Məhkəmə qərarları › İş №2(102)-6420/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6420/2021

16.12.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6420/2021 16.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ilk iddia-digər yaşayış sahəsi verilməklə mənzildən çıxarılma və tikililərin sökülməsi, qarşılıqlı iddia-qeyri-yaşayış sahəsinin verilməsinə dair müqavilənin bağlanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğ lunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının vəkili Vəkil2 Məmməd oğlunun, Cavabdeh1, cavabdehin vəkili Vəkil3 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5977/2021 nömrəli iş üzrə 14 iyul 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti başçısı 454 nömrəli 10.11.2017-ci il tarixli Sərəncamına əsasən Ağa-Neymətulla küçəsi 32, 34 və Faiq Yusifov küçəsi 9, 1 1, 13, 15 saylı ünvanda yerləşən 1.082 ha torpaq sahəsi "xxxx" MMC-nin daimi istifadəsinə verilmiş, "xxxx" MMC Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 nömrəli Qərarının tələblərinə uyğun sözügedən ərazidə istismar müddətini çoxdan başa vurmuş, şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında digər tam təmirli abad yaşayış sahələrinin verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından aslı olaraq 300-500 manat miqdarında kompensasiyaların verilməsi və digər xidmətlərin göstərilməsi İddiaçı MMC-yə həvalə edilmiş, İddiaç ı MMC-nə Nərimanov rayonunun Ağa-Neymətulla küçəsi 32, 34 və Faiq Yusifov küçəsi 9, 11, 13, 15 saylı ünvanlarda qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi tapşırılmışdır. Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti başçısı 130 nömrəli 03.04.2018-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarını rəhbər tutaraq, “Araz 2011A" MMC-nin müraciətini, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 75.1 və 75.6-cı maddələrini, Azərbaycan Respublikasının Dövlət və Şəhərsalma Arxitektura Komitəsinin 12.10.2017-ci il tarixli, 02/05-1758 nömrəli razılaşma məktublarını, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 10.11.2017-ci il tarixli, 454 və 02.04.2018-ci il tarixli, 128 nömrəli sərəncamlarını Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 X1 Ekspertiza Baş İdarəsinin 14.03.2018-ci il tarixli, 25025 nömrəli ekspertiza rəyi nəzərə alınaraq, Ağa Neymətulla 32, 34 və Faiq Yusifov 9, 11, 13, 15 saylı ünvanlarda sökülmüş qəzalı binaların yerində "Araz-2011A” MMC-yə yaşayış binalarının tikintisinə icazə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Nərimanov Rayon İcra Hak imiyyətinin 4 nömrəli, 01.05.2019-cu il tarixli Tikintiyə icazə barədə Xüsusi Nişan”ın surətinə əsasən AR Nərimanov RİH layihəçi "Araz-2011A” MMC-yə Ağa Neymətulla 32, 34 və Faiq Yusifov 9, 11, 13, 15 saylı ünvanlarda 10820,0 kv.m və 5879,2 kv.m olan çoxmərtəbəli yaşayış binalarında tikintisi aparılmasına icazə verilmişdir. AR Bakı Şəhər İcra Hakimiyyəti MKTD Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 30 saylı MKİS-nin 15.05.2020-ci il tarixli, 30/0641 saylı arayışından görünür ki, ünvan 1 ünvanda Cavabdeh1 (1992-ci il tarixdən), Cavabdeh2 və Cavabdeh3 qeydiyyatdadır. Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla 32, 34 və Faiq Yusifov 9, 11, 13, 15 ünvanlarında yerləşən yaşayış binalarının texniki vəziyyəti haqqında 14.02.2018-ci il tarixli rəyindən görünür ki, Fövqəladə Hall ar Nazirliyi Tikintidə X3 Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və X2 şöbəsinin qrup rəhbəri Emil Zeynalov, mühəndisi Akif İbrahimov, Nərimanov Rayon İcra Hakimiyyətinin ictimai Siyasi və Humanitar məsələlər üzrə şöbəsinin müdir müavini Toğrul Əliyev və Nərimanov rayonunun 30 saylı Mənzil Kommunal istismar Sahəsinin baş mühəndisi Asif Hüseynov ilə birlikdə Tikintidə X3 Agentliyinin 25 yanvar 2018-ci il tarixli 36/00594 saylı tapşırığına əsasən Bakı səhəri, Nərimanov rayonu, Ağa Nemətulla 32, 34 və Faiq Yusifov 9, 11, 13, 15 ünvanlarında yerləşən yaşayış binalarına vizual texniki baxış keçirmiş, Ağa Nemətulla 32: Üçmərtəbəli yaşayış binası 1962-ci ildə kürsülü, üçgirişli inşa olunmuşdur. Bir-birinə bitişik tikilmiş bina üç hissədən ibarətdir, ölçüləri 13,2 x 9,7; 14, 0 x 9,7; 13,2 x 9,7 metrdir. Kürsülərin hündürlüyü 0,8 metrdir. Divarların qalınlığı 0,4 metr olmaqla, mişarlanmış əhəngdaşındandır. Mərtəbəarası örtük çoxboşluqlu dəmir-beton plitələrdən, arakəsmələr çilləkən üzrə suvaq, damı ağac konstruksiyaları üzrə dalğalı metal vərəqələrlə örtülmüşdür. Binanın divarlarında suvaq qatının aşınması, tökülməsi, divarlarda və tavanda nəmişlik əlamətləri mövcuddur Pilləkən qəfəsələrində pillələrin sınması, qopması, müşahidə olundu. Pilləkən qəfəsəsinin meydançalarının altından su çənləri asılmışdır. Bu isə sakinlərin təhlükəsiz hərəkətini məhdudlaşdırır və təhlükəli hesab edilir. Binada istismar olunan kommunikasiya xətləri (elektrik, su, kanalizasiya) və digər inşaat elementləri köhnəlmişdir. Elektrik naqillərinin açıq vəziyyətdə olması insanların həyatı üçün təhlükə mənbəyidir. Sakinlər tərəfindən yaşayış sahəsini artırmaq məqsədi ilə bəzi balkonlar hörülərək bağlanmışdır. Balkon tavalarının alt hissəsində beton mühafizə qatı qismən qopub tökülmüş, həmin yerlərdə açıq qalan armaturlar korroziyaya uğramışdır. Binanın hündürlüyü boyunca balkon tavalarının möhkəmlik və dayanıqlığını artırmaq məqsədi ilə qoyulmuş dirəklər (metal borilar) konsol kimi işləyən balkon tavalarının işinə mənfi təsir göstərir. Binanın baş fasad tərəfində birinci mərtəbənin bütün otaqları ticarət və iaşə obyektləri kimi istismar olunur. Binanın yükdaşıyan divarlarında əlavə qapı-pəncərə boşluqları açılmışdır. Bunlar yükdaşıyan divarların dayanıqlılığına mənfi təsir edir. Binanın texniki vəziyyəti məhdud işlək kimi qiymətləndirilir. Ağa Nemətulla 34: Üçmərtəbəli yaşay ış binası 1965-ci ildə kürsülü, dördgirişli inşa olunub. Bina bir-birinə perpendikulyar tikilmiş iki hissədən ibarəldir, ölçüləri 27,2 x 9,7; 27,2 x 9,7 metrdir. Kürsülərin hündürlüyü 0,6 metrdir. Divarların qalınlığı 0,4 metr olmaqla, mişarlanmış əhəngdaşından ibarətdir. Mərtəbəarası örtük çoxboşluqlu dəmir-beton plitələrdən, damı yastı tipli olub, üçqat ruberoidlə izolyasiya olunmuşdur. Binanın divarlarında suvaq qatının aşınması, tökülməsi, divarlarda nəmişlik əlamətləri, pilləkən qəfəsələrində pillələrin sınması, qopması, navalçaların və dam örtüyünün nasaz olması mövcuddur. Binada istismar olunan kommunikasiya xətləri (elektrik, su, kanalizasiya) və digər inşaat elementləri köhnəlmişdir. Elektrik naqillərinin açıq vəziyyətdə olması həyat üçün təhlükə mənbəyidir. Sakinlər tərəfindən ya şayış sahəsini artırmaq məqsədi ilə bəzi balkonlar hörülərək bağlanmışdır. Balkon tavalarının alt hissəsində beton mühafizə qatı qismən qopub tökülmüş, həmin yerlərdə açıq qalan armaturlar korroziyaya uğramışdır. Binanın hündürlüyü boyunca balkon tavalarının möhkəmlik və dayanıqlığını artırmaq məqsədi ilə qoyulmuş dirəklər (metal borilar) konsol kimi işləyən balkon tavalarının işinə mənfi təsir göstərir. Binanın baş fasad tərəfində birinci mərtəbənin bütün otaqları ticarət və iaşə obyektləri kimi istismar olunur. Binanın yükdaşıyan divarlarında əlavə qapı-pəncərə boşluqları açılmışdır. Bu isə yükdaşıyan divarların dayanıqlılığına mənfi təsir edir. Binanın texniki vəziyyəti məhdud işlək kimi qiymətləndirilir. Faiq Yusifov 9: İkimərtəbəli yaşayış binası 1953-cü ildə kürsülü, ikigirişli inş a olunmuşdur. Bina bir-birinə bitişik beş hissədən ibarətdir. Binanın ölçüləri 17,2 x 12,0; 16,2 x 11,6; 7,4 x 13,6; 4,2 x 2,7; 2,0 x 1,2 metrdir. Kürsünün hündürlüyü 0,7 metrdir. Divarların qalınlığı 0,4 metr olmaqla, mişarlanmış əhəngdaşındandır. Birinci mərtəbənin döşəmələri monolit betondan, mərtəbəarası örtüyü ağac materialındandır. Pilləkən qəfəsələrinin bütün elementləri ağac materialından, tavanı çilləkən üzrə suvanmışdır. Damı çardaq tipli olub, ağac konstruksiyalar üzrə asbest-şifer vərəqələrlə örtülmüşdür. Binanın yükdaşıyan divarlarında şaquli və pilləvari, eni 2-4 mm olan keçici çatlar, suvaq qatının aşınması, tökülməsi, qapı-pəncərə boşluqları ətrafında müxtəlif istiqamətli, eni 2-3 mm olan birtərəfli çatlar, tavanda və divarlarda nəmişlik əlamətləri, atmosfer sularını istiqa mətləndirən suötürücü xətlərin nasaz vəziyyətdə olması müşahidə olundu. Sakinlər tərəfindən yaşayış sahəsini artırmaq məqsədi ilə bəzi balkonlar hörülərək bağlanmışdır. Balkon tavalarının alt hissəsində beton mühafizə qatının tökülməsi, həmin hissələrdə açıq qalan armaturların korroziyaya uğraması mövcuddur. Bu isə yükdaşıyan divarların dayanıqlılığına mənfi təsir edir. Binada istismar olunan kommunikasiya xətləri (elektrik, su, kanalizasiya) və digər inşaat elementləri köhnəlmişdir. Dəhlizdə naqillərin açıq olması insan həyatı üçün təhlükə mənbəyidir. Evlərin örtük və digər konstruksiyalarının ağac materialından olması, gələcəkdə yanğın və digər arzuolunmaz hadisələrin baş verməsinə səbəb ola bilər. Binanın texniki vəziyyəti məhdud işlək kimi qiymətləndirilir. Faiq Yusifov 11: Üçmərtəbəli yaşayış binası 1953-cü ildə kürsülü, ikigirişli inşa olunmuşdur. Bir-birinə bitişik tikilmiş bina beş hissədən ibarətdir, ölçüləri 17,2 x 12,0; 16,2 x 11,6; 7,4 x 13,6; 4,2 x 2,7; 2,0 x 1,2 metrdir. Kürsülərin hündürlüyü 0,7 metrdir. Divarların qalınlığı 0,4 metr olmaqla, mişarlanmış əhəngdaşından ibarətdir. Birinci mərtəbənin döşəmələri monolit betondan, mərtəbəarası örtüyü ağac materialından, pilləkən qəfəsələrində bütün elementləri ağac materialından, tavanı çilləkən üzrə suvaq, damı çardaq tipli olub, ağac konstruksiyalar üzrə metal-kirəmit vərəqələrlə örtülmüşdür. Binanın fasadında təmir işləri aparılmasına baxmayaraq, daxilində müxtəlif çatışmazlıqlar mövcuddur. Binanın daxili divarlarında suvaq qatının aşınması, divarlarda nəmişlik əlamətləri, çardaq konstruksiyalarının elementləri ndə sınma və köhnəlmə müşahidə olundu. Binanın hündürlüyü boyunca balkon tavalarının möhkəmlik və dayanıqlığını artırmaq məqsədi ilə qoyulmuş dirəklər (metal borilar) konsol kimi işləyən balkon tavalarının işinə mənfi təsir göstərir. Sakinlər tərəfindən yaşayış sahəsini artırmaq məqsədi ilə bəzi balkonlar hörülərək bağlanmışdır. Bunlar isə yükdaşıyan divarların dayanıqlılığına mənfi təsir edir. Binada istismar olunan kommunikasiya xətləri (elektrik, su, kanalizasiya) və digər inşaat elementləri köhnəlmişdir. Dəhlizdə naqillərin açıq olması insan həyatı üçün təhlükəlidir. Binanın örtük və digər konstruksiyalarının ağac materialından olması, gələcəkdə yanğın və digər arzuolunmaz hadisələrin baş verməsinə səbəb ola bilər. Binanın texniki vəziyyəti məhdud işlək kimi qiymətləndirilir. Faiq Yusi fov 13: İkimərtəbəli yaşayış binası 1953-cü ildə zirzəmili, kürsülü, ikigirişli inşa olunmuşdur. Bir-birinə bitişik tikilmiş bina beş hissədən ibarətdir, ölçüləri 17,2 x 12,0; 16,2 x 11,6; 7,4 x 13,6; 4,2 x 2,7; 2,0 x 1,2 metrdir. Kürsülərin hündürlüyü 0,6 metrdir. Divarların qalınlığı 0,4 metr olmaqla, mişarlanmış əhəngdaşındandır. Birinci mərtəbənin döşəməsi monolit betondan, mərtəbəarası örtüyü ağac materialından, pilləkən qəfəsələrində bütün elementləri ağac materialından, tavanı çilləkən üzrə süvanmışdır. Damı çardaq tipli olub, ağac konstruksiyalar üzrə metal-kirəmit vərəqələrlə örtülmüşdür. Binanın fasadında üfüqi və şaquli elementlərindən ibarət gücləndirmə işləri aparılmışdır. Binanın fasadında təmir işləri aparılmasına baxmayaraq, daxilində müxtəlif çatışmazlıqlar mövcuddur. Bi nanın daxili divarlarında suvaq qatının aşınması, tökülməsi, divarlarda nəmişlik əlamətləri, dam örtüyünün nasaz olması, inşaat elementlərinin köhnəlməsi müşahidə olundu. Sakinlər tərəfindən yaşayış sahəsini artırmaq məqsədi ilə bəzi balkonlar hörülərək bağlanmışdır. Bu isə yükdaşıyan divarların dayanıqlılığına mənfi təsir edir. Binada istismar olunan kommunikasiya xətləri (elektrik, su, kanalizasiya) köhnəlmişdir. Dəhlizdə naqillərin açıq olması insanların həyatı üçün təhlükə mənbəyidir. Binanın örtük və digər konstruksiyalarının ağac materialından olması, gələcəkdə yanğın və digər arzuolunmaz hadisələrin baş verməsinə səbəb ola bilər. Binanın texniki vəziyyəti məhdud işlək kimi qiymətləndirilir. Faiq Yusifov 15: İkimərtəbəli yaşayış binası 1953-cü ildə zirzəmili, kürsülü, ikigirişli inşa olunmuşdur. Bir-birinə bitişik tikilmiş bina beş hissədən ibarətdir, ölçüləri 17,2 x 12,0; 16,2 x 11,6; 7,4 x 13,6; 4,2 x 2,7; 2,0 x 1,2 metrdir. Kürsünün hündürlüyü 0,6 metrdir. Divarları qalınlığı 0,4 metr olmaqla, mişarlanmış əhəngdaşındandır. Birinci mərtəbənin döşəməsi monolit betondan, mərtəbəarası örtüyü, pilləkən qəfəsəsində bütün elementləri ağac materialından, tavanı çilləkən üzrə suvaq, damı çardaq tipli olub, ağac konstruksiyalar üzrə asbest-şifer vərəqələrlə örtülmüşdür. Binanın yükdaşıyan divarlarında pilləvari və şaquli ikitərəfli, eni 24 mm olan çatlar, suvaq qatının aşınması, tökülməsi, divarlarda nəmişlik əlamətləri, dam örtüyünün və atmosfer sularını istiqamətləndirən suötürücü xətlərinin nasaz olması, inşaat elementlərinin köhnəlməsi müşahidə olundu. Sakinlər tərəfində n yaşayış sahəsini artırmaq məqsədi ilə bəzi balkonlar hörülərək bağlanmışdır. Bu isə yükdaşıyan divarların dayanıqlılığına mənfi təsir edir. Binada istismar olunan kommunikasiya xətləri (elektrik, su, kanalizasiya) köhnəlmişdir. Binanın örtük və digər konstruksiyalarının ağac materialından olması, gələcəkdə yanğın və digər arzuolunmaz hadisələrin baş verməsinə səbəb ola bilər. Binanın texniki vəziyyəti məhdud işlək kimi qiymətləndirilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 10.11.2017-ci il tarixli, 454 nömrəli Sərəncamı ilə Bakı şəhəri, ünvan 4 ünvanlarda yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün "xxxx" MMC-nə ayrılmış torpaq sahəsində yerləşən 11 saylı evin 15 saylı mənzilindən Cavabdeh1 ailə üzvləri ilə birlikdə çıxarılmaları, həmin yaşayış sahəsinin sökülməsi, cavabdehin mülkiyyətində olan mənzilin qanuni sahəsindən 20% əlavə yaşayış sahəsi əlavə etdirməklə, həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində tam təmirli yaşayış sahəsi ilə təmin edilməsi və "xxxx" MMC-nin vəsaiti hesabına tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən yaşayış sahəsinə köçürülənədək 400 manat aylıq kirayə haqqının "xxxx" MMC tərəfindən verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə yazılı əlavə təqdim edərək, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 10.11.2017-ci il tarixli, 454 nömrəli Sərəncamı ilə Bakı şəhəri, ünvan 4 ünvanlarda yeni hündürmərtəbəli çoxmənzill i yaşayış binalarının tikintisi üçün "xxxx" MMC-nə ayrılmış torpaq sahəsində yerləşən 11 saylı evin 15 saylı mənzilindən Cavabdeh1 ailə üzvləri ilə birlikdə çıxarılmaları, həmin yaşayış sahəsinin sökülməsi, həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində sahəsi 66 kv.m olan 2 otaqlı tam təmirli yaşayış sahəsi ilə cavabdehlərin təmin edilməsi və "xxxx" MMC-nin vəsaiti hesabına tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən yaşayış sahəsinə köçürülənədək 400 manat aylıq kirayə haqqının "xxxx" MMC tərəfindən verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 201 2-ci il 29 iyun tarixli, 392İVQ N-li Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin 2012-ci il 4 sentyabr tarixli, 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail və Pirallahı rayonlarının ərazisinin abadlıq quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 25 fevral 2016-cı il tarixli, 86 nömrəli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Səbail, Pirallahı, Yasamal, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə təd birlər barədə” Qərarı qəbul edilmişdir. Sözügedən Qərarın 1-ci bəndinə əsasən: 5 il müddətində mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətində olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi Nərimanov Rayon İcra Hakimiyyətinə tapşırılmışdır. Həmin Qərarın 1.1-ci bəndinə əsasən, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşay ış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin hazırlanması (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyriyaşayış obyektlərinin lahiyələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Həmin Qərarın 1.3. bəndinə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək onların yerində yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müv əqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması nəzərdə tutulmuşdur. Bakı şəhərinin təsdiq olunmuş Baş planına uyğun Dövlət Proqramının yerinə yetirilməsi və Nazirlər Kabinetinin Qərarının icrasını təmin etmək və Nərimanov rayonunun Ağa-Neymətulla və F.Yusifov küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin təmin etmək məqsədilə, Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti başçısı 454 nömrəli 10.11.2017-ci il tarixli Sərəncam vermişdir. Sərəncama əsasən Ağa-Neymətulla küçəsi 32, 34 və Faiq Yusifov küçəsi 9, 11, 13, 15 saylı ünvanda yerləşən 1.082 ha torpaq sahə si "xxxx" MMC-nin daimi istifadəsinə verilmişdir. Həmin sərəncama əsasən "xxxx" MMC Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 nömrəli Qərarının tələblərinə uyğun sözügedən ərazidə istismar müddətini çoxdan başa vurmuş, şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında digər tam təmirli abad yaşayış sahələrinin verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından aslı olaraq 300-500 manat miqdarında kompensasiyaların verilməsi və digər xidmətlərin göstərilməsi "xxxx" MMC-yə həval edilmişdir. Sərəncama əsasən İddiaçı MMC-n ə Nərimanov rayonunun Ağa-Neymətulla küçəsi 32, 34 və Faiq Yusifov küçəsi 9, 11, 13, 15 saylı ünvanlarda qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqlarının daimi istifadəyə və icarəyə verilməsi tapşırılmışdır. Qeyd olunan sərəncamla İddiaçı MMC-nə yuxarıda göstərilən torpaq sahəsinin qəbulu və onun sanitar vəziyyətinə nəzarət, ayrılmış torpaq sahəsinə qanunla nəzərdə tutulmuş qaydada istifadə, ərazinin və obyektin memarlıq-planlaşdırma həllini layihələndirmə ərəfəs ində RİH ilə razılaşdırma, tikinti işlərinə başlamazdan öncə Dövlət Şəhərsalma Arxitektura Komitəsi ilə razılaşdırmaqla Fövqəladə Hallar Nazirliyinin təsisatdan kənar Dövlət Baş Ekspertiza idarəsindən xüsusi rəy alınması, ərazidə layihə axtarış işləri aparılarkən mühəndis kommunikasiya xətləri aşkar edildikdə, Baş plana işlənilməzdən əvvəl həmin kommunikasiya xətlərinin köçürülməsi RİH və əlaqədar təşkilatlarla razılaşdırmaqla həmin kommunikasiya xətlərinin köçürülməsi, Ağa-Neymətulla 32, 34 və Faiq Yusifov 9, 11, 13, 15 saylı ünvanlarda yerləşən yaşayış binalarının sakinləri qarşılıqlı razılaşma əsasında, yeni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi həvalə edilmişdir. 14 fevral 2018-ci il tarixli Fövqəladə Hallar Nazirliyi nin Tikintidə X3 Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor və X2 şöbəsinin qrup rəhbəri Emil Zeynalov, mühəndis Akif İbrahimov, Nərimanov Rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar məsələləri üzrə müdir müavini Toğrul Əliyev və Nərimanov rayon 30 saylı Mənzil Kommunal İstismar Sahəsinin baş mühəndisi Asif Hüseynov ilə birlikdə Tikintidə X3 Agentliyinin 25 yanvar 2018-ci il tarixli, 36\00594 saylı tapşırığına əsasən ünvan 5 ünvanlarda yerləşən yaşayış binalarına vizual texniki baxış keçirilmişdir və akt tərtib etmişlər. Göstərilən Akta əsasən evlər uzun müddət təmirsiz istismar olunduğundan, fiziki aşınmalara məruz qalmışdır. Binaların divarlarında suvaq qatının tökülməsi, aşınması mövcuddur, evlərin dam örtüyünün yararsız olması, atmosfer sularını istiqamətlə ndirən suötürücü xətlərinin olmaması, olanlarının isə yararsız vəziyyətdə olması halları müşahidə olunmuş, həyətdə sakinlər tərəfindən, müxtəlif illərdə yaşayış sahələrini artırmaq məqsədi ilə əlavə tikililər inşa edilmiş, bu da həyətin ümumi istifadə olunan sahəsinin azalmasına səbəb olmuşdur. Evlərdə istismar olunan kommunikasiya xətləri (elektrik, su, kanalizasiya) nizamsız şəkildə, inşaat norma və təhlüləsizlik qaydalarına əməl olunmadan çəkilmişdir. Kommunikasiya xətlərinin nizamsız olması və evlərin konstruksiyalarının əksər hissəsinin ağac materialından olması, gələcəkdə baş verə biləcək yanğın və digər arzuolunmaz hadisələrin baş verməsinə səbəb ola bilər. Həyətin daralması yanğın və bu kimi digər arzuolunmaz hadisələrdə tədbir görülməsi üçün müdaxiləni məhdudlaşdırıb. Evlər fiziki və mənəvi cəhətdən köhnəlmiş, istismar müddəti başa çatmış, tarixi abidə baxımından heç bir əhəmiyyət kəsb etmir və şəhərin görünüşünə uyğun deyil. Həyətdəki evlərin texniki vəziyyəti məhdud işlək kimi qiymətləndirilir. "xxxx" MMC tərəfindən yuxarıda göstərilən istiqamətdə böyük işlər görülmüş, həmin ərazidə hazırki iş üzrə cavabdeh istisna olmaqla bütün sakinlərə müavinətlər verilməklə onlar müvəqqəti yaşayış sahələrinə köçürülmüşdür. Nərimanov rayonunun Faiq Yusifov küçəsi 11 saylı binanın sakini olan cavabdeh ailə üzvləri ilə (özü və 2 oğlu) "xxxx" MMC-nin ofisinə dəvət olunmuş və onlarla danışıqlar aparılmışdır. İddiaçı, Nazirlər Kabinetinin Qərarının icrası məqsədilə cavabdeh bu ərazidə inşa ediləcək hündürmərtəbəli çoxmənzilli yaşayış binalarında yeni təmirli mənzilin verilməsi şə rtilə, onun mülkiyyətində olan yaşayış sahəsinin, iddiaçı ilə müqavilə bağlayaraq boşaldılmasını təklif etmişdir. Cavabdehə izah edilmişdir ki, onun mülkiyyətində olan 2 otaqlı ümumi sahəsi 40,9 kv.m. olan mənzilin yerləşdiyi evin köhnəlməsi, istismar müddətinin başa çatması səbəbindən bu sahələr sökülərək əvəzində bu ərazidə inşa ediləcək hündürmərtəbəli çoxmənzilli yaşayış binalarında təzə mənzillər veriləcəkdir. Lakin cavabdehlər qərəzli şəkildə "xxxx" MMC-nin təkliflərindən iddiaçı tərəfindən yaşayış sahələrinə əlavə 20% sahə əlavə etməklə tam təmirli mənzilin verilməsi təklifindən imtina etmişlər və iddiaçının təklifləri ilə razılaşmayaraq ondan dəyəri qat-qat çox olan sahələr tələb etməkdədir. Həmçinin, iddiaçı tərəfindən cavabdeh yeni yaşayış binası tikilənədək və ona ailə üzvləri i lə birlikdə bu binada yeni mənzil təhvil verilənədək kompensasiya şəklində vəsait təklif edilmişdir. Bundan əlavə, iddiaçı tərəfindən cavabdehə əşyaların daşınması üçün nəqliyyat vəsaitinin və işçi qüvvəsinin verilməsi təklif edilmişdir. Lakin, cavabdeh iddiaçı tərəfindən onlara edilən ədalətli kompensasiya təkliflərinə baxmayaraq, qeyri-real kompensasiyaların verilməsini tələb edərək, icrası mümkün olmayan şərtlər irəli sürməkdə davam edirlər. Nəticə etibarı ilə Dövlət Proqramının tərkib hissəsi olan Normativ Hüquqi və İnzibati Aktların icrası gecikməklə yanaşı, həmin ərazidən köçürülən bütün sakinlərin də hüquqları pozulmaqla davam edir və "xxxx" MMC ciddi maliyyə itkisi ilə üzləşmişdir. Belə olan halda, yəni Dövlət Proqramının tərkib hissəsi olan Normativ Aktların icrasının təmin edilmə si məqsədi ilə "xxxx" məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlər, istismar müddəti başa çatmış, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən, yanğın və bu kimi digər hadisələr baş verə biləcək binada yerləşən mənzili istismar etməklə özlərinin, ailə üzvlərinin, o cümlədən, qonşuların, azyaşlı uşaqların və üçüncü şəxslərin hüquqlarını, o cümlədən təhlükəsiz və sağlam ətraf mühitdə yaşamaq hüquqlarını pozurlar. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi (köhnə adı Xuluflu), ev 11, 15 saylı mənzilin əvəzində cavabdeh “Araz-2011 A" MMC tərəfi ndən yeni tikiləcək binanın birinci mərtəbəsində sahəsi 65 kv.m olan, tam təmirli qeyri-yaşayış sahəsinin verilməsinə dair müqavilənin bağlanması, mənzilini təhvil verdiyi gündən tam təmirli qeyri-yaşayış sahəsini təhvil alacağı günədək hər ay üçün 700 (yeddi yüz) manat məbləğində kirayə pulunun ödənilməsi vəzifəsinin cavabdeh «Araz-2011 A” MMC-yə həvalə edilməsi, cavabdehlər “Araz-2011A" MMC və Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən söküntü işləri nəticəsində ona dəymiş 10.000 (on min) manat məbləğində mənəvi zərərin müştərək qaydada tutulması və iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərim anov rayonu, Faiq Yusifov küçəsi (köhnə adı Xuluflu), ev 11, mənzil 15 23.02.1996-cı il tarixli qeydiyyat vəsiqəsinə əsasən onun xüsusi mülkiyyətindədir. Həmin mənzil 1-ci mərtəbədə, yol kənarında yerləşməklə 3 pəncərəsi yola baxır. Mənzildə iddiaçı və yetkinlik yaşına çatmış 2 oğlu qeydiyyatda olmaqla yaşayırlar. Mənzilləri yol kənarında əlverişli məkanda yerləşdiyindən onu qeyri-yaşayış sahəsi qiymətinə satmaqla 2 ayrı-ayrı mənzil almaq qərarına gəlmişdir. Lakin, sonradan Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin və "xxxx" MMC-nin nümayəndələri onlar da daxil olmaqla sakinlərə binanın söküləcəyini, əvəzində sakinlərlə razılaşdırılmaqla yeni tam təmirli mənzillərin veriləcəyini və mənzillər hazır olanadək kirayə haqqı veriləcəyini bildirmişlər. Cavabdehlərin etdiyi təklif onlar üç ün əlverişsiz və ədalətsiz olduğundan razılığa gələ bilməmişlər. Buna görə də, iddiaçıya özünə məxsus olan mənzildə yaşamağa davam etmişdir. Bundan sonra cavabdehlər onların həyat və sağlamlığını təhlükəyə ataraq mənzildə yaşadıqları halda binanı ağır texnika və işçi qüvvəsi ilə uçurmağa başlamışlar. Söküntü zamanı mənzilləri titrəməyə və uçmağa başlamış, divarları çatlamış, ətraflarında olan bütün mənzillər sökülməyə başlamış, binanın damı tamamilə sökülmüşdür. İkinci mərtəbədə yerləşən mənzil və binanın damı tamamilə söküldüyündən evlərini su basmış, yağış yağarkən bütün yağış suları tavandan mənzilə daxil olmaqdadır. Bütün kommunikasiya xəttləri, qaz və işıq xəttləri kəsilmişdir. Hüquq mühafizə orqanlarına edilmiş müraciətlər heç bir nəticə verməmişdir. Etdikləri bütün müraciətlər cavab dehlərə yönləndirilmişdir. Bütün bu proseslər bu günkü gündə davam etməkdədir. Cavabdehlərin məqsədi onları təhlükəyə ataraq onları mənzildən çıxmağa məcbur etməkdir. Bundan əlavə cavabdeh "xxxx" MMCnin istinad etdiyi Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 nömrəli qərarı 17.12.2019cu il tarixli 482 nömrəli qərarla ləğv edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim A.Novruzova, iş № 2(005)-2096/2020) iddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “digər yaşayış sahəsi verilməklə mənzildən çıxarılma və tikililərin sökülməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh1 cavabdeh "xxxx" MMC-yə qarşı «qeyri-yaşayış sahəsinin verilməsinə dair müqavilənin bağlanması» tələbinə dair qarşılıqlı iddia əriz ələrinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı "xxxx" MMC Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 10.11.2017-ci il tarixli, 454 nömrəli Sərəncamına əsaslanmaqla Bakı şəhəri, ünvan 4 ünvanlarda yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün "xxxx" MMC-nə ayrılmış torpaq sahəsində yerləşən 11 saylı evin 15 saylı mənzilindən Cavabdeh1 ailə üzvləri ilə birlikdə çıxarılması və həmin yaşayış sahəsinin sökülməsi, həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində sahəsi 66 kv.m olan 2 otaqlı tam təmirli yaşayış sahəsi ilə cavabdehlərin təmin edilməsi və "xxxx" MMC-nin vəsaiti hesabına tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən yaşayış sahəsinə köçürülənədək 400 manat aylıq kirayə haqqının "xxxx" MMC tərəf indən verilməsi tələblərinin təmin olunması mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsus olan yaşayış sahəsinə dair əmlaka mülkiyyət hüquqlarının “şərti və qeyri-sabit” xarakter almasına səbəb ola bilər. Hazırki işdə, ödənilməli kompensasiya məbləği ilə bağlı Cavabdeh1 tələbi ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi (köhnə adı Xuluflu), ev 11, 15 saylı mənzilin əvəzində cavabdeh «Araz-2011A" MMC tərəfindən yeni tikiləcək binanın birinci mərtəbəsində sahəsi 65 kv.m olan, tam təmirli qeyri-yaşayış sahəsinin verilməsidir. Cavabdeh1 hazırkı tələbinin bazar qiymətinə uyğun olmadığına dair hər hansı əsas müəyyən olunmur. Qarşılıqlı iddiaçının tələbi mülkiyyətçi kimi əmlakına münasibətdə qeyrimütənasib deyil, «Araz-2011A" MMC-nin üzərinə qeyri-mütənasib yük qoymur. Məhkəmə həmç inin qeyd edir ki, cavabdehin mülkiyyət hüquqlarına və müqavilə azadlığı prinsipinə (və ya müqavilə bağlamağa məcburetmə qadağasına) istinadla qarşılıqlı iddiaçı «Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi (köhnə adı Xuluflu), ev 11, 15 saylı mənzilin əvəzində cavabdeh "xxxx" MMC tərəfindən yeni tikiləcək binanın birinci mərtəbəsində sahəsi 65 kv.m olan, tam təmirli qeyri-yaşayış sahəsinin verilməsinə dair müqavilənin bağlanması, mənzilini təhvil verdiyi gündən tam təmirli qeyri-yaşayış sahəsini təhvil alacağı günədək hər ay üçün 700 (yeddi yüz) manat məbləğində kirayə pulunun ödənilməsi vəzifəsinin cavabdeh "xxxx" MMC-yə həvalə edilməsi» tələbi təmin oluna bilməz. Qarşılıqlı iddiaçının hazırkı tələbinin təmin olunması «müqavilə azadlığı» prinsipinə zidd olmaqla “Araz-2011A" MMC- ni müqavilə bağlamağa məcbur edir ki, bu hal da mülki qanunvericiliyin tələblərinə uyğun deyil. Mülkiyyətçinin hüquqlarının üstünlüyü baxımından və Cavabdeh1 "xxxx" MMC qarşısında tələbinin qeyri-adekvat olmamasını nəzərə alaraq hesab edir ki, ilk iddia tələbləri təmin oluna bilməz. Cavabdeh1 qarşılıqlı iddia tələbi isə "xxxx" MMC-ni müqavilə bağlamağa məcbur etdiyindən əsaslı sayıla bilməz. Məhkəmə qarşılıqlı iddia tələbinin “mənəvi zərərin tutulması” hissəsində belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Lakin məhkəmə araşdırılması zamanı qarşılıqlı iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə qarşılıqlı iddia tələbini mənəvi zərərin tutulması hissəsində əsassız hesab edir və rədd e dilməsi qənaətinə gəlir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), V.İbayev və R.Həsənov, iş № 2(103)-5977/2021) iddiaçı "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2096/2020 saylı iş üzrə qəbul etdiyi 03 noyabr 2020-ci il tarixli qətnaməsinin ilkin iddianın rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, ilkin iddia tələbinin tam təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 10.11.2017-ci il tarixli, 454 nömrəli Sərəncamı ilə Bakı şəhəri, ünvan 4 ünvanlarda yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün "xxxx" MMC-nə ayrılmış torpaq sahəsində yerləşən 11 saylı evin 15 saylı mənzilindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 çıxarılması, həmin yaşayış sahəsinin ilk iddiaçının vəsaiti hesabına sökülməsi, Cavabdeh1 həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində ümumi sahəsi 66 kv.m olan 2 otaqlı tam təmirli yaşayış sahəsi ilə təmin edilməsi və cavabdehlər "xxxx" MMC-nin vəsaiti hesabına tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən yaşayış sahəsinə köçürülənədək 400 manat aylıq kirayə haqqının "xxxx" MMC tərəfindən Cavabdeh1 verilməsi, qarşılıqlı iddia üzrə iddiaçının Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələ binə dair işin faktiki hallarına düzgün qiymət verməmiş, ilk iddiaçının tələbinin mülkiyyət hüquqlarına müdaxilə kimi münasibət bildirmişdir. Halbuki yuxarıda qeyd olunanlara əsasən müəyyən edilir ki, hazırki iddia tələbi məhz cavabdehlərin mənzil şəraitinin yaxşılaşdırılmasına yönəlmişdir. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinə münasibətdə düzgün nəticəyə gəlmişdir. Belə ki, “Araz-2011A" MMC-ni müqavilə bağlamağa məcbur etdiyindən əsaslı sayıla bilməz. Həmçinin qarşılıqlı iddia tələbi “mənəvi zərərin tutulması” hissəsində də əsassızdır, çünki qarşılıqlı iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmuşdur. Kassasiya şikayətinin və ona etir azın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 (Vəkil3) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5977/2021 nömrəli iş üzrə 14 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edib, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, məhkəmə ona münasibətdə heç bir əsas olmadan əsassız nəticəyə gələrək göstərmişdir ki, mülkiyyətində olan mənzilin "xxxx" MMC tərəfindən razılığı olmadan, müvafiq müqavilə bağlanılm adan sökülərək yararsız hala salınmasının guya onun mülkiyyət hüquqlarını nəinki pozmur, əksinə həmin MTK ona «yaxşılıq» edərək «qəzalı vəziyyətdə» olan mənzilinin əvəzinə ona tam təmirli, iki otaqlı 66 kv.m. sahəsi olan mənzil təklif edir. Məhkəmə bununla da AR Konstitusiyasının 13-cü maddəsinin tələblərini kobud surətdə pozmuşdur. Onun mülkiyyəti dövlət ehtiyacları üçün deyil, hansısa MTK-nın şəxsi ambisiyaları, külli miqdarda qazanc əldə etməsi üçün iradəsinin ziddinə məhkəmə qərarı olmadan sökülərək yararsız vəziyyətə salınmışdır. Əslində bu xüsusi mülkiyyətinə qəsd olmaqla onun qəsdən məhv edilməsidir ki, bu da təqsirli şəxslərin Azərbaycan Respublikası CM-nin 186.2.1, 186.2.2, 259.2.3, 259.2.4 və 308.2-ci maddələri ilə cinayət məsuliyyətini yaratsa da, hansı səbəbdənsə "xxxx" MMC-nin rəhbər şəxsləri barəsində cinayət işi başlanılmamış, həmçinin məhkəmələr tərəfindən MPM-nin 265.4-cü maddəsinə müvafiq olaraq iddiaçının hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxarsa da, bu barədə xüsusi qərardad çıxarılaraq prokurora xəbər verməmişdir. Oxşar cinayət əməlinə (məhkəmə qərarı olmadan vətəndaşın mülkiyyətinə qəsd edərək sökdürdüyünə) görə «Olimpus park» və "xxxx" MMC-nin direktoru X4 barəsində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən AR CM-nin 186.2.1, 186.2.2, 259.2.3, 259.2.4-ə, 308.2-ci maddələri ilə başlanılmış cinayət işinin istintaqı başa çataraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə bir tərəfdən guya onun qayğısına qalaraq işdə olan şübhəli ekspert rəyinə əsaslanaraq belə nəticəyə gəlmişdir k i, mənzili qəzalı vəziyyətdədir, ona görə də o, "xxxx" MMC-nin diktə etdiyi şərtlərlə onunla müqavilə bağlamalıdır. Çünki cavabdehin ona münasibətdə hərəkətləri guya xeyirxah niyyətə yönəlmişdir. Bu isə, məhkəmənin də qeyd etdiyi kimi, müqavilə azadlığı prinsipinə ziddir. Məhkəmə nəzərə almamışdır ki, mənzili bilavasitə Faiq Yusifov küçəsinə baxmaqla binanın birinci mərtəbəsində yerləşir. Zərurət yaranacağı təqdirdə o, öz vəsaiti hesabına mənzilini tam təmir edə bilərdi, bunu onun əvəzinə "xxxx" MMC-nin etməsinə heç bir zərurət yox idi. Hətta istəsəydi mənzilini qanuni yolla qeyri-yaşayış sahəsinə də çevirib icarəyə verməklə ailəsinin dolanışığını təmin edə bilərdi. Halbuki, birinci mərtəbədə yerləşən mənzilinin əvəzinə ona 65 kv.metr qeyri-yaşayış sahəsini verməkdən imtina edən cavabdeh h əmin ərazidə tikəcəyi binanın birinci mərtəbəsində olan qeyri-yaşayış sahəsini baha qiymətə satmaqla külli miqdarda qazanc əldə edəcək, o, isə evlənmə yaşını keçmiş, lakin mənzilsizlik üzündən evlənə bilməyən iki oğlu ilə birlikdə yenə iki otaqlı mənzildə yaşamağa məcbur olacaqdır. Mülki Məcəllənin 560.1-ci maddəsinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə Mülki Məcəllənin bu maddələrini əslində ona deyil, "xxxx" MMC-yə aid etməli, onun hüquqdan sui-istifadə etməsini göstərməli idi. Bununla da məhkəmə hüquq normasının tətbi qində səhvə yol vermişdir. Məhkəmə mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28.6-cı maddəsini də düzgün tətbiq etməmişdir. Belə ki, məhz cavabdeh özü qəsdən onun mənzilini qəzalı vəziyyətə salmışdır ki, onun istədiyi şərtlərlə onu müqavilə bağlamağa məcbur etsin. Belə ki, cavabdeh MMC mənzilinin yerləşdiyi torpaq sahəsində tikinti işləri aparmağa başlamayana qədər heç bir orqandan onun mənzilinin qəzalı olması barədə bildiriş göndərilməmiş, mənzili boşaltmağı tələb olunmamışdır. Mənzilini qəzalı vəziyyətə salan, onu bərpaedilməz edən məhz cavabdeh MMC olmuşdur. Ona görə də mübahisəyə Mənzil Məcəlləsinin 28.6-cı maddəsinin tətbiq edilməsi də əsassız olmuşdur. Qətnamədə göstərilir: «Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstit usion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci m addələrinin şərh edilməsinə dair" 2012-ci il 21 dekabr tarixli Qərarı). Qətnamənin bu bəndinin birinci hissəsi ilə ikinci hissəsi bir-birinə ziddir. Belə ki, məhkəmə bir tərəfdə vətəndaşın mülkiyyətinin toxunulmazlığını, dövlət tərəfindən qorunduğunu, mülkiyyətçinin üzərinə həddən artıq yük qoyula bilməməsini qeyd edirsə, digər tərəfdən də heç bir əsas olmadan belə bir nəticəyə gəlir ki, hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmalıdır. Baxılan iş üzrə isə məhkəmə yalnız cavabdeh MMC-nin mənafeyi nəzərə almış, vətəndaş kimi onun mənafeyini nəzərə almayaraq ona ağır maddi və mənəvi zərər vurularaq onu iddiaçı MMC-yə münasibətdə əlverişsiz vəziyyətə salmaqla mülkiyyətindən qanunsuz olaraq məhrum etməyə cəhd etmişdir. Qətnamədə həmçinin qeyd edilir: «Belə ki, mübahisəli mənzillərin yerləşdiyi məhəllədə istismar müddəti bitmiş yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi səlahiyyətli dövlət orqanı tərəfindən MMC-nin istifadəsinə verilmiş, ərazidə yerləşən tikililərin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi məsələlərinin qarşılıqlı razılaşma əsasında və müvafiq qanunvericiliyə əsasən həll edilməsi ilkin iddia üzrə iddiaçı MMC-yə həvalə olunmuşdur. Hazırda ilkin iddiaçı digər yaşayış sahəsi verilməklə mənzildən çıxarılma və tikililərin sökülməsi tələbini irəli sürmüşdür. Cavabdeh tərəf isə mülkiyyətlərinə müdaxilənin qanuniliyini, əsaslılığını, yəni qanuni məqsəd daşımasını mübahisələndirmədən ancaq ödənilən kompensasiyanın məbləği ilə və ona yaşayış sahəsi deyil, qeyri-yaşayış sahəsinin verilməli olmasını bildirmiş, bununla belə, alternativ olaraq ona kirayə haqqı olaraq 400 manat deyil, 700 manat verilməli olmasını tələb etmişdir. Məhkəmənin mövqeyi ikilidir. Məhkəmə bir tərəfdən onun guya mülkiyyətinə müdaxilənin qanuniliyini, əsaslılığını, yəni qanuni məqsəd daşımasının mübahisələndirmədiyini əsas gətirərək mənzilinin cavabdeh tərəfindən sökülərək yararsız hala salınmasını qanuni hesab edirsə, digər tərəfdən hətta “Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər” kimi ziddiyyətli nəticəyə gəlməklə cavabdeh tərəfindən mənzilinin dəyərinin qabaqcadan ödənilmədən, yəni onunla razılaşdırılmadan mənzilinin sökülməsini qanunsuz hesab edir. Belə vəziyyətdə məhkəmənin qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz, ləğv olunmalıdır. Qətnamədə göstərilir: «Məhkəmə kollegiyası hesab edir ki, birinci istansiya məhkəməsi ilkin iddia tələbinə dair işin faktiki hallarına düzgün qiymət verməmiş, ilk iddiaçının tələbinin mülkiyyət hüquqlarına müdaxilə kimi münasibət bildirmişdir. Halbuki yuxarıda qeyd olunanlara əsasən müəyyən edilir ki, hazırki iddia tələbi məhz cavabdehlərin mənzil şəraitinin yaxşılaşdırılmasına yönəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsaslı olmaqla təmin edilməli, qətnamə ilkin iddianın rədd edilməsi hissəsində ləğv edilməklə ilkin iddia təmin edilməlidir». Məhkəmə burada da bilə-bilə səhv mövqe tutmaqla iddiaçının onun mülkiyyətinə müdaxiləsini əsaslı hesab edərək «iddia tələbinin məhz cavabdehlərin mənzil şəraitinin yaxşılaşdırılmasına yönəlməsi» kimi qiymətləndirmişdir. Məhkəmənin mövqeyindən belə çıxır ki, iddiaçı əvəzsiz olaraq onun mənzil şəraitini yaxşılaşdırır, o, isə bunu qəbul etmir. Əsla belə deyildir. Belə ki, iddiaçı birinci mərtəbədə yolun üstündə olmaqla mülkiyyətində olan mənzilini cinayət törətməklə söküb yerində qeyri-yaşayış (obyekt) sahəsi tikib olduqca baha qiymətə satmaqla külli miqdarda qazanc əldə edəcəyi üçün öz mənafeyini güdərək bunun əvəzində ona yuxarı mərtəbədə dəyəri qat-qat aşağı olan mənzil təklif etməsi mülkiyyət hüquqlarına əsl müdaxilədir, konstitusion mülkiyyət hüququnun pozulmasıdır. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı hər bir halda onunla razılaşma olandan sonra mülkiyyətini sökə bilərdi, lakin belə bir razılaşma olmadığı üçün iddiaçının mülkiyyətinə qəsd etməsi cinayət əməli olduğu üçün o cinayət məsuliyyətinə cəlb edilməli və mülkiyyətinə vurduğu ziyanı ödəməklə mənzilini əvvəlki vəziyyətinə qaytarmalıdır. Məhkəmə həmçinin qarşılıqlı iddianı da təmin etməməkdə haqlı olmamışdır. Belə ki, məhkəmə onun mənəvi əzab çəkməyini təsdiq edən sübutu olmadığı nəticəsinə gəlməklə iddianı əsassız olaraq təmin etməmişdir. Halbuki, iddiaçının mənzilini sökməklə mənzilində olan ona məxsus əşyaları yararsız hala saldığı, habelə onu mənəvi iztirablara düçar etməklə kirayədə yaşamağa məcbur etdiyi üçün (bu faktı iddiaçı da inkar etmir) onun mənəvi zərər çəkməyini sübut etmək üçün əlavə hər hansı bir sübuta ehtiyac yoxdur. Bu bir faktdır. Belə ki, iddiaçının qanunsuz hərəkətləri nəticəsində o, öz ölkəsinədə məcburi köçkün vəziyyətinə düşmüşdür. Hər bir halda iddiaçı onunla müvafiq razılığa gələrək müqavilə bağladıqdan sonra mənzilini sökə bilərdi. Ona görə də məhkəmə onun qarşılıqlı iddiasını da təmin etməməklə səhvə yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh1, cavabdehin vəkili Vəkil3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayəinin məzmununa uyğun izahat verərək təmin olumasını xahiş etdi. İddiaçının vəkili Vəkil2 Məmməd oğlu məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş lər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə kassasiya şikayəti ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ta m ləğv olunması xahiş edilmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilk iddia üzrə cavabdehin kassasiya şikayətində göstərilən dəlillər əsasında yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİİ hissələrində göstərilir ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqc adan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsində mülki hüquq münasibətlərinin subyektlərinin öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu olduqları təsbit edilir. 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 152.6-cı maddəsində hüquqdan sui-istifadənin mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadə olduğu təsbit edilmişdir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlə rinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 560.1-ci maddəsinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci madəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1.-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hal lara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.3.-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Baxılan iş üzrə məhkəmələr müəyyən etmişlər ki, mübahisəli mənzillərin yerləşdiyi məhəllədə istismar müd dəti bitmiş yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi səlahiyyətli dövlət orqanı tərəfindən MMC-nin istifadəsinə verilmiş, ərazidə yerləşən tikililərin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi məsələlərinin qarşılıqlı razılaşma əsasında və müvafiq qanunvericiliyə əsasən həll edilməsi MMC-yə həvalə olunmuşdur. Cavabdeh tərəf mülkiyyətlərinə müdaxilənin qanuniliyini, əsaslılığını, yəni qanuni məqsəd daşımasını mübahisələndirmədən (buna etiraz etmədən) ancaq ödənilən kompensasiyanın məbləği ilə və ona yaşayış sahəsi deyil, qeyri-yaşayış sahəsinin verilməsini, ona kirayə haqqı olaraq 400 manat deyil, 700 manat verilməli olmasını tələb etmişdir. Qeyd edilməlidir ki, hər bir konkret halda mülki hü quqi məsuliyyət tədbirləri tətbiq edilərkən, onların törətdiyi nəticələr (həm zərərçəkən, həm də zərərvuran şəxslərə münasibətdə) dəymiş zərərə mütənasib olmalı, eyni zamanda fərdi və ümumi maraqların tarazlığı təmin edilməlidir. Əks yanaşma mülki hüququn ümumi əsaslarına zidd olmaqla, ədalət və mütənasiblik prinsiplərinin pozulmasına səbəb olar. Konstitusiyanın 13 və 29-cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüqu qlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəs i, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığ ı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). G östərilən hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tə nzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı mövqeyə görə hər bir halda mütənasiblik prinsipi baxımından, apellyasiya instansiyası məhkəməsi cavabdehin mülkiyyətində olan mənzilin sökülməli olmasını və buna müvafiq kompensasiya müəyyən edərkən mülkiyyətçinin “gözləntilərinin” olmasını (mənzilin yerləşdiyi yer, mərtəbəsi, sahəsi, ondan digər təyinat üzrə (qeyri-yaşayış sahəsi kimi) istifadəsinin mümkünlüyü, həmin binanın yuxarı mərtəbəsində yaşayan sakinlərlə fərqləndirilməli olmasını) nəzərə almalıdır. Məhz bu halların araşdırılmasının nəticəsi olaraq əldə edilən əmlak üçün təklif olunan kompensasiyanın həcminin eyni (digər sakinlərə münasibətdə) və fərqli meyarlara əsasən hesablanmalı olma sı, cavabdehin hərəkətlərində sui-istifadə hallarının olub-olmaması, ədalət prinsipinin pozulub-pozulmaması qiymətləndirilə bilər. Apellyasiya instansiyası məhkəməsi bu istiqamətdə araşdırma aparmamış yalnız formal hallardan çıxış edərək ilkin iddianın təmin olunmalı olması nəticəsinə gəlmiş, lakin bu zaman isə qarşılıqlı iddia tələbi üzrə hər hansı araşdırmanın aparılması təmin edilməmişdir. Konstitusiyanın 43-cü maddəsinin İ hissəsi mənzil hüququnu neqativ formada ifadə edir. Belə ki, həmin maddəyə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olun muşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlməmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, MPM-in 88, 217, 218, 372.1-ci maddələrinin tələblərinə riayət edilməmişdir. Ona görə də, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Ko llegiya hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətlərinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5977/2021 nömrəli iş üzrə 14 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə qatarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar