Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-6401/2021 27.10.2021 ALİ MƏHKƏMƏ Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında QƏRARDAD Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4963/2021 nömrəli, 07 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: İddiaçı 25.11.2015-ci il tarixdə "xxxx" ASC-nə, Cavabdeh2 və Milli Depozit Mərkəzinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 "xxxx" ASC-nin 852 600 ədəd səhminə mülkiyyət hüququnun ləğv edilməsi, həmin səhmlərə özünün mülkiyyət hüququnun tanınması, "xxxx" ASC-nin səhmdarlarının 25.02.2015-ci il tar ixli və 06.04.2015-ci il tarixli qərarlarının və həmin qərarların yaratdığı nəticələrin, habelə Milli Depozit Mərkəzi tərəfindən verilmiş 23.02.2015ci il tarixli qiymətli kağız sahiblərinin reyestrinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə (hakim A.Əliyev, iş № 2(005)-408/16) iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Həsənov, X.Mərdanova, İ.Vəliyev, iş № 2(103)-713/17) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 05 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – Ə.Əliyev, A.Kalbalıyev, V.İbayev, iş № 2(102)-1/2019) iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – M.Məmmədov, Ş.Məhərrəmova, E.Şamayev, iş № 2(103)8415/2019) iddiaçının apellyasiya şikayəti qismən təmin olunaraq qətnamə ləğv edilmiş, iddia qismən təmin olunmuş, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 852.600 ədəd səhminə “Azərbxariciticarət ASC-nin mülkiyyət hüququnun tanınması, "xxxx" ASC-nin səhmdarlarının 25 fevral 2015-ci il tarixli və 06 aprel 2015-ci il tarixli qərarları və həmin qərarların yaratdığı məticələrin, habelə Azərbaycan Re spublikasının Milli Depozit Mərkəzi tərəfindən verilmiş 23 fevral 2015-ci il tarixli qiymətli kağız sahiblərinin reyestrinin etibarsız hesab olunması qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24 fevral 2021-ci il tarixli qərarı ilə (hakimlər-G.Quliyev, İ.Xələfov, Z.Əliyev, iş № 2(102)-2/2021) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 avqust 2019-cu il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.İsgəndərov, Ş.Arifli, E.Kazımo v, iş № 2(103)-4963/21) iddiaçının apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 oktyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh1 ayrı-ayrılıqda iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4963/2021 nömrəli, 07 iyul 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayətləri vermişlər. İş materialları öyrənilərkən məlum oldu ki, Cavabdeh1 qarşı iddia tələbi rədd edilmişdir. Belə olan halda onun Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4963/2021 nömrəli, 07 iyul 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermək hüququ yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçü ncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 408.1 və 408.1.1.kassasiya şikayəti bu Məcəllənin402-ci və 407.1-ci maddələrinintələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxudonu imzalamağahüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya instansiyası məhkəməsi tərəfindənqaytarılır Maddə 409 Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin veri lmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin üzərinə kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamaq vəzifəsini qoymuşdur. Yalnız bundan sonra kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinə göndərilə bilər. Apellyasiya instansiyası məhkəməsi isə kassasiya şikayətin verilməsi qaydalarına riayət olunub-olunmamasını yoxlamadan, şikayəti kassasiya instansiya məhkəməsinə göndərmişdir. Hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.1-ci maddəsinin tələbinə əsasən Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 iyul 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbulundan imtina edilmə li, şikayət işlə birlikdə onun geri qaytarılması məsələsinin həlli üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408.1.1, 408.3-cü maddələrini rəhbər tutaraq Qərara aldım: Cavabdeh1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 iyul 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-6401/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-6401/2021
27.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver