Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-641/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: fərdi yaşayış evindən çıxarılma 13.03.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1870/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını ara şdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. Cavabdeh X3 ilə xx.xx.2013-cü il tarixində rəsmi nikaha daxil olmuş və Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. X3 İddiaçı əri X5 qardaşı oğludur.
3. İddiaçı tərəf Sumqayıt şəhəri, 50-ci məhəllə ərazisindəki torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin onun tərəfindən tikildiyini iddia edir, cavabdeh tərəf isə birgə nikah dövründə birgə vəsait hesabına tikildiyini qeyd edərək iddiaya etiraz edir.
4. Mübahisəli fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeyd alınmamışdır.
5. İddiaçının müraciətinə əsasən Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən Sumqayıt şəhəri, 50-ci məhəllə ərazisində yerləşən torpaq s ahəsində 1 mərtəbəli inzibati binanın tikintisi məqsədilə Memarlıq və Şəhərsalma İdarəsinə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsi ilə nəzərdə tutulan məlumatlandırma icraatı qaydasında təqdim edilmiş eskiz layihəsinə həmin məcəllənin 80.4-cü maddəsinə əsasən baxılaraq razılaşdırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin iddiaçıya məxsus Sumqayıt şəhəri, 50-ci məhəllə ərazisindəki torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Sumqa yıt şəhəri, 50-ci məhəllə ərazisindəki torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi iddiaçıya məxsusdur. Cavabdeh 2020-ci ildən etibarən iddiaçıya məxsus mənzilə əmlakını götürmək məqsədilə gəlmiş və orada məskunlaşmışdır. Cavabdeh iddiaçının qaynının gəlini olmuşdur. Cavabdeh X3 ilə 07 oktyabr 2013-cü il tarixində rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından uşaqları olmamışdır. Evləndikdən sonra bir müddət Tovuz rayonu, Qəribli kəndində yaşamış, sonradan işləmək məqsədilə Sumqayıt şəhərinə gəlmişlər. 2 ilə yaxın müddət ərzində iddiaçının qaynına məxsus bağ evində yaşamışlar. Sonradan əmisi bağ evində yaşamalarına etiraz etdiyindən iddiaçıya məxsus Sumqayıt şəhəri 18-ci mikrorayon, 50-ci məhəllədə yerləşən torpaq sahəsində olan kiçik b utkada yaşamağa başlamışlar. 2017-ci ildə iddiaçı həmin torpaq sahəsində özünə ev tikdirməyə başlamışdır. Yaşadıqları ərəfədə bir neçə dəfə onlar iddiaçıya məxsus evdə qalmışlar. Daha sonra, cavabdeh 2020-ci ildə əmlakını götürmək məqsədilə həmin evə daxil olmuş və həmin vaxtdan etibarən iddiaçıya məxsus fərdi yaşayış evindən özbaşına istifadə etdiyindən öz mülkiyyətindən sərbəst istifadə etmək imkanından məhrum olmuşdur. İddiaçı cavabdehdən evdən çıxmasını tələb etmişdir. Lakin bunun heç bir nəticəsi olmamışdır.
8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (həyat yoldaşı) Nümayəndə məhkəmə iclasında izahat verərək bildirmişdir ki, torpağın sənədi olmasa da, həmin ev onlara məxsusdur. Cavabdeh və keçmiş həyat yoldaşı, yəni onun qardaşının oğlu Kəmaləddin əvvəllər həmin torpaq sahəsində ye rləşən butkaya bənzər balaca bir tikilidə yaşamışlar. Sonradan o, həmin torpaq sahəsində hazırkı mübahisəli evi inşa etmişdir. Mübahisəli ev inşa edildikdən sonra, cavabdeh və onun həyat yoldaşı onun razılığı ilə həmin evə köçərək orada yaşamağa başlamışlar. Təxminən 2 il həmin evdə yaşamışlar. Boşanmadan sonra cavabdeh həmin evi tərk etmiş və təxminən 8 ay sonra cavabdeh əşyalarını götürmək adıyla həmin evə gəlmiş və sonradan evdən çıxmamışdır. Cavabdeh və keçmiş yoldaşı Kəmaləddin ilk əvvəl onun əmisi Müseyib adlı şəxsə məxsus bağ evində qalıblar. Evi şəxsən o, öz vəsaiti hesabına tikdirib. Evin tikintisi şəxsən onun vəsaiti hesabına həyata keçirilib. Tikintiyə Müseyib və Kəmaləddin kömək edirdilər. Müseyib materialları almaq, ustaların təşkili və sair işləri həll edib sonra ona hesabat verirdi. Cavabdeh və ya onun həyat yoldaşı evin tikintisinə heç bir vəsait sərf etməmişlər.
9. Cavabdeh isə məhkəmə iclasında izahat verərək bildirmişdir ki, həmin ev onun və əri Kəmaləddinin ortaq vəsaiti hesabına tikilib. Cavabdeh özü də satıcı işləmişdir. Onlar həqiqətən əvvəlcə iddiaçının budka adlandırdığı kiçik tikilidə yaşamışlar. Sonradan isə əri ilə ortaq vəsaitlərindən 6000 manat pul verərək həmin kiçik tikilinin yerləşdiyi torpaq sahəsi ilə qonşu olan torpaq sahəsini almışlar. Torpağı kimdən aldıqlarını bilmir. Həmin işlərlə Müseyib və Kəmaləddin məşğul olurdu. Bundan sonra isə öz vəsaitləri hesabına həmin torpaq sahəsində hazırkı evi inşa etmişlər.
10. Məhkəmədə şahid qismində iştirak edən X11, X12, X3 və X6 ifadələrinin ümumi məzmunu ondan ibarət olmuşdur ki, torpaq sahəsi idd iaçıya məxsus olmuş, evin tikintisində Zakir iştirak etmiş, cavabdehlə Kəmaləddin 2013-cü ildə nikaha daxil olub ailə qurmuş, onlar ilk olaraq Sarayda Müseyibin bağ evində 2015-ci ilədək qalmış, sonra Zakirin icazəsi ilə iddiaçıya məxsus torpaq sahəsində yerləşən kiçik butkaya bənzər evdə qalmağa başlamışlar. Sonra isə sözügedən ev tikilmiş və orada yaşamağa başlamışlar. Evi Zakir inşa etmiş, cavabdeh əşyaları götürmək adıyla evə gəlmiş və çıxmamışdır.
11. Məhkəmədə şahid qismində iştirak edən X1 və X4 ifadələrinin ümumi məzmunu ondan ibarət olmuşdur ki, tərəflər ailə qurduqdan sonra Sumqayıta gəlmiş, ilk dəfə bağ evində yaşamışlar. Sonradan qeyd edilən butkaya bənzər evdə qalmışlar. Orada yaşayayaşaya da mübahisəli evin yerləşdiyi torpaq sahəsini almış və tərəflər sözügedən evi birgə vəsa itləri hesabına tikdirmişlər. Ev üçün Ayşə və Kəmaləddin 6000 manat pul veriblər. Cavabdehin ailəsi tərəfindən maddi cəhətdən kömək edilmişdir. Ayşə qızıllarını 800-900 manata satıb damı vurmaq üçün pul vermişdir. Evin tikintisi vaxtı rəhbərliyi Zakir etmişdir.
12. Sumqayıt Şəhər Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(060)-2040/2022 nömrəli qətnaməsi ilə (hakim Emin Abdullayev) iddia rədd edilmişdir.
13. Birinci instansiya məhkəməsini gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının nümayəndələri məhkəmə iclasında verdikləri izahatlarında mübahisəli evin iddiaçının həyat yoldaşı Zakir Alıyev tərəfindən inşa edildiyini bildirmişlər. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi bütün şahidlər də öz ifadələrində mübahisəli evi inşa edən şəxsin məhz Zakir Alıyev olduğunu bildirmişlər. Mü bahisəli ev özbaşına tikili olduğundan və iddiaçının həmin ev üzərində hər hansı hüququ olmadığından, eyni zamanda iddiaçı tərəfin evi inşa edən şəxsin məhz Zakir Alıyev olduğunu iddia etməsi səbəbindən məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur. İddiaçı yalnız torpaq sahəsi üzərində hüququnun olmasına istinad edir ki, bu da mötəbər sübutlarla təsdiq edilmir.
14. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Baxılan iş üzrə iddiaçının cavabdehin çıxarılmasını tələb etdiyi yaşayış sahəsi üzərində hər hansı hüququ olmadığından məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələbi qanuni hesab edilə bilməz.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsi, Mülki Məcəllənin 152.2, 157.2, 159, 164.1, 166.3, 180.1, 180.2, 180.3-cü maddələri və Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1, 80.3, 80.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmış dır. Onun tərəfindən məhkəməyə təqdim etdiyi bütün şahidlər də öz ifadələrində mübahisəli evi inşa edən şəxsin məhz Zakir Alıyev olduğunu bildirmişlər. Bundan əlavə onun Memarlıq və Şəhərsalma idarəsinə müraciətləri və həmin idarənin ona cavab məktubu həmin evin onun istifadəsində və sahibliyində olmasını bir daha təsdiq edir.
18. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1870/2022 nömrəli iş üzrə 28 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Gülnarə Tağızadə (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova və Telman Quliyev) İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 23 iyun 2022-ci il tarixli 2(060)2040/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iddia təmin edilmiş, Cavabdeh Sumqayıt şəhəri, 50-ci məhəllə ərazisində yerləşən torpaq s ahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evindən çıxarılması qət edilmişdir.
19. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, iş materiallarında olan 1 saylı Məhəllə komitəsinin xx.xx.2022-ci il tarixli arayışı ilə müəyyən olunur ki, iddiaçı Sumqayıt şəhəri, 50-ci məhəllə ərazisində yaşayır. Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin iddiaçıya ünvanlanmış məktubunda qeyd edilmişdir ki, iddiaçının müraciətinə baxılmışdır. İddiaçının Sumqayıt şəhəri, 50-ci məhəllə ərazisində yerləşən torpaq sahəsində 1 mərtəbəli inzibati binanın tikintisi məqsədilə Memarlıq və Şəhərsalma İdarəsinə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsi ilə nəzərdə tutulan məlumatlandırma icraatı qaydasında təqdim edilmiş eskiz layihəsinə həmi n məcəllənin 80.4-cü maddəsinə əsasən baxılaraq razılaşdırılmışdır.
20. İş materiallarına Sumqayıt şəhəri, 50-ci məhəllə ərazisində iddiaçıya məxsus inzibati binanın tikinti layihəsi əlavə edilmişdir. Tovuz Rayon Məhkəməsinin 2(062)1754/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehlə X3 arasında xx.xx.2013cü ildə Tovuz Rayon Qeydiyyat Şöbəsində 06 sayla bağlanmış nikahın pozulması qət edilmişdir.
21. İş materiallarına əlavə edilmiş qonşular X7, X9 və X11 tərəfindən tərtib edilərək imzalanmış, Məhəllə Komitəsinə təqdim edilmiş aktlarda qeyd edilmişdir ki, Sumqayıt şəhəri, 50-ci məhəllə ərazisində yerləşən ev iddiaçıya məxsusdur.
22. İşə əlavə edilmiş qonşular X2, X13, X8, X16, X10, Vəliyev N.K. tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli akta əsasən cavabdeh və X3 ər-arvad kimi onların qonşuluqlarında 3 otaqlı, 1 dəhlizdən, sanitar qovşaqdan və mətbəxdən ibarət 110 kvadrat metr olan ev tikmələrinin qonşu kimi şahidi olmuşlar. Hətta həmin ev tikilərkən cavabdehin evin tikilməsində usta kimi işləyən şəxslərə qulluq etməsinin də şahidi olmuşlar. Cavabdehi bir müddətdir ki, qonşuluqda görmürlər.
23. İş materiallarına sözügedən fərdi yaşayış evinin tikintisi üçün sərf edilən malların miqdarını, qiymətini və məbləğini əks etdirən sxem əlavə edilmişdir.
24. İşdə olan Cavabdeh tərəfindən 14 yanvar 2022-ci il tarixdə yazılmış qəbzdən görünür ki, Cavabdeh ona məxsus qərardad olan cehiz əşyalar tam şəkildə özündədir, cehiz əşyalarla bağlı heç bir şikayəti yoxdur və hal-hazırda Sumqayıt şəhəri, 18 mkr, 50-ci məhlədə yerləşən H.Q.Alıyevaya məxsus 3 otaq həyət evdə 2022-c i il sona qədər könüllü şəkildə çıxaraçıgını bildirmişdir
25. Apellyasiya kollegiyası Mülki Məcəllənin 152, 158, 159, 164-cü maddələrinə əsasən bu nəticəyə gəlmişdir ki, İddiaçı sahibliyində və istifadəsində olan fərdi yaşayış evi bağlı onun sahiblik və istifadə hüquqları pozulmuşdur. Məhkəmə hesab etmişdir ki, Cavabdeh qanunsuz və özbaşınalıq yolu ilə iddiaçının sahibliyində və istifadəsində olan evə qəbz verib aldatma yolu ilə daxil olmaqla iddiaçının hüquqlarını pozmuşdur.
26. Müəyyən edilmişdir ki, Cavabdeh əmlaklarını çıxarmaq adı ilə mübahisəli evə gəlmiş və evdən çıxmamışdır. Tovuz Rayon Məhkəməsinin 2(062)-1030/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehin K.Z.Alıyevə qarşı birgə nikah dövründə əldə olunmuş əmlakdan ikidə bir payın ona verilməsi barədə iddiası qis mən təmin edilmişdir. Həmin qətnamədən müəyyən edilmişdir ki, mübahisə olunan ev cavabdehin birgə nikah dövründə əldə edilmişdir və həmin qətnaməyə əsasən cavabdehə məxsus olan əşyalar ona geri qaytarılmalıdır.
27. Məhkəməyə təqdim edilmiş abonentin saldosundan müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 50-ci məhəllədə yerləşən evin qaz sayğacı İddiaçı adına qeydə alınmışdır.
28. İş materialları ilə müəyyən edilmişdir ki, cavabdeh İddiaçı ailə üzvü olmamış və hazırda mübahisəli evdə yaşamaqla iddiaçının hüquqlarını pozmuş olur.
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 165.1-ci maddəsinə əsasən, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər.
30. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.2, 158.2, 15 9, 165.1-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 217.4, 218.3-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. Cavabdeh (vəkili Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının iddia etdiyi mübahisəli torpaq sahəsi və tikili üzərində onun sahibliyin qanuni olub-olmamasını, həmin daşınmaz əmlaka dair hansı əmlak hüquqlarının mövcud olub-olmadığını araşdırmadan və gəldiyi nəticəni əsaslandırmadan Mülki Məcəllənin yuxarıda göstərilən normalarını tətbiq etmişdir. Belə hal isə iddiaçının qeyd edilən daşınmaz ə mlakla bağlı hər hansı subyektiv hüququnun olmamasına dəlalət edir. Cavabdeh 2018-ci ildən qeyd olunan fərdi yaşayış evində yaşamışdır. Həmin ev cavabdehin yeganə yaşayış yeridir.
33. Məhkəmə istinad etdiyi qəbzin hansı şəraitdə, necə, və kim tərəfindən alınması məsələsini araşdırmamış, həmin sübutun hazırki mübahisə üzrə sübutetmə vasitəsi kimi tətbiq edilməsinin yolverilənliyini əsaslandırmamışdır. Baxmayaraq ki, tərəflərindən həmin qəbz adı ilə sübut kimi istinad edilən adi kağızda qeyd edilən ifadənin Sumqayıt şəhər icra şöbəsinin icra məmuru Aqil Məmmədov tərəfindən Aişə Alıyevaya aldadılaraq yazdırıldığı məhkəməyə bildirilmiş və bu barədə ətraflı məlumat verilmişdir. Lakin nədənsə məhkəmə qeyd olunan sübutu tam, hərtərəfli və obyektiv araşdırmamışdır.
34. Bundan başqa, məhkəmə 1 sayl ı məhəllə komitəsinin xx.xx.2022-ci il tarixli arayışına sübut kimi istinad etsə də, məhəllə komitələrinə vətəndaşların yaşayış yeri və daşınmaz əmlakın kimə məxsus olmasına dair arayışların verilməsi və bu barədə məlumatların təsdiq edilməsi səlahiyyəti nəzərdə tutulmamışdır. Apellyasiya məhkəməsi Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin iddiaçıya ünvanlanmış məktubuna sübut kimi istinad etsə də, həmin sənəd barədə heç bir araşdırma aparılmamış, mötəbərliyi yoxlanılmamışdır.
35. Həmçinin, apellyasiya icraatına təqdim edilmiş abonent saldosunun hansı səbəbdən sübut kimi qəbul edilməsi də əsaslandırılmamış və beləliklə cavabdehin ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. İddiaçı vəkili-nümayəndəsi kass asiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayəti əsassız və qanunsuz olduğundan təmin edilməməsini və apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfin iddiaçının sahiblik və istifadəsində olan evə qarşı hər hansı bir iddiası olsaydı əşyalarının müvəqqəti saxlanılması ilə bağlı özü tərəfindən şəxsən verilmiş qəbzi təqdim etməzdi və evin boşaldılması ilə bağlı öhdəlik götürməzdi. İddiaçı da ona inanaraq həmin əmlakların müvəqqəti saxlanılmasına icazə vermişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
37. Maddə
159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.
38. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
39. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.
40. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə e dildikdə bu cür iddia istisna edilir. Mülki Prosessual Məcəllə:
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilm ir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiym ətləndirilməməlidir.
47. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülk i prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
50. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
51. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, ape llyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1870/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qanuni qüvvəsini alır.