Məhkəmə qərarları › İş №2(102)-6404/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6404/2021

29.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6404/2021 29.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh oğluna və digərlərinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: icarə müqaviləsinin ləğv edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1030/2021 nömrəli iş üzrə 01 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 29 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq mə hkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən və ümumi sahəsi 702,5 kv metr olan qeyri-yaşayış sahəsi 07 avqust 2010-cu il tarixli Dövlət Reyestrindən Çıxarışa əsasən mülkiyyət hüququ əsasında X1 məxsus olmuş və 30 iyul 2015-ci il tarixdə həmin qeyriyaşayış sahəsi N.A.Osmanov tərəfindən Cavabdeh 10 il müddətinə icarəyə verilmişdir. 27 iyul 2016-cı il tarixdə N.A.Osmanov notariatda təsdiq edilmiş müqavilə əsasında ona məxsus olan qeyri-yaşayış sahəsini İddiaçı satmış və sonuncunun həmin əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmaqla adına 30 iyul 2016-cı il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu il in avqust ayında İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin əvvəlki mülkiyyətçi ilə bağladığı icarə müqaviləsində aylıq icarə haqqının 250 manat müəyyən olunmaqla həmin məbləğin obyektin real icarə haqqına uyğun olmamasını və bununla əlaqədar icarə müqaviləsinin şərtlərinə yenidən baxılması barədə onun tərəfindən cavabdehə 28 iyul 2019-cu il tarixdə təklif göndərsə də, cavabdehin həmin təklifə münasibətini bildirməməsini, eləcə də sonuncunun ona hər hansı məbləğdə icarə haqqını ödəməməsini əsas göstərməklə Mülki Məcəllənin 422.1-ci maddəsinə əsasən Cavabdehlə ona məxsus əmlaka dair bağlanmış icarə müqaviləsinin ləğv edilməsi və cavabdehin üzərinə mülkiyyətçi kimi onun təklif etdiyi şərtlərlə icarə müqaviləsinin bağlanması barədə öhdəlik qoyulmasına dair q ətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə Cavabdeh qarşılıqlı iddia verərək 30 iyul 2015-ci tarixli icarə müqaviləsinin 11-ci maddəsinin 3-cü bəndinə görə müqaviləyə icarəyə verən tərəfindən vaxtından əvvəl xitam verildiyi təqdirdə tam icarə müddəti ərzində ödənilən və ödəniləcək icarə haqqının onqat misli miqdarında icarəçiyə pul məbləğinin ödənilməsinin nəzərdə tutulmasını və həmin məbləğin 10 il müddət üçün 300.000 manar təşkil etməsini əsas göstərməklə müqavilənin həmin maddəsinin tələbinin pozulması ilə əlaqədar İddiaçı onun xeyrinə 300.000 manatın tutulmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-1038/2019 saylı, 11 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim: E.H.Məmmədov) ilkin və qarşılıqlı iddia tələbləri rədd edilmişdir. Apellyasiya instansi yası məhkəməsində birinci icraat Qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermişdir. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilib ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd olunmasına dair, qarşılıqlı iddiaçı Cavabdeh isə qətnamənin ləğv edilib qarşılıqlı iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-644/2020 saylı, 11 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və M.A.Əsədli) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, İddiaçı apellyasiya şikayəti isə təmin edilərək Zaqatala Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli, 2(033)-1038/2019 saylı qətnaməsi İddiaçı iddia tələbinin rədd olunmasına dair hissədə ləğv edilərək hə min iddianın təmin olunması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat İlkin iddia tələbi üzrə Cavabdeh kassasiya şikayəti verərək qətnamənin qarşılıqlı iddia tələbinin rədd olunmasına dair hissədə ləğv edilməsini və həmin iddia tələbinin təmin edilməsinə dair qətnamə qabul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-730/21 saylı, 23 fevral 2021-ci il tarixli qərarı ilə (hakimlər – Ə.A.Əhmədov (sədrlik edən və məruzəçi), İ.K.Dəmirov və V.T.Həsənov) Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 avqust 2020-ci il tarixli, 2(107)-644/2020 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməs ində ikinci icraat İşə təkrar apellyasiya qaydasında baxan Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1030/2021 saylı, 01 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – G.Q.Abbasov (sədrlik edən və məruzəçi), A.M.Eyvazov və İ.H.Şükürov) İddiaçı apellyasiya şikayəti təmin edilərək Zaqatala Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli, 2(033)1038/2019 saylı qətnaməsi İddiaçı iddia tələbinin rədd olunmasına dair hissədə ləğv edilərək həmin iddia tələbinin təmin edilməsi, Cavabdeh apellyasiya şikayətinin isə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Qətnamədən Cavabdeh kassasiya şikayəti verərək qətnamənin s übutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və qarşılıqlı iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh nümayəndəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mü mkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 699.1 Kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. Maddə 699.2 Kirayəlik əşya kirayəçiyə verilənədək ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə, əgər əldə edən kirayə müqaviləsindən irəli gələn öhdəliklərin icrasını öz üzərinə götürürsə, bu Məcəllənin 699.1-ci maddəsi müvafiq surətdə tətbiq edilir. Maddə 421 Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəfl ərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və on lardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilm əsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Cavabdeh kassasiya şikayətində qətnamənin qarşılıqlı iddianın rədd olunması hissəsində ləğv edilməsini xahiş etsə də, mübahisənin predmeti bölünməz olduğundan kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. K assasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi İddiaçı iddiasını 30 iyul 2015-ci il tarixli icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi tələbinə dair hissədə təmin edərkən icarə müqaviləsinin dövlət qeydiyyatına alınmamasını, Cavabdeh tərəfindən 10 illik icarə haqqının əvvəlcədən ödənilməsi barədə onun göstərdiklərinin inandırıcı olmamasını, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının Cavabdeh iddiası əsasında baxılmış başqa iş üzrə qəbul edilmiş 10 iyul 2017-ci il tatixli qətnaməsi ilə onun tərəfindən əmlakın əvvəlki mülkiyyətçisi N.Osmanova 30.000 manat ödənilməsinin müəyyən olunmaması, İddiaçı əmlaka dair Cavabdehlə icarə müqaviləsinin bağlanmasından xəbərsiz olmasını və belə vəziyyətdə uzun müddətə bağlanmış icarə müqaviləsinin onun mülkiyyət hüququnu pozmasını əsas göstərmişdir. Kollegiya aşağıdakı səbəblərdən apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşmır və hesab edir ki, məhkəmə iş üçün əhəmiyyəti olan bütün halları nəzərə almadan, onlara müvafiq hüquqi qiymət vermədən nəticəyə gəldiyindən qətnamə qanuni və əsaslı sayıla bilməz. İş materiallarından görünür ki, mübahisəli qeyri-yaşayış sahəsi onun mülkiyyətçisi N.Osmanov tərəfindən 30 iyul 2015-ci il tarixli icarə müqaviləsi əsasında Cavabdeh 10 il müddətinə - 30 iyul 2025-ci il tarixə kimi icarəyə verilmiş və illik icarə haqqı 3000 manat məbləğində müəyyən olunmuşdur. Həmin əmlak N.Osmanov tərəfindən İddiaçı 2016-cı ilin iyul ayında satıldıqdan sonra Cavabdeh N.Osmanova qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, icarə müqaviləsindən irəli gələn istifadə hüququnun bərpa edilməsi, N.Osmanov və 3-cü şəxs İddiaçı icarə obyektindən şıxarılması və özünün həmin obyektə köçürülməsi barədə məhkəmədə iddia qaldırmış, həmin iddia tələbi üzrə cavabdeh N.Osmanov isə icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı tələb irəli sürmüşdür. Zaqatala Rayon Məhkəməsinin 26 yanvar 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh iddiası təmin edilməmiş, N.Osmanovun qarşılıqlı iddiası isə təmin edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyul 2017-ci il tarixli qətnaməsi ilə Zaqatala Rayon Məhkəməsinin 26 yanvar 2017-ci il tarixli qətnaməsi ləğv edilərək Cavabdeh iddiası icarə obyektindən istifadə hüququnun bərpa edilməsi, cavabdehlər N.Osmanov və İddiaçı icarə müqaviləsində göstərilən fındıq sexindən çıxarılması və C avabdeh həmin sexə köçürülməsi hissəsində təmin edilmiş, alqı-satqı müqaviləsinin etibarsız sayılması tələbinə dair hissədə iddianın təmin olunmaması qət edilmişdir. Həmin qətnamə ilə N.Osmanovun S. Abdullayevə qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 05 dekabr 2017-ci il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyul 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 2018-ci ildə N.Osmanov Cavabdeh qarşı 30 iyul 2015-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, cavabdehdən onun xeyrinə 14.972 manatın tutulması barədə iddia qaldırmış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 may 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərə k tərəflər arasında bağlanmış icarə müqaviləsi ləğv edilmiş, Cavabdeh H.Osmanovun xeyrinə 3197 manat tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 noyabr 2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, icarə müqaviləsinin ləğv edilməsi və s. tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 may 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 noyabr 2018-ci il tarixli qətnaməsi icarə haqqı üzrə borcun tutulması tələbinin rədd olunmasına dair hissədə ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdir. İşə təkrar apellyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, icarə haqqı üzrə borcun, zərərin, gecikdirilmə faizinin və hüquqi xidmət xərcinin ödənilməsi tələbinə dair N.Osmanovun iddiası rədd edilmişdir. Sadalanan məhkəmə qərarlarından görünür ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə Cavabdeh icarə obyektindən istifadə hüququ bərpa edilməklə N.Osmanov və İddiaçı fındıq sexindən çıxarılması və Cavabdeh həmin sexə köçürülməsi qət olunsa da, həmin qətnamə icra olunmamış və o, icarəci kimi fındıq sexindən müqaviləyə uyğun istifadə etmək imkanından məhrum olunmuş və həmin sex İddiaçı istifadəsindədir. Lakin buna baxmayaraq əmlakın yeni mülkiyyətçisi iddia ərizəsi ilə mə hkəməyə müraciət edərək müqavilədə müəyyən olunmuş icarə haqqının az olmasını, müqavilə şərtlərinə yenidən baxılması barədə 28 iyul 2019-cu il tarixdə göndərdiyi təklifə Cavabdeh münasibət bildirməməsini və ümumiyyətlə ona hər hansı məbləğdə icarə haqqının ödənilməməsini əsas göstərməklə icarə müqaviləsinin ləğv edilməsini tələb etmişdir. Apellyasiya instansiyası məhkəməsi İddiaçı həmin iddiasını təmin edərkən işin həmin hallarına, o cümlədən qeyri-yaşayış sahəsinin mülkiyyətçiləri tərəfindən ona həmin sahədən icarə müqaviləsi əsasında istifadə etməsinə imkan verilməməsinə və belə vəziyyətdə, işin məhkəmədə baxıldığı ərəfədə müqaviləyə yenidən baxılması barədə təklif verilməsinin nə dərəcədə iddianın təmin edilməsi üçün əsas verməsinə qiymət verməmişdir. Cavabdeh iddia etməsinə görə o,əm lakın əvvəlki mülkiyyətçisi olan N.Osmanova müxtəlif vaxtlarda cəmi 30.000 manat olmaqla bütün 10 illik icarə dövrü üçün icarə haqqını əvvəlcədən ödəmişdir. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh göstərdiklərini inandırıcı hesab etməyərkən Şəki Apellyasiya Məhkəməsinin 10 iyul 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən icarə haqqı qismində N.Osmanova 30.000 manat məbləğində pul vəsaitinin verilməsinin müəyyən olunmamasını əsas göstərmişdir. Lakin işin 1-ci cildinin 73-75-ci səhifələrində olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının N.Osmanovun Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, icarə haqqının və zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə qəbul etdiyi 18 sentyabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh göstərdiklərini təsdiq edən sübut kimi mə hkəməyə N.Osmanova 05 avqust 2015-ci il tarixdə 29.500 ABŞ dolları və 3500 manat, 21 avqust 2015-ci il tarixdə 500 manat, 07 sentyabr 2015-ci il tarixdə 200 manat, 17 sentyabr 2015-ci il tarixdə 100 manat məbləğində pul verməsini təsdiq edən sonuncunun əl yazısı ilə icra edilmiş qəbzlər təqdim etmişdir. Həmin iş üzrə verdiyi izahatında N.Osmanov həmin pul məbləğinin icarə haqqı ilə bağlı olmamasını bildirsə də, hazırkı işə baxan məhkəmə kollegiyası işin həmin hallarını araşdırmamış və onlara qiymət verməmişdir. Tərəflər arasında bağlanmış icarə müqaviləsi dövlət reyestrində qeydə alınmasa da, işdən görünür ki, həmin müqavilə onun iştirakçılarının iradəsinə uyğun bağlanmış, müqavilədə tərəflərin öhdəlikləri, məsuliyyəti, müqavilənin müddəti və digər mühüm şərtlər müəyyən olunmuş və müqavilə notariatda təsdiq olunmuşdur. İşdən görünür ki, icarə müqaviləsi məhkəmə qaydasında etibarsız hesab edilməmiş və indiyə kimi qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Yuxarıda qeyd olunduğu kimi əmlakın icarəçinin istifadəsinə verilməsi ilə əlaqədar Cavabdeh hüquqları pozulmuş, əmlakın İddiaçı satıldığı 2016-cı ilin iyul ayından sonra o, icarə obyektindən çıxarılmış və 2016-cı ildən başlayaraq əmlakın əvvəlki və hazırkı mülkiyyətçisi tərəfindən müxtəlif məhkəmə çəkişmələrinə cəlb edilməklə ona əmlakdan icarə obyekti kimi istifadə etməsinə imkan yaradılmamışdır. Müqaviləyə yenidən baxılması barədə təklif isə Cavabdeh işdən göründüyü kimi 2019cu ilin iyul ayında edilmiş və həmin təklif müqaviləyə məhkəmə tərəfindən vaxtından əvvəl xitam verilməsi üçün əsas verən səbəblərdən biri kimi qəbul edilmişdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi icarə müqaviləsinə xitam verərkən İddiaçı əmlakın mülkiyyətçisi olmasını və bununla əlaqədar hüquqlarının qorunmasını xüsusilə önə çəkərkən icarəçinin də hüquqlarının mülkiy yətçi ilə eyni qaydada qanunla qorunmasına əhəmiyyət verməmiş və nəzərə alınmamışdır ki, məhz həmin səbəbdən əmlakın keçmiş və hazırkı mülkiyyətçiləri məhkəmənin qüvvəyə minmiş qətnaməsi ilə icarə obyektindən çıxarılmış və icarəçi Cavabdeh həmin obyektə köçürülmüşdür. Lakin bundan sonra da icarəçinin hüquqlarının pozulması davam etmiş və həmin qətnamə icra olunmamışdır. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 11-ci bəndinə görə icarəçi bu müqavilənin qüvvədə olma müddəti başa çatandan sonra onun müddətinin uzadılmasında üçüncü şəxslər qarşısında üstünlük hüququna malikdir. Hər hansı bir tərəf digər tərəfi 6 ay qabaqcadan xəbərdar etməklə bu müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə bilər. Müqaviləyə vaxtından əvvəl xitam verildikdə həmin vaxtadək icra olunmuş öhdəl iklər üzrə hesablaşma aparılmalıdır. Apellyasiya instansiyası məhkəməsi iş üzrə Cavabdeh qarşılıqlı iddiasını əsassız sayıb rədd edərkən, onun tərəfindən irəli sürülmüş tələbin müqavilənin davam etdirilməsindən daha çox İddiaçı pul tələb edilməsi məqsədi daşımasını əsas göstərmişdir. İşdən görünür ki, Cavabdeh qarşılıqlı iddiasında əmlakın mülkiyyətçisi İddiaçı tərəfindən müqavilə şərtinin pozulmaqla müqaviləyə vaxtından əvvəl xitam verilməsi barədə tələb irəli sürülməsini və belə olduqda onun müqavilənin 11-ci bəndinə əsasən tam icarə müddəti ərzində ödənilən və ödəniləcək icarə haqqının onqat məbləğini ona ödəməli olmasını əsas göstərmişdir. Müqavilənin 11-ci bəndinə görə müqaviləyə icarəyə verən tərəfindən vaxtından əvvəl xitam verildiyi halda tam icarə müddəti ərzində ödənilən və ödəni ləcək icarə haqqının onqat məbləğini icarəçiyə ödəməlidir. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbinin rədd olunmasına münasibətdə qətnaməni qanunun tələblərinə uyğun əsaslandırmadığından kollegiya həmin hissədə də qətnaməni əsassız sayır. Beləliklə, kollegiya işin yuxarıda göstərilən hallarına əsasən qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması nəticəsinə gələrək hesab edir ki, qətnamə Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1030/ 2021 nömrəli iş üzrə 01 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar