Məhkəmə qərarları › İş №2(102)-6450/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-6450/2022

27.12.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6450/2022 27.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: əmək hüquqlarının müdafiəsinə dair iddialar üzrə iddia müddətləri) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı və məzuniyyət haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 sentyabr 2022-ci il tarixli, 2(103)-5962/2022 saylı qətnaməsi ndən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 27 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh MMC-nin müdiri Qanuni nümayəndə ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı 5 il müddətinə tibb mərkəzinə 0,5 ştat vahidi ilə həkim psixiatr vəzifəsinə işə götürülmüşdür.

2. Cavabdeh MMC-nin 12 №-li, xx.xx.2021-ci il tarixli əmri ilə, MMC-nin həkim psixiatrı İddiaçı xx.xx.2021-ci il tarixdən əmr verilən tarixədək üzrsüz səbəbdən işə gəlmədiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılması b arədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin 12 nömrəli xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsi, sonuncu çalışdığı vəzifə olan Cavabdeh MMC-yə həkim psixiatr vəzifəsinə bərpa olunması, ona məcburi işdən çıxarıldığı xx.xx.2018-ci il tarixindən başlanmaqla əmək haqqı olaraq 3615 manat, istifadə etmədiyi məzuniyyət üçün 310 manat məzuniyyət haqqının və hüquqi xidmət üçün ödədiyi 200 manat məbləğin cavabdehdən tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı 2015- 2018-ci illərdə Cavabdeh MMC-də həkim psixiatr vəzifəsində işləmiş, daha sonra qısa müddət ərzində başqa iş yerinə keçsə də, yenidən 2018-ci ilin yay aylarında Cavabdeh MMC-də həkim psixiatr işləməyə başlamışdır. 2018-ci ildən 2020-ci ilə qədər on unla əmək müqaviləsi bağlanmamış və sərbəst şəkildə orada işləmişdir. Ancaq 2020-ci ilin aprel ayında onunla əmək müqaviləsi bağlanmışdır. O normal əmək fəaliyyəti ilə məşğul olmuşdur. Onun iş rejimi sərbəst olmuş və pasiyentlərini qəbul etmişdir. 2021-ci ilin may ayında onunla Cavabdeh MMC-nin rəhbərliyi arasında anlaşılmazlıq yaranmış və o, bu məsələyə aydınlıq gətirməsi üçün klinikanın rəhbərliyinə məktub göndərmişdir. Bundan sonra bir müddət gözləmiş, aralarında yaranmış narazılıqla bağlı iş yerinə getməmişdir. Onun müraciətinə cavab verilmədiyi üçün bir müddət gözlədikdən sonra Azərbaycan Respublikası ƏSMN yanında X3 müraciət etmişdir. Yalnız bundan sonra bilmişdir ki, o, işdən azad edilmişdir. Müfəttişlikdən verilmiş məlumatda guya onun öz ərizəsi əsasında işdən azad edildiyi ona bil dirilmişdir. O, işdən azad edilməsi barədə heç bir ərizə təqdim etməmişdir. X1 aparılan araşdırma zamanı onun işdən azad edildiyi anlaşılmışdır. Bundan bir müddət sonra onların yenidən onu işə çağıracaqlarını gözləmişdir. Ancaq onlar onun yenidən əmək fəaliyyəti ilə məşğul olmasına maneələr yaradırlar. Onunla cavabdeh arasında tərtib edilmiş əmək müqaviləsinə əsasən onun aylıq maaşı 130 manat təşkil edib. Bundan əlavə o, hər gün saat 12-00-dan sonra qəbul etdiyi pasientlərə görə ödənişlərin 50 faizini almalı idi. Cavabdeh ona işdən azad edilməsi barədə məlumat verməli və əmri təqdim etməli idi. O isə işdən azad edilməyi ilə bağlı yalnız 2022-ci ilin dekabr ayında xəbər tutmuşdur. 2019-cu ilin son 3 ayı və 2020-ci ilin ilk 3 ayı nəzərə alındıqda onun hər ay pasient qəbulundan 750 manat klin ikaya qazanc verdiyi görünür. Bu məbləğin 375 manatı günortadan sonra (əslində bütün məbləğ, çünki o, pasientləri əsasən günortadan sonra qəbul edirdi) qəbul edilən pasientlərin hesabına düşür. Odur ki, cavabdeh onun məcburi iş buraxdığı dönəmdə onun qazanc olaraq əldə edə biləcəyi məbləğdən məhrum olduğu hissəsini də ona ödəməlidir. Nəticə etibarı ilə 9 ay üçün aylıq 185 manat olmaqla 1665 manat pul alınaraq ona verilməlidir. Bundan əlavə onun 2020 və 2021-ci illər üzrə məzuniyyətə çıxmadığı müddət üçün məzuniyyət ödənişləri cavabdehdən alınaraq ona verilməlidir. Bu da, iki il üçün cəmi 310 manat təşkil edir.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı 2015-2018-ci illərdə Cavabdeh MMC-də işləmiş və işlədiyi müddətdə əmək haqlarını almışdır. 2018-2020-ci illərdə İddiaçı Qaragözova MMC-də işləməmişdir. 2020-ci ilin aprel ayında iddiaçı yenidən əmək müqaviləsi əsasında işə qəbul olunmuşdur. İddiaçı 2020 və 2021-ci illərdə müəssisədə çalışan işçilərlə dəfələrlə lazımsız mübahisələr etmiş, axşamlar gəlib özünə düzəltdirdiyi açarla tibb mərkəzini açıb, saat 8-dən sonra xəstə qəbul etmişdir. Bu barədə işçilərin iştirakı ilə aktlar tərtib edilmişdir. İddiaçı 2020-ci ilin may-iyun-iyul aylarında koronavirus xəstəliyinin şiddətli vaxtı olduğu üçün tibb mərkəzi işləmədiyinə görə işə gəlməmişdir. Ona görə də, ona və başqa işçilərə əmək haqqı hesablanmamışdır. İddiaçı 2021-ci ildə koronavirusla əlaqədar olaraq işə gəlməmişdir. İddiaçı 2021-ci ildə xəstəlikdən qorxduğu üçün bir gün d ə olsun işə gəlməmişdir. Onlar onun yaşadığı ünvana bir neçə dəfə məktub yazmışlar. Lakin iddiaçının qeydiyyatda olduğu ünvanda yaşamadığı barədə qeydlə həmin məktublar geri qaytarılmışdır. İddiaçının Bakı şəhərində harada yaşaması barədə onlarda məlumat yoxdur. İddiaçının mobil telefonuna dəfələrlə zəng edərək işə gəlməməsi barədə gəlib izahat yazmasını xahiş etmişlər. İddiaçı əvvəllər gəlib ərizə yazacağını bildirsə də, sonradan xəstə olduğunu demiş, daha sonra gəlməyəcəyini bildirərək mobil telefonunu söndürmüşdür. Onlar məcbur olub iddiaçını işə gəlmədiyi üçün akt yazaraq işdən azad etmişlər. İddiaçının Bakı şəhərində harada yaşaması barədə onlarda məlumat olmadığına görə onun işdən çıxarılma barədə əmrini də ona göndərməmişlər. İddiaçı mobil telefonunu söndürdüyü üçün onun tibb mərkəz inə çağırılması, ona əmrin surətinin və son haqq-hesabının verilməsi mümkün olmamışdır. İddiaçı istədiyi vaxt gəlib tibb mərkəzindən son haqq-hesabını ala bilər. İddiaçı 2020-ci ildə onunla əmək müqaviləsi bağlananda əmək kitabçasını təqdim etməmiş, əmək kitabçası iddiaçının özündə olmuşdur. İddiaçıdan əmək kitabçasında qeydlər aparmaq üçün tibb mərkəzinə təqdim olunması xahiş olunsa da, iddiaçı əmək kitabçasını təqdim etməmişdir. Digər tərəfdən, iddiaçı iddia ərizəsində işdən çıxarılması barədə 2021-ci ilin dekabr ayında məlumatlı olduğunu bildirsə də, məhkəməyə 2022-ci ilin aprel ayında müraciət etmişdir. Yəni iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün Əmək Məcəlləsində nəzərdə tutulan bir aylıq müddəti üzürsüz səbəbdən ötürmüşdür. Ona görə də, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər idarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən təqdim edilmiş sənədlərdə onunla cəmiyyətin rəhbərliyi arasında bağlanılmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən öz xahişi ilə xx.xx.2021-ci il tarixində qanunvericiliyin tələblərinin pozularaq xitam verildiyi, son haqq-hesabın isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələbi pozularaq hesablanıb ödənilmədiyi və əmək kitabçasının isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il 186 nömrəl i qərarının 1.2- ci hissəsinin tələbi pozularaq açılmadığı məlum olmuşdur. Bu səbəbdən də, Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü, 192.6-cı və 192.7-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eyni zamanda əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 12 nömrəli xx.xx.2021-ci il tarixli əmrin ləğv edilməsi son haqq-hesabının ödənilməsi və əmək kitabçasının açılması ilə əlaqədar Cavabdeh MMC-nin rəhbərliyinə rəsmi məktub göndərilmişdir. Qeyd edilənlərlə razılaşmadığı halda məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmuşdur.

7. Cavabdeh MMC-nin direktoru və işçiləri tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, tibb mərkəzinin işçisi İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi işə gəlməmişdir. MMC-nin rəhbərliyi İddiaçı mobil telefonuna zəng edərək işə çıxmamasının səbəbini soruşmuşdur. Lakin o, xəstə olduğunu, daha sonra isə işə gəlməyəcəyini bildirmiş və “nə istəyirsiz edin” deyib telefonu söndürmüş, sonrakı zənglərə cavab verməmişdir.

8. Təqdim olunmuş Cavabdeh MMC-nin direktoru və işçiləri tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, tibb mərkəzinin işçisi İddiaçı mobil telefonuna zəng edilərək işə gəlməməsi barədə gəlib izahat yazmasını xahiş etmişlər. İddiaçı əvvəl gələcəyini desə də, sonra gəlməyəcəyini bildirərək telefonu söndürmüşdür.

9. Təqdim olunmuş İddiaçı tərəfindən X4 Xidmətinin rəisi F.Heydərova ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən g örünür ki, ərizəçi Cavabdeh MMC-nin direktoru tərəfindən onun əmək hüquqlarının pozulmasının qarşısının alınması ilə bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

10. Təqdim olunmuş İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DƏMX-nin Bakı şəhər İdarəsinə yazılmış xx.xx.2021-ci il tarixli izahatdan və ona verilmiş sual-cavabdeh görünür ki, o, işdən azad ediləndə son haqq-hesab almadığını, işdən çıxmaq barədə ərizə yazmadığını, xəbər vermədiyini və əmək kitabçasında qeydiyyat aparılmadığını bildirib.

11. Təqdim olunmuş X4 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli xx.xx.2021-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarından görünür ki, İddiaçı əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbi pozularaq xitam verildiyindən, Qan uni nümayəndə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə 1500 manat məbləğində cərimə edilmişdir.

12. Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 20 iyun 2022-ci il tarixli e-2(009)-1074/2022 saylı qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddia tələbi təmin olunamamışdır.

13. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən hazırki iş üzrə iddia müddəti ötürülmüşdür. Belə ki, iddiaçının tələbi fərdi əmək mübahisəsindən (əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə) irəli gələn iddia olduğu üçün qeyd edilən tələbə Əmək Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulmuş bir aylıq iddia müddəti şamil edilməlidir. Məhkəmə xüsusil ə qeyd etmişdir ki, əmək mübahisələrindən irəli gələn tələblərin qanuni həlli baxımdan iddia müddətinin axımının başlanmasının müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı onunla əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən xitam verilməsi barədə xx.xx.2021-ci il tarixdən məlumatlı olsa da, o, əmək qanunvericiliyi ilə müəyyən edilmiş iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, bununla da, əmək qanunvericiliyi ilə fərdi əmək mübahisələri üçün müəyyən edilmiş iddia müddətini üzrsüz səbəbdən ötürmüşdür.

14. Məhkəmə iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1, 68.2, 70 “ç”, 72 “a”, 83, 84.1, 84.2, 187.1, 296.2 və 296.3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 375.1 və 375.2-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçı apelyasiya şikayəti verərək, Səbail Rayon Məhkəməsinin iş üzrə 20 iyun 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə işə baxarkən işin bütün hallarını araşdırmamışdır. İşdən azad edilməsindən məlumatı yalnız Əmək Müfəttişliyinə müraciət edərkən onun işdən azad edilməsi ilə bağlı bildiriş daxil edildiyini bildikdən sonra olmuşdur. Bu barədə yanvar ayının əvvələrində xəbərdar olub, 2 fevral 2022-ci il tarixdə isə mediasiya prosesinin başlanması ilə bağlı müraciət etmişdir. Cavabdeh onun əmək müqaviləsinə xitam verilməsinə dair məlumatı qanunauyğun şəkildə ona bil dirməmişdir. Məhkəmə 1 aylıq iddia müddətini tətbiq edərək iddianı rədd etmişdir, halbuki iddia tələbində bir neçə tələb əks etdirilmiş, bunlardan biri də verilməmiş əmək haqları ilə bağlı tələbdir, həmin tələblərə dair 1 illik iddia müddəti tələb edilir, məhkəmə bu hala diqqət yetirməmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 7 sentyabr 2022-ci il tarixli, 2(103)-5962/2022 nömrəli qətnaməsi ilə (hakimlər V.N.Sadıqov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və E.M.Həsənov) apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - iddia tələbinin məzuniyyət puluna aid təmin edilməyən hissəsində ləğv edilərək iş üzrə yeni qətnamə qəbul olunmuş, iddia tələbi qismən təmin edilmişdir. İd diaçı işlədiyi müddət üçün məzuniyyət pulunun hesablanaraq ödənilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, göründüyü kimi qanunvericiliyin tələbinə görə işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

19. Baxılan iş üzrə iddiaçı X4 Xidmətinin Bakı şəhər İdarəsində yazdığı xx.xx.2021-ci il tarixli izahatında işdən azad ediləndə son haqq-hesab almadığını, işdən çıxmaq barədə ərizə yazmadığını və əmək kitabçasında qeydiyyat aparılmadığını göstərmişdir.

20. İddiaçının nümayəndəsi iddiaçıya işdən azad olunması barədə onun müraciətinə X2 2021-ci ilin dekabr ayında göndərdiyi ca vab məktubundan məlum olduğunu, həmin məktubu iddiaçının 2022-ci ilin yanvar ayında aldıqdan sonra 2022-ci ilin fevral ayında Mediasiya təşkilatına müraciət etdiyini və mart ayında Mediasiya Təşkilatının arayışını aldıqdan sonra məhkəməyə aprel ayının əvvəlində hazırki iddia ərizəsi ilə müraciət etdiyini bildirmişdir.

21. Məhkəmə haqlı olaraq göstərmişdir ki, iddiaçı onunla əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən xitam verilməsi barədə xx.xx.2021-ci il tarixdən məlumatlı olsa da, o, əmək qanunvericiliyi ilə müəyyən edilmiş iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, bununla da əmək qanunvericiliyi ilə fərdi əmək mübahisələri üçün müəyyən edilmiş iddia müddətini üzürsüz səbəbdən ötürmüşdür.

22. Kollegiya hesab edir ki, məhkəmə digər hissələrdə iddia müddətinin ötürülməsi əsası ilə iddianı rədd etməkdə haqlı olsa da, məzuniyyət puluna aid hissədə düzgün olmayan nəticəyə gəlmişdir.

23. Belə ki, qanunvericiliyin tələbindən görünür ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələri ilə bağlı 1 illik iddia müddəti müəyyən edilmişdir. Bu tələblərlə bağlı işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində iddia qaldırmalıdır. Göründüyü kimi iddiaçı məzuniyyət pulu tələbinə aid hissədə qanunvericiliklə nəzərdə tutulmuş 1 illik iddia müddəti daxilində iddia qaldırmışdır. Belə olan halda həmin hissədə iddia tələbi qismən təmin edilərək iddiaçının işlədiyi müddət üçün məzuniyyət pulunun hesablanaraq ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Digər hissələrdə isə məhkəmə düzgün nəticə yə gəldiyindən qətnamənin ləğv edilməsi üçün əsas yoxdur.

24. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1, 68.2, 70 “ç”, 72 “a”, 83, 84.1, 84.2, 187.1, 296.2, 296.3 və 296.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin dəyişdirilməklə iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

26. Kassasiya şikayəti iddia ərizəsinin dəlillərin uyğun olaraq onunla əsaslandırılmışdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsi baxımından iddiaçının iddia müddətinin ötürmədiyi aşkardır. Belə ki, apellyasiya şikayətində də qeyd edildiyi kimi iddiaçı əmək funksiyalarını yerinə yetirə bil mədiyi üçün X4 xidmətinə müraciət etmişdir. İddiaçı əmək müfəttişlyinə etdiyi müraciətdə hüquqlarının pozulduğunu qeyd etmişdir. İddiaçı əmək müfəttişliyinə müraciət etdiyi zaman onunla əmək müqaviləsinə xitam verilməsi barədə məlumatlı olmamışdır. Bunu cavabdeh tərəfindən 24 dekabr 2022-ci il tarixdə iddiaçıya ünvanlanmış məktub da təsdiq edir. Cavabdeh iddiaçı əmək müfəttişliyinə müraciət etdikdən sonra onun barəsində başlanmış inzibati xəta icraatının qarşısını almaq üçün iddiaçıya məktub göndərmiş və həmin məktub da iddiaçıya çatmamışdır. Məhkəmə isə məhkəmə baxışı iclasında guya cavabdehin zəng edərək məlumat verməsini əsas gətirərək iddiaçının məlumatlı olmasını bildirmişdir. Ancaq bununla bağlı heç bir sübut əlavə edilməmişdir. Bu baxımdan iddia müddətinin axımı iddiaçının onunla ba ğlanmış əmrin ləğv edilməsindən xəbəri olduğu vaxtdan hesablanmalı idi. Bu da yanvar 2022-ci ilin yanvar ayının əvvəlinə təsadüf edir. Nə Səbail Rayon Məhkəməsinin qətnaməsində, nə də Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində maddi hüquq normalarının pozulması ilə bağlı məsələ araşdırılmamışdır. Belə ki, iddiaçıya qeyd edilən əmr təqdim edilməmişdir. Bu baxımdan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı yanaşma tamamilə qanunsuz olmuşdur. Bundan əlavə həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsində işə baxılarkən məhkəmələr işin hallarına düzgün qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

28. Maddə

10. Əmək müqav iləsi üzrə işçinin əsas vəzifələri Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək.

29. Maddə

12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti

1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq.

30. Maddə

70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda.

31. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başq a qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

32. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

33. Maddə 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyət li olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hü quq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının p ozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Belə ki, məhkəmələr tərəfindən müəyyən olunan hallara görə iddiaçı onunla əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən xitam verilməsi barədə xx.xx.2021-ci il tarixdən məlumatlı olsa da, əmək qanunvericiliyi ilə müəyyən edilmiş iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, bununla da, əmək qanunvericiliyi ilə fərdi əmək mübahisələri üçün müəyyən edilmiş iddia müddətini üzrsüz səbəbdən ötürmüşdür.

45. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə qanunun tələbinə və işin hallarına uyğundur. Belə ki, fərdi əmək mübahisələrinin həllində iddia müddətlərindən bəhs edən Əmək Məcəllə sinin 296-cı maddəsinin 2-ci hissəsinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

46. Kassasiya şikayətində qeyd olunan dəlillər işin mahiyyəti ilə əlaqədar olan hallara aiddir. Həmin hallar iddia müddəti buraxılmadığı halda araşdırma predmeti ola bilərdi. Buna görə də həmin dəlillərə qiymət verilmir.

47. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 sentyabr 2022-ci il tarixli, 2(103)5962/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar