Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6389/2019 20.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Ələkbərov Orxan Malik oğlunun katibliyi, İddiaçı və vəkili Əliyev Əlisəfa Qurban oğlunun iştirakı ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-13101/2019 nömrəli iş üzrə 20 dekabr 2018ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Qaradağ rayon Məhkəməsinin (hakim R.R.Mustafayev) 2(002)-4797/2017 nömrəli, 12 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh SOCAR “Azneft" X1 Nərimanov adına X6 İdarəsinə qarşı işə bərpa, məzuniyyətin düzgün hesablanması, məcburi boş dayanmaya görə əmək haqqının ödənilməsi barədə iddia tələbləri təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və İ.Ş.Vəliyev) 2(103)-12884/2017 nömrəli, 21 dekabr 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməməsi, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər Q.Ə.Allahverdiyev (sədrlik edən və məruzəçi), İ.R.Xələfov və G.A.Quliyev) 2(102)-6226/2018 nömrəli, 03 oktyabr 2018-ci il tarixli qərarı ilə İddiaçı kassasi ya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-12884/2017 nömrəli, 21 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv edilməsi, iş apellyasiya qaydasında yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər T.S.Səmədov (sədrlik edən və məruzəçi), İ.S.Şirinov və E.C.Kazımov) 2(103)-13101/2018 nömrəli, 20 dekabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli, 2(002)-4797/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh SOCAR “Azneft" X1 Nərimanov adına X6 İdarəsinə (NQÇİ) qarşı işə bərpa, məzuniyyətin düzgün hesablanması, məcburi boş dayanmay a görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1995-ci ildən etibarən Neft Şirkətinin Xəzər X5 İdarəsində hüquq məsləhətçisi vəzifəsinə işə qəbul edilmişdir. Elə ilk illərdən müddətsiz əmək müqaviləsi əsasında fəaliyyət göstərmişdir. 2012-ci ildə Donanma idarəsinin İDND idarəsi kimi tanınan filial bağlandığına görə, SOCAR-ın İnsan Resursları Departamentinin sərancamına göndərilmişdir. 2013-cü il 25 iyin tarixindən SOCAR vitse prezidenti cənab Xaliq Məmmədovun və Departament rəhbəri cənab Asif Bəkirlinin məktubu ilə "Azneft" İB-nə, oradan isə Daşqın İsgəndərovun göndərişi əsasında “N.Nərimanov adma NQÇİ-nə böyük hüquq məsləhətçisi vəzifəsinə təyin edilmişdir. Müqavilə bağlanarkən əldə olunan razıla şmaya əsasən onunla müqaviləni ilk olaraq bir illik bağlamışlar və bildirilmişdir ki, Azneft-in göstərişinə uyğun olaraq birinci müqavilə bir illik olsa da, bundan sonra əmək təcrübəyə görə müddətsiz əmək müqaviləsi bağlanacaqdır. Lakin dörd il keçdikdən sonra müxtəlif bəhanələrlə onun işdən çıxarılmağı üçün zəmin yaratmağa çalışırdılar. 30 iyun 2017-ci il tarixdə heç bir hüquqi əsası olmayan bir akt tərtib edilmişdir. Lakin bu aktın işdən çrxarma üçün yetərli olmadığını anlayaraq, başqa bir çarə axtarıb tapdılar ki, buda qanunlarım daha kobud şəkildə pozulması ilə nəticələndi. Belə ki, onların onun barəsində əmək müqaviləsinin bitməsinə istinad etməsi heç mümkün deyil, ona görə ki, bu Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45 maddəsinin 4 və 5-ci bəndlərinin kobud şəkildə pozulması deməkdir. Eyni zamanda Əmək Məcəlləsinin 79-cu maddəsinin 1 hissəsində himayəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək ailə üzvü olan işçilərlə əmək müqaviləsinə xitam verilməsinin qadağan olunduğu göstərilir. O, adı çəkilən şirkətdə yeni işçi deyildi və onunla müddətli əmək müqaviləsi bağlana bilməzdi. Bununla yanaşı məzuniyyətlərə görə ödəniş düzgün hesablanmamışdir və o, məcburi işburaxmaya məruz qalmışdır ki, bu da ailə büdcəsinə öz mənfi təsirini göstəmıişdir. Göstərilənlərə əsasən, onun işə bərpa olunması, məzuniyyətə görə hesablanmamış ödənişlərin və məcburi iş boşdayanmaya görə əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-13101/2019 nömrəli iş üzrə 20 dekabr 2018-ci il tarixli qətnaməsini ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və vəkili Əliyev Əlisəfa Qurban oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər proses iştirakçıları iştirak etmədiyi üçün və iştirak etməmələrinin üzrlü səbəbi barədə məlumat vermədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-13101/2019 nömrəli iş üzrə 20 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki ha llarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş materiallarında olan: 2842 saylı Əmək Müqaviləsinin surətindən göründüyü kimi, 25 iyun 2013-cü il tarixdə ARDNŞ “Azneft” X2 Nərimanov adına NQÇİ ilə İddiaçı arasında əmək müqaviləsi bağlanılmış və İddiaçı rəhbərlik yanında aparatda 12 dərəcəli hüquq məsləhətçisi vəzifəsinə işə qəbul edilmiş və əmək müqaviləsi 25 iyun 2013-cü il tarixindən 24 iyun 2014-cü il tarixinədək bağlanılmışdır. 31 oktyabr 2016-cı il tarixli Cavabdeh1 tərəfindən verilmiş “Əmək məzuniyyətinin verilməsi haqqında” əmrin surətindən göründüyü kimi, İddiaçı N.Nərimanov adma Neft və Qazçıxarma İdarəsinin idarəetmə aparatında hüquq məsləhətçisi işləmiş və onun ərizəsi əsasında 12 təqvim günü məzuniyyət verilmişdir. 28 aprel 2017-ci il tarixli Cavabdeh1 tərəfindən verilmiş “Əmək məzuniyyətinin verilməsi haqqında” əmrin surətindən göründüyü kimi, İddiaçı N.Nərimanov adına Neft və Qaz Çıxarma İdarəsinin idarəetmə aparatında hüquq məslə hətçisi işləmiş və onun ərizəsi əsasında 05 təqvim günü məzuniyyət verilmişdir. 30 iyun 2017-ci il tarixli Cavabdeh1 tərəfindən verilmiş “Əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrin surətindən göründüyü kimi, İddiaçı 25 iyun 2013-cü il tarixli əmək müqaviləsinə 30 iyun 2017-ci il tarixdə xitam verilmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.1-ci maddəsi, müddətli əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar işdən azad edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 4 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının arayışının surətindən göründüyü kimi, X4 oğlunun sağlamlıq imkanı məhdud olan 18 yaşınadək uşaq kimi sosial müavinət almaq hüququ olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 1-ci maddəsinə əsasən Azər baycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin iş üzrə 03 oktyabr 2018-ci il tarixli qərarında qeyd edilir ki, iddiaçı ilə əmək müqaviləsi bağlanarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndinin tələbləri pozulmaqla işin bu halına obyektiv qiymət verilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəy yən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Həmin Məcəllənin 47-ci maddəsində əmək müqaviləsinin müəyyən müddətə (müddətli) bağlanıla biləcəyi hallar müəyyən edilmişdir. O, cümlədən 47-ci maddənin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsinin müəyyən müddətə (müddətli) bağlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. İş materiallarında olan 2842 saylı, 25.06.2013-cü il tarixli əmək müqaviləsinin 2.2-ci bəndində göründüyü kim i, müqavilə tərəflərin qarşılıqlı razılığına əsasən 25 iyun 2013-cü il tarixdən 24 iyun 2014-cü il tarixədək müəyyən olunmuşdur və həmin müqavilənin müddətinin qurtarması əsası ilə 30 iyun 2017-ci il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə əmək müqaviləsinə xitam verilə bilər. 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəy yən olunmuş müddətə uzadılmış hesab olunur. 45-ci maddəsinin 5-ci bəndinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 79-cu maddəsinin 1-ci hissəsində əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar göstərilmişdir, o cümlədən öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ qrup əlil ailə üzvü olan işçilərə münasibətdə əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla ləğv edilməsi qadağandır. Lakin 79-cu maddənin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin «a» bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir. 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqavilə sinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istin ad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddəl ərinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-13101/2019 nömrəli iş üzrə 20 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-13101/2019 nömrəli iş üzrə 20 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6389/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6389/2019
20.09.2019 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver