Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6374/2019 18.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X6, X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı, iddiaçının vəkili X4, maraqlı şəxsin vəkili Vəkil Məmiş oğlunun iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” MMC-yə, maraqlı şəxs X1 qarşı mənzilin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 25 yanvar 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Binəqəd i Rayon Məhkəməsinin 20 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim K.Əsədov) İddiaçı cavabdeh “xxxx” MMC-yə, maraqlı şəxs X1 qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddiası təmin edilmiş, 12 iyun 2006-cı il tarixli “çoxmənzilli yaşayış binasının tikintisi haqqında” fərdi müqaviləyə əsasən Bakı şəhəri, S.S.Axundov küçəsi, 3132-ci məhəllədə tikilmiş yaşayış binasının 16-cı mərtəbəsində yerləçən “C” nömrəli 1 otaqlı mənzilin İddiaçı təhvil verilməsinin cavabdeh xxxxın öhdəsinə qoyulması və İddiaçı həmin mənzilə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 25 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən M.Məmmədov, hakimlər X.Sarıyev və E.Şamayev) Binəqədi rayon Məhkəməsinin 20 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul e dilmiş, İddiaçı “xxxx”a qarşı irəli sürdüyü “mənzilə köçürülmə tələbi barədə” iddiası təmin edilməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 25 yanvar 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdeh “xxxx” MMC-yə, maraqlı şəxs X1 qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddia verərək cavabdeh tərəfindən Bakı şəhəri, S.S.Axundov küçəsi, 3132-ci məhəllədə inşa edilmiş yaşayış binasının 16-cı mərtəbəsində yerləşən bir otaqdan ibarət “C” saylı mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Binəqədi RİH başçısının 27.12.2001-ci il tarixli sərəncamı əsasında 29.05.2001-ci il tarixdə bir il müddətinə “X” şa dlıq evinin yanında mağazanın yerləşdiyi 39.3 kv.m torpaq sahəsinə Binəqədi bələdiyyəsi tərəfindən “Torpaq sahəsinin icarəyə verilməsi” barədə onunla müqavilə bağlanmış və bu müqavilənin müddəti 04.03.2002-ci il tarixdə daha 3 il müddətinə uzadılmışdır. Bundan başqa, Binəqədi RİH başçısının 310 nömrəli, 24.03.2000-ci il tarixli sərəncamına əsasən iddiaçının yaşadığı 11 “A” nömrəli binanın qarşısında avtomobilin saxlanılması məqsədi ilə ona qaraj yeri ayrılmışdır. Eyni zamanda Binəqədi bələdiyyəsinin 35 nömrəli, 01.02.2006-cı il tarixli qərarına əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ünvan 1 ünvanda yerləşən binanın yaxınlığında olan ərazidən 40 kv.m torpaq sahəsi də ona ayrılmışdır. Həmçinin Binəqədi bələdiyyəsi və iddiaçı arasında bağlanmış 20 nömrəli, 06.02.2003-cü il tarixl i müqaviləyə əsasən Binəqədi rayonu, 7-ci mikrorayon, 11 “A” nömrəli yaşayış binasının yanında yerləşən 121 kv.m torpaq sahəsi əkilib-becərilməsi məqsədi ilə 5 il müddətinə iddiaçının istifadəsinə verilmişdir. Bununla yanaşı Binəqədi RİH başçısının 20174 nömrəli, 27.12.1993-cü il tarixli sərəncamı əsasında fotoatelyenin layihələşdirilməsi və tikintisi məqsədi ilə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən “X” şadlıq evinin cənub hissəsində olan ərazidə iddiaçının adına torpaq sahəsi ayrılmışdır. İş materiallarından görünür ki, fərdi sahibkar X3 ilə İddiaçı arasında 12.06.2006-ci il tarixli və 16.06.2006-ci il tarixli çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilələr bağlanmışdır. İddiaçı iddia edir ki, istifadəsində olan fotoatelyenin yerləşdiyi ərazidə yüksə kmərtəbəli yaşayış evinin tikintisini aparmaq istəyində olan cavabdeh, həmin əmlakın əvəzinə cavabdehə ayrılmış 40 kv.m torpaq sahəsində qeyri-yaşayış sahəsinin inşa etdirilməsi və iddiaçının adına sənədləşdirilməsi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh sözügedən qeyri-yaşayış sahəsinin inşasını başa çatdırsa da, əmlakın iddiaçının adına rəsmilləşdirilməsini təmin etməmişdir. Bunun əvəzinə cavabdeh, onun tərəfindən inşa edilmiş yaşayış binasında 1 otaqlı mənzilin verilməsini iddiaçıya təklif etmişdir. Binanın tikintisi başa çatdıqdan sonra cavabdeh verdiyi vədə əməl etməmiş, 2017-ci ilin oktyabr ayında isə mənzilin iddiaçıya təhvil verilməyəcəyini qəti bildirmişdir. Bu səbəbdən iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşin apellyasiya instansiyas ı məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, mübahisəli mənzilin yerləşdiyi bina “xxxx” və ya başqası tərəfindən deyil, fərdi sahibkar statusuna malik fiziki şəxs X tərəfindən inşa edilmişdir. X tikintinin sahibidir. “xxxx” adlı hüquqi şəxs ümumiyyətlə mövcud deyil. İşə baxmış rayon məhkəməsi buna əhəmiyyət verməmiş, iddiaya cavab verməli olan şəxsi müəyyən etmədən işə baxaraq iş üzrə tərəf olmayan, işin baxılmasına cəlb edilməmiş X məxsus əmlak barədə qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Vergilər Nazirliyinin İnternet Vergi İdarəsindən aldığı məlumatlara əsasən müəyyən edilmişdir ki, “xxxx” adlı hüquqi şəxs mövcud deyil, ********** nömrəli VÖEN hər hansı bir hüquqi şəxsə deyil, məhz fiziki şəxs X1 məxsusdur. Gör ündüyü kimi, iddia, iddiaya cavab verməli olan şəxsə qarşı deyil, ümumiyyətlə, mövcud olmayan “xxxx”a qarşı irəli sürülmüşdür. Eyni zamanda iş materiallarına əlavə edilmiş istər 12.06.2006-cı il tarixli, istərsə də 16.06.2006-cı il tarixli müqavilələrdə “Sifarişçi” qismində hazırki iş üzrə iddiaçı, “Podratçı” qismində isə X3 çıxış etmiş, müqavilələri imza etmiş və qeyd edilən müqavilələr “Podratçı” tərəfin möhürü ilə təsdiq edilmişdir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 25 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6374/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6374/2019
18.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver