Məhkəmə qərarları › İş №2(102)-64/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-64/2025

22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-64/2025 22.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X1 cavabdehlər Cavabdeh3, Cavabdeh4, "xxxx" KB ASC və ƏMDX DƏDKR publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X28 və X22 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözləri: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, mülkiyyət hüququnun tanınması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, iddiaçı X1 cavabdehlər Cavabdeh3, Cavabdeh4, "xxxx" KB ASC və ƏMDX DƏDKR publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X28 və X22 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, mülkiyyət hüququnun tanınması və s.” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2538/2024 nömrəli, 29 may 2024-cü il tarixli qətnaməsindən cavabdehlər "xxxx" KB ASC, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Nəsimi Rayon Məhkəməsinin 2(006)-516/2013 nömrəli xx.xx.2013-cü il tarixli qətnaməsi ilə, iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, X30 massivi, Xiyabani küçəsi 18 ünvanında inşa edilən 14 mərtəbəli 3 bloklu yaşayış binasının 1000 kv.m qeyri-yaşayış sahəsi, həmin ünvanda inşa edilən 1 bloklu 14 mərtəbəli binanın 400 kv.m qeyri-yaşayış sahəsi, bu binanın 6-cı mərtəbəsində yerləşən 2 ədəd 1 otaqlı sahəsi 62 kv.m olan 44 və 45 saylı mənzillərin üzərində iddiaçının sahiblik və istifadə hüququnun təmin edilməsi üçün həmin əmlakların X3 təhvil verilməsi və həmin hüquqların həyata keçirilməsinə maneçilik törədilməməsinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması qət edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10/2016 saylı, 5 iyul 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh1 MTK və X12 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 yanva r 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

3. Həmin qətnamədən Cavabdeh1 MTK tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 9 fevral 2017-ci il tarixli qərarı ilə təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-111/2017 nömrəli, 17 iyul 2017-ci il tarixli qərardadı ilə, ünvan 2 ünvanında, 1 bloklu 14 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşən 44 və 45 saylı mənzillərin üzərinə həbs qoyulmaqla özgəninkiləşdirilməsi, üçüncü şəxslərin istifadəsinə və sahibliyinə verilməsinin Cavabdeh1 MTK-ya qadağan edilməsi qərara alınmışdır.

5. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2368/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5196/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5196/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş və İddiaçı cavabdehlər Cavabdeh1 MTK, X27 və Cavabdeh3 qarşı “mülkiyyət hüququnun tanınması, müqavilələrin etibarsız hesab edilməsi, əmlakın boşaldılaraq təhvil verilməsi və s.” tələbinə dair iddiasının qismən təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, X30 massivi, Xiyabani küçəsi 18 ünvanında yerləşən binanın 1-ci girişində, 6-cı mərtəbədə yerləşən sahəsi 65 kv.m olan 45 saylı mənzilə dair Cavabdeh1 MTK ilə cavabdeh X27 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kooperativ mən zil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi, həmin mənzilin cavabdeh X27 və digər şəxslər (ailə üzvləri, kirayəçilər) tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi, həmin mənzildən istifadəyə maneələrin ortadan qaldırılması öhdəliyinin Cavabdeh1 MTKnın üzərinə qoyulması, Bakı şəhəri, Yasamal rayonu, X30 massivi, Xiyabani küçəsi 18 ünvanında yerləşən binanın 1-ci girişində, 6-cı mərtəbədə yerləşən sahəsi 65 kv.m olan 44 saylı mənzilə dair Cavabdeh1 MTK ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli kooperativ mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi, iddianın qalan hissədə (44 saylı mənzilin Cavabdeh3 və digər şəxslər (ailə üzvləri, kirayəçilər) tərəfindən boşaldılaraq iddiaçı G.Gərayxanova təhvil verilməsi; həmin mənzildən istifadəyə ma neələrin ortadan qaldırılması öhdəliyinin Cavabdeh1 MTK-nın üzərinə qoyulması; 100 kv.m qeyri-yaşayış sahəsindən qanunsuz olaraq məhrum olmağa görə dəymiş 50000 manat maddi ziyanın və 5000 manat mənəvi zərərin Cavabdeh1 MTK-dan tutulması) təmin edilməməsi qət edilmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5489/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2368/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh X27 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)2368/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi qismən – X1 iddiasının mübahisəli 45 saylı mənzilə dair Cavabdeh1 MTK ilə X27 arasında bağlanmış xx.xx.2019-cu il tarixli mənzil tikintisi haqqında müqavilənin etib arsız hesab edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qərar qəbul edilərək iddianın həmin hissədə təmin edilməməsi, qətnamənin mübahisələndirilən qalan hissədə - X1 iddiasının mübahisəli 45 saylı mənzilin cavabdeh X27 tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsinin təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

7. Cavabdeh1 MTK-nın Binəqədi rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2023cü il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, X30 massivi, Xiyabani küçəsi 18 ünvanında yerləşən binanın 1-ci girişində 6-cı mərtəbədə yerləşən sahəsi 65 kv.m olan 44 saylı mənzilə dair Cavabdeh1 MTK ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli Kooperativ mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2368/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə Cavabdeh1 MTK-da baxılmış və müqavilənin etibarsız hesab edilməsi nəzərə alınmışdır.

8. Cavabdeh1 MTK (satıcı) ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2012ci il tarixli müqavilə ilə satıcı inşa ediləcək binanın 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən 44 saylı mənzilini payçıya verməyi, payçı isə mənzili qəbul etməyi və mənzilin müəyyən edilmiş dəyərini ödəməyi öhdəsinə götürmüşdür.

9. Bakı şəhəri, Yasamal rayonu, X30 massivi, Xiyabani küçəsi, B, 194, 196, 198, 200, mənzil 44 ünvanında yerləşən mənzil xx.xx.2020-ci il tarixdə Cavabdeh3 adına qeydiyyata alınmışdır.

10. Cavabdeh3 (satıcı) ilə Cavabdeh4 (alıcı) arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi ilə satıcı ona məxsu s olan Bakı şəhəri, Yasamal rayonu, X30 massivi, Xiyabani küçəsi, B, 194, 196, 198, 200, mənzil 44 ünvanında yerləşən ümumi sahəsi 66,4 kv.mdən ibarət mənzili alıcıya satmağı, satıcı isə mənzili müqavilə ilə müəyyənləşdirilmiş 130000 manata almağı öhdəsinə götürmüşdür.

11. Alqı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş 130000 manat məbləğində vəsait Cavabdeh4 tərəfindən ödənilmişdir.

12. Bakı şəhəri, Yasamal rayonu, X30 massivi, Xiyabani küçəsi, B, 194, 196, 198, 200, mənzil 44 ünvanında yerləşən mənzil xx.xx.2020-ci il tarixdə Cavabdeh4 adına qeydiyyata alınmışdır.

13. Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X30 massivi, Xiyabani küçəsi, B, 194, 196, 198, 200, mənzil 44 ünvanında yerləşən mənzil xx.xx.2023cü il tarixdə "xxxx" KB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. 14. "xxxx" KB ASC və X28 (borc alan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 930micADJ/23-EM saylı əsas kredit və bank hesabı müqaviləsinə əsasən borc verən borc alana 300000 manat məbləğində, illik maksimum 32 faiz, minimum 1 ay, maksumum 120 ay müddətinə - xx.xx.2033-cü il tarixinədək müddət ərzində kredit verməyi, borc alan isə kredit və kreditdən istifadəyə görə əlavə kredit müqaviləsində nəzərdə tutulmuş faizləri ödəməyi öhdəsinə götürmüşdür. 15. "xxxx" KB ASC (ipoteka saxlayan), Cavabdeh4 (ipoteka qoyan) və X28 (borc alan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan xx.xx.2023-cü il tarixli, 930micADJ/23-EM saylı əsas kredit və bank hesabı müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqav ilələri üzrə borc alanın öhdəliklərinin təminatı olaraq tam mülkiyyət hüququ üzrə Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X30 massivi, Xiyabani küçəsi, B, 194, 196, 198, 200, mənzil 44 ünvanında yerləşən mənzili ipoteka saxlayana ipoteka qoymuşdur. 16. "xxxx" KB ASC ilə X28 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 930miccADJ/23 nömrəli əlavə kredit müqaviləsinə əsasən Borcverən 18 ay müddətinə xx.xx.2025-ci il tarixədək illik 20 faiz ödəmək şərt ilə 16000 manat məbləğdə sıfır ay güzəşt müddəti ilə Borcalanın mülkiyyətinə verir və Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə faizi ilə birlikdə Borcverənə qaytarmağı öhdəsinə götürür. 17. 14.05.2024-cü il tarixli maliyyə arayışına əsasən 930miccADJ/23 nömrəli əlavə kre dit müqaviləsi üzrə borc mövcud deyil (yəni kredit borcu bağlanmışdır). 18. "xxxx" KB ASC ilə X28 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 625micADJ/24 nömrəli kredit müqaviləsinə əsasən Borcverən 18 ay müddətinə xx.xx.2025-ci il tarixədək illik 20 faiz ödəmək şərt ilə 16000 manat məbləğdə sıfır ay güzəşt müddəti ilə Borcalanın mülkiyyətinə verir və Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə faizi ilə birlikdə Borcverənə qaytarmağı öhdəsinə götürür. 19. 14.05.2024-cü il tarixli maliyyə arayışına əsasən 625micADJ/24 nömrəli əlavə kredit müqaviləsi üzrə əsas borc 16000 manat, faiz borcu 113,59 manat olmaqla, cəmi 16113,59 manat borc mövcuddur. 20. xx.xx.2019-cu il tarixli Aktda göstərilmişdir ki, Yasamal rayon İcra şöbəsinin böyük ic ra məmuru İsmayıl İsmayılov, ünvan 6 ünvanında yaşayan X18 və "xxxx" MMCnin əməkdaşı X10 tərtib edirlər həmin aktı ona görə ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-516/2013 nömrəli xx.xx.2013-cü il tarixli icra sənədiinin icrası ilə əlaqədar Y.Yasamal Y/S Xiyabanı küç 18 ünvanında inşa edlən 3 bloklu və 1 bloklu binalarda olduq. Müəyyən olundu ki, həmin binalardakı qeyriyaşayış sahələri boşdur və təmir olunmayıb. 1 bloklu binanın 44-cü mənzili təmirlidir və yaşayış vardır. 45-ci mənzil isə təmirsizdir, pəncərə və dəmir qapısı vardır, yaşayış yoxdur. "xxxx" MMC-də bildirdilər ki, onlarda olan şifahi məlumata əsasən 45-ci mənzilə sahiblik edən sonuncu məlum olmayan şəxs tərəfindən satılmışdır. 21. xx.xx.2020-ci il tarixli Akta görə, Nəsimi Rayon Məhkəməsinin 2(006)516/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinin icra olunması ilə bağlı X2 Bakı şəhəri, Yasamal rayonu, X30 massivi, Xiyabani küçəsi 18 ünvanında yerləşən binanın 1ci girişində, 6-cı mərtəbədə yerləşən sahəsi 65 kv.m olan 44 saylı mənzil üzərində sahiblik və istifadə hüququnun təmin edilməsi üçün həmin əmlakın X3 təhvil verilməsi ilə bağlı həmin ünvanda olunmuş və 44 saylı mənzildə yaşayan özünü Azayeva Esmira kimi təqdim etmiş şəxs bildirmişdir ki, 4 ildir ki, həmin mənzilə sahiblik edirlər və mənzili təmir etdirmişlər. Ona icra sənədi üzrə tələb elan edilmiş və o, qısa müddətdə mənzilin təhvil verilməsi barədə xəbərdar olunmuşdur. 22. xx.xx.2020-ci il tarixli aktda göstərilmişdir ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)516/2013 nömrəli xx.xx.2013-cü il tarixli icra sənədiinin icrası ilə əlaqədar olaraq ünvan 8 ün vanında olduq. Həmin mənzil yarımtəmirli vəziyyətdə idi. Mənzildə 9 nəfər (ikisi uşaq olmaqla) şəxs var, onlarla sözügedən icra sənədi üzrə tələb olunaraq mənzilin boşaldılaraq tələbkara təhvil verilməsi tələb olundu. Mənzildə olanlar bildirdilər ki, onlar mənzili Cavabdeh1 MTK vasitəsi ilə xx.xx.2019-cu il tarixdə almışlar və mənzildə təmir işlərinə başlamışlar, mənzili də boşaltmayacaqlar. Onlara icra sənədinin icrasının məcburiliyi izah olunaraq mənzilin təhvil verilməsi tələb olunanda onlar özlərini yandıracaqlarını, lakin mənzili boşaltmayacaqlarını və təhvil verməyəcəklərini bildirdilər. Bununla əlaqədar tələbkarın nümayəndəsinin rəyi də nəzərə alınmaqla icra təxirə salındı. Aktdan görünür ki, həmin aktın tərtib olunmasında Bakı şəhəri X29 küçəsi ev 18 1 bloklu binanın 44 ünvanında yaşayan X28 da iştirak etmiş və sonuncu tərəfindən də akt imzalanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

23. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələr ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, X30 massivi, Xiyabani küçəsi 18 (Yeni qaydada: AZ 1012, Bakı şəhəri, Yasamal rayonu, X30 massivi, Xiyabani küçəsi, 200 m7, m4) ünvanında yerləşən 44 saylı mənzilə (bundan sonra: 44 saylı mənzil) dair xx.xx.2020-ci il tarixli, ********** nömrəsi ilə Cavabdeh3 adına dövlət reyestrində aparılmış qeydiyyatın (çıxarışın) ləğv olunması; 44 saylı mənzilə dair Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış 4Ə-353 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibars ız hesab edilməsi; həmin müqavilə əsasında 44 saylı mənzilə dair Cavabdeh4 adına xx.xx.2020-ci il tarixli, ********** nömrəsi ilə dövlət reyestrində aparılmış qeydiyyatın (çıxarışın) ləğv olunması; onun 44 saylı mənzilə dair mülkiyyət hüququnun tanınması; 44 saylı mənzildə yaşayan Cavabdeh4 və digər şəxslərin həmin mənzilə dair istifadə hüququna xitam verilməsi, onların yaşayış yeri və olduğu yer üzrə qeydiyyatının ləğvi, mənzildən çıxarılması və mənzilin ona təhvil verilməsi; "xxxx" KB ASC ilə Cavabdeh4 arasında xx.xx.2023-cü il tarixdə mənzilin yüklü edilməsi barədə bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 2009-cu ildə "xxxx" MMC ilə bağışlanmış 4 müqaviləyə əsasən Yasamal ra yonu, X30 massivi Xiyabani küçəsi 18 ünvanında 3 bloklu yaşayış binasında 1000 kv.m, həmin ünvanda, 1 bloklu binada 400 kv.m qeyri yaşayış sahələrinin, həmin binanın 6-cı mərtəbəsində isə sahəsi 65 kv.m olan 44 və 45 saylı mənzillərin dəyərini tam ödəyərək əmlaklara sahib olmuşdur. 2011-ci ildə "xxxx" MMC-yə öz payçıları qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyini görə cinayət işi başlanmışdır. Bununla əlaqədar Cavabdeh1 MTK ilə 12 əlaqədar dövlət orqanları arasında genişmiqyaslı güzəştlər müqabilində "xxxx" MMC tərəfindən payçılara vurulmuş maddi zərərin ödənilməsinə, yəni tikintisi başa çatmamış binaların başa çatdırılması və yeni binalar tikib zərərçəkmişlərə (zərərçəkmiş qismində tanınmışdır) verilməsi öhdəliyinin icrasına dair razılaşma imzalanmışdır. Cavabdeh1 MTK bu işi öz ünə məxsus, yəni onun kimi əmlakın dəyərini tam ödəyənlərə deyil, əmlakın dəyərinin bir hissəsini ödəməyənlərə, qalan borcu bağlamaq şərti ilə mənzillər verməyə üstünlük verib. O, dəyərini tam ödədiyi və "xxxx" MMC tərəfindən 2011-ci ilin əvvəlində ona təhvil verilmiş əmlakından 2012-ci ildə istifadə etmək istəyəndə, Cavabdeh1 MTK bu əmlakların ona məxsus olduğunu bildirərək, ondan əlavə pul tələb etmişdir. O, bundan imtina etdikdə isə, ona təhvil verilmiş əmlakından istifadə etməyinə maneçilik törətməyə başlamışdır. Bununla əlaqədar 2012-ci ilin noyabr ayında 1400 kv.m qeyri yaşayış sahəsinin və həmin binada olan 44 və 45 saylı mənzillərin ona təhvil verilməsi barədə Nəsimi Rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qətnaməsi qüvvəyə mindikdən sonra həmin əmlaklardan istifadə etmək istərkən, Cavabdeh1 MTK-nın vəzifəli şəxsləri ona təkrar maneçilik törədərək, onu və təmir işləri aparan işçilərini xəsarət yetirməklə hədələyərək ərazidən qovmuşdur. Bununla əlaqədar 18 mart 2015-ci il tarixdə, Yasamal Rayon Məhkəməsinə Nəsimi Rayon Məhkəməsində Cavabdeh1 MTK və digər 3-cü şəxslərin yaratdığı maneələrin dayandırılması üçün öhdəliyin Cavabdeh1 MTK-nın üzərinə qoyulması və eyni zamanda ona təhvil verilmiş əmlakın “üzərinə həbs qoymaqla, özgəninkiləşdirilməsi, 3-cü şəxsin istifadəsinə və sahibliyinə verilməsinin qarşısının alınması Cavabdeh1 MTK-ya və digər 3-cü şəxslərə qadağan edilməsi barədə” iddianın təmin tədbirləri barədə iddia qaldırmışdır və bu iddianın təmini tədbirləri barədə xx.xx.2017-ci il tarixdə Qərardad qəbul olunmuşdur. Yasamal Rayon Məhkəməsində işə baxı larkən Cavabdeh1 MTK-nın nümayəndəsi Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013cü il tarixli, 2(006)-516/2013 saylı Qətnaməsinin onların maraqlarına toxunmasını bildirərək, Nəsimi Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti vermişdir. İşə apellyasiya və ali Məhkəmədə baxılmışdır. Qərar qüvvəyə mindikdən sonra xx.xx.2020-ci il tarixdə Yasamal Rayon İcra və Probasiya Şöbəsi və bir neçə Dövlət orqanının səlahiyyətli rəsmiləri tərəfindən Yasamal rayonu, X30 massivi Xiyabani küçəsi 18 ünvanında 3 bloklu yaşayış binasında 1000 kv.m, həmin ünvanda, 1 bloklu binada 400 kv.m qeyri yaşayış sahələri iddiaçıya təhvil verilmşdir. 44 və 45 saylı mənzillərin üzərində icra işinin təmin olunması üçün Yasamal rayonu İcra Şöbəsinin baş icra məmuru İsmayılov İsmayıl tərəfindən qeyd olunan ünvanlara iddiaçının n ümayəndəsilə gedilən zaman, 44 saylı mənzildə Cavabdeh1 MTK-nın xx.xx.2012-ci il tarixli Cavabdeh3 ilə bağladığı müqaviləyə əsasən Cavabdeh4 oğu X19 ailəsi ilə yaşadığı, 45 saylı mənzildə isə X27 tərəfindən təmir işlərinin aparıldığı müşahidə edilmişdir. İcra məmurları tərəfindən 44 və 45 saylı mənzillərin istifadəçilərinə mənzilin ona təhvil verilməsi barədə qüvvəyə minmiş Ali Məhkəmənin Qərarının olduğu və mənzillərin üzərinə həbs qoyulmaqla, özgəninkiləşdirilməsi, 3-cü şəxsin istifadəsinə və sahibliyinə verilməsinin Cavabdeh1 MTK-ya və digər 3-cü şəxslərə qadağan edilməsi barədə məhkəmə qərarı olması barədə rəsmi bildiriş təqdim edilmişdir. Lakin, 44 saylı mənzildə öz ailə üzvləri ilə yaşayan X28 və onun həyat yoldaşı Azayeva Esmira mənzilin dəyərini Cavabdeh3 ödədiklərini və mənzili Ca vabdeh1 MTK ilə yeni müqavilə bağlayaraq əldə etdiklərini, bu səbəbdən hər hansı məhkəmə qərarını tanımadıqlarını və mənzildən çıxmayacaqlarını bildirmişlər. Daha sonra Yasamal Rayon İcra və Probasiya Şöbəsinin baş icra məmuru mənzillərdə yaşayış olması ilə bağlı, onların çıxarılması barədə məhkəmə qətnaməsi olanadək işin icrasını dayandırmış və bu barədə xx.xx.2020-ci il tarixli Akt tərtib etmişdir. O, Yasamal Rayon Məhkəməsində 44 saylı mənzilə dair Cavabdeh1 MTK tərəfindən bağlanmış müqavilənin etibarsız hesab edilməsi və mənzildə yaşayanların çıxarılaraq mənzillərin ona təhvil verilməsi barədə qaldırdığı iddiaya baxılarkən Cavabdeh1 MTK tərəfindən yalnız Cavabdeh3 ilə xx.xx.2012-ci il tarixli müqavilənin olduğu, başqa şəxslə müqavilənin olmadığı bildirildi. İddiaya Yasamal Rayon Məhkəm əsi baxarkən mənzillərin ona təhvil verilməsi barədə Ali Məhkəmənin Mülki Kollegiyasının qərarının olmasına baxmayaraq iddia təmin edilməmişdir. Daha sonra o, həmin qətnamədən şikayət vermişdir. Şikayətə Bakı Apellyasiya Məhkəməsini Mülki Kollegiyasında baxılmış və Yasamal Rayon Məhkəməsini Qətnaməsi qüvvədə saxlanılmışdır. O, Bakı Apellyasiya Məhkəməsinin Qətnaməsindən Ali Məhkəməyə Kasasiya şikayəti verdikdən sonra, Ali Məhkəmənin Mülki Kollegiyası iddianın təmin edilməyən hissəsinə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə 3 fevral 2022-ci il tarixli qərar qəbul etmişdir. İşə məhkəmədə baxılarkən mənzilin istifadəçisi Cavabdeh3, mənzilin faktiki sahibi Cavabdeh4, onun oğlu X28 və Cavabdeh1 MTK-nın rəhbəri əlbir olaraq 44 saylı mənzilin ona təhvil verilməsi barədə özgəninkiləşdirilməsi, 3-cü şəxsin istifadəsinə və sahibliyinə verilməsi Cavabdeh1 MTK-ya və digər 3-cü şəxslərə qadağan edilməsi barədə 2017-ci ildə məhkəmə qərarı olmasına baxmayaraq Cavabdeh1 MTK tərəfindən xx.xx.2019-cu il tarixində alınmış və əmlakın Dövlət Reyestrdə qeydə alınması üçün əsas sənəd olan AR FHNnin “İstismara hazırlıq barədə” Rəyi Cavabdeh3 təqdim etmiş, o isə həmin mənzili Dövlət Reyestrində qeydə alınmasını icra etmişdir. Daha sonra 44 saylı mənzili qanunsuz yolla reyestrdə qeydə alınmasını icra edən Cavabdeh3 izi itirmək üçün sənədi həmin mənzilin faktiki sahibi olan Cavabdeh4 adına alqı- satqı etmişdir. Qeyd olunan qanunsuz hərəkətlər sonradan edildiyi üçün Ali Məhkəmənin Mülki Kollegiyası qaldırılmış iddia üzrə qərar qəbul edərək, Bakı Apellyasiya Məhkəməsi M ülki Kollegiyasının xx.xx.2022- ci il tarixli, 2(103)-2368/2022 saylı Qətnaməsini qismən təmin edərək, 44 saylı mənzilə dair cavabdehlər arasında bağlanan xx.xx.2012-ci il tarixli Korporativ mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsini qüvvədə saxlanması barədə Qərar qəbul etmişdir. Bunlara əlavə olaraq Ali Məhkəmənin Mülki Kollegiyasının qüvvəyə minmiş qərarına əsasən Yasamal rayonu, X30 massivi Xiyabani küçəsi 18 ünvanında 3 bloklu yaşayış binasında 1000 kv.m, həmin ünvanda 1 bloklu binada 400 kv.m qeyri yaşayış sahələri, həmin binanın 6-cı mərtəbəsində isə sahəsi 65 kv.m olan, 45 saylı mənzil üzərində onun mülkiyyət hüquqları tanınaraq Dövlət Reyestrində qeydə alınaraq adına çıxarış verilmişdir.

25. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid X9 ifadəsində b ildirmişdir ki, ilk növbədə qeyd etmək istəyir ki, icraatında minlərlə icra sənədi olduğundan dəqiqliklə hamısını yadda saxlamaq qeyri-mümkündür. Lakin bildirmək istəyir ki, aktda qeyd edilənlər tam şəkildə həqiqətə uyğundur. Əvvəllər "xxxx" MMC-yə məxsus olmuş binada 2 mənzil və qeyri-yaşayış sahəsinin təhvil verilməsi ilə bağlı həmin ünvana getmişlər. Mənzillərdən biri tam təmirli idi, digərində isə təmir işləri gedirdi. Orada binanın komendantı bildirdi ki, mənzillərdən birində Esmira adında xanım yaşayır. O, həmin mənzilə yaxınlaşaraq, xanıma gəlişinin səbəbini izah etmiş, bildiriş və qərarı təqdim etmək istəmişdir. Xanım bu iş üzrə borclu olmadığını bildirmişdir. Həmin xanımın görünüşü yadında deyil. Həmin xanıma mənzilin mübahisəli olması barəsində məlumat vermişdir. Akt 19 fevral 20 20-ci il tarixində tərtib edilmişdir. Esmira xanıma bildirmişdir ki, mənzil hazırki iş üzrə iddiaçıya təhvil verilməlidir. Mənzilin boşaldılması ilə bağlı icra vərəqəsi var idi. Esmira xanım özünü Azayeva Esmira olaraq təqdim etmişdir. Komendant da həmin mənzildə jurnalistin yaşadığını bildirmişdi. Esmira xanım tərəf olmadığına görə ona akta imza çəkdirməmiş, ona bildirmişdir ki, mənzil boşaldılmalı və X4 təhvil verilməlidir.

26. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid X22 ifadəsində bildirmişdir ki, həmin mənzildə 2013-cü ildən etibarən kirayədə yaşamışdır. Onlar kirayə haqqını Cavabdeh3 ödəmişlər. 2020-ci ildə alqı-satqı əsasında həmin mənzili almışlar. 2020-ci ilə qədər həmin mənzildə kirayədə yaşamışlar. İcra məmuru X6 tanımır və əvvəllər görməmişdir. Bir dəfə liftin qarşısı nda 3- 4 nəfər ondan 45 saylı mənzilin sahibinin kim olduğunu soruşmuşlar. Məhkəmə mübahisələri dövründə mənzilə yerli baxış keçirilməmişdir. Həmçinin icra məmuru da həmin mənzilə gəlməmişdir. Onlar həmin mənzildə daimi olaraq yaşamışlar. Uşaqların məktəbi, bağçası, onun iş yeri Yasamal ərazisində yerləşdiyindən belə qərara gəlmişlər ki, bu mənzili alsınlar. Mənzili aldıqdan sonra mənzildə təmir işləri də aparmışlar.

27. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid X28 ifadəsində bildirmişdir ki, həmin mənzildə 2013-cü ildən etibarən kirayədə yaşayırlar. 2020-ci ildə isə həmin mənzili almışlar. Həmin mənzilə görə kirayə haqqını Cavabdeh3 ödəmişlər. Onlara mənzillə bağlı məhkəmə bildirişi mənzili aldıqdan sonra gəlmişdir. Mənzili alanda evin problemli olduğunu bilməmişdir. Bugünə kimi mənzillə bağlı heç bir məhkəmə iclasında iştirak etməmişdir. Bildiyinə görə atası da həmin mənzillə bağlı heç bir məhkəmə iclasında iştirak etməmişdir. Mənzilin problemli olduğunu bilsəydilər həmin mənzili almazdılar.

28. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid X24 ifadəsində bildirmişdir ki, X28 və X22 ilə qonşudurlar. X25 10 ilə yaxındır ki, tanıyır. O, 3-cü mərtəbədə, X28 isə 5-ci mərtəbədə yaşayır. X19 yaşadığı mənzillə bağlı məhkəmə işinin olduğunu bilməmişdir. X28 ona belə bir məlumat verməmişdir. 2007-ci ildə yaşadığı mənzili atası üçün alanda "xxxx" MMC ilə problemləri olmuşdur. Bəlkə də, iddiaçı onu tanıyır, lakin o, iddiaçıyı xatırlamır, onu görməmişdir. X19 yaşadığı mənzili əvvəllər Eldar adlı şəxsin aldığını, sonradan Elçin adlı şəxsə satdığını, onun da Vaqifə satdı ğını eşitmişdir. Ona yeni müqavilə əsasında 3-cü mərtəbədə mənzil verilmişdir.

29. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-307/2024 nömrəli, 8 fevral 2024cü il tarixli qərardadı ilə iddiaçı öz iddia ərizəsində cavabdeh qismində göstərdiyi Cavabdeh1 MTK-ya qarşı heç bir tələb irəli sürmədiyindən və bununla da Azərbaycan Respublikası MPM-nin 149- cu maddəsinin tələbləri pozularaq iddia ərizəsi düzgün formada tərtib edilmədiyindən Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsi nəzərə alınmaqla iddiaçı X1 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 MTK və "xxxx" KB ASC-yə qarşı “alqı-satqı müqaviləs inin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, mülkiyyət hüququnun tanınması və s. tələbinə dair” iddia ərizəsinin Cavabdeh1 MTK-ya yönəldilmiş hissədə baxılmamış saxlanılması qərara alınmışdır.

30. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8 fevral 2024-cü il tarixli, 2(004)307/2024 nömrəli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia təmin edilməmişdir.

31. Məhkəmə iddia tələbinin 44 saylı mənzilə dair xx.xx.2020-ci il tarixli, ********** nömrəsi ilə Cavabdeh3 adına dövlət reyestrində aparılmış qeydiyyatın (çıxarışın) ləğv olunması hissəsinə münasibət bildirmişdir ki, bu hissədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan sənədlərdən də görünür ki, 44 saylı mənzillə bağlı Cavabdeh3 adına dövlət reyestrində aparılmış qeyd (çıxarış) mövcud deyildir. Cava bdeh3 alqı-satqı müqaviləsi ilə həmin mənzili Cavabdeh4 satmış və iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən Cavabdeh4 adına verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, 44 saylı mənzil xx.xx.2020-ci il tarixdə Cavabdeh4 adına qeydiyyata alınmışdır, belə ki, Cavabdeh3 adına dövlət reyestrində aparılmış qeyd silinmişdir. Artıq mövcud olmayan çıxarışın ləğvi tələbi əsaslı hesab oluna bilməz və iddia tələbi bu hissədə təmin edilməməlidir.

32. Məhkəmə iddia tələbinin “44 saylı mənzilə dair Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış 4Ə-353 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” hissəsinə münas ibətdə qeyd etmişdir ki, Cavabdeh4 vicdanlı əldə edən olduğu üçün iddia tələbi həmin hissələrdə ümumiyyətlə təmin edilə bilməzdi. Cavabdeh4 alqı-satqı müqaviləsi bağlayarkən daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən xx.xx.2020-ci il tarixdə Cavabdeh3 adına qeydiyyata alınmış 44 saylı mənzilə dair hər hansı bir məhdudiyyət və ya qeyd olmamışdır. O, məhz bu qeydiyyata etibar edərək mənzilə görə 130000 manat pul ödəyib satın almış, əmlakı satın alana qədər iddiaçını və digər cavabdehləri tanımamışdır. Əmlakı satın alana qədər oğlu ailəsi ilə birlikdə uzun müddət həmin mənzildə kirayə yaşamışlar və həmin mənzillə bağlı mübahisənin olması barədə məlumatlı olmamışlar. Şahid qismində dindirilmiş şahid X22 və X19 məhkəmə iclasında verdiyi ifadələri ilə də təsdiq olunur ki, 2013- cü il t arixdən mübahisəli mənzildə kirayə yaşamışlar. Habelə ifadəsində icra məmuru X6 tanımadığını, bir dəfə liftin qarşısında 3-4 nəfərin ondan 45 saylı mənzilin sahibinin kim olduğunu soruşduqlarını bildirmişdir. Məhkəmə mübahisələri dövründə mənzilə yerli baxış keçirilməmişdir. Həmçinin iş materiallarında olan xx.xx.2020-ci il tarixli Aktdan da görünür ki, icra sənədi barədə X11 məlumatlandırıldığı aktda qeyd olunsa da, həmin akt X22 tərəfindən imzalanmamışdır. Bundan əlavə, X28 ifadəsində qeyd etmişdir ki, 2020-ci ildə həmin mənzili almışlar. Həmin mənzilə görə kirayə haqqını Cavabdeh3 ödəmişlər. Onlara mənzillə bağlı məhkəmə bildirişi mənzili aldıqdan sonra gəlmişdir. Mənzili alanda evin problemli olduğunu bilməmişdir. Bugünə kimi mənzillə bağlı heç bir məhkəmə iclasında iştirak etməmişdir. Bildiyinə görə atası da həmin mənzillə bağlı heç bir məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarından da göründüyü kimi, mübahisəli mənzil Cavabdeh4 satılana kimi ilkin olaraq İddiaçı, X15, Cavabdeh3 və yekun olaraq Cavabdeh4 satılmışdır. Qeyd olunan hallar isə Cavabdeh4 vicdanlı tərəf olmasına dəlalət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, əqdin etibarsız sayılması üçün mövcud olan hallar əqdin bütün tərəflərinə münasibətdə mövcud olmalıdır. Yəni, əqdin etibarsızlığı halını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və buna baxmayaraq, onlar əqdi bağlamalıdırlar. Cavabdeh4 bağladığı əqdə münasibətdə vicdanlı olmuş, əqdin legitimsizliyi barədə onda hər hansı şübhə olmamış və əqd üzrə üzərinə düşənləri edərək mənzil əldə etmiş və mənzilə dair hüquqlarını reyestrdə qeydə aldırmı şdır.

33. Məhkəmə həmçinin iddia tələbinin “Cavabdeh3 ilə Cavabdeh4 arasında 44 saylı mənzilə dair xx.xx.2020-ci il tarixli, 4Ə-353 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh4 adına xx.xx.2020-ci il tarixli, ********** nömrəsi ilə dövlət reyestrində aparılmış qeydiyyatın (çıxarışın) ləğv olunması; X1 44 saylı mənzilə dair mülkiyyət hüququnun tanınması; 44 saylı mənzildə yaşayan Cavabdeh4 və digər şəxslərin həmin mənzilə dair istifadə hüququna xitam verilməsi, onların yaşayış yeri və olduğu yer üzrə qeydiyyatının ləğvi, mənzildən çıxarılması və mənzilin X4 təhvil verilməsi” hissələrinə qiymət verərək qeyd etmişdir ki, iddia tələbi bu hissədə Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2020- ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsindən asılı o lduğundan və məhkəmənin yuxarda qeyd edilən qənaəti ilə iddia alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyindən, həmin hissələrdə də iddia təmin edilə bilməz.

34. Habelə məhkəmə iddia tələbinin "xxxx" KB ASC ilə Cavabdeh4 arasında xx.xx.2023-cü il tarixdə mənzilin yüklü edilməsi barədə bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” hissəsinə də qiymət verərək qeyd etmişdir ki, Cavabdeh4 vicdanlı alıcı kimi 44 saylı mənzilin mülkiyyətçisi olduğundan qanunvericiliyin ona verdiyi imkanlardan istifadə edərək öz əmlakını öhdəliklərinin icrasının təmini vasitəsi kimi ipoteka ilə yüklü etməkdə də azaddır. Bundan əlavə "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, Cavabdeh4 vicdanlı əldə edəndir. Azərbaycan Respublikası Mülki Məcəllə sinin 182-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Habelə 17 sentyabr 2023-cü il tarixdə Cavabdeh4 ilə onlar arasında ipoteka müqaviləsi bağlandığı zaman həmin mənzil üzərində həbs və ya hər hansı yüklülük olmamışdır. Belə ki, "xxxx" KB ASC ilə Cavabdeh4 arasında xx.xx.2023-cü il tarixdə mənzilin yüklü edilməsi barədə bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı məhkəmə araşdırması zamanı hər hansı bir əsas müəyyən olunmamışdır və iddia tələbi bu hissədə də təmin olunmamalıdır.

35. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 140, 149.2, 182.1, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X8 şikayəti ilə əlaqədar Azərbaycan Respublika sı Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il taraixli qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

36. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

37. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, həm Cavabdeh3, həm də Cavabdeh4 mənzilin mübahisəli olduğu (ona məxsus olması) barədə məlumatlı idilər. Cavabdeh3 mənzilin mübahisəli olması barədə çoxsaylı məhkəmələrdə tərəf olduğu vaxtdan məlumatlı olmuşdur. Cav abdeh4 isə gəlini və oğlu 2013-cü ildən faktiki olaraq, mübahisəli mənzildə yaşayırdılar. Yasamal Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X5 və digər vəzifəli şəxslərin imzaları ilə təsdiq etdikləri xx.xx.2020-ci il tarixli aktda göstərilmişdir ki, cavabdehin gəlini Azayeva Esmiraya mənzilin məhkəmə qərarına əsasən Gərayxan Gərayxanova məxsus olması barədə məlumat verilmişdir. Beləliklə Cavabdeh3 mənzili satarkan həmin mənzilin ona məxsus olmamasını bilirmiş, alıcı Cavabdeh4 isə sadəcə mənzildə uzun müddət yaşadığına görə və bu mənzili təmir etdiyinə görə bilə-bilə ki, mənzilin mülkiyyətçisi Gərayxanov Gərayxandı mənzili almaq riskinə getmişdir. Bu iş üzrə Cavabdeh4 sayıqlığından söhbət gedə bilməz. Belə ki, icra məmuru İsmayılov İsmayıl tərəfindən tərtib olunan və bir neçə fər qli qurum əməkdaşı (maraqlı olmayan şəxslər) tərəfindən mənzilin digər şəxsə məxsus olması və könüllü boşaldılması barədə aktı mənzilin faktiki sahibinə və cavabdehin gəlininə mənzilin satın alacağı şəxsə məxsus olmamasını təsdiq edən əsaslı dəlildir. Bu hal isə öz növbəsində sayıqlıq hesab edilə bilməzdi. Yəni Cavabdeh4 gəlini Azayeva Esmira bu aktla tanış olandan sonra həmin mənzilin alqı-satqısına getməyə bilərdi.

38. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2583/2024 nömrəli, 29 may 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-307/2024 nömrəli, 8 fevral 2024-cü il tarixli qətnaməsi qismən- iddia ərizəsinin təmin edilməmiş “iddiaçının Bakı şəhəri, Yasamal rayonu, X30 massivi, Xiyabani küçəsi 18 (Yeni qaydada: AZ 1012, Bakı şəhəri, Yasamal rayonu, X30 massivi, Xiyabani küçəsi, 200 m7, m4) ünvanında yerləşən 44 saylı mənzilə dair mülkiyyət hüququnun tanınması” hissəsində ləğv edilmiş və həmin hissədə işin icraatına işə məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilmiş, iddiaçıya izah olunmuşdur ki, o, müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, həmin orqan imtina etdikdə isə inzibati icraat qaydasında müvafiq inzibati məhkəməyə şikayət etməlidir.

39. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2583/2024 nömrəli, 29 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi) Akif İsgəndərov və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-307/2024 nömrəli, 8 fevral 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən qalan hissədə (Cavabdeh3 adına aparılmış qeydin ləğv edilməsi; sonuncu ilə Cavabdeh4 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması; həmin müqavilə əsasında sonuncunun adına aparılmış qeydin ləğv olunması; Cavabdeh4 və digər şəxslərin həmin mənzilə dair istifadə hüququna xitam verilməsi, onların yaşayış yeri və olduğu yer üzrə qeydiyyatının ləğvi, mənzildən çıxarılması və mənzilin ona təhvil verilməsi; həmin mənzilə dair "xxxx" KB ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsini) ləğv edilmiş və həmin tələblər üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, X30 massivi, Xiyabani küçəsi, B, 194, 196, 198, 200, mənzil 44 ünvanında yerləşən mənzil üzərində daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh3 adına aparılmış xx.xx.2020-ci il tarixli dövlət qeydiyyatının ləğv edilməsi, cavabdehlər Cavabdeh3 ilə Cavabdeh4 arasında həmin mənzilə dair bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi və həmin müqavilə əsasında sonuncunun adına aparılmış xx.xx.2020-ci il tarixli dövlət qeydiyyatının ləğv edilməsi, cavabdehlər Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə mənzilə görə ödənilmiş 130000 manat Cavabdeh3 alınaraq Cavabdeh4 qaytarılması, Cavabdeh4 və üçüncü şəxslər X28 və X11 yetkinlik yaşına çatmayan övladları ilə birlikdə adı çəkilən mənzildən çıxarılması və mənzilin iddiaçı X4 təhvil verilməsi, iddia tələblərinin q alan hissədə (Cavabdeh4 və digər şəxslərin həmin mənzilə dair istifadə hüququna xitam verilməsi, onların yaşayış yeri və olduğu yer üzrə qeydiyyatının ləğvi, ipoteka müqaviləsinin etibarsız hesab olunması) təmin edilməməsi qət edilmişdir.

40. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, Cavabdeh3 adına aparılmış qeydin ləğv edilməsi tələbi ilə bağlı birinci instansiya məhkəməsi hesab etmişdir ki, həmin mənzillə bağlı Cavabdeh3 adına dövlət reyestrində aparılmış qeyd (çıxarış) mövcud deyil, çünki Cavabdeh3 alqı-satqı müqaviləsi ilə həmin mənzili Cavabdeh4 satdıqdan sonra mənzil xx.xx.2020-ci il tarixdə sonuncunun adına qeydiyyata alınmışdır ki, bununla da Cavabdeh3 adına dövlət reyestrində aparılmış qeyd silinmişdir. Ona görə də artıq mövcud olmayan qeydin ləğvi tələbi əsaslı hesab oluna bilməz və iddia tələbi bu hissədə təmin edilməməlidir.

41. Kollegiya məhkəmənin həmin əsaslandırması ilə razılaşmamış və qeyd etmişdir ki, hər hansı əqd əsasında əmlakın yeni əldə edənin adına qeydə alınması əvvəlki mülkiyyətçinin adına olan qeydiyyatı ləğv etmir. İddiaçı Cavabdeh3 adına aparılmış dövlət qeydinin ləğvini ona görə tələb etmişdir ki, həmin qeyd əhəmiyyətsiz əqdə əsaslanmışdır.

42. İddiaçının həmin tələbi əsaslıdır, çünki qüvvədə olan məhkəmə aktları ilə müəyyən olunmuşdur ki, 44 saylı mənzil üzərində Cavabdeh1 MTK-nın sərəncam verməklə bağlı səlahiyyəti olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2368/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsilə də həmin mənzilə dair Cavabdeh3lə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2012-ci il tar ixli müqavilə etibarsız hesab olunmuşdur. Beləliklə, müəyyən olunur ki, 44 saylı mənzil üzərində daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh3 adına aparılmış qeyd əhəmiyyətsiz əqdə əsaslanmışdır, ona görə də həmin qeyd ləğv edilməlidir.

43. Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasına aid hissədə iddianı rədd edən məhkəmə ona əsaslanmışdır ki, Cavabdeh4 vicdanlı əldə edən hesab olunur. İddianın qalan hissəsi də bu əsasla rədd olunmuşdur. İpoteka müqaviləsinə münasibətdə də məhkəmə hesab etmişdir ki, Cavabdeh4 əmlakın mülkiyyətçisi kimi ipoteka müqaviləsi bağlamaqda səlahiyyətli olmuşdur.

44. Məhkəmə hesab etmişdir ki, Cavabdeh4 məhkəmə mübahisələrindən məlumatsız olmuş, mənzili əldə edərkən lazımi sayıqlıq göstərmiş və həmin əmlaka vicdanlı şəkildə yiyələnmişdir.

45. Kollegiya ilk növbədə qeyd etmişdir ki, 44 saylı mənzilin iddiaçıya məxsus olması və həmin mənzilə dair Cavabdeh3lə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin etibarsız (əhəmiyyətsiz) əqd olması qüvvədə olan məhkəmə akları ilə müəyyən olunub və bu hal mübahisə doğurmur. Deməli Cavabdeh3 adına aparılmış qeyd əsassız olmuşdur. Hazırda müəyyən edilməli olan yeganə hal da Cavabdeh3 adına aparılmış qeydin əsassız olmasını Cavabdeh4 bilib-bilməməsidir, yəni sonuncunun vicdanlı əldə edən olub-olmamasıdır.

46. Cavabdeh4 məhkəmə mübahisələrindən, o cümlədən 44 saylı mənzilin məhz ona (iddiaçıya) məxsus olmasından məlumatlı olmasını iddiaçı onunla əsaslandırır ki, xx.xx.2020-ci il tarixdə icra məmuru Nəsimi Rayon Məhkəməsinin 2(006)-516/2013 nöm rəli xx.xx.2013-cü il tarixli qətnaməsinin icrası ilə bağlı həmin mənzildə olmuş və Cavabdeh4 gəlini Esmira Azayevaya icra sənədinə əsasən mənzilin ona (iddiaçıya) təhvil verilməli olması barədə xəbərdarlıq etmişdir. Belə olan halda isə Cavabdeh4 icra sənədindən məlumatsız olması mümkün deyil və bu da sonuncunun vicdanlı alıcı olmasını istisna edir.

47. Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X9, həmin şöbənin böyük icra məmuru vəzifəsini icra edən X20, Bakı şəhəri Yasamal rayon Pİ 29-cu Polis şöbəsinin sahə inspektoru polis mayoru X7, tələbkar G.Gərayxanovun nümayəndəsi X18 və X21 iştirakı ilə tərtib olunmuş xx.xx.2020-ci il tarixli Aktda göstərilmişdir ki, “Nəsimi Rayon Məhkəməsinin 2(006)-516/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq, ünvan 14 ünvanında 14 mərtəbəli binada olduq. Özünü həmin binanın komendantı kimi təqdim edən Məhərrəmov Sevindik adlı şəxs bildirdi ki, o, "xxxx" MMC-nin deyil, Cavabdeh1 MTK-nın əməkdaşıdır. Təhvil verilməli 1 bloklu binada olan 44 saylı mənzildə yaşayış var və təmir olunub. 45 saylı mənzildə isə qismən təmir işləri görülüb, lakin yaşayış yoxdur. Ona aktın tərtib olunmasında iştirak etmək təklif olunduqda, o, aktı imzalamayacağını bildirdi. Bir bloklu binanın 44 saylı mənzilində yaşayan, özünü Azayeva Esmira kimi təqdim etmiş şəxs bildirdi ki, mənzilə 4 ildir ki, sahiblik edirlər və mənzili təmir etmişlər. Ona icra sənədi üzrə tələb elan olundu və xəbərdarlıq edildi ki, qısa müddət ərzində mənzili tələbkara təhvil verməsələr mənzil məcburi qaydada təhvil veriləcəkdir. 45 saylı mənzilin qapısı bağlı idi, binanın gözətçisindən telefon nömrəsi alınıb telefon vasitəsilə bildirildi ki, mənzil təhvil verilməlidir. Bundan sonra binanın 1-ci və 2-ci blokunda olan həmin bloklara girişin 1-ci yarımhissəsi (blok tərəfə olan) 1000 kv.m hissəsi və həmin ünvanda 1-ci blokun boş və istifadədə olmayan 400 kv.m qeyri-yaşayış sahələri tələbkar G.Gərayxanovun nümayəndəsi X13 təhvil verildi. Bundan sonra özünü binanın komendantı kimi təqdim etmiş Sevindik Məhərrəmova elan olundu ki, sözügedən qeyri-yaşayış sahələri sahiblik və istifadə hüququnun təmin edilməsi üçün tələbkarın nümayəndəsinə təhvil verilmişdir.”

48. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş icra məmuru İsmayıl İsmayılov ifadəsində aktda göstərilənləri təsdiq etmiş, aktın Esmira Azayeva tərəf indən imzalanmamasının səbəbini isə onunla izah etmişdir ki, sonuncu icra icraatının tərəfi olmamışdır.

49. Esmira Azayeva isə qeyd olunanların həqiqətə uyğun olmadığını göstərmiş və bildirmişdir ki, yalnız bir dəfə liftin qarşısında 3-4 nəfər ondan 45 saylı mənzilin sahibinin kim olduğunu soruşmuşlar.

50. Apellyasiya icraatında da Esmira Azayeva üçüncü şəxs qismində izahat verərkən göstərmişdir ki, mənzillə bağlı heç vaxt onları narahat edən olmamış, məhkəmə mübahisəsindən də məlumatsız olmuşlar. Onların evinə heç kim yaxınlaşmamış, icra məmurunun qapını döyməsi və onun çıxması kimi hal baş verməmişdir. Birinci mərtəbədə uşağını bağçaya apardığı zaman liftin yanında formada bir şəxs onun neçənci mərtəbədə yaşadığını soruşmuş, o da 5-ci mərtəbədə yaşadığını bildirmiş, 45-ci mənzildə yaşadı ğını soruşmuş, o da orada yaşamadığını bildirmiş, 45-ci mənzildə yaşayanları tanıyıbtanımadığını soruşduqda isə tanımadığını bildirmişdir. Başqa hər hansı söhbət olmamışdır. 44-cü mənzillə bağlı heç nə soruşmamışlar. 44 və 45 saylı mənzillər bir mərtəbədə qonşuluqda yerləşir.

51. Üçüncü şəxs Fuad Azayev də göstərdi ki, evin mübahisəli olduğunu bilsə idi, onu almazdı. Evin alınmasına 150000 manata yaxın xərci çıxmışdır.

52. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh3 adına qeydiyyata alınmış 44 saylı mənzilə dair hər hansı bir məhdudiyyət və ya qeyd olmamışdır. Cavabdeh4 məhz bu qeydiyyata etibar edərək mənzilə görə 130000 manat pul ödəyib satın almış, əmlakı satın alana qədər iddiaçını və digər cavabdehləri tanımamışdır. Əmlakı satın alana qədər oğlu ailəsi ilə birlikdə uzun müddət həmin mənzildə kirayə yaşamışlar və həmin mənzillə bağlı mübahisənin olması barədə məlumatlı olmamışlar. Şahid qismində dindirilmiş şahid X22 və X19 məhkəmə iclasında verdiyi ifadələri ilə də təsdiq olunur ki, 2013-cü il tarixdən mübahisəli mənzildə kirayə yaşamışlar. Habelə ifadəsində icra məmuru X6 tanımadığını, bir dəfə liftin qarşısında 3-4 nəfərin ondan 45 saylı mənzilin sahibinin kim olduğunu soruşduqlarını bildirmişdir. Məhkəmə mübahisələri dövründə mənzilə yerli baxış keçirilməmişdir. Həmçinin iş materiallarında olan xx.xx.2020-ci il tarixli Aktdan da görünür ki, icra sənədi barədə X11 məlumatlandırıldığı aktda qeyd olunsa da, həmin akt X22 tərəfindən imzalanmamışdır. Bundan əlavə, X28 ifadəsində qeyd etmişdir ki, 2020-ci ildə həmin mənzili almışlar. Həmin mənzilə görə kirayə haqqını Cavabdeh3 ödəmişlər. Onlara mənzillə bağlı məhkəmə bildirişi mənzili aldıqdan sonra gəlmişdir. Mənzili alanda evin problemli olduğunu bilməmişdir. Bugünə kimi mənzillə bağlı heç bir məhkəmə iclasında iştirak etməmişdir. Bildiyinə görə atası da həmin mənzillə bağlı heç bir məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarından da göründüyü kimi, mübahisəli mənzil Cavabdeh4 satılana kimi ilkin olaraq İddiaçı, X15, Cavabdeh3 və yekun olaraq Cavabdeh4 satılmışdır. Qeyd olunan hallar isə Cavabdeh4 vicdanlı tərəf olmasına dəlalət edir.

53. Kollegiya qeyd olunanlarla razılaşmamış və qeyd etmişdir ki, əvvəla, Cavabdeh4 oğlu Fuad Azayevin 2013-cü ildən ailəsi ilə birlikdə 44 saylı mənzildə kirayə yaşamasının məsələyə heç bir aidiyyəti yoxdur. Söhbət Cavabdeh4 m ənzili əldə edərkən həmin mənzil barəsində Cavabdeh3 adına aparılmış qeydin əsassız olmasını bilibbilməməsindən gedir.

54. İddiaçı hesab edir ki, ən azı xx.xx.2020-ci il tarixdə icra məmuru 44 saylı mənzildə olarkən Esmira Azayevaya icra sənədi barədə xəbərdarlıq elan etmişdir və belə olan halda sonuncunun qayınatası - Cavabdeh4 mübahisədən məlumatsız olması inandırıcı deyil.

55. Məhkəmə heç bir əsas olmadan qeyd olunan aktı və icra məmurunun ifadəsini şübhə altına almış və bunu yalnız onunla əsaslandırmışdır ki, Esmira Azayeva aktı imzalamamışdır.

56. Kollegiya hesab edir ki, məhkəmənin gəldiyi nəticə işin müəyyən olunmuş hallarına açıq-aşkar ziddir. Əvvəla xx.xx.2020-ci il tarixli akt təkcə 44 saylı mənzillə bağlı tərtib olunmamışdır, icra sənədi dörd əmlak barəsində olmuş, həmin akt ə sasında icra hərəkətləri də məhz həmin dörd əmlak barəsində həyata keçirilmişdir. Digər tərəfdən, 44 saylı mənzillə bağlı aktda göstərilənlən yalnız o halda təhrif oluna (saxtalaşdırıla) bilərdi ki, həmin akt sonradan arxa tarixə tərtib olunsun. Halbuki, iddiaçı G.Gərayxanov məhz həmin icra hərəkətindən sonra xx.xx.2020-ci ildə 44 və 45 saylı mənzillərlə bağlı (müvafiq olaraq, Cavabdeh3 və R.Bilalovla bağlanmış müqavilələrin etibarsız hesab olunması barədə) iddia qaldırmış və həmin işə ikinci dəfə apellyasiya qaydasında baxılarkən 44 saylı mənzilin Cavabdeh3 adına qeydə aldıraraq Cavabdeh4 satması məlum olmuş, buna görə də G.Gərayxanov növbəti addım kimi hazırki iddianı qaldırmışdır. G.Gərayxanovun 2020-ci ildə qaldırdığı iddianın əsasını təşkil edən hallardan biri də məhz xx.xx.2020-ci il tarixli akt olmuşdur. Həmin iddia ərizəsində G.Gərayxanov xx.xx.2020-ci il tarixli akt əsasında qeyriyaşayış sahələrinin ona təhvil verildiyini, lakin 44 və 45 saylı mənzillərin, həmin mənzillər Cavabdeh1 MTK tərəfindən başqa şəxslərə (44 saylı mənzilin E.Mərzəliyeva) satılması səbəbindən icrasız qaldığını bildirmişdir.

57. Kollegiya onu da qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixli akt Nəsimi Rayon Məhkəməsinin 2(006)-516/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinin icrası ilə bağlı həyata keçirilən yeganə icra hərəkəti olmamışdır, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixlərdə də icra hərəkətləri həyata keçirilmiş və bu barədə müvafiq aktlar tərtib olunmuşdur (həmin aktların surəti əvvəlki işlərdə də mövcuddur). Hətta xx.xx.2020-ci il tarixdə icra hərəkətləri 45 saylı mənzillə b ağlı həyata keçirilmiş, icra məmuru həmin mənzildə olmuş və aktın tərtib olunmasında qonşu kimi Fuad Azayev də iştirak etmişdir (sonuncu hazırki apellyasiya baxışında bu halı da inkar etdi).

58. Nəhayət, Esmira Azayeva icra icraatında tərəf olmamışdır, ona görə də aktı ona imzalatmağa da zərurət yox idi. Bu barədə icra məmurunun dəlili əsaslı hesab olunmalıdır.

59. Beləliklə, göstərilənlər onu deməyə əsas verir ki, xx.xx.2020-ci il tarixli aktın mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas mövcud deyil. Kollegiya da həmin aktda göstərilənləri inandırıcı və hazırki işin halları baxımdan əsaslı sayır. Bu isə o deməkdir ki, Azayevlər ailəsi ən azı xx.xx.2020-ci il tarixdə icra sənədinə əsasən 44 saylı mənzilin iddiaçı G.Gərayxanova təhvil verilməli olmasını bilmişlər.

60. Hadisələrin so nrakı gedişatı da onu deməyə əsas verir ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh4, habelə Cavabdeh1 MTK 44 saylı mənzillə bağlı süni vicdanlı alıcı yaratmaq niyyətini güdmüşlər. Cavabdeh1 MTK 2(006)-516/2013 saylı birinci işin bilavasitə iştirakçısı olmuş, həmin iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsindən apellyasiya, daha sonra isə kassasiya şikayətləri vermiş, lakin həmin şikayətlərdə 44 saylı mənzili xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən Cavabdeh3 satdığını bildirməmişdir.

61. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-111/2017 nömrəli xx.xx.2017-ci il tarixli qərardadı ilə 44 saylı mənzilin üzərinə həbs qoyulmaqla özgəninkiləşdirilməsi, üçüncü şəxslərin istifadəsinə və sahibliyinə verilməsi Cavabdeh1 MTK və üçüncü şəxslərə qadağan edilməsinə baxmayaraq, xx.xx.2020-ci ildə məlum akt tərtib olunduqdan cəmi 5 gün sonra Cavabdeh1 MTK tərəfindən Cavabdeh3 MTK üzvlərinin ümumi iclasının xx.xx.2020-ci il tarixli 06 nömrəli protokolundan çıxarış və yeni maliyyə arayışı verilmiş, xx.xx.2020-ci il tarixdə mənzil daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh3 adına qeydə alınmış, bundan cəmi 4 gün sonra - xx.xx.2020-ci il tarixdə isə Cavabdeh3lə Cavabdeh4 arasında alqı-satqı müqaviləsi bağlanmışdır.

62. Göründüyü kimi, daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh3 adına qeyd aparıldıqdan cəmi 4 gün sonra alqı-satqı müqaviləsi bağlanmışdır.

63. Bakı şəhərində bir sıra yeni inşa olunan çoxmənzilli binaların problemli olması bəlli olan haldır (məsələn, "xxxx" MMC, "xxxx" MTK, "xxxx" MMC, "xxxx" MMC, Cavabdeh1 MTK və s.) və həmin binalardan mənzil alar kən kifayət qədər sayıqlıq göstərmək tələb olunur.

64. Hazırki işdən isə görünür ki, Azayevlər ailəsi, özlərinin deməsinə görə, 2013-cü ildən 44 saylı mənzildə yaşayırlar (xx.xx.2020-ci il tarixli akt tərtib olunarkən isə Esmira Azayeva həmin mənzildə 4 ildir yaşadıqlarını bildirmişdir). Belə olan halda isə həmin bina ilə bağlı çoxsaylı məhkəmə mübahisələrinin olmasını bilməmələri mümkün deyildi.

65. Mübahisəli mənzilin yerləşdiyi binanın da problemli olması həmin binadan mənzil almaq istəyən şəxslərin kifayət qədər sayıqlıq göstərməsini tələb edir.

66. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir (“S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli Plenum Qərarı).

67. Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalm asına gətirib çıxarardı (“K.N.Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il taraixli Qərarı).

68. Göründüyü kimi, şəxs o halda vicdanlı alıcı hesab edilir ki, əmlakı əldə etdiyi zaman onda bağladığı əqdin legitimsizliyi şübhə yaratmasın, həmin əmlaka başqa şəxslərin mümkün iddalarından xəbəri olmasın. Əmlakı əldə edən xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməlidir. Hazırki işin hallarından isə göstərilənlər müəyyən olunmur.

69. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə mübahisəli əmlakla bağl ı əvəzli əqdin bağlanması anına qədər bu əmlakla bağlı üçüncü şəxslərin iddiaları belə şəxsə bəlli olduqda və bu iddialar sonradan müvafiq qaydada hüquqa zidd hesab edilmədikdə, o, vicdanlı sahib kimi qəbul olunmur (“H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MülkiKollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 15 sentyabr 2014-cü il taraixli Qərarı).

70. Konstitusiya Məhkəməsinin bu hüquqi mövqeyinə görə aşağıdakı üç zəruri şərtin mövcudluğu halında şəxs vicdanlı əldə edən sayıla bilməz: əvəzli əqdin bağlındığı vaxt mübahisəli əmlak barəsində üçüncü şəxslərin iddiası olduqda; alıcı bu iddiadan məlumatlı olduq da və bu iddia sonradan qanunla müəyyən olunmuş qaydada hüquqauyğun hesab edildikdə.

71. Hazırki işin hallarından da görünür ki, 44 saylı mənzilə dair Cavabdeh3lə Cavabdeh4 arasında alqı-satqı müqaviləsi bağlanarkən həmin mənzilə G.Gərayxanov iddialı olmuş (qanuni qüvvəsini almış məhkəmə qərarı ilə mənzil onun mülkiyyəti hesab olunmuşdur), bu iddiadan Cavabdeh4 məlumatı olmuş (xx.xx.2020-ci il tarixli aktla icra məmuru bu baradə məlumat vermişdir) və həmin iddia hələ alqı-satqı müqaviləsindən xeyli əvvəl hüquqauyğun hesab edilmişdir.

72. Beləliklə Kollegiya hesab edir ki, 44 saylı mənzilə dair cavabdehlər Cavabdeh3lə Cavabdeh4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız əqddir, çünki hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (s əlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin predmetinin, habelə forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilən tələblərə cavab verməyən əqd etibarsızdır. xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə satıcı qismində çıxış edən Cavabdeh3 səlahiyyətli subyekt olmamış, Cavabdeh4 isə əmlakı vicdanlı əldə etməmişdir. Alqı-satqı müqaviləsi etibarsız olduğundan, həmin əqd əsasında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh4 adına aparılmış qeyd də ləğv edilməlidir.

73. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinin tələblərinə uyğun olaraq, etibarsızlığın nəticələri tətbiq olunmaqla xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə tərəflərin hüquqi statusu ilk in vəziyyətə qaytarılmalı, mənzilə görə ödənilmiş 130000 manat Cavabdeh3 alınaraq Cavabdeh4 qaytarılmalıdır.

74. Apellyasiya baxışında müəyyən olundu ki, 44 saylı mənzildə Cavabdeh4 oğlu Fuad Azayev, sonuncunun arvadı Esmira Azayeva və onların iki yetkinlik yaşına çatmayan övladları yaşayır. Ona görə də Kollegiya hesab edir ki, həmin şəxslər mənzildən çıxarılmalı və mənzil iddiaçıya təhvil verilməlidir. Belə nəticəyə gələn Kollegiya nəzərə alır ki, Fuad Azayev və arvadı Esmira Azayeva hazırki iş üzrə üçüncü şəxs qismində iştirak edirlər və qətnamədən kassasiya şikayəti vermək hüquqları vardır. Cavabdeh4 özü də mənzildən çıxarılmalıdır, çünki onun da mənzildən istifadə etməsi inkar olunmur. Uşaqlara münasibətdə isə qeyd olunmalıdır ki, onlar yetkinlik yaşına çatmadıqları üçün onların yaşayı ş yeri valideynlərinin yaşayış yeri hesab olunur və onlar valideynləri tərəfindən təmsil olunurlar. Prosessual qənaət prinsipi də göstərilən nəticəyə gəlməyə əsas verir.

75. Cavabdeh4 və digər şəxslərin 44 saylı mənzildən istifadə hüququna xitam verilməsi, onların yaşayış yeri və olduğu yer üzrə qeydiyyatının ləğvi barədə tələb isə təmin olunmamalıdır, çünki onların mənzildən çıxarılması göstərilən hüquqi nəticəyə səbəb olur. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 5-ci bəndinə görə, şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. 76. xx.xx.2023-cü il tarixli İpoteka müqaviləsinə münasibətdə isə Kollegiy a hesab edir ki, cavabdeh "xxxx" KB ASC-nin davranışında hər hansı qanunsuzluq müəyyən edilmir. Bank mənzil üzərində Cavabdeh4 adına aparılmış qeydə əsaslanaraq hərəkət etmiş, mənzillə bağlı iddiaçının mümkün iddialarından xəbərsiz olmuşdur.

77. Kollegiya hazırki tələbə münasibətdə də sübutetmə yükünün iddiaçının üzərinə düşdüyünü nəzərə alaraq qeyd edir ki, iddiaçı göstərilənlərin əksini sübut edə bilməmişdir. Ona görə də həmin hissədə iddia təmin oluna bilməz.

78. Bununla belə Kollegiya qeyd edir ki, 44 saylı mənzilin təminatı altında ilk dəfə xx.xx.2023-cü il tarixli 930miccADJ/23 nömrəli əlavə kredit müqaviləsi üzrə borclu Fuad Azayevə 18 ay müddətinə illik 20 faizlə 16000 manat məbləğdə kredit verilmişdir.

79. G.Gərayxanov hazırki iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmiş, xx.xx.2023-cü il tarixdə isə iddia tələbinin həcmini artıraraq, "xxxx" KB ASC-ni də cavabdeh qismində qoyub, xx.xx.2023-cü il tarixli İpoteka müqaviləsinin etibarsızlığını da tələb etmiş və artıq xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında bankın nümayəndəsi iştirak etməklə, mübahisədən əyani şəkildə məlumatlandırılmışdır.

80. Buna baxmayaraq, apellyasiya baxışında müəyyən edildi ki, Fuad Azayev xx.xx.2023-cü il tarixli 930miccADJ/23 nömrəli əlavə kredit müqaviləsi üzrə borcunu tam ödəyərək, xx.xx.2024-cü il tarixdə bankla 625micADJ/24 nömrəli yeni əlavə kredit müqaviləsi bağlayıb illik 20 faizlə 18 ay müddətinə 16000 manat məbləğində yeni kredit götürmüşdür və hazırda həmin müqavilə üzrə onun 16113,59 manat borc mövcuddur.

81. Bankın nümayəndəsi məhkəmə mübahisəsi gedə-ged ə yeni kredit müqaviləsinin bağlanmasını onunla izah etdi ki, sistemdə G.Gərayxanovun iddiasının rədd olunması barədə qətnaməni gördükləri üçün təkrar kredit verilmişdir. Halbuki, hələ xx.xx.2024-cü il tarixdə, yəni təkrar kredit verilməzdən 1 ay öncə banka apellyasiya icraatı barədə elektron bildiriş göndərilmişdir (bankın elektron kabinetinə yerləşdirilmişdir).

82. Göründüyü kimi, bank mübahisədən aşkar məlumatlı olduğu halda, Fuad Azayevə təkrar kredit verməklə vicdanlılığın tələb etdiyi tərzdə davranmamışdır. Lakin göstərilən xüsusatlar ipoteka müqaviləsinin etibarsızlığına səbəb ola bilməz, iddiaçı bununla bağlı başqa məzmunda banka qarşı yeni iddia qaldıra bilər.

83. Nəhayət, iddia tələbləri üzrə iddia müddətlərinin ötürülməsi barədə Cavabdeh4 nümayəndəsinin ərizəsinə münasibətdə K ollegiya qeyd edir ki, əvvəlla, ərizədə konkret olaraq hansı tələb üzrə hansı iddia müddətinin tətbiq edilməli olması göstərilməmiş, ərizə müəllifi də apellyasiya baxışında bunu əsaslandıra bilməmişdir. Hesab oluna bilər ki, söhbət Mülk Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulan əhəmiyyətsiz əqdin nəticələrinin tətbiq edilməsi barədə iddiaya 1 illik iddia müddətinin tətbiqindən gedir, çünki hazırki iş üzrə əsas tələb cavabdehlər Cavabdeh3lə Cavabdeh4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız (əhəmiyyətsiz) hesab olunmasından gedir, yəni həmin müqavilə səlahiyyətsiz subyekt (Cavabdeh3) tərəfindən bağlanmışdır, bu isə həmin əqdin əhəmiyyətsiz olmasına səbəb olur. Əslində əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmay araq puç əqddir və bunun üçün məhkəmə qərarına ehtiyac yoxdur. Bununla belə, belə iddia qaldırmaqda maraqlı tərəf əqdin əhəmiyyətsiz olmasının məhkəmə qaydasında təsbitinə nail olmaq məqsədini güdür.

84. Həmin tələbi etibarsız əqdlərin digər növünə (mübahisələndirilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər) aid etmək olmaz.

85. Beləliklə, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi əhəmiyyətsiz əqd olduğundan və həmin əqdin predmeti daşınmaz (əvəz edilməz) əşya olduğundan, bu tələbə iddia müddəti tətbiq oluna bilməz (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarı).

86. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 140, 324, 337-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etir azın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

87. Cavabdeh "xxxx" KB ASC (Vəkil4) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

88. Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, hazırkı iş üçün binanın mübahisəli olması deyil, konkret olaraq 44 saylı mənzilin mübahisəli olmasının Azayevlər ailəsinin bilməsi əhəmiyyət daşıyır. Onların isə 44 saylı mənzil barəsində mübahisə olmasını bilməsi sübut olunmur.

89. Cavabdeh4 bağladığı əqdə münasibətdə vicdanlı olmuş, əqdin legitimsizliyi barədə onda hər hansı şübhə olmamış və əqd üzrə üzərinə düşənləri edərək mənzil əldə etmiş və mənzilə dair hüquqlarını reyestrdə qeydə aldırmışdır. Göründüyü kimi, qanunvercilik əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən etmişdir və bu prezu mpsiyaya görə əldə edən onun vicdanlı sahib olması sübut edilənədək vicdanlı sahib hesab olunur.

90. Cavabdeh hesab etmişdir ki, iş üzrə sübutlar düzgün qiymətləndirilməyib. Halbuki, sübutların düzgün dəyərləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmənin qətnaməsi o zaman əsaslı olar ki, o, məhkəmə iclasında mülki məhkəmə icraatının prinsiplərinə və mülki prosessual qaydalara əməl olunmaqla hərtərəfli və tam araşdırılmış iş üçün önəmli olan hallara əsaslansın. Məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq dəyərləndirməlidir. Qeyd olunduğu kimi, Azayevlər ailəsinin 44 saylı mənzilin başqa şəxsə məxus olmasını bilməmələri iş matreriallarında olan sübutlarla təsdiq olunmuşdur.

91. Cavabdeh X16 (Vəkil3 Nurməhməd oğlu) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

92. Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə baxışı dövründə işin faktiki halları və bu halların qanuni əsasları məhkəmənin diqqətinə çatdırılmağına baxmayaraq, məhkəmə həmin halları nəzərə almamışdır. Məhkəmə əhəmiyyət vermədiyi, tətbiq etməli olduğu qanun normaların tətbiq etməmişdir və işin hallarına uyğun olmayan normaları səhv tətbiq etmişdir və nəticədə səhv qərar qəbul olunmuşdur. Məhkəmə məsələlərə xronoloji tarix ardıcıllığı ilə deyil subyektiv maraqları baxımından yanaşmış və yekunda obyektiv olmayan qərar vermişdir.Qeyd edilmişdir ki, 2012-ci ildə Cavabdeh3 ilə Cavabdeh1 MTK arasında mənzil tikintisi haqqında müqavilə bağlanarkən iddiaçı (Nəsimi rayon Məhkəməsinin 2 (006)-516/2013 nömrəli xx.xx.2013-cü il tarixli qətnaməsi) mənzilə dair iddialı olmasını nə Cavabdeh3 nədə ki Şərur MTK-ya bildirməmişdir. Bundan başqa məhkəmə iddiaçının 2009-cu il tarixdə "xxxx" MMC ilə bağlamış olduğu mənzil alqı-satqı müqaviləsinə də münasibət bildirməmişdir. Göründüyü kimi bağlanmış müqavilə daşınmaz əmlakının alqı satqısı müqaviləsi olduğu halda mülki qanunvericiliyə görə bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə Mülki Məcəllənin 394-cü maddəsinə əsasən notariat qaydasında təsdiqlənməli idi.

93. Cavabdeh4 (Vəkil3 Nurməhməd oğlu) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

94. Cavabdeh4 kassasiya şikayətinin dəli lləri cavabdeh E.Mirzəyevin kassasiya şikayətinin dəlilləri eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

95. İddiaçının vəkili və etibarnamə ilə nümayəndəsi Vəkil1 tərəfindən kassasiya şikayətinə qarşı etiraz verilmişdir. Etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2538/2024 nömrəli, 29 may 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

96. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvə dədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

97. Maddə

324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

98. Maddə

337. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olun duqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

99. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

100. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

101. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

102. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

103. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

104. Maddə 407.2. Kassasiya şikayətində işin hall arının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

105. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

106. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

107. Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 41 7.1.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər;

108. Maddə 417.2.Bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun.

109. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

110. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq o lunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

111. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

112. Hazırkı kassasiya şikayətlərinə əsasən apellyasiya instansiyas ı məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

113. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 may 2024-cü il tarixli 2(103)-2583/2024 nömrəli qətnaməsi cavabdehlər Cavabdeh3 ilə Cavabdeh4 arasında Bakı şəhəri, Yasamal rayonu, X30 massivi, Xiyabani küçəsi, B, 194, 196, 198, 200, mənzil 44 ünvanında yerləşən mənzilə dair bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında sonuncunun adına aparılmış xx.xx.2020-ci il tarixli dövlət qeydiyyatının ləğv edilməsi, cavabdehlər Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqavi ləsi üzrə mənzilə görə ödənilmiş 130000 manatın Cavabdeh3 alınaraq Cavabdeh4 qaytarılması, Cavabdeh4 və üçüncü şəxslər X28 və X11 yetkinlik yaşına çatmayan övladları ilə birlikdə adıçəkilən mənzildən çıxarılmaları və mənzilin iddiaçı X4 təhvil verilməsi hissələrində maddi və prosessual hüquq normalarının pozuntusu ilə qəbul edilmişdir.

114. Belə ki, apellyasiya instansiyası həmin hissələrdə müvafiq qənaətə gələrkən Cavabdeh4 vicdanlı əldə edən olmamasına əsaslanmışdır.Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu qənaəti ilə razılaşmır, belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adı na qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

115. Məhkəmələr tərəfindən özgəninkiləşdirən Cavabdeh3 adına reyestrdə aparılmış qeydə etiraz daxil edilməsi, reyestrdə daşınmaz əmlaka dair məhdudiyyətlər olması müəyyən edilməmişdir.

116. Apellyasiya instansiyası məhkəməsi əldə edən Cavabdeh4 vicdanlı alıcı olmaması qənaətinə gələrkən Nəsimi Rayon Məhkəməsinin 2(006)-516/2013 nömrəli xx.xx.2013-cü il tarixli qətnaməsinin icrası ilə bağlı Cavabdeh4 gəlini Esmira Azayevanın icra sənədinə əsasən mənzilin İddiaçı təhvil verilməli olması barədə xəbərdarlıq edildiyi( bununla əlaqədar xx.xx.2020-ci il tarixli ak ta əsaslanılmışdır), göstərilən qətnamənin icrası ilə əlaqədar xx.xx.2020-ci il tarixdə icra hərəkətləri 45 saylı mənzillə bağlı həyata keçirilmiş, icra məmurunun həmin mənzildə olduğu və aktın tərtib olunmasında qonşu kimi Fuad Azayev də iştirak etdiyinə əsaslanmış və qeyd etmişdir ki, Esmira Azayeva icra icraatında tərəf olmamışdır, ona görə də aktı ona imzalatmağa da zərurət yox idi. Bu barədə icra məmurunun dəlili əsaslı hesab olunmalıdır.Beləliklə, göstərilənlər onu deməyə əsas verir ki, xx.xx.2020-ci il tarixli aktın mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas mövcud deyil. Kollegiya da həmin aktda göstərilənləri inandırıcı və hazırki işin halları baxımdan əsaslı sayır. Bu isə o deməkdir ki, Azayevlər ailəsi ən azı xx.xx.2020-ci il tarixdə icra sənədinə əsasən 44 saylı mənzili n iddiaçı G.Gərayxanova təhvil verilməli olmasını bilmişlər.

117. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd edilən əsaslandırması ilə razılaşmır.Belə ki, Cavabdeh4 gəlini Esmira Azayevanın imzalamadığı aktın onun xəbərdar edilməsini təsdiq edən sübut olması kifayət qədər əsaslandırılmamışdır.Apellyasiya instansiyası məhkəməsi həmin aktı Esmira Azayevanın imzalamaqdan imtina etməsini müəyyən etməmişdir.

118. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hətta Esmira Azayevanın xəbərdar edilməsi mübahisəsiz olsaydı belə, bu fakt özlüyündə Cavabdeh4 vicdanlı əldə edən olmasını təsdiq edən hal kimi qəbul edilə bilməzdi. Çünki daşınmaz əmlaka münasibətdə özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeydin, bu qey də dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin özünün-digər şəxslərin deyil- qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

119. Eləcə də 45 sayl mənzillə bağlı akt tərtib edilərkən qonşu kimi Fuad Azayevin də orada iştirak etməsi Cavabdeh4 vicdanlı əldə edən olmasını təsdiq etməsinə əsas verdiyi nəticəsinə gəlmək mümkün deyil.

120. Beləliklə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi əldə edən Cavabdeh4 vicdanlı əldə edən olmamasını təsdiq edən sübutlara istinad etməmişdir, toplanmış sübutlar Cavabdeh4 vicdanlı əldə edən olmadığı nəticəsinə gəlməyə əsas vermir, Cavabdeh4 vicdanlı əldə edən olmadığı iddiaçı tərəfindən sübut edilməmişdir.

121. Azərbaycan Respublikasının Konstitusiyası Məhkəməsi Plenumunun “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli qərarında vurğulanmışdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir.

122. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsini düzgün tətbiq etməm işdir.

123. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 may 2024-cü il tarixli 2(103)-2583/2024 nömrəli qətnaməsinin Bakı şəhəri, Yasamal rayonu, X30 massivi, Xiyabani küçəsi, B, 194, 196, 198, 200, mənzil 44 ünvanında yerləşən mənzil üzərində daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh3 adına aparılmış xx.xx.2020-ci il tarixli dövlət qeydiyyatın ləğv edilməsi hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və y a dəyişdirilməsi üçün əsas yoxdur. Həmin hissədə sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır, kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

124. Yuxarıda şərh edilənlərə görə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 may 2024-cü il tarixli 2(103)-2583/2024 nömrəli qətnaməsi cavabdehlər Cavabdeh3 ilə Cavabdeh4 arasında Bakı şəhəri, Yasamal rayonu, X30 massivi, Xiyabani küçəsi, B, 194, 196, 198, 200, mənzil 44 ünvanında yerləşən mənzilə dair bağ lanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında sonuncunun adına aparılmış xx.xx.2020-ci il tarixli dövlət qeydiyyatının ləğv edilməsi, cavabdehlər Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə mənzilə görə ödənilmiş 130000 manatın Cavabdeh3 alınaraq Cavabdeh4 qaytarılması, Cavabdeh4 və üçüncü şəxslər X28 və X11 yetkinlik yaşına çatmayan övladları ilə birlikdə adıçəkilən mənzildən çıxarılmaları və mənzilin İddiaçı təhvil verilməsi hissələrində ləğv edilməli və həmin hissədə yeni qərar qəbul edilərək iddia 44 saylı mənzilə dair Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış 4Ə-353 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; həmin müqavilə əsasında 44 saylı mənzilə dair Cavabdeh4 adına xx.xx.2020-ci il tarixli, ********** nömrəsi ilə dövlət reyestrində aparılmış qeydiyyatın (çıxarışın) ləğv olunması; 44 saylı mənzildə yaşayan Cavabdeh4 və digər şəxslərin mənzildən çıxarılması və mənzilin iddiaçıya təhvil verilməsi hissələrində rədd edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 may 2024-cü il tarixli 2(103)-2583/2024 nömrəli qətnaməsi mübahisələndirilən qalan hissədə- Bakı şəhəri, Yasamal rayonu, X30 massivi, Xiyabani küçəsi, B, 194, 196, 198, 200, mənzil 44 ünvanında yerləşən mənzil üzərində daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh3 adına aparılmış xx.xx.2020-ci il tarixli dövlət qeydiyyatının ləğv edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

125. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdehlər "xxxx" ASC, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 may 2024-cü il tarixli 2(103)2583/2024 nömrəli qətnaməsi cavabdehlər Cavabdeh3 ilə Cavabdeh4 arasında Bakı şəhəri, Yasamal rayonu, X30 massivi, Xiyabani küçəsi, B, 194, 196, 198, 200, mənzil 44 ünvanında yerləşən mənzilə dair bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında sonuncunun adına aparılmış xx.xx.2020-ci il tarixli dövlət qeydiyyatının ləğv edilməsi, cavabdehlər Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzr ə mənzilə görə ödənilmiş 130000 manatın Cavabdeh3 alınaraq Cavabdeh4 qaytarılması, Cavabdeh4 və üçüncü şəxslər X28 və X11 yetkinlik yaşına çatmayan övladları ilə birlikdə adıçəkilən mənzildən çıxarılmaları və mənzilin İddiaçı təhvil verilməsi hissələrində ləğv edilsin və həmin hissədə yeni qərar qəbul edilsin. İddia 44 saylı mənzilə dair Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış 4Ə-353 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; həmin müqavilə əsasında 44 saylı mənzilə dair Cavabdeh4 adına xx.xx.2020-ci il tarixli, ********** nömrəsi ilə dövlət reyestrində aparılmış qeydiyyatın (çıxarışın) ləğv olunması; 44 saylı mənzildə yaşayan Cavabdeh4 və digər şəxslərin mənzildən çıxarılması və mənzilin iddiaçıya təhvil verilməsi hissələrində rədd edil sin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 may 2024-cü il tarixli 2(103)2583/2024 nömrəli qətnaməsi mübahisələndirilən qalan hissədə- Bakı şəhəri, Yasamal rayonu, X30 massivi, Xiyabani küçəsi, B, 194, 196, 198, 200, mənzil 44 ünvanında yerləşən mənzil üzərində daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh3 adına aparılmış xx.xx.2020-ci il tarixli dövlət qeydiyyatın ləğv edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar