Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6372/2019 07.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MKnın 10 aprel 2019-cu il tarixli qətnaməsindən Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli, 2(004)390/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İ ddiaçı 23.05.2016-cı il tarixli sadə yazılı müqaviləyə əsasən borc verdiyi 10.000 (on min) ABŞ dolları (ödəniş günü manata olan məzənnə ilə) pul və məhkəməyə iddianın verilməsi üçün ödədiyi 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iddia tələbininəldən çıxmış fayda kimi hesablanmış 4.490 ABŞ dolları pulun tutulması hissəsində rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 aprel 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən X.Sarıyev, hakimlər E.Şamayev və Ş.Məhərrəmova, iş № 2(103)-4504/2019) Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması və əl dən çıxmış faydanın tutulması” tələbinə dair iddia ərizəsi ilə 27.09.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, 23.05.2016-cı il tarixdə verdiyi 10.000 ABŞ dolları borcun və əldən çıxmış fayda kimi hesablanmış 4.490 ABŞ dolları pulun, ümumilikdə 14.490 ABŞ dolları pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən çəkişmə prinsipinin tələbi pozulmuş, işin hallarına və sübutlarına düzgün qiymət verilməmiş, nəticədə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmayan qətnamə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 10 aprel 2019-cu il tarixli qətnaməsinin tam ləğv edilərək, işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkilinin məhkəmə iclasında iştirak edə bilməsi üçün məhkəmə iclasının təxirə alınması barədə vəsatəti üzrə məhkəmə kollegiyası yerində müşavirə edərək qərar alır ki, vəsatət təmin edilməsin, işə baxılması davam etdirilsin. Məhkəmə kollegiyası, Cavabdeh məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nüm ayəndəsi və vəkili Vəkil kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını vurğulayaraq şikayətin təmin edilməməsini Bakı Apellyasiya Məhkəməsinin 10 aprel 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 10 aprel 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəm əsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, Cavabdeh direktoru olduğu “xxxx” MMC-nin firma blankında yazılmış 23.05.2016-cı il tarixli 5 nömrəli sadə əlyazmada (müqavilə) göstərilmişdir ki, “Mən Cavabdeh (şəxsiyyət vəsiqəsi AZE ********) İddiaçı (şəxsiyyət vəsiqəsi AZE ********) 10.000 (on min) ABŞ dolları pul aldım. Verdi: İddiaçı; Aldı: Cavabdeh. Müqaviləni İddiaçı və Cavabdeh imzalamışlar, həmçinin Cavabdeh direktor kimi imzalamış və “xxxx” MMCnin möhürü ilə təsdiq etmişdir. Apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə bu nəticəyə gəlmişdir ki, tərəflər arasında borc münasibəti yazılı müqavilədən irəli gəldiyinə görə MMnin 529-cu maddəsinə əsasən borcun qaytarılması da, yazılı sənədlə sübuta yetirilməlidir. Cavabdeh olan borclu isə iddiaçıya aldığı 10.000 ABŞ dolları borcun bir hissəsini, yəni 11.500 manatını hissə-hissə qaytarmasını təsdiq edən yazılı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə iddiaçı 23.05.2016-cı il tarixli borc sənədinin əslini iddia ərizəsinə əlavə etməklə məhkəməyə təqdim etmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni aşağıdakı maddi hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirak çılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. MM-nin 740-cı maddəsinə görə borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. MM-nin 406.1-ci maddəsinin tələbinə görə müqavilə əqdlərin bağlanm ası üçün nəzərdə tutulmuş hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. MM-nin 329.2-ci maddəsinin tələbinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Qanunvericilikdə borc müqaviləsinin tərəflərin razılaşması ilə yazılı formada bağlana bilməsi göstərilsə də, konkret hansı formada olması qeyd olunmamışdır. Hazırki işdən görünür ki, tərəflər öz aralarında əqdlər üçün müəyyən edilmiş qaydaya uyğun olaraq, sadə yazılı formada müqavilə bağlamışlar. MM-nin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. MM-nin 44 2-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. MM-nin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, apellyasiya instansiyası məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməmiş, işin hallarına qeyri-obyektiv yanaşaraq əsassız qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının Konstutisuya Məhkəməsinin Plenumunun “S.Əliyevan ın şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməıyi zəruri hesab edir ki, kassasiya şikayətinin qeyd edilən dəlilləri iş materialları ilə təsdiq edilmir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda, eləcə də məcmu halda qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntusuna yol verməmişdir. Kollegiya kassasiya şikayətinin dəlillərini Bakı Apellyasiya Məhkəməsinin 10.04.2019-cu il tarixli qətnaməsinin ləğvi üçün əsaslı hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın iş üzrə 10 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6372/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6372/2019
07.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver