Məhkəmə qərarları › İş №2(102)-6388/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6388/2019

13.09.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6388/2019 13.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Qoldman Tatyana Aleksandrovna və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 vəkili X8 qızının iştirakı ilə, Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 may 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli qətn aməsi ilə (hakim: A.Ə.Rzayev; 2(001)-1622/2019) İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “mənzilə köçürülmə tələbinə dair” iddia ərizəsi təmin olunmuş, İddiaçı və 2(iki) azyaşlı övladı-Cavabdeh4 və X6 Bakı şəhəri, ****************************** saylı evə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 may 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: T.S.Səmədov (sədrlik edən və məruzəçi), İ.S.Şirinov və E.C.Kazımov; 2(103)-5594/2019) cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı İddiaçı Əhiiyyət qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı köçürülmə tələbinə dair iddia ərizə si ilə məhkəməyə müraciət edərək, onun və iki övladı Cavabdeh4 və X6 Bakı şəhəri, ********************** saylı evə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşməsi ərizəsi verərək, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 cavabdehlər qismində tanınmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə 15 iyul 2003-cü il tarixdə rəsmi nigahla ailə həyatı qurmuşlar. Birgə nigahdan 2 övladı dünyaya gəlmişdir. Böyük oğlu Cavabdeh4 07.08.2003-cü il təvəllüdlü, kiçik oğlu X10 02.05.2006-cı il təvəllüdlüdür. O, cavabdehlə ailə həyatı qurduqdan sonra birgə nigah dövründə hazırda qeydiyyatda olduğu, yəni Bakı şəhəri, ********************** saylı mənzili tikdirmiş və 2004cü ildən bugünədək həmin mənzil də 2 övladı ilə birgə yaşamışdır.Hazırda Bakı şəhəri, ************, ********************** saylı evə köçürülməsini xahiş etsə də, cavabdeh buna razılıq verməmişdir.Göstərilənlərə əsasən iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin, Azərbaycan Respublikasının Mülki Propsessual Məcəlləsinin 82-maddəsinin,Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələblərinin pozulması ilə həm maddi hüq uq norması, həm də sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normaları pozulmuş, nəticədə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin izahatı Məhkəməkollegiyasınıniclasında cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 vəkili X8 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətintəminedilməsinixahişetdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəm kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır.Qeyd etmək lazımdır ki, işin faktiki halla rının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən iş materiallarında olan Səyyar ASAN 4 tərəfindən verilmiş AZE ************ saylı şəxsiyyət vəsiqəsinə əsasən məlum olur ki, Cavabdeh1 ilə İddiaçı birgə nikahından 07.08.2003-cü il təvəllüdlü Cavabdeh4 İlham oğlu anadan olmuşdur. Binəqədi rayon YVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ № ******* saylı, 21 iyun 2006cı il tarixli doğum haqqında şəhadətnaməyə əsasən məlum olur ki, Cavabdeh1 ilə X2 birgə nikahından 02 may 2006-cı il təvəllüdlü X1 0 anadan olmuşdur. AR Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş ******* saylı, 16.11.2018-ci il tarixli arayışa əsasən məlum olur ki, İddiaçı Bakı şəhəri, ************************** -də məcburi köçkün kimi qeydiyyatsız yaşayır. İş materiallarında olan Kəlbəcər rayon Məhkəməsinin 2(040)-498/2018 saylı, 10 sentyabr 2018-ci il tarixli qətnaməsinə əsasən məlum olur ki, Cavabdeh1 ilə İddiaçı arasında 15 iyul 2003-cü il tarixdə Bakı şəhəri Nəsimi rayon WADQ Şöbəsi tərəfindən 337 nömrə ilə qeydə alınmış nikahları pozulmuş, uşaqlar İddiaçı himayəsində saxlanılmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)- 3798/2013 saylı, 31 may 2013-cü il tarixli qətnaməsinə əsasən, iddiaçı X1 cavabdehlər Cavabdeh1, O8, Cavabdeh3, Cavabdeh4 və üçüncü şəxs Binəqədi RPİ Şəxsiyyət vəsiqəsi və Qeydiyyat şöbəsinə qarşı İddiaçı və övladları Cavabdeh4 İlham oğlu, X7 ünvan 1 ünvanında yerləşən mənzilə yaşayış sahəsindən istifadə hüquqlarının tanınması, onların həmin mənzilə qeydiyyata götürülməsi vəzifəsinin Binəqədi RPİ Şəxsiyyət vəsiqəsi və Qeydiyyat şöbəsinin üzərinə qoyulması iddiası təmin edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 13.4-cü maddəsinə əsasən qanunvericilikdə özbaşına tikililərin hüquqi statusu, ondan istifadə qaydaları müəyyən edilmədiyindən, həmin tikililərə münasibətdə analoji münasibətləri tənzimləyən normalar tətbiq olunmalıdır. - 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun şıxarılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin həmin Vaxtda qüvvədə olan 53cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədənirəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı(əri), onların uşaqları və valideyndləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdi kdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı Cavabdeh1 ilə 15 iyul 2003-cü il tarixdə rəsmi nigaha daxil olmuşdurlar. Bakı şəhəri, ************************* tərəflərin birgə nigah dövründə tikilmişdir, lakin dövlət reyestr xidmətində qeydə əlınmamışdır. Şahid ifadələri ilə təsdiq olunmuşdur ki, həmin ünvanda iki mənzil mövcud olmuşdur, həmin mənzillərin birində iddiaçı öz ailəsi ilə, digərində isə onun baldızı yaşamışdır, sonradan həmin mənzillərdən biri satılmış və cavabdehlər iddiaçının yaşadığı digər mənzilə köçmüşdürlər. İddiaçı uzun müddət mübahisəsiz qaydada həmin evdə cavabdehlərlə birgə yaşamış, mənzil tərəflərin birgə nikahda olduğu mü ddətdə tikilmiş, həmçinin evin tikilməsində iddiaçının valideynləri maddi köməklik göstərmiş və iddiaçı və cavabdehlər təsərrüfatı birgə idarə etmişdirlər. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, tərəflər arasında hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Apellyasiya instansiyası məhkəməsi nəticəyə gəlmişdir ki, iddiaçının həmin mənzildən istifadə hüquqları, digər ailə üzvləri kimi mövcud olduğundan, iddiaçı həmin mənzildən istifadə edə bilər. Buna görə də, iddia tələbini təmin etməklə, İddiaçı və azyaşlı övladlarıCavabdeh4 İlham oğlu və X6 Bakı şəhəri, ************************* saylı evə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək və yuxarıda göstərilən maddi və prosessual hüquq normalarını rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi h aqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq iddia tələbinin təmin olunması barədə həmin məhkəmənin qətnaməsini dəyişdirilmədən saxlamışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərəəsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 02 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar