Məhkəmə qərarları › İş №2(102)-6415/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-6415/2021

15.10.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-6415/2021 15.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin məzmununun prosessual qanunvericiliyə uyğun olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Şamayev Elşad Yaquboviç, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 iyul 2021-ci il tarixli, 2(103)4590/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: B akı şəhəri Xətai Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2(011)-2530/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(103)-4590/2021 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2(011)-2530/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(103)-4590/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti apellyas iya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, cavabdehin kassasiya şikayətinin məzmunu Azərbaycan Respublikası MPM-in 407-ci maddəsində müəyyən olunmuş qaydalara uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiy a kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 407.1.4-cü maddəsinə əsasən kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir. Məcəllənin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Azərbaycan Respub likası MPM-in 408.1.5-ci maddəsinə əsasən kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kassasiya şikayəti qaytarılır. Kassasiya şikayətinin məzmunundan görünür ki, iddiaçı apellyasiya instansiyası məhkəməsində işin faktiki hallarına istinad etməklə, həmin məhkəmənin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Bu zaman kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 12, 25, 26, 43, 71-ci maddələrinin, Mülki Prosessual Məcəllənin 88, 217, 218, 390, 405, 417, 418-ci maddələrinin dispozisiyalarını sadalamışdır. Lakin kassator qeyd olunan iş üzrə hansı maddi və prosessual hüquq normalarının pozulmasını, həmin pozuntuların nədən ibarət olmasını, hazırki mübahisəyə aidiyyətini gös tərməmiş və bununla da, Azərbaycan Respublikası MPM-in 407.1.4 və 407.2-ci maddələrinin tələblərini pozmuşdur. Azərbaycan Respublikasının MPM-in 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. Qeyd olunanlara əsasən, kassasiya şikayətində maddi və yaxud prosessu al hüquq normalarının pozulmasının nədən ibarət olması göstərilmədiyi üçün icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Bakı Apellyasiya Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(103)-4590/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar