Məhkəmə qərarları › İş №2(102)-6392/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-6392/2022

21.12.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6392/2022 21.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə və Cavabdeh1 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ İş № 2(102)-6392/2022 Açar sözlər: (kassasya şikayətinin qaytarılması) Bakı şəhəri, 21 dekabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə və Cavabdeh1 qarşı “əmlakın naturada bölünməsi və s.” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-115 4/2017 nömrəli, 28 oktyabr 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 21 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi, İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən iki otaqlı mənzildə ona məxsus 17.5 kv.metr payın digər paylı mülkiyyətçinin payından ayrılması, ayrılmış paya müvafiq olaraq mənzilin ölçülərinin müəyyənləşdirilməsi və ayrılmış paya dair ayrıca ünvan, həmin paya dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsinin DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə həvalə edilməsi, mən zilin naturada bölünməsi mümkün olmadığı təqdirdə mübahisəli mənzilin açıq hərrac vasitəsilə satılaraq və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim: R.Y.Həsənov) 2(010)901/2016 saylı iş üzrə 28 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

3. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər – A.N.İmanov (sədrlik edən və məruzəçi), F.Ş.Talışinski və İ.Q.Əsədov) 2(103)-1154/2017 nömrəli, 16 yanvar 2017-ci il ta rixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 901/2016 saylı iş üzrə 28 sentyabr 2016-cı il tarixli qətnaməsinin İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

5. İddiaçı qətnamədən kassasiya şikayəti və kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmiş vəgöstərmişdir ki, vaxtında kassasiya şikayəti verilməsi üçün vəkil tutmağa maddi vəsaiti olammışdır.

6. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1154/2017 nömrəli, 28 oktyabr 2022-ci il tarixli qərardadı ilə İddiaçı ərizəsi təmin edilməmiş və ərizəyə əlavə edilmiş kassasiya şikayəti geri qaytarılmışdır.

7. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ərizəsində buraxılm ış müddətin üzrlü hesab edilməsinə dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

8. İddiaçı (Vəkil) qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və Bakı Apellyasiya məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-1154/2017 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir.

9. Kassasiya şikayətinin əsaslandırılması kimi məhkəmənin prosessual hüquq normalarının tələblərini pozaraq, iddiaçının qətnamədən kassasiya şikayətinin verilmə müddətini ötürməsinin işsizliklə bağlı olması və öz hesabına vəkil tutmaq imkanın olmamasının məhkəmə tərəfindən nəzərə alınmaması qeyd olunmuşdur. Kassasiya şikayətinə q arşı etirazın dəlilləri

10. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

11. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

12. Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

13. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

14. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irə li sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

15. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

16. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya ) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

17. Hazırkı kassasiya şikayətinə əsasən qərardadın qanuniliyi bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qeyd edilən qərardadı əsaslıdır, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir.

19. Yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında və lazımi qaydada tərtib edilmiş şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

20. Prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzürlü səbəbləri təqdim etməyə borcludur.

21. Məhkəmə kollegiyası vurğulayır ki, buraxılmış prosessual müddətin üzrlü hesab edilməsi üçün ərizə verən tərəf keçən bütün müddət ərzində şikayət vermək imkanının olmamasını sübut etməlidir.Çünki qanunla müəyyən edilmiş prosessual müddətlər işdə iştirak edən şəxslərin hüququ və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını müəyyənləşdirməyə yönəlmişdir.

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi iddiaçının müddət bərpa ərizəsində göstərdiyi əsasları qiymətləndirmiş, müddətin bərpa edilməsinə əsas olmama sı barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

23. Buna görə də, kassasiya şikayətinin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır.

24. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1154/2017 nömrəli, 28 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar