Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6449/2019 09.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, Cavabdeh1 və onun vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 14 may 2019-cu il tarixli qətnaməsindən iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon Məhkəməsinin 08 yanvar 2019-cu il tarixli, 2(007)64/2019 saylı qətnaməsi ilə iddi a tələbi təmin edilmiş, daxili maliyyə lizinqi müqaviləsinin predmeti olan ünvan 1 ünvanda yerləşənevin yaşayış sahəsi 45,91 kv.m. olan 27 saylı mənzilinin boşaldılaraq “xxxx” MMC-yə qaytarılması, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 may 2019-cu il tarixli, 2(103)5811/2019 saylı qətnaməsi ilə (hakimlər R.Qurbanov (sədrlik edən və məruzəçi), E.Nəbiyev və A.Hüseyn) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-64/2019 saylı mülki iş üzrə qəbul etdiyi 08 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. İŞİN HALLARİ: İddiaçı “xxxx” MMC cavabdehlər Cavabdeh1, Ca vabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ********* saylı 09 iyun 2008-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsinin predmeti olan ünvan 1 ünvanda yerləşənevin yaşayış sahəsi 45,91 kv.m. olan 27 saylı mənzilinin boşaldılaraq iddiaçıya qaytarılması, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi, dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı “xxxx” MMC və vəkili Vəkil kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsin in ləğv edilməsi və iddia tələblərinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş, kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və düzgün tətbiq edilməmiş, işin hallarına uyğun olmayan nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası, iddiaçının nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və vəkili Vəkil ayrı-ayrılıqda kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin 14 may 2019-cu il tarixli qətnaməsinin d əyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, iş üzrə digər cavabdehlər üzrlü səbəblər olmadan məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini, cavabdehi və onun vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 14 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının pro sessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, işin mübahisəsiz hallarına görə, iddiaçı “xxxx” MMC ilə Cavabdeh1 arasında 09 iyun 2008-ci il tarixli ********* saylı daxili lizinq müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı tərəfindən Cavabdeh1 60 ay müddətinə qiyməti 58932 manat təşkil edən ünvan 1 ünvanda yerləşən mənzil lizinqə verilmişdir. Həmin müqavilənin 8.2-ci bəndinə əsasən lizinq alanın lizinq verənə ödəməli olduğu lizinq ödənişlərinin ümumi məbləği 114454 ABŞ dolları, bu məbləğdən 42454 ABŞ dolları isə lizinq verənin mükafatını təşkil edir. Lizinq müqaviləsinin təmi natı olaraq “xxxx” MMC ilə Cavabdeh1 və Cavabdeh2 arasında 09 iyun 2008-ci il tarixli ********* saylı zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən zamin Cavabdeh2 daxili lizinq müqaviləsi üzrə lizinq alan Cavabdeh1 lizinq verən qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyır. “xxxx” MMC ilə Cavabdeh1 arasında 09 iyun 2008-ci il tarixli ********* saylı daxili lizinq müqaviləsinə dəyişikliklərin edilməsi barədə 08 iyun 2011-ci il tarixli 1 saylı razılaşma bağlanmış və razılaşmaya əsasən lizinq müddəti 93 ayadək uzadılmış və lizinq ödənişlərinin ümumi məbləği 132196,72 ABŞ dolları (60196 ABŞ dolları mükafat olmaqla) müəyyən edilmişdir. İddiaçı Cavabdeh1 19.04.2016-cı il tarixdə cavabdeh “xxxx” MMC-yə qarşı (üçüncü şəxs Cavabdeh2) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və 09.06.2008-ci il tarixli, ********* saylı daxili maliyyə lizinq müqaviləsinin ləğv edilməsi və hal-hazırda yaşadığı ünvan 1 ünvanda yerləşənevin 27 saylı mənzilinin sənədlərinin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 iyul 2016-cı il tarixli 2(004)-5760/2016 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı və üçüncü şəxs həmin qətnamədən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 26 oktyabr 2016-cı il tarixli 2(103)7416/2016 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, Bakı səhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5760/2016 saylı 08 iyul 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Üçüncü şəxs Cavabdeh2 həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 iyun 2017-ci il tarixli 2(102)-2157/2017 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7416/2016 saylı 25 oktyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 tərəfindən “xxxx” MMC-yə ümumilikdə 115048,12 ABŞ dolları ödənilmişdir. İddiaçı bildirmişdir ki, Cavabdeh1 lizinq müqaviləsinə aid ödəniş cədvəli üzrə ödənişləri aparmamış və öz üzərinə düşən öhdəlikləri pozmuşdur. Onun 25 may 2016-cı il tarixinə əsas və faiz borcu 17673,96 ABŞ dolları, cərimə borcu 8112,35 ABŞ dolları təşkil edir. Hazırda müqavilə müddəti də bitmişdir. Belə ki, lizinq m üqaviləsi 16 mart 2016-cı il tarixinədək bağlanmışdır. Lizinq müqaviləsindən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi tələbi barədə cavabdehlərə rəsmi xəbərdarlıq göndərilsə də, sonuncular yenə də üzərlərinə düşən öhdəliyi yerinə yetirməmişlər. Bu hal isə sözügedən müqavilənin ləğv edilməsi üçün əsas yaradır. Hazırda lizinq obyekti Cavabdeh1 qanunsuz sahibliyindədir. Cavabdeh tərəfindən yol verilən bu hüquqazidd əməl nəticəsində iddiaçının mülkiyyət hüququ pozulmuşdur. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iddiaya etiraz edib bildirmişlər ki, onlar qalıq qalan bütün lizinq ödənişlərini artıqlaması ilə, yəni 18000 ABŞ dolları məbləğində pul vəsaiti ödəməyə hazırdırlar, lakin iddiaçı ödənişləri deyil, məhz lizinq obyektini onlardan tələb edir. Həmin obyekt isə onların yeganə yaşay ış evidir. Apellyasiya instansiyası məhkəməsinin belə nəticəyə gəlmişdir ki, hazırki iddia təmin edilə və lizinq obyekti geri qaytarıla bilməz. Belə ki, işin mübahisəsiz hallarında görə lizinq müqaviləsi bağlanılan vaxt (09.06.2008-ci il tarixdə) lizinq obyekti olan mənzilin ümumi dəyəri 58932 manat qiymətləndirilmiş və lizinq verən iddiaçı tərəfindən lizinq alan Cavabdeh1 həmin məbləğ ödənilmişdir. Lizinq müqaviləsinin, o cümlədən müqaviləyə edilmiş 08.06.2011-ci il tarixli dəyişikliyin şərtlərinə görə 09.03.2016-cı il tarixə qədər cəmi 132196,72 ABŞ dolları ödənilməli idi, lizinq alan tərəfindən həmin məbləğin böyük hissəsi, yəni 115048,12 ABŞ dolları ödənilmiş və ödənilməmiş qalıq məbləğ cəmi 17673,96 ABŞ dolları təşkil edir. Məhkəmə iclasında da cavabdehlər bildirmişlər ki, onlar qalıq qalan məbləği artıqlaması ilə (180000 ABŞ dolları) bir dəfəyə ödəməyə hazırdırlar. Lakin iddiaçının nümayəndəsi bundan imtina etmiş və lizinq obyektinin geri qaytarılmasını tələb etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı vəziyyətdə iddiaçının məhz qalıq qalan və ümumi məbləğin cəmi 13 faizini təşkil edən borcu deyil, lizinq obyektini cavabdehlərdən geri tələb etməsi onun öz hüquqlarından sui-istifadə kimi qiymətləndirilməlidir. Çünki işin hallarından da görünür ki, lizinq obyektinin dəyərinin böyük bir hissəsi ödənilmiş və ödənilməmiş qalıq məbləğ azlıq təşkil edir, həmçinin hazırda da cavabdehlər qalıq məbləği bir dəfə ödəməyə razıdırlar. Bundan başqa, iddiaçı tərəfindən lizinq obyektinin əldə olunması üçün 58932 manat (ödəniş vaxtının məzənnəsinə görə 72000 ABŞ dolları) ödənilmiş, hazıra kimi isə lizinq alan tərəfindən 115048,12 ABŞ dolları ödənilmişdir. Bununla yanaşı lizinq obyekti iddiaçıya geri qaytarıldığı təqdirdə o, həmin daşınmaz əmlakı hazırkı bazar dəyərində satmaq və ya yenidən lizinqə vermək imkanı əldə etmiş olur. Göründüyü kimi artıq lizinq ödənişlərinin bitməsinə az qalmış iddiaçının lizinq obyektini geri tələb etməsi onun cavabdehlərin hesabına əsassız olaraq varlanmasına səbəb olacaqdır. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi nəzərə almışdır ki, müqavilə üzrə bütün lizinq ödənişləri manatla deyil, ABŞ dolları ilə müəyyən edilmişdir. 2015-ci ildə baş vermiş 2 dəfə ardıcıl devalvasiyadan sonra Azərbaycan manatı ABŞ dollarına nisbətdə dəyərini təxminən 2 dəfədən artıq itirmiş, nəticədə isə lizinq alan cavabdeh əlver işsiz vəziyyətə düşmüşdür. Apellyasiya instansiyası məhkəməsi işin hallarını, mübahisəli lizinq obyektinin cavabdehlərin yeganə yaşayış yeri olduğunu nəzərə alaraq hesab etmişdir ki, iddiaçı öz hüquqlarından sui-istifadə etdiyinə görə mübahisəli lizinq obyektinin geri qaytarılması tələbləri və bu tələblərdən asılı olan digər iddia tələbləri rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsi gəldiyini nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 5.3, 560.2, 748-1.12.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qəbul etdiyi qətnaməsi işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, gəlinmiş nəticələr mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğundur. İddiaçı “xxxx” MM C kassasiya şikayətində qətnamənin qanunsuz və əsassız olmasını onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 385, 427, 442, 448, 742-ci maddələri ilə müəyyənləşdirilmiş hüquq normalarının tələblərinin hazırki mübahisəni həll edərkən düzgün tətbiq və təfsir etməmiş, daxili lizinq müqaviləsi üzrə lizinq alanın hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməsi olduğu halda iddiaçının yuxarıda qeyd edilən mülki qanunvericiliyin tələblərindən çıxış edərək irəli sürdüyü iddia tələbini hüquqdan sui-istifadə kimi qiymət verməklə düzgün nəticəyə gəlinməmişdir. Kollegiya hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakteri daşıyan formal əsaslar olduğundan hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməs inin ləğv edilməsi üçün əsas sayıla bilməz. Göstərilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya Məhkəməsi işdə olan sübutlarla tərəflərin irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verərək iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməsi qanuni və əsaslı olmaqla, maddi və prosessual hüquq normaları duzgün tətbiq edilmişdir. Buna görə də kassasiya şikayəti təmin edilməməli, Apellyasiya Məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 14 may 20 19cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6449/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6449/2019
09.10.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver