Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-6411/2022 23.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan İddiaçı1 ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin məzmununun prosessual qanunvericiliyə uyğun olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abb asov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 3* mart 2*22-ci il tarixli, 2(1*5)2*4/2*22 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 16 iyun 2*21-ci il tarixli, 2(*6*)-34/2*21 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh kredit öhdəliyi üzrə qalan 4*75*,69 manat əsas borc, müddət sonuna hesablanan 7431,34 manat faiz borcu, 5** manat cərimə, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 5235,33 manat faiz olmaqla, cəmi 53917,36 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 3* manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı1 ASC-nin xeyrinə ödənilməsi, i poteka qoyulmuş Cavabdeh xüsusi mülkiyyət hüququ ilə məxsus olan Sumqayıt şəhəri, 12 mikrorayonun sonunda, Çerkass küçəsinin cənubunda, Bakı-Rostov dəmir yolunun şimalında *,*65 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi, ipoteka predmetinin likvid dəyərinin 17**** manat müəyyən edilməsi, həmin fərdi yaşayış evinin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 3* mart 2*22-ci il tarixli, 2(1*5)2*4/2*22 nömrəli qətnaməsi ilə iddiaçı Ləğv prosesində olan İddiaçı1 ASC-nin X1 Fondunun verdiyi apellyasiya şikayəti qismən təmin olunmuş, Cavabdeh verdiyi apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 16 iyu n 2*21-ci il tarixli, 2(*6*)-34/2*21 nömrəli qətnaməsi – “ipoteka predmeti olan Cavabdeh xüsusi mülkiyyət hüququ ilə məxsus olan Sumqayıt şəhəri, 12 mikrorayonun sonunda, Çerkass küçəsinin cənubunda, Bakı-Rostov dəmir yolunun şimalında *,*65 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 17**** manat müəyyən edilsin” hissəsində dəyişdirilmiş, ipoteka predmeti olan həmin fərdi yaşayış evinin ilkin satış qiyməti - likvid dəyər olaraq 16**** manat məbləğində müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh kassasiya şikayəti vermiş, kassasiya şikayəti mülki işin materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Kassasiya şikayəti və iş mater ialları öyrənilərkən müəyyən olunmuşdur ki, kassasiya şikayəti Azərbaycan Respublikası MPM-in 4*7-ci maddəsində müəyyən olunmuş qaydalara uyğun tərtib olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4*2.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 4*7.1.4-cü maddəsinə əsasən kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir. 4*7.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 4*8.1.5-ci maddəsinə əsasən kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kassasiya şikayəti qaytarılır. C avabdeh kassasiya şikayətində maddi hüquq normalarının pozulması kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 445.1, 445.2, 448.1, 448.2, 449.4, 739.1, 739.2-ci maddələrinin dispozisiyalarını köçürmüşdür. Lakin kassasiya şikayətinin məzmununda həmin maddələrin pozuntusunun hazırki işdə konkret nədə ifadə olmasını, hazırki mübahisəyə aidiyyətini göstərməmişdir. Kassasiya şikayətində cavabdeh iş üzrə qəbul edilmiş birinci və apellyasiya instansiyası məhkəmələrinin qətnamələrinin nəticə hissələrini köçürmüş və kassasiya şikayətinin məğzinin əmlakın dəyəri ilə bağlı olmasını göstərməklə, iş üzrə alınmış mütəxəssis rəyi ilə razı olmadığını, apellyasiya məhkəməsində iştirak etmədiyi üçün təkrar ekspertiza keçirilməsi ilə bağlı vəsatət verə bilməməsini qeyd etmişdir. Lakin c avabdeh apellyasiya məhkəməsinin qətnaməsinin mübahisələndirdiyi həmin hissəsində məhkəmə tərəfindən hansı maddi və ya prosessual hüquq normalarının pozulmasını, yaxud düzgün tətbiq edilməməsini qeyd etməmişdir. Bununla da, kassator Azərbaycan Respublikası MPM-in 4*7.1.4-ci maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikasının MPM-in 4*9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 4*2, 4*5 və 4*7-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 4*2, 4*5 və 4*7-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Buna baxmayaraq apellyasiya instansiyası mə hkəməsi kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. Qeyd olunanlara əsasən, kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarının pozulmasının nədən ibarət olması göstərilmədiyi üçün icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 4*8 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 3* mart 2*22-ci il tarixli, 2(1*5)2*4/2*22 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işl
Məhkəmə qərarları › İş №2(102)-6411/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-6411/2022
23.11.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver