Məhkəmə qərarları › İş №2(102)-6398/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6398/2021

14.12.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6398/2021 14.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: fərdi yaşayış evinə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X10 oğlunun katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdeh vəkili Salehzadə Ümman Tofiq oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5113/2021 nömrəli iş üzrə 16 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 14 dekabr 2021-ci il tarixdə Ali M əhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları

1. İddiaçı 05 mart 2015-ci il tarixdə Cavabdeh X3 ilə rəsmi nikaha daxil olmuş və həmin vaxtdan ərinin yaşadığı ünvan 1 ünvanında yerləşən evə köçmüş və orada yaşamışdır.

2. Birgə nikahdan Vüsalə və İrşad Məmmədovların 20.08.2015-ci tarixdə bir uşaqları olmuşdur. 3. 28 iyul 2018-ci il tarixdə İrşad Məmmədov bədbəxt hadisə nəticəsində vəfat etmişdir.

4. Tərəflərin birgə yaşadıqları ev müvafiq icazələr alınmadan inşa edilməklə özbaşına tikili olmuş, onun yerləşdiyi 400 kv.metrdən ibarət torpaq sahəsi isə X1 31 oktyabr 2005-ci il tarixli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün Cavabdeh mülkiyyətinə verilmişdir. Bununla əlaqədar onunla Bələdiyyə arasında torpaqların alqısatqısına dai r müqavilə bağlanmışdır. 5. 5 dekabr 2018-ci il tarixdə Cavabdeh göstərilən evə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, 20.08.2015-ci il təvəllüdlü övladı X5 ilə birlikdə ünvan 2 ünvanında yerləşən 20 saylı evə köçürülmələri və cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küçəsi 10 ünvanında yerləşən 20 saylı ev özbaşına tikili olmaqla onun nikaha daxil olmasından iki il əvvəl alınmış, evin alınmasını gözləmək üçün iki il nişanlı qalmış, Cavabdeh heç vaxt həmin evdə yaşamamış, L erik rayonunda işləyərək Şəmkir rayonunda yaşamış, yalnız qonaq kimi oğlunun evinə gəlib-getmişdir. 28.07.2018-ci il tarixdə əri İrşad Məmmədov elektrik cərəyanının vurması nəticəsində iş başında həlak olmuş, ərinin dəfn mərasimi Şəmkir rayonunda yerləşən ata evində təşkil olunduğundan Şəmkirə gedərək dəfn mərasimində iştirak etmişlər. Dəfndən sonra yaşadıqları Binəqədi rayonu, Gülüstan küçəsi 10 ünvanında yerləşən 20 saylı fərdi yaşayış evlərinə qayıdanda qayınanası Cavabdeh onu azyaşlı qızı ilə birlikdə yaşadıqları evdən qovmuş və bir daha həmin evə buraxmamışdır. Başqa yaşayış yerləri yoxdur və hesab edir ki, evə köçürülməli, qayınanasının ona yaratdığı maneələr aradan qaldırılmalıdır.

8. Cavabdeh birinci instansiya məhkəməsində iddia ərizəsinə qarşı etiraz edərək bildirmişdir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsi 2006-cı ildə onun tərəfindən əldə edilmişdir və sənədlər onun adınadır. Həmin torpaq sahəsinin üzərində olan 2 otaqlı yaşayış evini isə o, həyat yoldaşı Aydın Məmmədovla birlikdə 20042006-cı illərdə inşa etmişdir. İddiaçı həmin illərdə hal-hazırda daimi qeydiyyatda olduğu İmişli şəhəri Meliorator qəsəbəsi 14 saylı evin 3 saylı mənzilində öz valideynləri ilə birlikdə yaşamışdır. İddiaçı 05.03.2015-ci il tarixdə onun mərhum X3 ilə rəsmi nikaha daxil olmuşdur. Oğluna ailəsi ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Gülüstan küçəsi 10, 20 saylı evin bir otağında müvəqqəti yaşamaq üçün icazə vermişdir. X3 28.07.2018-ci il tarixdə faciəli şəkildə vəfat etmişdir. Həmin gündən iddiaçı körpə uşağı ilə birlikdə İmişli şəhəri, Meliorator qəsəbəs i 14 saylı evin 3 saylı mənzilində yaşayır. ünvan 3də yerləşən bütün əşyalar ona məxsusdur. O, mülkiyyətində olan yaşayış evini mərhum X3na və iddiaçıya satmamış, bağışlamamışdır. İddiaçının evsiz-eşiksiz qalmasını istəmir. Nəvəsi 20.08.2015-ci il təvəllüdlü X4 öz himayəsinə qəbul edib saxlamağa razıdır. İddiaçı yaşca cavandır, onun həyatı hələ qarşıdadır və o, sərbəst bir insan kimi gələcəkdə istədiyi vaxt yeni ailə qurmaqda haqlıdır. Bu isə, övladı faciəli surətdə həlak olmuş bir ana kimi nə ona, nədə ki, digər ailə üzvlərinə rahatlıq verməyəcəkdir. O, 38 ildir müəllimə işləyir. Son iş yeri Lerik rayonunda yerləşir. Şəmkir rayonunda da özünə məxsus fərdi yaşayış evi və təsərrüfatı vardır. Bakı şəhəri Binəqədi rayonu Gülüstan küçəsi 10, 20 saylı evini o, qocalanda yaşaması üçün inşa etm işdir. Nəvəsinə görə iddiaçı üçün də şərait yarada bilər. Belə ki, iddiaçının doğulub, böyüyüb başa çatdığı ata yurdu olan İmişli şəhərində mənzil ala və ya 20.000 manat pul vəsaiti verə bilər. Lakin iddiaçının uşağı ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Gülüstan küçəsi 10, 20 saylı evə köçüb yaşamasına razı deyil.

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 iyul 2019-cu il tarixli, 2(001)825/2019 saylı qətnaməsi ilə (hakim S.Səlimova) İddiaçı Cavabdeh qarşı iddiası təmin edilərək İddiaçı azyaşlı uşağı ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsi, 10-cu döngə, 20 saylı evə köçürülməsi və onun həmin evdə yaşamasına yaratdığı maneələrin aradan qaldırılmasının Cavabdeh həvalə edilməsi qət edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh etirazını Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küçəsi 10, 20 saylı fərdi yaşayış evinin onun xüsusi mülkiyyətində olması ilə əsaslandırsa da, evin onun tərəfindən inşa olunmasına, evə dair mülkiyyət hüquqlarının qeydə alınmasına dair mötəbər, təkzib olunmaz sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının himayəsində olan uşağı ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küçəsi 10, 20 saylı fərdi yaşayış evində yaşaması, bu yaşayış sahəsinin sonuncuların yeganə yaşayış sahəsi olması, bu evə dair hüquq müəyyənedici sənədi olmayan cavabdehin iddiaçıya yeganə yaşayış sahəsində yaşamasına maneələr yaratması öz təsdiqini tapdığından iddia əsaslıdır.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43, 60-cı maddələrinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər R.Ə.Qurbanov (sədrlik edən və məruzəçi), E.Q.Nəbiyev və A.Ə.Hüseyn) cavabdehin apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir.

14. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddianın əsaslı hesab edilməsi üçün m übahisəli evin və ya onun yerləşdiyi torpaq sahəsinin iddiaçının da vəsaiti hesabına əldə edilməsi və yaxud onun vəsaiti hesabına həmin evdə təmir-tikinti işlərinin aparılması müəyyən olunmalıdır. Yalnız bu hallar təsdiq olunduqda mübahisəli tikili onun yaşayış yeri kimi qəbul edilə bilər və Azərbaycan Respublikası Konstitusiyanın 43-cü maddəsinin İ hissəsinə əsasən onun iddiası əsaslı hesab edilə bilər. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 mart 2020-ci il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilmiş, qərar ləğv edilərək, iş yenidən baxılması üçün göndərilmişdir.

16. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməsində birinci instansiya məhkəməsinin qətnaməsini MPM-nin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə ləğv edərkən gəldiyi nəticəni ümumiyyətlə əsaslandırmamış, həmin pozuntuların nədə ifadə olunmasını göstərməmişdir. İş materiallarından görünür ki, mübahisəli yaşayış sahəsindən istifadə hüququ ilə bağlı tərəflər arasında münasibət 2015ci ildə, yəni iddiaçının cavabdehin oğlu ilə nikaha daxil olub evə köçdüyü vaxtdan yaranmışdır. İddiaçı mübahisəli evə köçərkən ev özbaşına tikili olduğu üçün birinci instansiya məhkəməsi iddianı təmin etmişdir.

17. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, həmin evin cavabdehin mülkiyyətində olması barədə onun tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Lakin işə apellyasiya qaydasında baxılarkən cavabdeh evin onun mülkiyyətin də olmasına dair məhkəmə kollegiyasına daşinmaz əmlakin dövlət reyestrindən çıxarış təqdim etmiş və məhkəmə kollegiyası başlıca sübut kimi həmin reyestrdən çıxarışa əsaslanaraq iddianın əsassız olması barədə nəticəyə gəlmişdir. Göstərilən vəziyyətdə həmin sübutun birinci instansiya məhkəməsinə təqdim olunmamasının səbəbləri araşdırılmalı və evə dair reyestrdən çıxarışın sübut kimi qəbul edilməsinin mümkünlüyünə qiymət verilməli idi.

18. Məhkəmə kollegiyası hesab etmişdir ki, evdən istifadəyə dair mübahisəli hüquq münasibətinin yarandığı dövrdə ev özbaşına tikili olduğundan və belə tikililərdən istifadə ilə bağlı hüquq münasibətləri qüvvədə olan mülki qanunvericiliklə birbaşa tənzimlənmədiyindən, kollegiya hesab etmişdir ki, qanunun analogiyasından istifadə olunmaqla mübahisənin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68-ci maddəsinin müddəalarına uyğun həlli imkanı müzakirə olunmalı idi.

19. Həmçinin kassasiya kollegiyası iddiaçı tərəfindən evin əldə edilməsinə və yaxud təmir-tikinti işlərinin aparılmasına vəsait qoyulmaması tələbin rədd edilməsi üçün əsas vermədiyindən apellyasiya instansiyası məhkəməsinin bu barədə olan nəticəsini əsassız saymış, hesab etmişdir ki, mübahisə iddiaçının 68.1-ci maddədə müəyyən olunmuş qaydada cavabdehin ailə üzvü hüququnu əldə edib-etməməsi baxımından həll oluna bilərdi. Bu zaman ailə üzvünün iddia etdiyi evə vəsait qoyub-qoymaması mübahisənin həlli üçün heç bir əhəmiyyət kəsb etmir.

20. Məhkəmə kollegiyası qətnaməni ləğv edərkən həmçinin nəzərə almışdır ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsinin Cavabdeh adına ayrılmasına dair X1 31 oktyabr 2005-ci il tarixli sərəncamı İddiaçı tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş və həmin iş üzrə 1 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsi tərəfindən 27 sentyabr 2019-cu il tarixdə sərəncam qəbul edilmişdir. Ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 avqust 2020-ci il tarixli, 2(103)-5712/20 nömrəli qətnaməsi ilə (hakimlər E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, əvvəla, iddiaçının köçürülməsini istədiyi ev ünvan 4 ünvanda yerləşən 20 saylı ev olduğu halda, cavab dehin adına 11.12.2018-ci il tarixdə mülkiyyət hüququ üzrə qeydə alınmış ev həmin ünvandakı 18B saylı evdir. İkincisi isə, cavabdeh, əgər bu evlər eyni evlərdirsə, o zaman müvafiq sübutu hansı səbəblə birinci instansiya məhkəməsinə təqdim etməmiş olduğunu ümumiyyətlə əsaslandırmamışdır. Bundan əlavə, tərəflər arasında münasibətlərin yarandığı, yəni iddiaçının mənzilə köçdüyü 2014-cü ildə mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdı, eləcə də iddiaçı məhz həmin ildən mənzilə köçərək orada ailəsi ilə birlikdə yaşamışdır. Özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən göstəriş yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyy ət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Hətta mübahisəsi gedən ev üzərində 2018-ci ilin dekabr ayında cavabdehin mülkiyyət hüququnun qeydə alınmış olduğu qəbul edilsə belə, bu hal tərəflər arasında 2015-ci ildən yaranmış hüquq münasibətlərinə tətbiq olunacaq normanın dəyişməsinə əsas verə bilməz. Hazırkı mübahisəyə qanunun analogiyasından istifadə olunmaqla Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68-ci maddəsinin müddəaları tətbiq oluna bilər – bu maddəyə görə isə, “…sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti o lmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar”. d) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)1007/2021 saylı, 10 mart 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5712/2020 nömrəli iş üzrə 13 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.

24. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, daşınmaz əşyaya dair mübahisəyə mahiyyəti üzrə baxan məhkəmə üçün həmin əşyanın hüquqi statusu müəyyən olmalıdır. Çünki, tərəflərin hüquq və vəzifələrinin yaranması və ya xitamı üçün bu hal mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, 02.09.2019-cu il tarixdən apellyasiya məhkəməsinə daxil olmuş iş üzrə mənzilin 11.12.2018-ci ildən dəyişmiş statusunun müəyyən edilməməsi, bu barədə zəruri sübutların məhz cavabdeh tərəfindən təqdim edilməməsinə görə həmin mənzilə özbaşına tikili və ya sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsinə aid normaların tətbiqi doğru yanaşma sayıla bilməz. Odur ki, mənzilə dair mübahisə onun mövcud hüquqi statusu nəzərə alınmaqla həll edilməlidir.

25. Kollegiya qeyd etmişdir ki, mənzillə bağlı mübahisə həll edilərkən həm münasibətlərin yarandığı, həm də ondan sonrakı dövrdə daşınmaz əşyanın hüquqi statusuna, əşya üzərindəki hüquqlara (mülkiyyət hüqu qu, mənzildə yaşamaq istəyən şəxslərin əmlak-ailə hüquqları və s.) dair qanunvericilik nəzərə alınmalıdır.

26. Hazırkı iş üzrə mübahisəli mənzilin 11.12.2018-ci ildən cavabdehin adına mülkiyyət hüququ ilə qeydə alınması həmin mənzilə dair yeni hüquq münasibətlərinin yaranmasına dəlalət edir. Başqa sözlə, həmin andan mənzildən istifadə etmək istəyən şəxslərin hüquqları mülkiyyətçiyə münasibətdə mövcud qanunvericiliyə əsasən müəyyən olunmalıdır.

27. Kollegiya vurğulamışdır ki, daşınmaz əşyaya dair mübahisəyə mahiyyəti üzrə baxan məhkəmə üçün həmin əşyanın hüquqi statusu müəyyən olmalıdır. Çünki, tərəflərin hüquq və vəzifələrinin yaranması və ya xitamı üçün bu hal mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, 02.09.2019-cu il tarixdən apellyasiya məhkəməsinə daxil olmuş iş üzrə mənzilin 11.12.2018- ci ildən dəyişmiş statusunun müəyyən edilməməsi, bu barədə zəruri sübutların məhz cavabdeh tərəfindən təqdim edilməməsinə görə həmin mənzilə özbaşına tikili və ya sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsinə aid normaların tətbiqi doğru yanaşma sayıla bilməz. Odur ki, mənzilə dair mübahisə onun mövcud hüquqi statusu nəzərə alınmaqla həll edilməlidir.

28. Məhkəmə kollegiyası bildirmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqe əsas götürüldükdə mənzilə dair cavabdehin mülkiyyət hüququnun qeydə alındığı 11.12.2018-ci il tarixdə iddiaçının mənzildə yaşayış hüququna qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsi baxımınd an qiymət verilməlidir.

29. Bundan əlavə, apellyasiya məhkəməsinin qətnaməsində iddiaçının tələbində göstərdiyi ünvan 2 ünvanında yerləşən 20 saylı mənzillə, cavabdehin adına verilmiş mülkiyyət şəhadətnaməsində qeyd olunan həmin ünvan üzrə 18B nömrəli mənzilin eyni olub-olmaması faktı qeyri-müəyyən qalmışdır. Halbuki, işin düzgün həlli üçün bu halın dəqiqləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. e) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

30. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16.06.2021-ci il tarixli, 2(103)-5113/2021 saylı qətnaməsi ilə (hakimlər Q.A.Əsgərov (sədrlik edən və məruzəçi), A.N.İmanov və V.N.Sadıqov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 iyul 2019-cu il tarixli qətnaməsi ləğv e dilmiş, yeni qətnamə çıxarılaraq, İddiaçı iddia tələbi təmin edilməmişdir.

31. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddianın əsaslı hesab edilməsi üçün mübahisəli evin və ya onun yerləşdiyi torpaq sahəsinin iddiaçının da vəsaiti hesabına əldə edilməsi və yaxud onun vəsaiti hesabına həmin evdə təmir-tikinti işlərinin aparılması müəyyən olunmalıdır. Yalnız bu hallar təsdiq olunduqda mübahisəli tikili onun yaşayış yeri kimi qəbul edilə bilər və Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən onun iddiası əsaslı hesab edilə bilər. Lakin iddiaçı bu hallara ümumiyyətlə istinad etməmiş və heç bir sübut təqdim etməmişdir. Ona görə də, iddianın təmin edilməsi üçün əsaslar mövcud deyildir.

32. Apellyasiya instansiyası məhkəməsi qeyd e tmişdir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərə əsasən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, X1 31.10.2005-ci il tarixli, 1650/1 saylı sərəncamı ilə Binəqədi qəsəbə ərazisindən 400 kv.m. boş torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün Cavabdeh alğı-satqı qaydasında mülkiyyətinə ayrılmış və Binəqədi qəsəbə Bələdiyyəsi ilə Cavabdeh arasında torpaqların alğı-satqısına dair müqavilə bağlanmışdır.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə görə hazırkı mübahisəyə tətbiq edilməli olan Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələblərinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusi ya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə görə iddiaçının mübahisəli evə istifadə hüququnun yaranması istisna olunur. Ona görə də, iddiaçının öz uşağı ilə birgə həmin evə köçürülməsi üçün əsaslar mövcud deyildir.

34. Kassasiya instansiyası məhkəməsinin göstərişinə uyğun olaraq, məhkəmə kollegiyası tərəfindən verilmiş sorğuya Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının Binəqədi qəsəbəsi üzrə nümayəndəsi tərəfindən verilmiş cavabda bildirmişdir ki, ünvan 5 ünvanı Cavabdeh (çıxarış seriya 1433810) məxsusdur. ünvan 6 ünvanı mərhum X2 aid olub, evin ev dəftəri var, göstərilən ünvanda mərhumun ailəsi qeydiyyatda olaraq yaşayır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şi kayətinin dəlilləri

35. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

36. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə mülki işin faktiki hallarına uyğun olmamış, məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, düzgün tətbiq etməmiş, habelə hüququn tətbiq edilməsində səhvə yol verməklə, tətbiq etdiyi qanunu düzgün şərh etməmişdir.

37. Kassasiya şikayətində qeyd edilmişdir ki, mübahisəli evin cavabdehin mülkiyyətində olması barədə onun tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmamışdır. İşə apellyasiya qaydasında baxılarkən cavabdeh evin onun mülkiyyətində olmasına dair məhkəmə kollegiyasına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış təqdim etmiş və məhkəmə kollegiyası başlıca sübut kimi həmin reyestrdən çıxarışa əsaslanaraq iddianın əsassız olması barədə nəticəyə gəlmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi MPM-nin 371-ci maddəsinin tələbini pozmaqla mübahisə predmeti olan evin cavabdehin mülkiyyətində olmasına əsaslanaraq iddianı rədd etmişdir. Həmçinin mülki işə təkrar apellyasiya qaydasında baxılarkən iddiaçı tərəf vəsatət qaldıraraq hazırda mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ayılmasına dair X1 31 oktyabr 2005-ci il tarixli sərəncamın etibarsız hesab edilməsi tələbinə dair Baki İnzibati Məhkəməsinin icraatında inzibati iş olduğundan hazırki məhkəmə icraatı dayandırılmalıdır. Lakin məhkəmə əsassız olaraq həmin vəsat əti təmin etmədən qərəzli olaraq qanunsuz qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazların dəlilləri

38. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

39. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

40. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili Salehzadə Ümman Tofiq oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.

41. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün mə hkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

42. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

43. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

44. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiy a şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq

46. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə

30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üz vləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmi n etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

47. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında raz ılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mü lkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

48. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə

4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. İddianın mahiyyəti üzrə həlli üçün əhəmiyyət kəsb edən, məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktik hallarına (bu qərarın 1-5-ci paraqrafları) görə iddiaçı mübahisəli yaşayış sahəsinə 2015-ci ildə köçdüyünə görə tərəflərin arasında yaranmış mübahisənin həllinə Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir və apellyasiya instansiyası məhkəməsi tərəfindən də həmin Məcəllənin 30-cu maddəsi tətbiq edilmişdir.

51. Mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsin ə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur.

52. Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmaması, yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür. Mənzil Məcəlləsinin 3-cü maddəsinə görə mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Və təndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir.

53. Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Bu cür müdafiə üsulları kimi Mənzil Məcəlləsinin 9.2.1-ci maddəsində mənzil hüququnun tanınması, 9.2.2-ci maddəsində mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması müəyyən edilmişdir.

54. Yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış evinə köçürülməsi barədə iddialara baxılarkən, araşdırılmalı məsələlərdən biri istifadə hüququnun tanınması tələb olunan yaşayış sahəsin in statusu məsələsidir. Mübahisəli yaşayış sahəsinin hüquqi statusu, yəni kimə məxsus olması mütləq müəyyən olunmalıdır. Çünki, Mənzil Məcəlləsində mənzil fondu özəl mənzil fondu, dövlət mənzil fondu və bələdiyyə mənzil fondu kimi təsnifatlaşdırılmışdır və onların hüquqi rejiminin tənzimlənməsində fərqli cəhətlər vardır. Mənzilin hüquqi statusunun müəyyən olunması bir tərəfdən mübahisə tərəflərinin düzgün müəyyənləşdirilməsi, bununla da prosessual hüquq normalarına əməl olunması baxımından əhəmiyyətlidirsə, digər tərəfdən mübahisənin həlli üçün maddi hüquq normasının düzgün seçilməsi nöqteyi-nəzərindən zəruridir

55. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi mübahisəli yaşayış sahəsi iddiaçı köçən vaxtı özbaşına tikinti olmuş və yalnız 11 dekabr 2018-ci ildə cava bdehin mülkiyyəti kimi qeydiyyata alınmışdır.

56. Yaşayış sahəsinə mülkiyyət hüququ, yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Yaşayış sahəsi ilə bağlı iddialara baxılarkən bu məqsədlərə nail olmaq üçün yaşayış sahəsinin mülkiyyətçisi və onun ailə üzvləri arasında həmin yaşayış sahəsinə dair qarşılıqlı hüquq və vəzifələrin həcmini müəyyən edən hüquqi əsasları, o cümlədən ailə üzvlərinin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması əsaslarını müəyyən etmək vacibdir.

57. Konstitusiya Məhkəməsi «Xəyalə Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarın ın Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 11 iyul 2014-cü il tarixli qərarında belə bir hüquqi mövqe ifadə olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır.

58. Həmin qərarda daha sonra Konstitusiya Məhkəməsin in Plenumu hesab etmişdir ki, mübahisəli fərdi ev dövlət qeydiyyatına 2011-ci ildə alındığına görə görə apellyasiya məhkəməsi tətbiq edilməli olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəalarını tətbiq etməmişdir.

59. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

60. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşm a yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

61. Bu normaların düzgün tətbiqi üçün ilk növbədə iddiaçının Mənzil Məcəlləsinin 30cu maddəsi baxımından cavabdehin ailə üzvü olub-olmaması məsələsi müəyyən edilməli dir.

62. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli qərarında izah etmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.

63. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlər uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bac ıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir.

64. Göründüyü kimi ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında əmək qabiliyyəti olan gəlin “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmiş, həmçinin qayınananın gəlini saxlamaq vəzifəsi müəyyən olunmamışdır.

65. Kassasiya kollegiyası mülki işə təkrar apaellyasiya qaydasında baxılarkən iddiaçı tərəf vəsatət qaldıraraq hazırda mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ayrılmasına dair X1 31 oktyabr 2005-ci il tarixli sərəncamın etibarsız hesab edilməsi tələbinə dair Baki İnzibati Məhkəməsinin icraatında inzibati iş olduğundan hazırki məhkəmə icraatının dayandırılmalı olması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, həmin dəlil əsassızdır.

66. Çünki Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mül kiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarı).

67. Cavabdehin yaşayış evi üzərində dövlət qeydiyyatı mübahisələndirilmədiyinə görə, iş üzrə icraatın dayandırılması üçün MPM-nin 254-cü maddəsində müəyyən olunmuş hallar mövcud olmamışdır.

68. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

69. Məhkəmə kollegiyası yuxarıda g östərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5113/2021 nömrəli iş üzrə 16 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar