Məhkəmə qərarları › İş №2(102)-6448/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6448/2019

17.09.2019 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6448/2019 17.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun ibarət tərkibdə, X10 katibliyi, İddiaçı qızının və vəkili X18 oğlunun iştirakları ilə. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakim: R.B.Cavadzadə; 2(004 )-1979/2019) İddiaçı cavabdeh Azərbaycan Milli X2 qarşı “işə bərpa” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2019-cu tarixli qətnaməsi ilə (hakimlər: E.M.Həsənov (sədrlik edən və məruzəçi) X.A.Mərdanova və F.F.Babayev; 2(103)-6246/2019) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı cavabdeh Azərbaycan Milli X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 yanvar 2019-cu il tarixdə cavabdeh tərəfindən çıxarılmış 01 saylı əmrin ləğv edilməsi və iddiaçı ilə müddətsiz müqavilə bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh əmrinə ə sasən cavabdeh Azərbaycan Milli Elmlər X7 03 yanvar 2019-cu il tarixli 1 saylı əmri ilə onun “Aqrar islahatlar və ərzaq təhlükəsizliyi” şöbəsinin 0.5 ştat üzrə işlədiyi əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmrə əsasən o, böyük elmi işçi vəzifəsindən azad edilmişdir. İddiaçı aşağıda qeyd olunanlara əsasən sözügedən əmri qanunsuz hesab edir və onun ləğv edilməsini xahiş edir. Belə ki, 03 oktyabr 2013-cü il tarixdə 423 saylı əmrinə əsasən o, Azərbaycan Milli Elmlər X9 “Aqrar islahatlar və ərzaq təhlükəsizliyi problemləri” şöbəsinə 0.5 ştat vahidi ilə Xİ dərəcə üzrə “elmi işçi” vəzifəsinə işə qəbul edilmişdir. Əmrdə müvəqqəti sözü qeyd olunmamışdır. 18 dekabr 2013-cü il tarixlli 536 saylı əmrinə əsasən o, həmin şöbənin “böyük elmi işçi”si vəzifəsinə keçirilmişdir. 07 yanvar 2014-cü il tarixdə cavabdeh onunla 4 (dörd) il müddətinə əmək müqaviləsi bağlamış, müqavilənin müddəti 01 yanvar 2017-ci il tarixədək müəyyən edilmişdir. 07 yanvar 2018-ci il tarixdə onun fəaliyyətini nəzərə alaraq, onunla bir il müddətinə yeni müqavilə bağlanmışdır və həmin müqavilənin müddəti 01 yanvar 2019- cu il tarixdə bitməliymiş. 2017-ci ildə cavabdeh tərəfindən iddiaçıya verilmiş, sonra isə əlindən alınmış ev məsələsi ilə əlaqədar olaraq məhkəmə baxışları olduğundan, 03 yanvar 2019-cu il tarixdən o, tutduğu vəzifədən azad edilmişdir. 03 yanvar 2019-cu il tarixdə cavabdeh tərəfindən çıxarılmış 01 saylı əmr qanunsuzdur və ləğv olunmalıdır. Belə ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinə əsasən:..Müddətli əmək müqviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmə k müqaviləsi hesab edilir. Onun həmin təşkilatda işlədiyi əmək stajı 5 (beş) il 3(üç) ay təşkil edir. Bu səbəbdən də iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, İddiaçı ilə cavabdeh Azərbaycan Milli Elmlər X9 arasında ilkin olaraq 07 yanvar 2014-cü il tarixdə 4 (dörd) il müddətinə əmək müqaviləsi bağlamışdır. Daha sonra isə 07 yanvar 2018-ci il tarixdə eyni tərəflər arasında başqa bir əmək müqaviləsi bağlanmış, həmin müqavilənin müddəti 1(bir) il müəyyən edilmişdir. Müqavilə müddəti bitdikdən sonra isə cavabdeh tərəfindən müvafiq əsasla əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi, tərəflər arasında ayrı-ayrı müddətli müqavilələr bağlanmışdır. Bu isə iddiaçı tərəfindən istinad edilmiş Əmək Məcəlləsinin müvafiq maddəsinin tələbləri ilə üst-üstə düşmür. Buna görə də, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyaiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-218-ci maddələrinin tələblərinin pozulması ilə qanunsuz və əsassız qətnamə çıxarmış, onunla müddətsiz əmək müqaviləsinin bağlanması üçün AMEA-da 5 illik əmək təcrübəsi olduğu faktına düzgün qiy mət verilməmişdir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı və vəkili X18 kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməməsini xahiş etdilər. Cavabdeh Azərbaycan Milli Elmlər X8 nümayəndəsi X13 Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldiyi üçün işin kassasiya baxışında onların izahatı dinlənilmədi. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgü n tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya ins tansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş iş materiallarından müəyyən edilir ki, İddiaçı 03 oktyabr 2013-cü il tarixdə cavabdeh təşkilatın “Aqrar islahatlar və ərzaq təhlükəsizliyi problemləri” şöbəsinə 0.5 ştat vahidi ilə Xİ dərəcə üzrə “elmi işçi” vəzifəsinə işə qəbul olunmuş, 18 dekabr 2013-cü il tarixli 536 saylı əmrlə həmin şöbənin “böyük elmi işçisi” vəzifəsinə keçirilmişdir. İddiaçı 07 yanvar 2014-cü il tarixdə cavabdeh təşkilatla 4 (dörd) il müddətinə əmək müqaviləsi bağlamış və müqavilənin müddəti 30.12.2017-ci tarixinədək müəyyənləşdirilmişdir. 01 yanvar 2018-ci il tarixdə iddiaçı bir il müddətinə yeni müqavilə bağlanmış və bu müqavilənin müddəti 30.12.2018-ci il tarixədək müəyyən olunmuş, cavabdeh təşkilatın 03 yanvar 201 9-cu il tarixli 01 saylı əmri ilə isə əmək müqaviləsinin müddətinin bitməsi əsas göstərilməklə İddiaçı tutduğu vəzifədən azad edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı, əmək müqaviləsinə xitam verilməsinin qanunsuzluğunu AMEA-nın iqtisadiyyat İnstitutunda 5 ildən artıq müddətə çalışdığına və buna görə də əmək müqaviləsinin artıq müddətli hesab olunmadığına istinad edərək irəli sürdüyündən hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya fakt iki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinə müqavilənin müddətinin qurtarması əsası ilə xitam verilə bilər. - 73-cü maddəsinə görə isə, “müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olun muş müddətə uzadılmış hesab olunur. İşçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işə götürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxıdığı gündən bir təqvim həfəsi keçməmiş xitam verilə bilər”. - 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi i lə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçının cavabdeh təşkilatla ilk dəfə bağladığı 4 il müddətli əmək müqaviləsinin müddəti 30.12.2017-ci il tarixdə bitmiş, 01 yanvar 2018-ci il tarixədə onunla bir il müdətinə yeni müqavilə bağlamış, bu müqavilənin müddəti 30.1 2.2018-ci il tarixdə bitmiş, bundan sonra işəgötürən əmək müqaviləsinə xitam vermişdir. İddiaçının cavabdeh təşkilatla əmək münasibətlərinə 03 oktyabr 2013-cü il tarixdə girmiş olduğu qəbul edilsə belə, bu halda da onu “əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq davam etmiş işçi” kimi qiymətləndirmək mümkün deyildir; çünkü 03.10.2013-cü il tarixindən 30.12.2017-ci il tarixinədək 5 il müddət keçməmiş, 01.01.2018-ci il tarixində isə onunla yeni əmək müqaviləsi bağlanmışdır. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, iddia tələbi üzrə birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə qanuni və əsaslı olmaqla, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarətdir; buna görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 21 may 2019-cu il tarixli qə tnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar