Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6386/2019 10.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X10 və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator İddiaçı, vəkili X8, cavabdehuin nümayəndəsi X11, vəkili X9 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyun 2019-cu il tarixli qətnaməsindən İddiaçı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxar aq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(005)-4772/2018, hakim F.V.Abdıyev) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət X2rşı iddiası qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 27 avqust 2018-ci il tarixli 28M saylı əmrinin ləğv edilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyun 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-5500/2019, hakimlər V.N.Sadıqov, A.Q.Hüseynov, A.N.İmanov) iddiaçı və cavabdehin apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdi yi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini, cavabdeh isə verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı 11 fevral 1988-ci il tarixli 36-K nömrəli əmrlə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış massivi ev 13-də yerləşən 47 nömrəli mağazanın müdiri vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Sədrinin 20.04.1999-cu il tarixli 24 saylı əmri ilə yaradılmış komissiyalar ictimai iaşə müəssisə və obyektlərin Dövlət Əmlak Komitəsinin struktur vahidi olan İdarəsinə təhvil verilməsi həyata keçirilmiş, o cümlədən Suraxanı rayonunda yerləşən 47 saylı mağaza həmin idarəni n tabeliyinə verilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 31.07.2015-ci il tarixli 161M saylı əmri ilə İddiaçı həmin mağazanın müdiri vəzifəsindən azad edilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin31 iyul 2015-ci il tarixli 161M saylı əmri və Dövlət Əmlak Komitəsinin 20.04.1999-cu il tarixli 24 saylı əmri ləğv edilməsi, İddiaçı 47 saylı mağazanın müdiri vəzifəsinə bərpa edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 27 avqust 2018-ci il tarixli 27m saylı əmri ilə İddiaçı 47 saylı mağazanın müdi ri vəzifəsinə bərpa edilmiş, həmin tarixli 28m saylı əmri ilə İddiaçı 47 saylı mağazanın mülkiyyətçisi dəyişdiyindən tutduğu vəzifədən azad edilmişdir. Eyni zamanda sözügedən mağaza 04 iyul 2017-ci il tarixdə açıq hərracdan X3, sonuncunun mülkiyyət hüququ 06 aprel 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 11 sentyabr 2018-ci il tarixdə İddiaçıAzərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət X2rşı 27 avqust 2018-ci il tarixli 27m saylı əmrin dəyişdirilməsi, 27 avqust 2018-ci il tarixli 28m saylı əmrin ləğv edilməsi, 04 iyul 2017-ci il tarixli hərracın nəticələrinin etibarsız hesab edilməsi, onun mülkiyyət hüququnun tanınması və 47 saylı mağazaya dair onun adına çıxarış verilməsi barədə iddia qaldırmışdır. İş üzrə yuxarıda qey d olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri, kassasiya şikayətlərinə dair etirazlar və tərəflərin izahatları: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, müəssisədə 32 il stajına malik olması və həmin müddətdə müəssisəyə sahiblik etməsi nəzərə alınmamışdır. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının iş yeri olmuş 47 saylı mağaza özəlləşdirilərək xüsusi mülkiyyət növünə keçirildiyindən və 24.08.2017-ci il tarixdən həmin obyektin işəgötürəni xüsusi mülkiyyətçi X12 olduğundan, iş üzrə cavabdeh qismində işçi qəbul etməsi səlahiyyəti mövcud əmək qanunvericiliyi ilə birmənalı istisna edilir. Lakin apellyasiya məhkəməsi işə mahiyyəti üzrə baxarkən iş üzrə mühüm və həlledici əhəmiyyət kəsb edən sadalanan faktlara dair sübutlara qiymət verməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı və vəkili, cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayətləri təmin edilmədən, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilm əsinin əsasları müəyyən edilmişdir. İddiaçı 27 avqust 2018-ci il tarixli 27m nömrəli əmrin dəyişdirilməsi, yəni həmin əmrdən “İXMİM-nin tabeliyində olmuş” sözlərinin çıxarılmasını, 27.08.2018-ci il tarixli 28m nömrəli əmrin isə ləğv edilməsi, 04 iyul 2017-ci il tarixdə keçirilmiş hərracın nəticələrinin ləğv edilməsi, çıxarışların etibarsız hesab edilməsi və ləğv edilməsi tələblərini irəli sürmüşdür. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 56-cı maddəsinin 1-ci bəndinə əsasən, istehsalın və əməyin təşkilində dəyişikliklər ediİməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. Həmin Məcəllənin 56-cı maddəsinin 2-ci hissəsinə əsasən, işəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. Həmin Məcəllənin 63-cü maddəsinin 1-ci hissəsinə əsasən, müəssisənin mülkiyyətçisi dəyişdikdə bu maddənin 2-ci hissəsində göstərilən işçilərdən başqa qalan bütün işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır. Bu işçilərin əmək müqavilələri müəyyən edilmiş qaydalara əməl edilməklə bu Məcəllənin 70, 73 və 75-ci m addələrində nəzərdə tutulan müvafiq əsaslarla ləğv edilə bilər. Həmin Məcəllənin 63-cü maddəsinin 2-ci hissəsinə əsasən yeni mülkiyyətçi tərəfindən müəssisənin işəgötürəninin (rəhbərinin), onun müavinlərinin, baş mühasibin və bilavasitə idarəetmə funksiyasını yerinə yetirən digər struktur bölmələrin rəhbərlərinin əmək müqavilələrinə mülkiyyətçinin dəyişməsi ilə əlaqədar bu Məcəllənin 68-ci maddəsinin «ç» bəndi ilə xitam verilə və ya bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulan qaydada onların əmək müqavilələrinin şərtləri dəyişdirilə bilər. Həmin Məcəllənin 63-cü maddəsinin 3-cü hissəsinə əsasən, mülkiyyətçinin dəyişməsi ilə əlaqədar yeni mülkiyyətçi və ya işəgötürən tərəfindən sahibkarlıq fəaliyyəti və hüququndan sui-istifadə edərək işçilərin peşəkarlıq səviyyəsini, əmək funksiyasını ic ra etmək bacarıqlarını, mülkiyyətçinin sahibkarlıq fəaliyyətinə xələl gətirə bilən səriştəsizliklərini aşkara çıxarmadan onların əmək müqavilələrinin kütləvi şəkildə ləğv edilməsi yolverilməzdir. Yeni mülkiyyətçi və ya işəgötürən işçilərin peşəkarlıq səviyyəsini, müəssisədə mövcud olan iş yerlərinin sahibkarlıq fəaliyyətini sərbəst surətdə həyata keçirmək üçün zəruriliyini iş yerlərinin və işçilərin attestasiyasını keçirməklə müəyyən etməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, iddiaçı barəsində verilmiş 27 avqust 2018-ci il tarixli 27m saylı və həmin tarixli 28m saylı əmr cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi tərəfindən qəbul edilmişdir. Bu əmrlərin qəbul edildiyi tarixdə cavabdeh artıq iddiaçının işəgötürəni deyildi və sonuncunun müdiri olduğu 47 saylı mağaza artıq cavabdehin deyil, bu əmlakı hərracdan almış X6 mülkiyyətində olmuşdur. Apellyasiya məhkəməsi iddia tələbinin “27.08.2018-ci il tarixli 27m nömrəli əmrdən “İXMİM-nin tabeliyində olmuş” sözlərinin çıxarılması hissəsində əsassız olması və rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, cavabdeh qeyd edilən əmri Bakı Apellyasiya Məhkəməsinin 2(103)2426/2018 saylı 09 mart 2018-ci il tarixli qətnaməsinin icrası məqsədi ilə qəbul etmiş və həmin vaxt 47 saylı mağaza artıq cavabdehin tabeliyində olmamışdır. Əmrdə qeyd edilmiş ‘İXMİM-nin tabeliyində olmuş” ifadəsi də məhz həmin mağazanın bu əmr qəbul edilən vaxt ca vabdehin tabeliyində olmaması ilə bağlı olmuş və əmlakın 2015-ci ildə olan vəziyyətini əks etdirmişdir. Həmin əmrlə ləğv edilmiş 31 iyul 2015-ci il tarixli əmrdə 47 saylı mağaza cavabdehə aid olan əmlak kimi təsbit edilmişdir. Həmçinin, iddiaçı həmin əmri deyil, konkret olaraq əmrdə ifadə olunmuş sözlərin çıxarılmasını tələb etdiyindən də məhz bu məsələyə hüquqi qiymət verilmiş, həmin əmrin ümumilikdə qanuni olubolmaması məsələsinə qiymət verilməmişdir. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin “27.08.2018-ci il tarixli 28m nömrəli əmrin ləğv edilməsi” hissəsi ilə bağlı Əmək Məcəlləsinin yuxarıda qeyd edilən müddəalarına istinadən qeyd etmişdir ki, qanunverici mülkiyyətçi dəyişdikdə işçilərlə əvvəlki mülkiyyətçi arasında mövcud olan əmək münasibətlərinə birmənalı və imperativ qa ydada xitam verilməsini təsbit etməmişdir. Əksinə, dəqiq maddələr göstərməklə ləğv etmə əsaslarını təsbit etmiş və işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqavilələrinin, o cümlədən onların şərtlərinin yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılmasını müəyyən etmişdir. Hər bir halda mülkiyyətçi dəyişdikdən sonra işçi ilə əmək münasibətlərinə xitam verilməsi yeni mülkiyyətçinin səlahiyyətlərinə aid edilmiş və bu məsələdə hər hansı qeyd-şərt (məsələn, hazırki mülki işdə mövcud olan hal) nəzərdə tutulmamışdır. Beləliklə, 27.08.2018-ci il tarixli 28m nömrəli əmri qəbul etmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi həmin vaxt həmin mağazanın mülkiyyətçisi olmamış və artıq öz səlahiyyətlərinə aid olmayan əmr qəbul etmiş, bununla da nəticə etibarı ilə həmin vaxt mağazanın mülkiyyətçisi olan X6 bu sahədə səlahiyyətlərini mənimsəmişdir. İddia tələbinin “hərracın nəticələrinin ləğvi, çıxarışların etibarsız hesab edilməsi və ləğv edilməsi” hissəsi ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri, Suraxanı rayonunda yerləşən 47 saylı mağazanın satıldığı hərrac Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçirilmiş, bu hərracın nəticələri üzrə alıcı X6 qeyd edilən mağazaya dair mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər 1 saylı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmış və bu qurum tərəfindən də o na çıxarış verilmiş, hazırda da o, qeyd edilən mağazanın mülkiyyətçisidir, ötən dövr ərzində də bu sahənin bir hissəsini X1 və bu şəxs də hazırda mülkiyyətçidir. Qeyd edilən tələblərdə bilavasitə bu şəxslər və qurumlar iddiaçı tərəfindən cavabdeh qismində müəyyən edilməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən də cavabdehin nümayəndəsinin iştirakı ilə keçirilmiş məhkəmə iclaslarında iddiaçıya bu şəxslərin və qurumların cavabdeh qismində müəyyən edilməsi təklif edilsə də, cavabdeh bundan imtina etmiş və hazırki mülki iş üzrə cavabdeh kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İsiehsal və Xidmət X4malı olduğunu bildirmişdir. Göründüyü kimi iddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin əsl olmayan tərəfin əvəz edilməsinin əsaslarını müəyyən edən 54-cü maddəsinin tələblərinə görə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin maddənin tələblərinə görə cavabdeh əsl cavabdeh ilə əvəz edilmədikdə iddianın iddiaya cavab verməli olmayan şəxsə qarşı verilməsi iddianı rədd etmək üçün müstəqil əsasdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə iş üzrə müəyyən edilmiş həqiqi hallara və qanunvericiliyin tələblərinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6386/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6386/2019
10.10.2019 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver