Məhkəmə qərarları › İş №2(102)-640/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-640/2024

16.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-640/2024 16.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər:əsassız varlanmadan irəli gələn öhdəlik hüquq münasibətləri, əqdlərin forması, borc müqaviləsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5838/2023 saylı, 18 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icr aat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh İddiaçı 60.000 manat borc pul almışdır. Bundan sonra cavabdeh müxtəlif dövrlərdə həmin borcdan 30.000 manat hissəni iddiaçıya geri qaytarmış, lakin qalan 30.000 manat borcu isə indiyə kimi cavabdehə geri qaytarmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı “iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 30000 manat borcun və 180 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə 2020-ci ilin aprel ayında 60.000 manat borc pul vermişdir. xx.xx.2022-ci il tarixdə cavabdeh borcdan 20.000 manat, 2022-ci ilin may ayına kimi isə hissə- hissə 10.000 manat olmaqla, ümumilikdə 30.000 manat pulu iddiaçıya qaytarmışdır. Cavabdehin hazırda 30.000 manat borcu qalmışdır. İddiaçı cavabdehdən qalan borcunun ödənilməsini tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə bu günə qədər borcunu ödəməmişdir.

4. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili iddia ərizəsində yazılanlarla razılaşmayaraq iddia tələbinin təmin olunmaması xahiş etmiş, eyni zamanda bildirmişdir ki, tərəflər arasında iddiaçı tərəfindən cavabdehə borc verilməsini təsdiq edən heç bir yazılı müqavilə mövcud deyildir.

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-1 224/2023 saylı, 21 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim İ.Rüstəmli) iddia tələbi təmin edilərək, 30.000 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub İddiaçı ödənilməsi və 180 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir.

7. Birinci instansiya məhkəməsində müəyyən olunmuşdur ki, cavabdeh iddiaçının qızı ilə nikaha daxil olarkən özünə mənzil almaq üçün iddiaçından 60000 manat borc pul almışdır. Bundan sonra cavabdeh müxtəlif dövrlərdə həmin borcdan 30000 manat hissəni iddiaçıya geri qaytarmış, lakin qalan 30000 manat borcu isə indiyə kimi cavabdehə geri qaytarmamışdır. Bununla da tərəflər arasında razılaşdırılmış şifahi borc müqaviləsindən yaranmış öhdəlik Cavabdeh tərəfindən yerinə yetirilməmiş, borc alan 60000 manat məbləğində pul vəsaitini tam həcmdə olmaqla borc verən İddiaçı qaytarmamışdır.

8. Şahid ifadələri və iş materiallarında olan iddiaçı ilə cavabdeh arasında olan “whatsapp”yazışmalarından görünür ki, iddiaçı cavabdehdən 30000 manat borcunun qaytarılmasını tələb etmiş, cavabdeh isə cavabında pulu olmadığı, ancaq məhkəmə qərarından sonra pulu qaytaracağını bildirmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh iddiaçıya qaytarmalı olduğu 60000 manat borcu qaytarmaq öhdəliyini tam yerinə yetirmədiyi üçün, həmin məbləğdən qalan 30000 manat borc ondan tutularaq iddiaçıya verilməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin385, 386, 739.1, 740.1;Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119, 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellya siya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsalandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında hər hansı bir borc müqaviləsi bağlanmadığı halda, iddiaçının təqdim etdiyi qeyri-dəqiq “Whatsapp” yazışmalarına, iddiaçının qızı X2 və iddiaçının qayınatası X1 qərəzli ifadələrinə əsaslanaraq belə qənaətə gəlmişdir ki, cavabdeh, iddiaçıya hələ də 30000 manat pul borcludur. Hesab edir ki, bu nəticə ilə məhkəmə Azərbaycan Respublikası Mülki Məcəllənin borc müqaviləsi ilə bağlı olan 739-cu, 740.2-ci və digər maddələrini, digər qanunvericilik aktlarını pozmuşdur. Məhkəmə qətnamədə MM-nin 740.2-ci maddəsinin imperati v tələbindən nədənsə bəhs etmir. MM-nin 740.2-ci maddəsinin imperativ tələbindən məlum olduğu kimi, əgər bir şəxs başqa şəxsə 3000 manatdan çox borc verirsə, belə şəxslər arasında etibarlı borc müqaviləsinin bağlandığını hesab etmək üçün mütləq həmin müqavilə yazılı qaydada tərtib olunmalı və tərəflərin imzaları ilə təsdiq edilməlidir. Məhkəmə hesab etmişdir ki, iddiaçı və cavabdeh arasında 30000 manata dair borc müqaviləsi bağlanıb, lakin iş materialları arasında iddiaçının cavabdehə 30000 manat pulu borc verdiyinə dair heç bir yazılı borc müqaviləsi yoxdur. Bu durum onu göstərir ki, məhkəmə MM-nin 740.2-ci maddəsinin imperativ tələbini pozub. Bundan başqa MM-nin 329.1-ci maddəsinə görə, “əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyy ən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır”. Hesab edir ki, məhkəmə MM-nin 329.1-ci maddəsinin tələbini də pozub, məhkəmə bu qətnaməsi ilə iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi və digər maddələri, digər qanunvericilik aktları, o cümlədən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi ilə nəzərdə tutulmuş “ədalətli məhkəmə hüququnu” pozmuşdur. Məhkəmə, işi təfsilatlı araşdırmadan, işdə olan cavabdehin və şahid Sərdarovanın polisdə verdiyi izahatlarına düzgün qiymət verilmədən qətnamə qəbul etmiş olması iddiaçının “ədalətli məhkəmə araşdırması” hüququnun pozulmasıdır.

13. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müda fiə edib, onun məzmununa uyğun izahat verərək qeyd etmişdir ki, pulun verilməsini qəbul etmirlər, əgər verilibsə, qaydalara hüquqi cəhətdən əməl olunmalı idi, bunların heç birinə əməl olunmayıbsa, əqd etibarsızdır. Müddət ötüb, ona görə də, iddia rədd olunmalıdır. Onlar iddianı qəbul etməyərəq müddətin tətbiq olunmasını xahiş etmişlər. “Whatsapp” yazışmalarında olan yazıları ilə bağlı qeyd etmişlər ki, tərəflər arasında mühasib hesabları olub, cavabdehin 3000 borcu yaranmışdı, “whatsapp” yazışmasında 30000 yazısına fikir verməyib, elə bilib ki, üç mindir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.

15. Bakı Apellyasi ya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-5338/23 saylı, 18 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Fərrux Qasımov) apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)1224/2023 saylı, 21 iyul 2023-cü il tarixli, qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilmiş, 30000 (otuz min) manat məbləğində pul vəsaiti və 180 (yüz səksən) manat ödənilmiş dövlət rüsumu, cəmi 30180 (otuz min yüz səksən) manat Cavabdeh tutulub İddiaçı ödənilməsi qət edilmişdir.

16. İlk növbədə apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin iddiaçıya qaytarmalı olduğu 30000 manatı qaytarmaması iş materiallarında olan “Whats app” yazışmaları və şahid ifadələri ilə tam olaraq təsdiq olunmuşdur.

17. Məhkəmə kollegiyası cavabdehin “Whatsapp”yazışmalarında olan yazılarda 30000 manatın 3000 manat kimi bilməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd etmişdir ki, pulun məbləği dəfələrlə tərəflər arasında yazışmada təkrarlanmış, hətta cavabdeh etdiyi ödənişləri belə qeyd etmişdir (i/v 37)

18. Bununla da, cavabdeh tərəfindən iddiaçıya ödənilməmiş 30000 manat pulun olması tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmışdır.

19. Bununla yanaşı Məhkəmə Kollegiyası qeyd etmişdir ki, hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan MM-nin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi y azılı formada bağlanmalıdır.

20. Mülki Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

21. Qanunvericiliyin tələbindən göründüyü kimi, borc müqaviləsində yazılı əqdin konkret hansı formada bağlanması nəzərdə tutulmadığından, yazılı əqd sadə və ya notariat qaydasında da ola bilər.

22. Göründüyü kimi, iddiaçı 2020-ci ildən yaranmış borcları tələb etməsi üçün yazılı (sadə və ya notariat) müqavilə təqdim etməlidir.

23. Məhkəmə qeyd etmişdir ki, müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən təqdim olunmuş sübutlar əsasında tərəflərin həqiqi hüquqi niyyətləri və iradə ifadələrinin əsl məzmunu dəqiqləşdirilməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsi müəyyən edilməlidir.

24. Məhkəmə Kollegiyası hesab etmişdir ki, iddiaçı 2020-ci ildən yaranmış borcu tələb etməsi üçün yazılı müqavilə təqdim etmədiyindən, bununla da, əqdin formasına əməl olunmadığından, borcla bağlı bağlanmış əqd əhəmiyyətsizdir.

25. Lakin məhkəmənin mövqeyinə görə hazırki halda iddiaçının tələb etdiyi 2020-ci ildən yaranmış 30000 manat əhəmiyyətsiz əqd (borc müqaviləsi) üzrə verilmiş olsa belə, həmin pul məbləği əvəzedilən əşya olmaqla, cavabdehin əmlakına qarışdığından və onun həmin əşya olan pul üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olmuşdur.

26. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə nəticəyə gəlmişdir ki, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyindən iddiaçı cavabdehdən 2020-ci ilin aprel ayında verdiyi puldan 30000 manatının geri qaytarılması nı tələb etməkdə haqlıdır.

27. Məhkəmə kollegiyasının cavabehin apellyasiya şikayətində iddiaçının iddia müddətini ötürdüyü, buna görə də iddia müddətinin tətbiq edilməsi ilə bağlı mövqeyi isə ondan ibarət olmuşdur ki, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş bir illik müddət iddia müddəti olmaqla, cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə verməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini, iddiaçının iddia ərizəsinin rədd edilməsini, bu mümkün olmadıqda isə iş yenidən baxılması üçün Apelyasiya Məhkəməsinə qa ytarılmasını xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına görə, MM-nin 354.1-ci maddəsində nəzərdə tutulan 1 illik müddət kəsici müddətdir. Yəni tərəf ərizə verməsə belə məhkəmə tərəfindən imperativ qaydada nəzərə alınmalıdır. Lakin Məhkəmə yanlışlığa yol verərək həmin müddətin kəsici müddət olmadığını qəbul edib ki, bütün bunlar qanunvericiliyin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarının kobud şəkildə pozulmasıdır.

30. Hesab edir ki, iddiaçı ilə cavabdeh arasında hər hansı bir borc müqaviləsi bağlanmadığ ı halda, məhkəmə yanlış araşdırma nəticəsində, qeyri-dəqiq Vatsap yazışmalarına və iddiaçının qızı X2 və iddiaçının qayınatası X1 qərəzli ifadələrinə əsaslanaraq belə bir müqavilənin bağlandığını hesab etmişdir ki, bu hal da qəbul edilmzədir.Bununla da məhkəmə qəbul etdiyi qətnamədə bir sıra maddi və prosessual hüquq normalrını pozmuşdur. b)

31. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

32. Maddə 6.2. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

33. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

34. Maddə 329.1.Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

35. Maddə 739.1.Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

36. Maddə 739.2. Borc m üqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

37. Maddə 1091.1.Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

38. Maddə 1091.2.Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

39. Maddə1092.1.Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Prosessual Məcəllə

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadd a ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

48. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin m övqeyi

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

54. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

55. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5838/2023 saylı, 18 oktyabr 2023-cü il tarixli qətnaməs i dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar