Məhkəmə qərarları › İş №2(102)-6394/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6394/2021

25.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6394/2021 25.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Qardaşxan qızının Cavabdeh və iddiaçı Cavabdeh İddiaçı Qardaşxan qızına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icarə müqaviləsinin ləğvi, yaşayış sahəsinin boşaldılması, maddi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6546/2021 nömrəli iş üzrə 2 4 avqust 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 25 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin ləğvi, qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi və borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 24 dekabr 2016-cı il tarixli icarə müqaviləsinə əsasən yaranmış 13.200 (on üç min iki yüz) manat borcun, gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 660 (altı yüz altmış) manat, cəmi 13.860 (on üç min səkkiz yüz altmış) manat pul məbləğinin ödənilməsi, tərəflər arasında bağlanmış 24 dekabr 2016-ci il tarixli icarə müqaviləsinin ləğ v edilməsi və icarəyə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, X5 küçəsi 13/37 ünavında yerləşən ümumi sahəsi 316.7 kv.m olan qeyri-yaşayış sahəsinin boşaldılaraq icarəyə verən İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı iddia ərizəsi 24 dekabr 2016-cı il tarixli icarə müqaviləsinə əsasən yaranmış 13200 manat borcun, gecikdirilmiş vaxt üçün illik beş faiz 660 manatın, cəmi 13860 manat pul məbləğinin ondan tutularaq iddiaçıya ödənilməsi hissəsində rədd edilməsi, qarşılıqlı iddiasının icraata götürülərək, müqavilənin vaxtından əvvəl birtərəfli qaydada ləğv edilməsi nəticəsində ona dəymiş 45 000 manat maddi ziyanın İddiaçı tutularaq ona ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, X5 küçəsi, 13/37 ünvanında yerləşən ümumi sahəsi 316.7 kv.m olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ ilə ona məxsusdur. Bakı şəhərində onunla Cavabdeh arasında imzalanmış 24 dekabr 2016-cı il tarixli icarə müqaviləsinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, X5 küçəsi 13/37 ünvanında yerləşən ümumi sahəsi 316.7 kv.m olan qeyi-yaşayış sahə si onun tərəfindən cavabdehə icarəyə verilmişdir. Qeyd edilən 24 dekabr 2016-cı il tarixli icarə müqaviləsinin 5-ci maddəsinə görə, icarəyə götürən Cavabdeh icarə verən olaraq ona aylıq 500 manat icarə haqqı ödəyir. İcarə haqqının ödənilməsindən uzun müddət keçməsinə və icarə haqqının ödənilməsi ilə bağlı dəfələrlə xəbardarlq edilməsinə baxmayaraq, bu günə kimi cavabdeh tərəfindən öhdəliklər icra edilməyərək yığılmış və icarə haqqı ödənilməməkdədir. Dəfələrlə cavabdehə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq, o, tərəflər arasında bağlanmış 24.12.2016-ci il tarixli icarə müqaviləsinin tələblərini kobud şəkildə pozmaqda davam edir. İddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə o, avqustsentyabr 2016-a ilə Bakı şəhəri, X5 küçəsi, 13/37 ünvanınd a yerləşən ümumi sahəsi 316.7 kvjn olan qeyri-yaşayış sahəsinin ayda 500 manat dəyərində icarəyə verilməsinə və oranın trenajor zalı kimi istifadə edilməsi üçün onun tərəfindən təmir edilməsi və xaricdən trenajor alətlərinin alınaraq orada tam fəaliyyət göstərməsinə dair ilkin razılığa gəlmişdir. Onlar cavabdehlə icarəyə verilmiş qeyri-yaşayış sahəsinə baxış keçirmiş və tam təmirsiz və istismara yararsız olduğundan, icarə müqaviləsini imzalamadan əvvəl, aralarında qeyri-yaşayış sahəsinin trenajor zalı kimi istifadə edilməsi üçün əsaslı təmirə ehtiyac olduğunu və təmirin smetasının 30 000 manat (elektrik, istilik xətlərinin cəkiləməsi, döşəmənin bərpası və yenilənməsi, kişi və qadın üçün hamamın və qarderobların tikilməsi, divarların bərpası və boyanması və sair) olduğunu və təmir üçün 4 ay vaxt tələb olunduğunu müəyyən etdilər. O cavabdehlə razılaşdı ki, əgər o qeyd edilən qeyri-yaşayış sahəsini ona 5 illik icarəyə versə, o oranı 4 aya təmir edə bilər və bundan sonra icarə müqaviləsi bağlayaraq, təmirə xərclədiyi vəsaiti çıxarda, icarə haqqını, digər xərdəri verə və əlavə gəlir əldə edə bilər. Onlar öz aralarında razılaşdı ki, o qeyd edilən qeyri-yaşayış sahəsini təmirinə lazım olan 30 000 manatı xərclədikdən və 4 ay ərzində təmir etdikdən sonra, aralarında icarə müqaviləsi bağlanır və cavabdehdə öz növbəsində 5 il ərzində icarə müqaviləsini birtərəfli qaydada ləğv edə bilməz, müqavilənin ləğvini tələb etdiyi təqdirdə təmirə ödədiyi 30000 manatı ona geri qaytarmalıdır. Hətta icarə haqqı verilməsə belə, cavabdeh müqavilənin ləğvini müqavilə müddəti bitmədən tələb edə bilməz. O, icarə haqqı ödənməmiş ayların haqqını müqavilə bitdikdən sonra ondan tələb etməlidir. Bundan sonra o, oktyabr 2016-cı ildə təmirə başladı və trenajor alətlərini Çin Xalq Respublikasından sifariş veridi. Lakin cavabdeh dekabr ayında onun yanına gələrək icarə müqaviləsini imzalamağı tələb etdi və o, təmir gedə-gedə onunla 24 dekabr 2016-cı ildə icarə müqaviləsini imzaladı. Müqavilə imzalanan zaman aralarında əldə edilmiş razılıq 9-cu bəndə salındı və o, fevral 2017-ci il tarixində təmiri yekunlaşdırmağına va fəaliyyətə başlamağa baxmayaraq, artıq müqavilə imzalanan gündən öz cibindən icarə haqqını ödəməyə başladı. Bundan sonra o, fevral 2017-ci ildə təmiri yekunlaşdırıb fəaliyyətə başladı və hər ay vaxtı-vaxtında icarə haqqını ödəyirdi. Son ödənişi 2020-ci ilin fevral ayı üçün olmuşdur. Lakin 2020-ci ilin mart ayından ölkə ərazisində pandemiya elan edildiyindən onların trenajor zalının da fəaliyyətinə qadağa qoyuldu. O, bununla bağlı cavabdehə şifahi olaraq məlumat verdi və ona bundan xəbərdar olduğunu, icarə haqqının dondurulmasına və fəaliyyətə başladıqdan sonra icarə haqqının ödənilməsinə etiraz etmədiyini bildirdi. Bundan bir neçə ay sonra Cavabdeh ona bildirdi ki, elədiyi təmir trenajor zalının fəaliyyətsiz qalması, nəmişlik və yuxarı qonşuların şaxtalarından axıdılmış kanalizasiya sularının təsiri nəticəsində yararsız hala düşüb və təkrar təmirə ehtiyac var. Zalın fəaliyyəti dayandırıİdığından, o oranın kosmetik təmirini və dizaynın yeniləmək, döşəməsini yenidən təmir etdirərək rezin döşəmə düzdürmək istəyir. Buna cavab olaraq cavabdeh ona etiraz etmədiyini bildir di və təmirə icazə verdi. Bundan sonra o, qeyri-yaşayış sahəsinin təmirinə 15000 manata yaxın vəsait xərclədi və yenidən təmir etdi. Lakin cavabdeh 2020-ci ilin dekabr aylarında trenajor zalına gələrək təmirin tam yekunlaşdığını gördükdən sonra ondan icarə üçün son bir ilin haqqını ödəməyi və ödəmədiyi təqdirdə qeyri-yaşayış sahəsini boşaltmağı tələb etdi. O, cavabdehə bildirəndə ki, pandemiyanın elan olunması və zalın fəaliyyətinin dayandırması onun günahı ucbatından deyildir, yaranmış mürəkkəb epidemioloji vəziyyətlə bağlı hökumətin qərarıdır və bundan əlavə onların arasında şifahi razılıq verib. Bundan əlavə, əgər belə idisə o, ona niyə əlavə təmir etməyə icazə verib və təmir bitən kimi bu tələbi irəli sürür. Əgər o, icazə verməsəydi o pulu ilə oranı təmir etməzdi və əlavə ziyana uğrama zdı. Onun cavabı isə o oldu ki, heç nə eşitmək istəmir və ondan dərhal qeyri-yaşayış sahəsini boşaltmağı tələb edir. Bundan sonra cavabdeh onun sözlərinə məhəl qoymadan rəsmi pretenziya məktubu göndərdi və məhkəməyə müraciət etdi. Bununla da ona aydın oldu ki, cavabdeh qabaqcadan müqaviləni ləğv etdirmək niyyətində olub. Lakin bu barədə tələbini onun oranı təmir etdirdikdən sonra bildirib. Çünki o, onun oranı tərk edən zaman təmirli sahənin ona qalmasını hesablayıb və bunun nəticəsində ona əlavə ziyan vurub. Məhkəməyə müraciət edərkən də, o, iddia ərizəsində qeyri ciddi formada qeyd edib. Belə ki, onun iddia ərizəsini nümayəndəsi və vəkili imzalayıb. Lakin icarə haqqının aylıq 500 manat olmasını qeyd etsə də, son bir il üçün 13200 manat və əlavə 5 % illik 660 manat tələb edir. Bütün qeyd e dilənlər bir daha ona dəlalət edir ki, cavabdehin iddiası əsasızdır və müqavilə birtərəfli ləğv edildiyi təqdirdə ona dəymiş 30000 manat maddi ziyan icarə müqaviləsinin 9-cu bəndinə əsasən və 15000 manat isə sonrakı təmirə xərclədiyi vəsait ona ödənilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 31 mart 2021-ci il tarixli e-2(005)-1472/2021 nömrəli qətnaməsi ilə (hakim Solmaz Ədilova) ilk iddia tələbinin qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 24 dekabr 2016-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi və Bakı şəhəri, Binəqədi rayonu, X5 küçəsi 13/37 ünvanında yerləşən ümumi sahəsi 316.7 kv.m olan qeyri-yaşayış sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, İddiaç ı 30000 manat məbləğində pulun X3 ödənilməsi, ilkin və qarşılıqlı iddia tələblərinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə, ilk növbədə tərəflər arasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsi və icarəyə verilmiş qeyri-yaşayış sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi barədə tələbə qiymət verilməsini zəruri hesab edərək bildirir ki, bu hissədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, qarşılıqlı iddia tələbindən göründüyü kimi, ilk tələb üzrə Cavabdeh qarşılıqlı iddia tələbi ilə müraciət edərək, müqavilənin birtərəfli qaydada ləğvi nəticəsində ona dəymiş maddi ziyanın ödənilməsini tələb etmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırki halda hər iki tərəf müqavilə münasibətlərin in davam etdirilməsində israrlı deyillər, digər tərəfdən ilk tələb üzrə cavabdeh maddi ziyan tələb etməklə dolayısı ilə ilk iddiaçının müqavilənin ləğvi ilə bağlı tələbi ilə etiraz etməyərək, həmin tələblə razılaşır. Bununla yanaşı məhkəmə ilk iddia tələbi üzrə “icarə müqaviləsinə əsasən yaranmış borcun, gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsi”nə dair tələbə münasibətdə qeyd edir ki, bu hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, ilk tələb üzrə iddiaçının tələbini əsaslandırarkən istinad etdiyi hallar əsaslı hesab edilə bilməz. Məhkəmə iclasında tərəflərin izahatları ilə müəyyən edilmiş işin mübahisəsiz hallarından müəyyən olunmuşdur ki, ilk iddiaçı 24.12.2016-ci il tarixli icarə müqaviləsinin tələblərinin kobud şəkildə pozuntusunu 2020-ci ilin mart ayından iddia tələbi ilə məhkəməyə müraciət edildiyi vaxtadək ödənilməyən icarə haqqları ilə əlaqələndirmişdir. Lakin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk tələb üzrə istinad edilən əsaslarla razılaşmayaraq, onun tərəfindən hər hansı pozuntu edilmədiyini bildirərək, həmin halın 2020-ci ilin mart ayından ölkə ərazisində pandemiya elan edildiyindən onların trenajor zalının da fəaliyyətinə qadağa qoyulması ilə izah edir. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia tələbinə etirazının əsaslı olması qənaətinə gəlir. Bu baxımdan qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il üçün müvafiq qərarlarından göründüyü kimi, bir sıra müəssisələrin, o cümlədən ölkə üzrə kinoteatrların, muzey və teatrların, əyləncə mərkəzlərinin, idman zallarının fəaliyyəti dayandırılmışdır. A zərbaycan Respublikası MPM-nin 82.1-ci maddəsinə əsasən, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Yuxarıda sadalanan hüquq normalarına və işin faktiki hallarına əsasən, məhkəmə qeyd edir ki, 2020-ci ilin mart ayından iddia tələbi ilə məhkəməyə müraciət edildiyi vaxtadək ödənilməyən icarə haqqları müqavilənin pozulmasına səbəb olmadığından ilk iddia üzrə iddiaçı həmin hala istinad edə bilməzdi. Məhkəmə qarşılıqlı iddia tələbinin “icarə müqaviləsinin 9-cu bəndinə əsasən 30000 manat maddi ziyanın ödənilməsi” barədə hissəsinə hüquqi qiymət verərək hesab edir ki, qarşılıqlı iddia tələbi yuxarıda qeyd olunanlara əsasən əsaslıdır. Belə olan halda qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 24 dekabr 2016-cı il tarixli İcarə müqaviləsinin 9-cu bənd inin tələbi əsas götürülməklə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 30000 manat məbləğində təmirə görə çəkilmiş pulu ödəməlidir. Lakin məhkəmə qarşılıqlı iddiaçının “15000 manat sonrakı təmirə xərclədiyi vəsaitin ona ödənilməsi” tələbi ilə bağlı qeyd edir ki, “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun 6-ci maddəsinə əsasən, icarəyəverənin icazəsi olmadan icarəçinin apardığı və icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilməyən yaxşılaşdırmalar müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra əvəzi ödənilmədən icarəyəverənə keçir. Habelə, tərəflər arasında bağlanmış 24 dekabr 2016-cı il tarixli İcarə müqaviləsinin 9-cu bəndinə əsasən, “İcarəçilər” “İcarəyəverən”-in razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz. Beləlikl ə qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh İddiaçı 15 000 manat məbləğində sonrakı təmirə xərclədiyi vəsaitin ona ödənilməsini tələb etsə də, o məhkəmə iclasında sonrakı təmirlə bağlı cavabdeh İddiaçı müvafiq icazəsinin olması barədə sübutları təqdim edə bilmədiyindən, iddia tələbi bu hissədə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 391, 421.2, 422.1, 700.1, 1096.1, 1097.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 19.1, 19.3-cü, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5, 6, 7, 15.1, 15.2, 15.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.2, 82.1, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin 07 m ay 2021-ci il tarixli e-2(005)-1472/2021 nömrəli qərardadı ilə (hakim Solmaz Ədilova) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 mart 2021ci il tarixli e-2(005)-1472/2021 nömrəli qətnaməsinə düzəliş edilməsi, qətnamənin əsaslandırıcı hissəsinin 7-ci səhifəsinin 9-cu abzasındakı və nəticə hissəsinin 4-cü abzasındakı “X3” ifadəsinin “Cavabdeh” kimi oxunması qərara alınmışdır. Qətnamədən narazı qalan ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, İddiaçı iddiasının tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən narazı qalan ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti verərək, birinci i nstansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, onun iddiasının tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apelyasiya kollegiyasına ərizə ilə müraciət edərək, İddiaçı iddia tələbindən imtina etdiyini göstərmiş və bu barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Qürbət Əsgərov - sədrlik edən və məruzəçi, Azad İmanov, Vahid Sadıqov) 17.08.2021-ci il tarixli, 2(103)-6546/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin ləğvi, qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi və borc” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “maddi ziy anın ödənilməsi” barədə qarşlıqlı iddia tələbinə dair mülki iş üzrə ilkin iddia üzrə İddiaçı iddiadan imtinasının qəbul edilməsi, hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli 2(005)-1472/2021 saylı qətnaməsinin ləğv edilməsi və ilkin iddia tələbinə dair hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Qürbət Əsgərov - sədrlik edən və məruzəçi, Azad İmanov, Vahid Sadıqov) 24.08.2021-ci il tarixli, 2(103)-6546/2021 saylı qətnaməsi ilə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayətinin təmin edilməməsi, hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli 2(005)-1472/2021 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “maddi ziyanın ödənilməsi” barədə qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəflər arasında bağlanan 24 dekabr 2016-cı il tarixli “İcarə müqaviləsi”nin ləğv edilməsi barədə qənaətinə ilkin iddia üzrə iddiaçının müqavilənin 9-cu bəndinə əsasən heç bir əsas olmadan müqavilənin vaxtından əvvəl xitam verilməsi səbəbi ilə əsaslandırmışdır. Kollegiya hesab edir ki, hazırda ilkin iddia üzrə iddiaçının iddia tələbindən imtina etməsi ilə ilkin iddia üzrə icraata xitam verildiyindən, birinci inst ansiya məhkəməsinin müqavilənin ləğvi barədə istinad etdiyi hallar aradan qalxmış olur. Həmçinin məhkəmədə müəyyən olunmuşdur ki, icarə obyekti hal-hazırda da ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh sahibliyində və istifadəsindədir. İş materiallarında iddiaçı tərəfindən cavabdehə, qarşılıqlı iddia üzrə iddiaçıya hər hansı bir ziyan vurulması müəyyən edilmir və ziyan vurmaqla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096 və 1097-ci maddələrində nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, qarşılıqlı iddianın təmin olunması üçün əsaslar yoxdur. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə id diaçı Cavabdeh (vəkili Vəkil2) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi ləğv etdiyi birinci instansiya məhkəməsinin qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh olan İddiaçı tərəfindən qarşılıqlı iddianın təmin olunan hissəsindən şikayət verilmədiyini nəzərə almamış, mübahisələndirilməyən hissədə də qətnaməni ləğv edib, mübahisə predmeti olmayan hissədə iddianı rədd etmişdir. Yəni, apelyasiya instansiyası məhkəməsi yalnız qarşılıqlı iddia tələbi üzrə Cavabdeh şikayətinə mahiyyəti üzrə baxıb, təmin və ya rədd barədə qərar qəbul edə bilərdi. Ha zırki vəziyyətdə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına mübahisələndirilməyən hissədə hüquqi qiymət verməklə, qanunverciliyin tələblərini pozmuşdur. Həmçinin, ilk iddia üzrə Cavabdeh qətnamənin elan olunduğu 24.08.2021-ci ildə məhkəmə araşdırmasında iştirak etmədiyi halda, onun iştirakı ilə işə mahiyyəti üzrə baxılması qətnamədə qeyd edilmişdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən ilk iddia üzrə cavabdehin ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Eləcə də məhkəmə kollegiyası işə baxarkən Azərbaycan Respublikası MPM-nin 77.1, 88-ci maddələrinin tələblərini də pozmuş, sübutların obyektiv qiymətləndirməsini təmin etməmişdir. Hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Pro sessual Məcəlləsinin 9.1, 14-cü, 88. 189-cu maddələrinin tələblərini pozmuşdur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili Vəkil1 məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi ünvanlayaraq ərizəsində göstərmişdir ki, həm birinci instansiya məhkəməsində və həmçinin apelyasiya instasiyasında icarə obyektinin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X1 və istifadəsində olması öz təsdiqini tapmışdır. iş üzrə Cavabdeh tərəflər arasında imzalanmış 24.12.2016-cı il tarixli icarə müqaviləsinin 9-cu bəndinə istinad edərək heç bir əsas olmadan müqavilənin vaxtında əvvəl pozulmasını bildirir. Tərəflər arasında imzalanmış 24.12.2016-cı il tarixli icarə müqaviləsi müqavilənin müddətinin başa çatması ( 23.12.2021-ci il) ilə əlaqədar 24.12.2016-cı il tarixli icarə müqaviləsinin 3-cü bəndinə əsasən uzadılmayacaqdır. Qeyd edilən müqavilənin icarəyə verən tərəfindən hər hansı qaydada pozulması məhkəmə baxışları zamanı öz təsdiqini tapmamışdır. Əksinə Cavabdeh məhkəmədə verdiyi izahatlarda pandemiya dövrü başlayandan müqavilə üzrə öz üzərinə düşən öhdəliyi, yəni icarə haqqını ödəmək imkanı olmadığını bildirmişdir. Hazırda Bakı şəhəri, Binəqədi rayonu, X5 küçəsi 13/37 ünvanında yerləşən qeyri-yaşayış sahəsi heç bir müdaxilə olunmadan Cavabdeh istifadəsində və sahibliyindədir. İcarə müqaviləsi üzrə müəyyən edilmiş icarə haqqı bu günə kimi Cavabdeh tərəfindən icra edilməməkdədir. İddiaçı tərəfindən cavabdehə, qarşılıqlı iddia üzrə iddiaçıya hər hansı bir ziyan vurulması məhkəmə baxışlarında mü əyyən edilməmişdir. Həmçinin cavabdeh qeyri-yaşayış sahəsindən hər-hansı qaydada istifadə edə bilməməsi, maneələrin yaradılması hallarını sübuta yetirə bilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, vəkili Vəkil1, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili Vəkil2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclası nda vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına is tinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instans iyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə qarşılıqlı iddia tələbi hissəsində mübahisələndirildiyindən məhkəmə aktı həmin hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, qarşılıqlı idd iaçı kasasiya şikayətində icarə predmeti olmuş qeyri-yaşayış sahəsinin ilk iddiaçıya təhvil verildiyini, orada olan trenajor alətlərinin satıldığını, artıq sahibkarlıq fəaliyyəti ilə məşğul olunmadığını dəlil olaraq göstərsə də, icarə obyektinin ilk iddiaçıya təhvil verilməsi barədə hər hansı sübutu təqdim edə bilməmiş və hər hansı sübuta istinad edə bilməmişdir. Məhkəməyə ünvanlanmış kasasiya şikayətinə etirazda da ilk iddiaçının vəkili icarə obyektinin qarşılıqlı iddiaçının istifadəsində olmasını göstərmişdir. Bundan əlavə, qarşılıqlı iddiaçının kasasiya şikayətinin formallığı özünü onda biruzə verir ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin müddəti 23.12.2021-ci il tarixdə bitir və ilk iddiaçı müqavilə müddətinin uzadılması niyyətində deyildir. Bunu anlayan qarşılıqlı iddiaçının da məqsədi qarşılıqlı iddiasının təmin edilməsinə nail olmaqla ilk iddiaçıdan vəsait əldə etmək olmuşdur. Çünki artıq o, icarə predmetindən istifadə edə bilmək və gəlir əldə etmək imkanından məhrum olacaqdır. Odur ki, kasasiya şikayətinin icarə obyekti ilə bağlı dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas olan bilməz. Digər tərəfdən, kasasiya şikayətinin prosessual hüquq normalarının pozuntusu ilə əlaqədar dəlilləri üzrə isə qeyd edilməlidir ki, kasasiya yoxlaması nəticəsində apelyasiya kollegiyası tərəfindən qarşılıqlı iddiaçının nəinki kasasiya şikayətində göstərmiş olduğu prosessual hüquq normalarının, həmçinin digər hər hansı prosessual hüquq normalarının pozunt usuna yol verilməsi müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6546/2021 nömrəli iş üzrə 24 avqust 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar