edilməməlidir. 38. “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşd ırmalıdır.

39. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbəd ə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”.

40. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlmir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmamış, təqdim olunmuş sübutlara obyektiv qiymət verilməmişdir.

41. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyul 2023-cü il tarixli № 10/4159 saylı ekspert rəyinin verilməsi üzrə ekspertiza tədqiqatının dəyəri qismində 50 (əlli) manat və mütəxəsis rəyinin verilməsinə görə 100 (yüz) manat 80 (səksən) qəpik məbləğlər də pul vəsaiti cavabdeh X6 tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

42. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cü, Mülki Məcəllənin 152.1-ci, Torpaq Məcəlləsinin 111-ci (1-ci və 2-ci hissələri), Mülki Prosessual Məcəllənin 14.2, 77.1,81, 88 və 217.4-cü maddələrinə istinad etməklə mövqeyini9 əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

43. Cavabdeh X17 (Vəkil2) kassasiya şikayəti verərək Şirvan Appelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)-53/2023 nömrəli qətnaməsini tamamilə ləğv edib işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

44. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikası Ko nstitusiyasının 13-cü, 29-cu maddələri, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İV və Vİİ hissələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsi, Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinin pozuntusuna istinad edərək qeyd edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.Hər kəsin mülkiyyət hüququ vardır.Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.Hesab edir ki, maddənin tələbləri üzrə hüquqları pozulub. Ədalət mühakiməsi tərəflərin bərabərliyi və çəkişmə əsasında həyata keçirilməsi mülki məhkəmə icraatının təminatlarından biridir. Mülki məhkəmə icraatında prosessual bərabərlik digər şərtlərlə yanaşı, tərəflərin eyni imkanlara malik olmalarını da nəzərdə tutur. Buna görə də Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində məhkəmə icraatının əsas prinsiplərindən biri kimi onun çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında həyata keçirilməsi prinsipi möhkəmləndirilərək, məhkəmənin üzərinə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri şərait yaratmaq, tərəflərə onların prosessual hüquqlarının həyata keçirilməsinə kömək etmək vəzifəsi qoyulur. Sübutlarım qiymətləndirmədən, yalnız iddiaçının əsassız izahatını götürməklə işə qeyri obyektiv baxmışdır Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlətin tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması(zəbt edilməsi) qanunla qadağan olunur. Məhkəmə c avabdeh kimi mənim dövlət tərəfindən tanınan və qorunan hüququmu pozmuş, mülkiyyətə dair şəhadətnamə əsasında mənə məxsus olan pay torpaq sahəsinin özbaşına tutulması(zəbt edilməsi) qənaətinə gəlməklə əsassız və qanunsuz qətnamə qəbul etmişdir.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8.1-ci maddəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin pozuntusuna istinad edilərək qeyd edilmişdir ki, mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Hesab edir ki, məhkəmə prosesi zamanı bərabərlik prinsipi pozulmuşdur. Maddəyə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin, apellyasiya məhkəməsi onun məhkəmə müdafiəsindən istifadə etmək hüququnu pozmuş, torpaq sahəsi üzərində mülkiyyət hüququna dair şəhadətnamə ilə mənə məxsus olan sahəni iddiaçıya verilməsi barədə əsassız qətnamə qəbul etmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hesab edir ki, mülki işin obyektiv və qərəzsiz məhkəmə baxışı təmin edilməyib.

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli qərarını n tələbinin pozuntusuna istinad edilərək qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasımülkiyyət hüququnun müdafiə edilməsini dövlətin ali məqsədlərindən biri hesab edərək onun effektiv həyata keçirilməsinə təminat verir. Azərbaycan Respublikasında mülkiyyət, o cümlədən xüsusi mülkiyyət hüququ, həmçinin xüsusi mülkiyyət hüququ qanunla müdafiə edilir.Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin özbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin tələbinə görə hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüququ və bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Mülki Məcəllənin 6cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəlləyə görə əmlakın fiziki və hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər (MM-nin 153.3-cü maddəsi). Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyasıməhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır(MPM-in 418.1-ci maddəsi). Belə ki, Konstitusiyanın və beynəlxalq hüquqi aktların (İnsan hüquqları haqqında Ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və Siyasi hüquqla ra dair Beynəlxalq Paktın 14-cü maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların əsas müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cımaddəsi) tələblərinə görə məhkəmə müdafiəsi mahiyyət etibarı ilə ədalət və qanunilik anlayışlarına cavab verməli, hüquqların əsaslı şəkildə bərpa olunmasını təmin etməlidir. Lakin apellyasiya instansiyasıməhkəməsi qanunun yuxarıda göstərilən müddəalarına əməl etməməklə məhkəmə təcrübəsinin vahidliyini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

47. Kassasiya şikayətinə qarşı cavabdeh X17 tərəfindən etiraz verilsə də həmin etiraz elektron kabinet vasitəsilə verilmədiyinə görə nəzərə alınmamışdır.Belə ki, Azərbaycan Respublikasının 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olundu ğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

48. Maddə

13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

49. Maddə

29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

50. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfin dən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

51. Maddə 111

1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

54. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

55. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

56. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

59. Maddə 4 16.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

60. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

61. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı i nstansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

62. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən qətnaməsi cavabdeh X17 tərəfindən mübahisələndirildiyi üçün apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın X11 qarşı təmin edilmiş hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

63. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının poz ulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

64. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, JN-180 saylı Dövlət aktına əsasən 1.5798 ha olan və alqı-satqı yolu ilə İddiaçı1 tərəfindən alınmış torpaq sahəsinin 0.34 ha hissəsi X17 tərəfindən istifadə olunur.

65. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yoxlanılan hissədə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin h əmin hissədə iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

67. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın X11 qarşı təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

68. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh X17 tərəfindən verilmiş kassasiya şik ayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 oktyabr 2023-cü il tarixli 2(106)-53/2023 nömrəli qətnaməsi iddianın X11 qarşı təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar