Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6400/2021 23.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı iş üzrə QƏRARİ iş № 2(102)-6400/21 (Açar sözlər: Başqasının əmlakının özbaşına sökülməsinin hüquqi nəticələri) Bakı şəhəri, 23 dekabr 2021-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “mənzilin və yaşayış sahəsinin bərpası, dəymiş zərərin cavabdehdən tutulması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2668/2021 nömrəli, 29.06.2021-ci i l tarixli qətnaməsindən iddiaçılar X2 və X3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Bakı şəhəri, Səbail, Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Pirallahı və Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarına əsasən, həmin rayonların ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Səbail rayonu üzrə 1819 nəfərin yaşadı ğı 535 mənzildən ibarət 41 yaşayış binasının, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsi və yenidən qurulması, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanması (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqi, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsi, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan bina nın sökülərək, onların yerində yeni yaşayış binasını tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması qərara alınmışdır.
2. Bundan sonra, “Qəzalı vəziyyətdə olan binaların sökülməsinə və yerində çoxmərtəbəli yaşayış evinin layihələndirilməsinə və tikintisinə icazə verilməsi haqqında” Bakı şəhəri, Səbail rayon İHB-nın 28 fevral 2017-ci il tarixli, 21 saylı sərəncamına əsasən, Səbail rayonu, Rastrapoviç küçəsi, 5, 7, 9, 11, 13 və ünvan 1 ünvanda yerləşən və uzun müddət istismar nəticəsində yararsız hala düşərək, hazırda qəzalı vəziyyətdə olan çoxmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının sökülməsi cavabdeh təşkilata həvalə edilmiş və həmin təşkilata sahəsi 0,6 ha olan ərazidə çoxmərtəbəli yaşayış binasının layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. Eyni zamanda, həmin sərəncamla ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi, həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılmasının cavabdeh təşkilatın vəsaiti hesabına həyata keçirilməsi qərara alınmışdır.
3. Cavabdeh "Pilot Residence” MTK adı çəkilən sərəncamda nəzərdə tutulan ərazidə, yəni 06.07.2018-ci il tarixdə müəssisə tərəfindən alqı-satqı yolu ilə əldə edilmiş ünvan 2 ünvanında yerləşən 4 mərtəbəli yaşayış binası pilot layihə çərçivəsində sökülərkən həmin yaşayış binasına bitişik ünvan 3 ünvanında yerləşən mənzilin divarı uçmuş, həmin mənzildə olan ev əşyaları mənzilin mülkiyyətçisinin məlumatı olmadan şirkət tərəfindən mənzildən çıxarılmış və cavabdehin deməsinə görə "xxxx" MTK-nın anbarına yerləşdirilmişdir.
4. Sözügedən Bakı şəhəri Səbail rayonu, Nizami küçəsi 4 saylı evin 4 saylı mənzili İddiaçı mülkiyyətində olmuşdur. İddiaçı cavabdehşirkətin hərəkətlərini qanunsuz hesab edərək hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı «mənzilin və yaşayış sahəsinin bərpası, dəymiş zərərin cavabdehdən tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi ev 4, 4 saylı mənzilin "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən bərpa edilməsi, evin yerləşdiyi ərazidə hər-hansı başqa fəaliyyətin dayandırılması, mənzildə olan əmlaka görə və ev tikilənə qədər kirayədə qalmaq haqqı ilə birlikdə 100.000 (yüz min) manat pulun və mənəvi ziyanın əvəzi kimi cavabdehdən onun xeyrinə 100.000 (yüz min) manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsi, "xxxx" Mənzil Tikinti Kooperativinin sədri Babək İsmayılovun cinayət məsuliyyətinə cəlb olunması və prokurorluq orqanlarına xəbər verilməsi barədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsində göstərilən əsaslarla məhkəmə qaydasında xüsusi qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ona məxsus olan evin onun razılığı və ya məhkəmə qərarı olmadan tamamilə söküldüyünə, evdə olan əmlakının küçəyə atıldığına istinad edərək evinin cavabdeh tərəfindən bərpa edilməsini, kirayə yaşamağa məcbur olduğuna və bütün bunlara görə gərgin vəziyyətin fonunda keçirdiyi stress və həyəcana görə maddi və mənəvi zərərə məruz qaldığını göstərmişdir.
6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli, 2(009)2742/2018 saylı qətnaməsi ilə (hakim Nurəddin Bağırov) İddiaçı iddiası qismən təmin edilərək, 2018-ci ilin fevral ayından başlayaraq Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində sökülmüş 4 saylı binanın yerində cavabdeh təşkilat tərəfindən inşa edilən yaşayış binas ının yaşayış üçün hazır olduğu günədək iddiaçının müvəqqəti kirayədə yaşaması məqsədi ilə hər ay 650 manat pulun cavabdeh təşkilatdan tutulub iddiaçıya ödənilməsi, qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunmuşdur.
7. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 086 saylı qərarının icrası ilə əlaqədar iddiaçının 4 saylı mənzilinin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində istifadədə olan 43,0 ha torpaq sahəsinin üzərində 4 nömrəli evin istismar müddətinin bitməsi ilə əlaqədar onun yerləşdiyi ərazidə müvafiq söküntü işlərinin həyata keçirilməsi, sakinləri köçürməklə müvəqqəti kirayə pullarının ödənilməsi və sakinləri yeni tikiləcək binalarda mənzillərlə təmin edilməsi Bakı şə hər Səbail İcra Hakimiyyətinin Sərəncamı əsasında "xxxx" MTK-ya həvalə edilmişdir. "xxxx" MTK isə öz növbəsində binanın söküntüsünü həyata keçirmişdir. İddiaçı isə "xxxx" MTK ilə hər hansı müqavilə, yəni müvəqqəti kirayədə yaşamaq üçün maliyyə vəsaitinin ayrılması və yeni təmirli mənzillə təmin edilməsi barədə müqavilə bağlamasından imtina etmişdir.
8. Məhkəmə hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan mənzilin yerləşdiyi binanın istismara yararsız və qəzalı vəziyyətdə olması, həmçinin həmin mənzilin orada yaşayanlar və ətrafdakılar üçün təhlükə mənbəyi olduğu müəyyən olunduğundan, həmin mənzilin sökülməsinə və iddiaçının həmin mənzildən çıxarılmasına dair cavabdeh təşkilatın hərəkətləri qanuni və əsaslı olmuşdur.
9. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətindən olan mənzil qəzalı vəziyyətdə olmuşdur və mənzil sökülməmişdən əvvəl iddiaçı həmin mənzilin təmir və ya bərpa edilməsini həyata keçirməmiş və bununla bağlı hər hansı dövlət təşkilatına müraciət etməmişdir. Belə olan halda iddiaçının mülkiyyətində olan mənzil sökülmüşdürsə, bu halda iddiaçı mənzilinin yalnız əvvəlki qəzalı vəziyyətinin bərpa edilməsini tələb edə bilər ki, bu da həmin mənzilin həm iddiaçının özü, həm də ətrafdakılar üçün təhlükə yarada bilər. Bu səbəbdən iddiaçının mənzilini əvvəlki vəziyyətinə bərpa edilməsi başqa şəxslərə ziyan vurulması ilə nəticələnə bilər, bu isə yolverilməzdir.
10. İddiaçı mənzilinin sökülməsi ilə əlaqədar mənzildə olan əmlaka görə maddi və zorla mənzildən çıxarılması səbəbindən mənəvi ziyanın əvəzi olaraq ümumilikdə 100.000 (yüz min) manat maddi və mənəvi zərər dəyməsinə əsaslansa da, iddia tələbinin əsası kimi istinad etdiyi həmin hallara dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir və həmin halları sübut edə bilməmişdir.
11. İddiaçının mülkiyyətində olan mənzilin yerləşdiyi binanın istismara yararsız və qəzalı vəziyyətdə olması, həmçinin həmin mənzilin orada yaşayanlar və ətrafdakılar üçün təhlükə mənbəyi olduğu müəyyən olunduğundan, həmin mənzilin sökülməsinə və iddiaçının həmin mənzildən çıxarılması məhz iddiaçının özünün və binada yaşayan sakinlərin mənafelərinə uyğun olmuşdur. İddia tələblərinin “iddiaçının mənzilinin sökülməsi nəticəsində onun müvəqqəti olaraq yaşaması üçün kirayə xərclərinin cavabdehdən tutulması” hissəsində məhkəmə qiymətləndirmə rəyinə əsaslanaraq kirayə haqqını aylıq 650 manat müəyyən etmişdir.
12. Mə hkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.3, 152.6, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
13. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 yanvar 2019-cu il tarixli, 2(103)-1067/2019 saylı qətnaməsi ilə (hakimlər Fuad Talışinski - sədrlik edən və məruzəçi, Rafael Eyvazov və Zaur Əliyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Səbail rayon məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Birinci instansiya məhkəməsinin qətnaməsini n əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı şəhərinin Səbail, Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarına, Azərbaycan Respublikası MM-in 21.1, 560, 10961099, 1108, 1111, 1131, 1132; MPM-in 4.1, 14.2, 39.1, 76.1, 77.1, 80 – 82.1, 89.3, 106.2, 119, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab etmişdir ki, qətnamə tələbə münasibətdə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmış, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığı ndan əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının tələbinin təmin edilməyən hissələrdə qiymət verilməsi mümkünsüzlüyü müvafiq icra hakimiyyəti aktları əsasında şəhərsalma üzrə hüquq münasibətlərinin mübahisələndirilməməsi və digər şəxslərin (gözlənilən) mülkiyyət hüquqlarına təsiri baxımından sadə məntiqi uzlaşmanın mövcud olmamasıdır. Belə ki, iddiaçı delikt üzrə daşınmaz əmlaka dair deyil, dəymiş zərərin evdə mövcud olmuş daşınar əmlakına dair hissədə istəyir ki, bu əmlak da cavabdehdə saxlancdadır və əmlakın məhv yaxud korlanması barədə sübutlar mövcud deyildir. Qeyd edilməlidir ki, hazırki iddia tələbinin qismən təmin edilməsi tərəflərin qarşılıqlı razılığa gəlməməsi üçün əsas ola bilməz, əksinə, tərəflər, dövlətin tikinti və şəhərsalma sahəsində hüquq siyasətini, digər şəxslərin hüquqlarını və tərəflərin maraqlarına mütənasib müzakirələr aparıb, mübahisəni qarşılıqlı razılaşma əsasında (sui-istifadəyə yol vermədən) həll etməlidirlər.
16. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
17. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Əhməd Əhmədov - sədrlik edən və məruzəçi, Akif İsgəndərov, İlqar Dəmirov) 14 may 2019-cu il tarixli, 2(102)-2990/2019 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 21 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv edilərək mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. 1
8. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Bundan başqa, qərarda aşağıdakılar da qeyd edilmişdir.
19. Belə ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1, 6.1.4, 6.1.5, 6.1.8, 6.1.9-cu maddələrin tələblərini kobud şəkildə pozaraq, söküntüyə məruz qalan mənzilin iddiaçının mülkiyyətində olmasına, mülkiyyət hüququnun isə toxunulmaz olmaqla, qanunla dövlət tərəfindən müdafiə edilməsinə, heç kəsin məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməməsinə, mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərinin ədalətli ödənilməsi şərti ilə yol verilməsinə, cavabdeh təşkilatın açıq-aşkar hüquqdan sui-istifadə edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarı, eləcə də Bakı şəhəri, Səbail rayon İHB-nın 28 fevral 2017-ci il tarixli, 21 saylı sərəncamı ilə ona verilmiş hüquqlardan iddiaçıya ziyan vurmaq məqsədi ilə istifadə etməsinə diqqət yetirmədən, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla, əslində cavabdeh təşkilatın iddiaçıya birbaşa maddi, mənəvi ziyan vuran hərəkətləri üçün qanunsuz əsas yaratmışdır.
20. Cavabdeh təşkilat iddiaçıya qarşı mülki hüquq pozuntusu (delikt) törətmişdir, yəni qanunla mülkiyyət hüququ qorunan iddiaçıya birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, h üquqa zidd əmələ yol vermişdir. Belə ki, iş materialları ilə sübut olunur ki, 06 iyul 2018-ci il tarixdə cavabdeh təşkilat tərəfindən alqı-satqı yolu ilə əldə edilmiş Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 4-saylı evin, 2-ci mənzilinin yerləşdiyi 4 mərtəbəli yaşayış binasında pilot layihə çərçivəsində söküntü işləri aparılarkən, həmin yaşayış binasına bitişik iddiaçıya məxsus 4-cü mənzilin divarı onların iradəsindən asılı olmayaraq uçmuşdur.
21. Apellyasiya instansiyası məhkəməsi iddiaçıya vurulmuş zərərin əvəzinin ödənilməsi üçün bilavasitə məsuliyyət daşıyan cavabdeh təşkilatın üzərinə işin hallarına, yəni iddiaçıya məxsus mənzilin sökülərək artıq mövcud olmamasını nəzərə alıb, ona dəymiş zərərin əvəzini naturada ödəmək, yəni ona qanunvericiliyin tələblərinə uyğun olaraq eyni növlü və keyfiyyətli mənzil vermək və ya sökülən mənzilin dəyərini bazar qiymətlərinə uyğun olaraq ədalətli ödəmək vəzifəsini qoymaq əvəzinə, onun mülkiyyətində olan mənzilin əvvəlki vəziyyətinin bərpa edilməsi” barədə iddia tələbini rədd etməklə, əslində iddiaçını mülkiyyətində olan mənzildən məhrum etməklə, cavabdeh təşkilatı qanunsuz olaraq bu öhdəlikdən azad etmişdir.
22. Cavabdeh təşkilatın iddiaçıya qarşı həyata keçirmiş olduğu hərəkətlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarının, eləcə də Bakı şəhəri, Səbail rayon İHB-nın 28 fevral 2017-ci il tarixli, 21 saylı sərəncamının tələblərinə də cavab vermir. Belə ki, həmin qərar və sərəncamla cavabdeh təşkilata, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, həmçinin qanunveri ciliyin tələblərinə uyğun olaraq yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi, eləcə də həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin verilməsi üçün maliyyə vəsaitinin ayrılması tapşırılsa da, cavabdeh təşkilat nəinki mənzil sökülənədək bu vəzifəsini yerinə yetirmiş, əksinə, mənzili sökdükdən sonra da iddiaçı ilə hər hansı müqavilə bağlamağa və ya onun əmlakına dəymiş maddi zərəri naturada və ya kompensasiya şəklində ödəməyə belə cəhd göstərməmişdir.
23. Göründüyü kimi, cavabdeh təşkilatın iddiaçıya qarşı birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd və mülki qanunvericiliyin normalarını pozan əmələ, hərəkət və ya hərə kətsizliyə yol verməsi açıq-aşkar ortadadır və cavabdeh təşkilatın törətmiş olduğu delikt nəticəsində iddiaçıya maddi, mənəvi ziyan dəyməsi mülki iş materialları ilə istisna olunmur.
24. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdırıb onlara obyektiv hüquqi qiymət vermədən, hansı dəlillərə əsasən iddiaçının apellyasiya şikayətini təmin etmədiyini, eləcə də mənzildə olmuş əmlaklara dair iddiaçının tələbini nəyə görə təmin etməməsini qətnamədə göstərmədən, həmçinin mənzilin cavabdeh təşkilat tərəfindən sökülüb dağıdılması nəticəsində onun keçirdiyi sarsıntıları, iztirabları, əzab və əziyyəti və sair işin hallarını nəzərə almadan, iddiaçının tələb etdiyi mənzildə olmuş əmlakların, adlarını, saylarını, növlərini, qiymətlərini və sair fərdi əlamətlərini müəyyən etmədən, zərurət yarandığı halda bu barədə iş üzrə müvafiq ekspertiza keçirib əsaslandırmış rəy almadan, yalnız cavabdeh təşkilatın gətirdiyi formal mülahizələrə əsaslanaraq iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir.
25. Məhkəmə qərarını Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1, 560.2, 1096.1, 1096.2, 1097.1, 1115-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
26. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Şeyda Məhərrəmova - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Elşad Şamayev) 22 iyul 2019-cu il tarixli, 2(103)-9777/2019 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli, 2(009) -2742/2018 saylı qətnaməsi qismən - “iddiaçının mənzil hüququnun bərpa edilməməsi və mənəvi ziyanın tutulmaması” hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilmiş, İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi ev 4, 4 saylı mənzilin real sahəsinin, yəni 96,9 kvadrat metr sahənin əvəzi olaraq cavabdeh tərəfindən həmin ərazidə inşa edilən hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında ümumi sahəsi 120 kvadrat metr tam təmirli mənzilin İddiaçı təhvil verilməsi vəzifəsinin cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulması, cavabdeh "xxxx" MTKdan İddiaçı xeyrinə mənəvi ziyanın əvəzi olaraq 3000 manatın tutulması qət edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
27. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh təşk ilat iddiaçıya qarşı mülki hüquq pozuntusu (delikt) törətmişdir, yəni qanunla mülkiyyət hüququ qorunan iddiaçıya birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əmələ yol vermişdir. Bu faktı cavabdeh təşkilat özü də inkar etmir. Belə ki, iddia tələblərinə etiraz ərizəsindən, cavabdeh təşkilatın nümayəndəsinin izahatından, həmçinin məhkəməyə təqdim edilmiş 08 iyul 2018-ci il tarixli aktdan görünür ki, həqiqətən 06 iyul 2018-ci il tarixdə cavabdeh təşkilat tərəfindən alqı-satqı yolu ilə əldə edilmiş Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 4 saylı evin, 2-ci mənzilinin yerləşdiyi 4 mərtəbəli yaşayış binasında pilot layihə çərçivəsində söküntü işləri aparılarkən, həmin yaşayış binasına bitişik iddiaçıya məxsus 4-cü mənzilin divarı onların iradəsindən asılı olmayaraq uçmuşdur.
28. Məhkəmə qərarını Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.5, 560.1, 560.2, 1096.1, 1096.2, 1097.1, 1115-ci maddələrinə istinadla əsaslandırmışdır.
29. İddiaçı qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
30. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər Əhməd Nurməmmədov - sədrlik edən və məruzəçi, Mehparə Əhmədova və Qəhrəman Allahverdiyev) 13 yanvar 2020-ci il tarixli, 2(102)-95/2020 saylı qərarı ilə kassasiya şikayəti Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi ev 4. 4 saylı mənzilin real sahəsinin, əvəzi olaraq cavabdeh tərəfindən həmin ərazidə inşa edilən hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında ümumi sahəsi 120 kv.m tam təmirli mənzilin İddiaçı təhvil veril məsi vəzifəsinin cavabdeh "xxxx" MTK-nı üzərinə qoyulması hissəsində ləğv edilmiş və həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, qətnamə mübahisələndirilən qalan hissədə iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
31. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi ev 4, 4 saylı mənzilin real sahəsinin əvəzi olaraq cavabdeh tərəfindən həmin ərazidə inşa edilən hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında tam təmirli mənzilin İddiaçı təhvil verilməsi vəzifəsinin cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulması barədə düzgün nəticəyə gəlsə də, məhkəmə iddiaçıya veriləcək mənzilin sahəsini müəyyən edərkən səhvə yol vermiş, bu barədə nəticəyə gələrkən iş materiallarında ol an sübutlara düzgün qiymət verməmiş, mənzil sahəsinə dair həm işdə olan sənədlərdə ziddiyətli məqamların olmasını, həm də tərəflərin fərqli mövqedə olmalarını diqqətdən qaçırmışdır.
32. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçıya məxsus mənzilin real sahəsini 96,9 kvadrat metr kimi qeyd etmişdir. Lakin, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısını X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin təsdiq etdiyi Şəxsi mülkiyyətdə olan evin Texniki Pasportundan müəyyən edilir ki, iddiaçının mülkiyyətində olan ev 2 mərtəbəlidir və birinci mərtəbənin ölçüsü 56,5 kvadrat metr, 2-ci mərtəbənin sahəsi 60,6 kvadrat metr olmaqla cəmi 117,1 kvadrat metrdir.
33. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iddiaçının mülkiyyətində olan mənzilin əvəzi kimi ona yeni tikilən binadan mənzil verilməsini qət edərkən iddiaçıya məxsus mənzilin sahəsini və nəticədə ona uyğun olaraq yeni tikiləcək binada verilməsi nəzərdə tutulan mənzilin sahəsini düzgün müəyyən etməmişdir.
34. Ona görə də, məhkəmə kollegiyası hesab etmişdir ki, qətnamə həmin hissədə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
35. Məhkəmə qərarını Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1, 560.2, 1096.1, 1096.2, 1097.1, 1115-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
36. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Xumar Mərdanova - sədrlik edən və məruzəçi, Elnur Həsənov və Fuad Babayev) 16 i yun 2020-ci il tarixli, 2(102)-3133/2021 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli, 2(009)2742/2018 nömrəli qətnaməsi iddia tələbinin “mənzilin və yaşayış sahəsinin bərpası” hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi qismən təmin edilmiş, İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi ev 4, 4 saylı mənzilin əvəzi olaraq cavabdeh tərəfindən həmin ərazidə inşa edilən hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında ümumi sahəsi 140,52 kv.m olan tam təmirli mənzilin İddiaçı xeyrinə təhvil verilməsi cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulmuşdur.
37. Məhkəmə kollegiya qeyd etmişdir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan vurulması işin mübahisə olunmaz halıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 №-li Qərarının tələblərinə uyğun olaraq Bakı şəhəri üzrə rayon icra hakimiyyətləri ilə pilot layihə çərçivəsində qəzalı binaların sökülərək yerində yeni binaların tikintisi üçün cəlb edilmiş mənzil tikinti kooperativləri ilə bağlanan müqavilələrdə bir qayda olaraq tikinti şirkətlərinin üzərinə bina sakinlərinin köçürülməsi, yeni yaşayış binası inşa edilənədək köçürülən sakinlərin müvəqqəti kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün maliyyə vəsaitinin ödənilməsi, həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında mənzillərin ayrılması vəzifələri qoyulmuşdur.
38. Məhkəmə qətnaməsi Azərbaycan Respublikası MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələrinə və Azərbaycan Respublik ası Prezidentinin 26 dekabr 2007-ci il tarixli fərmanına istinadla əsaslandırmışdır. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya instansiyası məhkəməsindəki üçüncü icraat
39. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər Elşanə Vəliyeva sədrlik edən və məruzəçi, Abiddin Hüseynov və Aqil Abbasov) 15 mart 2021-ci il tarixli, 2(102)- 355/2021 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin olunaraq, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi ev 4. 4 saylı mənzilin real sahəsinin, əvəzi olaraq cavabdeh tərəfindən həmin ərazidə inşa edilən hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında ümumi sahəsi 140,52 kv.m olan tam təmirli mənzilin mənzilin İddiaçı təhvil verilməsi vəzifəsinin cavabdeh "xxxx" MTK-nı üzərinə qoyulması hissəsində ləğv edilmiş və həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, qətnamə mübahisələndirilən qalan hissədə iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
40. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, idiaçıya məxsus 117,1 kvadrat metr mənzilin əvəzində cavabdeh tərəfindən həmin ərazidə inşa edilən hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında ümumi sahəsi 140,52 kv.m olan tam təmirli mənzilin İddiaçı xeyrinə təhvil verilməsi cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulması qənaətinə gəlsə də, cavabdeh tərəfindən inşa edilən həmin binada bu sahəyə uyğun olan mənzilin olub-olmaması, belə sahəyə uyğun mənzil olmadığı halda, qətnamənin hansı qaydada icra olunacağı məsələsinə diqqət yetirməmişdir.
41. Hal buki, sonuncu apellyasiya baxışı zamanı aparılmış araşdırma zamanı tərəflər arasında təhvil veriləcək olan mənzilin sahəsinin hansı qaydada hesablanmalı olması, iddiaçıya təklif edilən mənzillərin sahələrinin 140,52 kv.m-nə uyğun olmaması ilə bağlı fikir ayrılıqları mövcud olmuş, bununla bağlı iddiaçının müvafiq vəsatətləri, cavabdehin təklifləri olmuşdur. Lakin, qətnamədə məhkəmə tərəfindən bu fikir ayrılıqları öz həllini tapmamış, yekunda məhkəmə aktının gələcəkdə icrasında yarana biləcək qeyrimüəyyənliklər qalmışdır. Buna görə də, məhkəmə kollegiyası hesab etmişdir ki, qeyd edilən qətnamə tərəflərin hüquqlarının real bərpasını təmin etmir. Apellyasiya instansiyası məhkəməsindəki dördüncü icraat
42. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Tofiq Səmədov sədrlik edən və m əruzəçi, İkram Şirinov və Anar Tanrıverdiyev) 22 iyul 2021-ci il tarixli, 2(103)-5220/2021 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli, 2(009)-2742/2018 nömrəli qətnaməsi iddia tələbinin “mənzilin və yaşayış sahəsinin bərpası” hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi qismən təmin edilmiş, İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi ev 4, 4 saylı mənzilin əvəzi olaraq cavabdeh tərəfindən həmin ərazidə inşa edilən hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında ümumi sahəsi 145,34 kv.m olan tam təmirli mənzilin İddiaçı təhvil verilməsi cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulmuşdur.
43. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, ümumiyyətlə, birinci instansiya məhkəməsinin gəldiy i nəticə ziddiyyətlidir. Belə ki, məhkəmə 2018-ci ilin fevral ayından başlayaraq Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində sökülmüş 4 nömrəli binanın yerində "xxxx" MTK tərəfindən inşa edilən yaşayış binası yaşayışa istifadə üçün hazır olduğu günədək dövr üçün iddiaçının müvəqqəti kirayədə yaşaması məqsədilə hər ay 650 (altı yüz əlli) manat pul vəsaitinin "xxxx" MTK-dan tutulub İddiaçı ödənilməsini qət etməklə, faktiki olaraq İddiaçı həmin binadan mənzil verilməli olmasını qəbul etmiş, lakin mənzil məsələsi ilə bağlı tərəflər arasında mübahisə olduğu halda həmin mübahisəni həll etməmişdir.
44. Kollegiya iddiaçıya məxsus sökülmüş mənzilin sahəsinin (ölçüsünün) 117,1 kvadrat metr olduğunu, həmin mənzilin əvəzində cavabdeh "xxxx" MTK tərəfindən halhazırda İddiaçı sahəsi 145.34 m2 olan üç otaqlı mənzil təklif olunduğunu, lakin iddiaçı həmin ölçüdə dörd otaqlı mənzil istədiyini, MTK tərəfindən inşa olunan sözügedən binanın lahiyələndirməsində isə 145.34 m2 ölçüdə dörd otaqlı mənzil nəzərdə tutulmadığını, bu səbəbdən iddiaçı ilə cavabdeh arasında qismən razılıq əldə olunduğunu, bununla yanaşı təklif olunan mənzilin sahəsinin (ölçülərinin) iddiaçını qane etdiyini nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı cavabdehin təqdim etdiyi sxem cizgilərinə uyğun olaraq həmin binanın 4-cü blokunun 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 145.34 m2 olan üç otaqlı tam təmirli mənzillə təmin olunmalı və bu mübahisənin həlli üçün mümkün olan real nəticədir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri 4
5. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini əvvəlki şikayətlərinin məzmununa uyğun əsaslandırmışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
50. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
51. İddiaçı məhkəmə iclasına vəkilsiz gəlmiş, Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinə əsasən vəkilsiz iştirak etdiyi üçün məhkəmə iclasında izahatı alınmamışdır.
52. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
53. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
54. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
55. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
56. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zə rərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
59. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
60. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
61. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
62. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
63. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
64. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
65. Maddə 417.1.3 Kassasiya məhkəməsi apellyasiya ins tansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
66. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.
67. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
68. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
69. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən əsaslı hesab olunaraq qətnamə ləğv edilməli, iş yenidən apellyasiya baxışına göndərilməlidir.
70. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
71. Lakin, apellyasiya instansiya məhkəməsi Ali M əhkəmənin göstərişlərinə riayət etmədən qanunazidd və əsassız qətnamə qəbul etmişdir.
72. İş materiallarından göründüyü kimi, iddiaçının sökülmüş evinin iki mərtəbəli, 4 otaqlı və 117.1 kv.m olması işin mübahisəsiz halıdır.
73. Cavabdeh "xxxx" MTK tərəfindən məhkəməyə təqdim olunmuş mənzilin planına əsasən, iddiaçıya təklif olunan həmin mənzil üç otaqlı deyil, 2 otaqdan ibarətdir. Təklif olunan mənzilin əslində 2 otaqdan ibarət olması mənzilin planıyla təsdiq olunur ki, bu da qətnamənin icra oluna bilənliyini qeyri-mümkün edir. 74. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslə r tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır.
75. Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.
76. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir.
77. Halbuki, apelyasiya məhkəməsi tərəflərin mübahisə ilə bağlı qismən də olsa razılığa gəlmələrini nəzərə alaraq cavabdeh tərəfindən təklif olunan ş ərtlərlə razılaşmasını qərarında qeyd etmişdir. Lakin, cavabdehin belə bir təklifinin həqiqi olması iş materialları ilə təsdiq edilmir. Cavabdehin dediyi o vaxt real təklif hesab olunur ki, o, iddiaçıya üç otaqlı mənzilin rəsmi sənədlər əsasında mövcud olmasını, sahəsinin ölçüsünü təsdiq edən sübutları təqdim etsin, real olaraq mənzili iddiaçıya təklif edərək ona baxış keçirməsini təmin etsin. Lakin, mübahisə başlanan tarixdən cavabdeh təşkilat iddiaçını inşa edilmiş evə buraxmaqdan, təklif etdiyi mənzili real olaraq ona təqdim etməkdən, həmin mənzilin mövcud olması, onun yerləşmə şəraitini, mövcud vəziyyəti ilə tanış etməkdən imtina edir. İddiaçı kassasiya şikayətində qeyd edir ki, hal-hazırda da həmin binaya onu buraxmırlar. Cavabdehin təklifi nümayəndənin dediyi sözdən başqa heç bir süb utla təsdiq edilmir. İddiaçı isə təklif olunan mənzilin layihəsinə dair sənədləri təqdim edərək həmin mənzilin iki otaqlı olduğunu israr edir və mənzilin vəziyyəti ilə ümumiyyətlə tanış olmadığını bildirir. Belə razılaşma çıxarılan qərarın əsasını təşkil edə bilməz. Çünki, çıxarılacaq məhkəmə qərarının icra olunacağı şübhə doğurmaqla yanaşı, gələcəkdə tərəflər arasında yeni mübahisələrin yaranmasına yol açmış olar.
78. Ona görə işə yenidən baxılarkən məhkəmə işin məhkəmələr tərəfindən müəyyən edilən faktiki hallarından çıxış edərək mübahisəni birdəfəlik həll etməlidir.
79. İşin məhkəmələr tərəfindən müəyyən edilən faktiki halları isə ondan ibarətdir ki, cavabdeh təşkilat iddiaçının mülkiyətində olan iki mərtəbəli, 4 otaqlı, sahəsi 117,1 kvadrat metr olan evini sökmüş, içərisində olan əşyal arı isə hal-hazıradək yeri məlum olmayan anbarına daşımaqla iddiaçıya ziyan vurmuşdur.
80. Kassasiya instansiyası məhkəmələri hər dəfə apelyasiya məhkəməsinin qətnamələrini ləğv edərkən mövqe ondan ibarət olmuşdur ki, Apellyasiya instansiyası məhkəməsi iddiaçıya vurulmuş zərərin əvəzinin ödənilməsi üçün bilavasitə məsuliyyət daşıyan cavabdeh təşkilatın üzərinə dəymiş zərərin əvəzini naturada ödəmək, yəni ona qanunvericiliyin tələblərinə uyğun olaraq eyni növlü və keyfiyyətli mənzil vermək və ya sökülən mənzilin dəyərini bazar qiymətlərinə uyğun olaraq ədalətli məbləğ ödəmək vəzifəsini qoymalıdır.
81. İşə yenidən baxılarkən cavabdeh təşkilatın iddiaçıya barışıq təklifinin real təklif olub-olmaması ilə bağlı dəyərləndlirmə aparlmalı, cavabdeh təşkilat buna təşəbbüs göstərdiyi təqdirdə MPM-ni n 14.3. maddəsinə əsasən tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməli, əks təqdirdə mübahisəyə mövcud sübutlar əsasında qiymət verməlidir.
82. Məhkəmə kollegiyası bir məsələni də xüsusi olaraq qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 265.4-ci maddəsinə əsasən, məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Apellyasiya məhkəməsi tərəfindən işə yenidən baxılarkən, cavabdeh MTK-nın vəzifəli şəxslərinin əməllərində cinayət tərkibinin olub-olmamasına da hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxarılması məsələsi mütlək müzakirə edilməlidir.
83. Beləki, cavabdeh şirkətin əməkdaşları i ddiaçının xüsusi mülkiyyətində olan evini məhv edərək orada olan əmlakları naməlum istqamətə daşımaqla ona külli miqdarda zərər vurmuşlar. Artıq neçə illərdir ki, iddiaçı hüquqlarının bərpasına nail ola bilmir. Evi sökərək məhv edən şirkət iddiaçının hüquqlarının bərpa edilməsinə təşəbbüs göstərmir. Məhkəmələr mülki işə baxarkən guya cavabdeh şirkətin işçilərinin iradəsindən asılı olmayaraq iddiaçının evinin sökülməsini bildirsələr də bu hal öz təsdiqini tapmır. Əksinə, məhkəmələr müəyyən etmişlər ki, məhz həmin evə bitişik ev sökülərkən iddiaçıya məxsus ev sökülmüşdür. Eyni zamanda, məhkəmələr onu da müəyyən etmişlər ki, iddiaçının evi qəzalı vəziyyətdə olmuş və guya qonşular üçün təhlükə törətmişdir. İddiaçının evinin qəzalı vəziyətdə olması cavabdehin məsuliyyətini azaldan hal deyil. Ək sinə, inşaat işlərini aparan şirkət bilirdi və bilməlidi ki, qəzalı vəziyyətdə olan evə bitişik olan evi sökərkən iddiaçıya məxsus olan ev də söküləcək. Deməli, cavabdeh şirkətin əvvəlcədən niyyəti hər bir halda iddiaçının evinin sökülməsinə yönəlmişdir.
84. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1. maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə ziyan vurulması ilə nəticəlnməsi cinayət məsuliyyəti yaradır. Eyni əməllər külli miqdarda və xüsusilə külli miqdarda zərər vurulması ilə nəticələndikdə ağır və xüsusilə ağır cinayət hesab olunur.
85. Hətta şirkətin israr etdiyi kimi nəzərə alınsa ki, həmin əməl ehtiyatsızlıqla törədilmişdir, yenə də Cinayət Məcəlləsinin 187-ci maddəsinə əsasən cinayət məsuliyyəti yaradan hərəkətdir. Çünki özgənin əmlak ını odla və ya başqa yüksək təhlükə mənbəyi ilə ehtiyatsız davranma üzündən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə cinayət məsuliyyəti yaradır.
86. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyindən qətnamə ləğv olunaraq iş yeni apelyasiya baxışına göndərilməlidir.
87. Məhkəmə kollegiyası eyni zamanda iddiaçının nəzərinə çatdırır ki, evin sökülməsi nəticəsində əmlakının talan olunması ilə bağlı vurulan maddi ziyan, eləcə də ona vurulan mənəvi ziyanla bağlı hazırkı icraatda yenidən qərar qəbul edilməsi mümkün deyil. Çünki həmin tələblərlə bağlı məhkəmələrin çıxarmış olduğu qətnamə kassasiya instansiyası məhkəməsi tərəfində n əvvəlki icraatda dəyişdirilmədən saxlanmışdır. Ona görə kassasiya şikayəti həmin tələblərlə bağlı əsaslı hesab oluna bilməz.
88. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5220/2021 saylı, 22.07.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev İlqar Xələfov