Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6451/2019 14.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Cavabdeh ASC-nin nümayəndəsi X2 və vəkili ***nun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.05.2019-cu il tarixli, 2(103)5183/2019 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 18 sentyabr 2017-ci il tarixli əmək müqaviləsinə əsa sən Cavabdeh ASC-nin Qaradağ filialının kredit şöbəsinin istehlak kreditləri üzrə mütəxəssisi vəzifəsinə işə qəbul olunmuşdur. Həmin tarixdən etibarən 18 sentyabr 2018-ci il tarixinə qədər iddiaçı qeyd edilən vəzifədə çalışmışdır. İşlədiyi bu müddət ərzində təşkilatın nizamnaməsinə tamamilə ciddi şəkildə əməl etmiş, bu müddət ərzində təşkilatın rəhbərliyi tərəfindən hər hansı bir yazılı və şifahi xəbərdarlıq almamış və intizam məsuliyyətinə cəlb olunmamışdır. İddiaçı öz üzərinə düşən əmək funksiyalarını və öhdəliklərini hər zaman dəqiq şəkildə yerinə yetirmişdir. Eyni zamanda fəaliyyəti ərzində Cavabdeh ASC-də yeni müştəri üçün kredit məhsulu üçün kreditlərin təhlili üzrə metodik göstərişlərə, eyni zamanda Cavabdeh ASC-nin idarə Heyəti tərəfindən üəbul edilmiş “Korporativ Pərakəndə” seqmen tinə aid müştərilər üçün kredit məhsulunun parametlərinə ciddi şəkildə, dəqiqliklə əməl etmişdir. Lakin cavabdeh ASC-nin 12 sentyabr 2018-ci il tarixli 801 k nömrəli əmrilə Azərbaycan Respublikasının 186-cı maddəsinin 2-ci hissəsinin «ç» bəndinə uyğun olaraq, həmin Məcəllənin 70-ci maddəsinin «ç» bəndinə əsasən bank rəhbərliyi onu tutduğu vəzifədən azad etmişdir. Hər hansı səbəb göstərilməsini tələb etdikdə isə ona heç bir açıqlama verilməmişdir. Bankın təlimatını pozduğu bildirilmiş, lakin hansı hərəkət ilə, nə zaman buna yol verdiyi ona bildirilməmiş, eyni zamanda ondan heç bir açıqlama alınmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim N.T.Tağıyeva) 27 dekabr 2018-ci il tarixli, 2(006)-6573/2018 saylı qətnaməsi ilə İddiaçı iddiası təmin edilərək, “Cavabdeh ASC-nin onun barəsində olan 12 sentyabr 2018-ci il tarixli 801 k nömrəli əmrinin ləğv olunması, İddiaçı “Cavabdeh ASC-nin Qaradağ fillialının kredit şöbəsinin istehlak kreditləri üzrə mütəxəssisi vəzifəsinə işə bərpa olunması, məcburi iş buraxmanın bütün müddəti üçün iddiaçıya ödənilməli olan 400 manat əmək haqqı məbləğinin Cavabdeh ASC-dən alınaraq ona ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər T.S.Səmədov, İ.S.Şirinov və E.C.Kazımov) 16.05.2019-cu il tarixli, 2(103)-5183/2019 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.05.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.05.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işin hallarına düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, cavabdeh tərəfindən onun işdən azad edilməsi barədə əmrdə sadəcə Əmək Məcəlləsinin müvafiq maddələri göstərilmiş, əmrdə işdən azad olunmağının zəruriliyi heç bir halda əsaslandırılmamışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin vəkili *** kassasiya şikayətinə etiraz edərək, onun rədd, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ASC-nin nümayəndəsi X6 vəkilinin dediklərinə uyğun izahat vermişdir. İddiaçı işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 16.05.2019-cu il tarixli qətnaməsi ilə iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli qətnaməsini ləğv edib, iddianı rədd edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, 18 sentyabr 2017-ci il tarixli əmək müqaviləsinə əsasən, Cavabdeh ASC-nin baş direktoru X7 ilə İddiaçı arasında əmək müqaviləsi bağlanmış, İddiaçı ASC-nin Qaradağ fillialının kredit şöbəsinin istehlak kreditləri üzrə mütəxəssisi vəzifəsinə işə qəbul olunmuşdur. Cavabdeh ASC-nin Qaradağ filialında aparılan tematik yoxlamaya dair 14.06.2018-ci il tarixli akta əsasən müəyyən olunur ki, X10 Departamenti t ərəfindən Qaradağ filialında aparılan tematik yoxlama (Filialda kredit əməliyyatlarının rəsmiləşdirilməsi, hesablar açılarkən FATCA və CRS anketlərinin tərtib edilməsinin yoxlanılması) zamanı müştərilərə kredit rəsmiləşdirərkən borc yükünün gəlirə nisbətinin (DTİ-əmsalı) hesablanmasında əksər hallarda müvafiq qaydaların pozulduğu aşkarlanmışdır. Məhz həmin qaydaları pozan əməkdaşlardan biri də Cavabdeh" ASC-nin Qaradağ filialının istehlak kreditləri üzrə aparıcı mütəxəssisi İddiaçı olmuşdur. Belə ki, İddiaçı tərəfindən borcalanların və zaminlərin ödəmə qabiliyyəti, borc yükü düzgün qiymətləndirilməmiş, Mərkəzi Kredit Reyestrində vaxtı keçmiş kredit borcları nəzərə alınmamışdır. Aparılan tematik yoxlama zamanı müəyyən edilmişdir ki, İddiaçı tərəfindən kreditlərin rəsmiləşdirilməsi zamanı Mərkəzi Bankın, banklarda kreditlərin verilməsi qaydalarının və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 04.05.2016-cı il 7 saylı qərarı ilə təsdiqlənmiş “Kredit təşkilatlarında sağlam kreditləşmə və məsuliyyətli borclanma prinsipləri”-nin tələbləri və Cavabdeh ASC-nin 30.12.2016-cı il tarixli “Pərakəndə kreditləşmə məhsulları üzrə yeni şərtlərin tətbiqi haqqında” İdarə Heyətinin qərarının tələbləri kobud şəkildə pozulmuşdur. Maliyyə Bazarlarına Nəzarət Palatasının 04.05.2016cı il 7 saylı qərarı ilə təsdiq edilmiş “Kredit təşkilatlarında sağlam kreditləşmə və məsuliyyətli borclanma prinsipləri”-nin 3.3-cü bəndinə görə milli valyutada istehlak kreditlərinin verilməsi zamanı DTİ əmsalı borcalanın gəlirləri yaşayış minimumu göstəricisinin 3 mislindən aşağı olduqda 40 %-dən, yuxarı olduqda 50 %-dən artıq olmamalıdır. Məhz yuxarıda qeyd etdiyimiz təlimatlara, qaydalara, əmsallara İddiaçı müştərilərə kredit verərkən ciddi şəkildə etməli olduğu halda, başqa sözlə, müştərilərin kredit ödəmə qabiliyyətlərini düzgün qaydada təhlil etməli olduğu halda, əksinə həmin qaydaları, təlimatları, əmsalları kobud şəkildə pozaraq, müştərilərə iri məbləğlərdə kreditlər vermişdir. Yəni, İddiaçı müştərilərə verdiyi kreditlər yuxarıda adıçəkilən prinsiplərə və qaydalara uyğun olmamışdır. Aktdan da göründüyü kimi İddiaçı borcalanın gəlirlərinin yaşayış minimumu göstəricisinin 3 mislindən aşağı olduqda 40%-dən, yuxarı olduqda 50%-dən artıq olmamaqla kredit verməli olduğu halda Borcalanın DTİ əmsalının faiz həddini ötüb keçmişdir. Yoxlama zamanı aparılan təhlillərdən müəyyən o lmuşdur ki, kredit portfelinin keyfiyyəti qeyri-qənaətbəxşdir. Vaxtı keçmiş kredit məbləğinin ümumi kredit qalığına nisbəti manatla 7% (1,7 mln manat), dollarla isə 96% (113 min manat ekvivalenti) təşkil edir. Kreditlər rəsmiləşdirilərkən borcalanların ödəmə qabiliyyətləri düzgün qiymətləndirilməmiş, MKR sorğu anketlərindəki gecikmələr nəzərə alınmadan kreditlər rəsmiləşdirilmişdir. Cavabdeh ASC-nin İnsan resurslarının idarə edilməsi və təşkilati işlər departameti tərəfindən həmin X3 Komitəsinə və Bankın Qaradağ filialının kredit şöbəsinin mütəxəssisi İddiaçı ünvanlanmış 03.09.2018-ci il tarixli, TKD-255 saylı müraciətindən görünür ki, Cavabdeh ASC-nin Qaradağ filialının kredit şöbəsinin istehlak kreditləri üzrə aparıcı mütəxəssisi İddiaçı vəzifə təlimatında nəzərdə tutulmuş əmək vəzifələr ini kobud şəkildə pozaraq nöqsanlara yol verdiyinə və bu hərəkətləri nəticəsində Bankın mənafelərinə ziyan dəydiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə uyğun olaraq və həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad olunması nəzərdə tutulmuşdur. Cavabdeh ASC-nin X1 15 N-li, 06.09.2018-ci il tarixli Protokolundan Çıxarışda və Təşkilati Departamentə ünvanlanan məktubunda İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə uyğun olaraq və həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz etmədiklərini bildirmişlər. X1 06.09.2018-ci il tarixli iclasına işçi İddiaçı şəxsən dəvət edilərək, onun iclasda iştirakı təmin edilmiş və onunla aparılmış danışıqlar nəticəsində əmək funksiyalarının icrası zamanı yol verdiyi pozuntular onun diqqətinə çatdırılmışdır. İddiaçı Cavabdeh ASC-nin İdarə heyətinin sədrinin birinci müavininin adına yazdığı 09.08.2018-ci il tarixli izahatından görünür ki, o, həmin izahatında 12.12.2016-cı il tarixdə X4 verilmiş istehlak krediti tam prosedur qaydalarına uyğun, mütərinin filiala yaxınlaşaraq ona kredit ayrıldığını, müştərinin müqavilələrinin, imza nümunəsinin, kreditə dair bütün sənədlərin müştəri tərəfindən filialda imzalandığını göstərmişdir. İddiaçı Cavabdeh ASC-nin İdarə heyətinin sədrinin birinci müavininin adına yazdığı 09.08.2018-ci il tarixli izahatından görünür ki, o həmin izahatında 05.07.2017-ci il tarixdə müştəri X8 verilmiş istehlak krediti tam pro sedur qaydalarına uyğun verildiyini, eləcə də zamin kimi iştirak etmiş İddiaçı zaminlik tələblərinə uyğun olduğunu, müştərinin Dəmir Bankda 501 gün gecikmədə olan kredit kartının ABB-dən kredit verilməmişdən iki gün öncə tam olaraq bağlanıldığını və kredit kartının ləğv edildiyini göstərmişdir. Mərkəzləşdirilmiş Kredit Reyestrindən 05 iyul 2017-ci tarixli Çıxarışdan görünür ki, müştəri X5 700 manat məbləğində kredit xətti üzrə əsas borcun gecikdirildiyi gün sayı həmin tarixə 501 gün təşkil edir. 12 sentyabr 2018-ci il tarixli əmrdən görünür ki, Nəzərli X9 fillialının kredit şöbəsinin istehlak kreditləri üzrə mütəxəssisi 13 sentyabr 2018-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin «ç» bəndinə uyğun olaraq, həmin məcəllənin 70-ci mədəsini «ç » bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndində əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona bir sıra intizam tənbehlərindən birini verə bilər, o cümlədən əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edə bilər. Əmək Məcəlləsinin 70-ci m addəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hallarından biri hesab edilir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə iddiaçının işdən azad olunması səbəbi və ya səbəbləri konkret göstərilm ədiyini qeyd edib həmin əmri ləğv etsə də, həmin əmrdən göründüyü kimi işəgötürən işçini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin «ç» bəndinə uyğun olaraq, həmin məcəllənin 70-ci mədəsini «ç» bəndinə əsasən işdən azad etmişdir. Yəni, sözügedən əmrdə işçinin işdən azad olunmasının əsası və səbəbi müvafiq qanunvericiliyə istinad olunmaqla konkret göstərilmişdir. İşdə olan sübutlara əsasən apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı tərəfindən ayrı-ayrı müştərilərə kreditlər rəsmiləşdirilərkən borcalanların və zaminlərin ödəmə qabiliyyəti, borc yükü düzgün qiymətləndirilməmiş, Mərkəzi Kredit Reyestrində vaxtı keçmiş kredit borcları nəzərə alınmamış, müştərilərə iri məbləğlərdə kreditlər verilmiş, onun tərəfindən kreditlərin rəsmiləşdirilm əsi zamanı Mərkəzi Bankın, banklarda kreditlərin verilməsi qaydalarının və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 04.05.2016-cı il 7 saylı qərarı ilə təsdiqlənmiş “Kredit təşkilatlarında sağlam kreditləşmə və məsuliyyətli borclanma prinsipləri” və Cavabdeh ASC-nin 30.12.2016-cı il tarixli “Pərakəndə kreditləşmə məhsulları üzrə yeni şərtlərin tətbiqi haqqında” İdarə Heyətinin qərarının tələbləri kobud şəkildə pozulmuş və iddiaçı bu hərəkətləri verilmiş kreditlərin qaytarılmamasına şərait yaradaraq Bankı həddən artıq risk təhlükəsi ilə üz-üzə qoymuş, Bankın problemli kreditlər yükü artmış, Bankın mənafelərinə ziyan dəymişdir. Beləliklə qeyd edilən işin faktiki halları baxımından apellyasiya instansiyası məhkəməsi haqqlı olaraq cavabdeh tərəfin qeyd edilən həmin ha lları, eləcə də İddiaçı izahatlarını, Bankın X1 rəyini də nəzərə alaraq onunla bağlanmış əmək müqaviləsinə qanunvericlikdə nəzərdə tutulmuş qaydada əsaslı şəkildə Əmək Məcəlləsinin məhz 70-ci maddəsinin “ç” bəndi ilə xitamın verilməsi qənaətinə gəlmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Belə ki, işin faktiki halları ilə iddiaçı tərəfin əmək fəaliyyəti zamanı kobud səhvlərə yol verdiyi və bu pozuntuların nəticəsində işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirməsi müəyyən edildiyindən, cavabdeh tərəf düzgün olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsaslanaraq əmək münasibətlərinə xitam vermişdir. Kassasiya şikayətində istinad edilən işin faktiki halları ilə bağlı dəlilə münasibətdə isə kollegiya işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilinin əksinə olaraq sübutlara məhz Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan digər sübutlarla birgə qiymət verməklə nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi isə kassasiya instansiyası məhkəməsinin səlahiyyətinə aid olmadığından həmin sübutların məzmunu ilə bağl ı kassasiya şikayətinin dəlillərini kollegiya əhəmiyyətsiz hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.05.2019-cu il tarixli, 2(103)-5183/2019 nömrəli qət naməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6451/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6451/2019
14.10.2019 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver