Məhkəmə qərarları › İş №2(102)-6453/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6453/2019

31.10.2019 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6453/2019 31.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əzimova Səbinə Yaşar qızı, İddiaçı, vəkili X3, Cavabdeh2 və vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 may 2019-cu il tarixli, 2(103)4766/2019 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Xəzər rayon məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 2(003)-3604/2018 saylı qətnaməsi ilə ( sədrlik edən, hakim Z.Ə.Axundova) İddiaçı Cavabdeh2 qarşı “gediş-gəliş yolunun açılması” barədə iddiası təmin edilərək, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, ************************ massivində yerləşən 560 saylı bağ sahəsindən qəsəbədaxili yola piyada və avtomobil keçidi üçün tərəflərin bağ sahələrinin ortaq divarından başlayaraq cavabdehin mülkiyyətində olan 561 saylı bağ sahəsindən qəsəbədaxili yola qədər 3 metr enində torpaq sahəsinə iddiaçının xeyrinə servitutun təyin edilməsi qət edilib. Cavabdeh qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 may 2019-cu il tarixli, 2(103)4766/2019 saylı qətnaməsi ilə (hakimlər F.F.Babayev sədrlik edən, məruzəçi, X.A.Mərdanova və E.M.Həsənov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri, Xəz ər rayon məhkəməsinin 28 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilib, iddia rədd olunub. İddiaçı qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı “gediş-gəliş yolunun açılması” barədə iddia qaldırıb və tələbini onunla əsaslandırıb ki, Bakı şəhəri, ********************* yerləşən ******* saylı bağ sahəsi mülkiyyətindədir. Bağ sahəsinə keçid yolu olmasaydı bağ sahəsinə mülkiyyət hüququ əldə edə bilməzdi, yəni mülkiyyət hüququ reyestr xidmətində qeydə alınmazdı. Keçid yolunun bərpası ilə bağlı məhkəmədə iddia qaldırmış və Bakı Apellyasiya Məhkəməsində işə baxılarkən cavabdehlə razılığa gəldiyi üçün iddia tələbindən imtina etmişdir. Lakin həmin razılıqdan xeyli müddət keçməsinə baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etmir, o isə bağdan istifadə edə bilmir. Bu səbəbdən də yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Mülkiyyətində olan Bakı şəhəri, ******************* yerləşən ******* saylı bağdan yola nəqliyyat vasitəsi ilə çıxış üçün ******** saylı bağ sahəsindən keçid yolunun açılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilmə si barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Cavabdeh2 kassasiya şikayətinə dair etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunub. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı və vəkili kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh2 və vəkili A6 məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatlarında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiya sı məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddia ərizəsini rədd edərkən, birinci instansiya məhkəməsinin işin faktiki halları üzrə səhv nəticəyə gəlməsinə, işə əlavə edilmiş mütəxəssis rəyinə görə iddiaçının mülkiyyətində olan 0,11 ha torpaq sahəsinə gediş-gəliş yolunun (eyni zamanda digər qonşu sahələrdən) naturada və elektron bazalarda mövcud olmamasına, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş yolunun açılması üçün naturada tələb etdiyi istiqamət üzrə yerləşən torpaq sahəsinin cavabdehin mülkiyyətində olmaqla sözügedən istiqamətdə tikililərin mövcud olmasına, satınalma qiymətini çox baha dediyi üçün iddiaçının mülkiyyətində olan torpaq sahəsinin alqı-satqısına dair tərəflər arasında hər hansı razılaşmanın əldə edilməməsinə, servitut təyin edilməsi müqabilində cavabdehin iddiaçıdan pul almaq niyyətində olmamasına və ümumiyyətlə öz torpaq sahəsidən iddiaçıya gediş-gəliş yolu vermək istəməməsinə, iddiaçının cavabdehin ərazisindən yol üçün ona verilmiş torpaq sahəsinə görə cavabdehə 3.000 manat pul ödəməyə razı olmasına, cavabdehə məxsus bağ sahəsindən giriş-çıxış yolunun ortaq divarından başlayaraq cavabdehin mülkiyyətində olan ********* saylı bağ sahəsindən qəsəbədaxili yola qədər 3 metr enində torpaq sahəsinə servitut təyin edilməsinin cavabdeh üçün daha çox məhdudiyyətlər yaratmaqla bərabər iddiaçı üçün də əlavə xərclərin (yolun açılması üçün işlər) yaranmasına səbəb olacağına, belə olan halda həmin vəziyyətin mülki qanunvericiliyin ümumi-fundamental prinsipləri olan səmərəlilik və qənaət prinsiplərinin mahiyyəti ilə də uzlaşmamasına, mülki qanunvericiliyin servitutun verilməsi üçün birbaşa məhkəməyə müraciət etmək hüququnu istisna etməsinə, bu barədə tərəflərin öz aralarında azad surətdə müqavilə bağlaya bilmələrinə, cavabdehin servitut verilməsi ilə bağlı müqavilə bağlamağa məcbur edilməsinin isə mülki qanunvericiliyin prinsiplərinə, ən əsası isə müqavilə azadlığı prinsipinə zidd saylımasına istinad ed ib və hüquqi mövqeyni Mülki Məcəllənin 54.1, 54.2, 54.3-cü maddələrininvə digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb. Belə ki, işin apellyasiya insğansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, tərəflər qonşudurlar, 10 dekabr 2015-ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışa əsasən Bakı şəhəri, ***************** mülkiyyətdə olan 0,11 ha torpaq sahəsində yerləşən ********* saylı bağ sahəsi iddiaçının, 20 iyul 2013-cü il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışa əsasən Bakı şəhəri*********** mülkiyyətdə olan 0,08 ha torpaq sahəsində yerləşən 561 “a” saylı bağ sahəsi isə cavabdehin mülkiyyətindədir. İddia ərizəsindən görünür ki, iddiaçı mülkiyyətində olan 560 saylı bağ sahəsindən ictimai yola nəqliyyat vasitəsi ilə çıxışı üçün cavabdehin mülkiyyətində olan 561 “a” saylı bağ sahəsindən zəruri keçidin ayrılmasını iddia edir. İşə əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 20 avqust 2018-ci il tarixli ekspert rəyi ilə müəyyən edilir ki, iddiaçının mülkiyyətində olan 0,11 ha torpaq sahəsinə gediş-gəliş (eyni zamanda digər qonşu sahələrdən) naturada və elektron baza məlumatlarında mövcud deyil və həmin torpaq sahəsinə gediş-gəliş yolunun açılması üçün naturada tələb etdiyi istiqamət üzrə yer ləşən torpaq sahəsi cavabdehin mülkiyyətindədir və sözügedən istiqamətdə tikililər mövcuddur. İddiaçının mülkiyyətində olan 0,11 ha torpaq sahəsinə gediş-gəliş yolunun açılması məsələsinə Torpaq Məcəlləsinin 54-cü maddəsinin tələblərinə uyğun olaraq baxıla bilər. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda iddiaçının izahatına əsaslanaraq müəyyən edib ki, iddiaçı, 0,11 ha torpaq sahəsində yerləşən 560 saylı bağ sahəsini 1998-ci ildə əldə edib. Son 20 ildən artıq müddətdir ki, iddiaçı bağ sahəsinə girib-çıxa və ondan istifadə edə bilmir. Cavabdeh ona zəruri keçid ayırarsa ayrılan sahəyə görə 3.000 manat ödəməyə razıdır. Mülki Məcəllənin 170.1-ci maddəsinə əsasən, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsində göstərilir ki, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Həmin Məcəllənin 175.1-ci maddəsinə görə, əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Həmin Məcəllənin 175.3-cü maddəsində göstərilir ki, əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir. Sadalanan maddələrin mənasına görə, torpaq sahəsinin mülkiyyətçisi qonşu torpaq sahələ rinin mülkiyyətçilərindən tam əvəzi ödənilməklə zəruri keçid ayrılmasını o, vaxt tələb edə bilər ki, torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola zəruri keçidi, yolu olmasın. Apellyasiya instansiyası məhkəməsi ümumiyyətlə ilkin torpaq ayırma sənədlərində iddiaçının mülkiyyətinə verilən bağ sahəsinə əvvəllər gediş-gəliş yolunun olub-olmamasını, olmuşdursa həmin gediş-gəliş yolunun kimin tərəfindən, nə vaxt zəbt edilməsini və ya özününküləşdirilməsini, həmçinin mövcud olmuş gediş-gəliş yolunun iddiaçının özünün özbaşına hərəkətləri nəticəsində ləğv edilib-edilməməsini, eləcə də tərəflərin qanuni mülkiyyətlərində olan torpaq sahələrinin sərhədlərini, ölçüsünü və sair parametrlərini, onların faktiki istifadələrində artıq torpaq sahələrinin olub-olmamasını aydınlaşdırmadan, zərurət yarandığı halda xüsusi bilik tələb edən qeyd olunan suallara aydınlıq gətirmək üçün iş üzrə əlavə və ya təkrar ekspertizalar keçirib bu barədə əsaslandırılmış rəy almadan, eyni zamanda işə əlavə edilmiş 20 avqust 2018-ci il tarixli ekspert rəyini məhkəmə iclasında tədqiq edib, bütövlükdə sübutlara obyektiv baxıb hüquqi qiymət vermədən, iddiaçıya məxsus torpaq sahəsinə gediş-gəliş yolunun naturada və elektron baza məlumatlarında mövcud olmaması qənaətinə gəlmişdir. Ümumiyyətlə gediş-gəliş yolu olmayan bağ sahəsinin isə iddiaçının mülkiyyətinə verilməsi inandırıcı, ağlabatan görünmür. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, sübutlara obyektiv baxılması dedikdə-məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndiri lməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o, halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyinə şübhələr mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalı, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübut təqdim edilməsini təklif etməli, zəruri olduqda mövcud sübutu yenidən araşdırmalıdır. Sübutların məzmunundakı məlumatlarla bağlı şübhələrin aradan qaldırılmasının ən etibarlı üsullardan biri isə, müxtəlif sübutların müqayisəli təhlil edilməsi və ya iş üzrə əlavə, təkrar ekspertizala rın keçirilməsidir (MPM-nin 102.1, 102.2-ci maddələri). Həmin Məcəllənin 97.1-ci maddəsinin mənasına görə, ekspertiza mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə elm, texnika, incəsənət və ya digər peşə (sənət) sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda təyin edilə bilər. Göründüyü kimi prosessual qanunvericilikdə ekspertizanın keçirilməli olduğu xüsusi bilik sahələrinin dəqiq siyahısı göstərilməyib. Lakin, mülki məhkəmə icraatı təcrübəsinin təhlili əsasında belə qənaətə gəlmək olar ki, hüquqi biliklər və hamı üçün aşkar olan ümumi məsələlər istisna olmaqla, xüsusi bilik tələb olunan istənilən sualların aydınlaşdırılması üçün iş üzrə ekspertiza təyin oluna bilər və nəzərə almaq lazımdır ki, ekspertin rəyi də mülki i ş üzrə sübut növlərindən biridir və hüquqi baxımından hər hansı digər sübut növünə nisbətdə heç bir üstünlüyə malik deyil. Lakin, ayrı-ayrı hallarda ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olsa da, bu hal da ekspert rəyinin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz və ekspertin rəyi də məhkəmə iclasında tədqiq olunmalı və digər sübutlarla yanaşı qiymətləndirilməlidir (MPM-nin 101.3 və 205.1-ci maddələri). Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi qətnamədə, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar iddiaçıya zəruri keçid verilməsinin cavabdehdən tələb edilməsinin yolverilməz olduğunu, bunun sonuncu, o cümlədən iddiaçının özü üçün daha böyük zərərə səbəb ola biləcəyini, hazırki tələb üzrə keçidin daha a z zərər vurduğu qonşuya qarşı yönəlmədiyini, eləcə də zəruri keçidin müəyyənləşdirilməsindən imtina edilərkən tərəflərin qarşılıqlı mənafelərinin nəzərə alındığını və sair göstərsə də, işdə, bu barədə heç bir mötəbər yazılı sübut yoxdur və apellyasiya instansiyası məhkəməsi hansı sübuta əsasən bu qənaətə gəlməsini qətnamədə göstərməmişdir. Mülki Məcəllənin 175.1-ci maddəsinin mənasına görə, özgənin sahibliyində olan sahədən zəruri yol və keçid ilk növbədə o, qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Eyni zamanda həmin Məcəllənin 175.2-ci maddəsində göstərilir ki, sahələrindən zəruri yol və ya birlişdirici xətt keçəcək qonşulara mü vafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. Həmçinin nəzərə alınmalıdır ki, servitut- bir və ya bir neçə qonşu (özgə) torpaq sahələrindən məhdud istifadə hüququdur. Torpaq sahəsi üzərində servitutla bağlı münasibətlər Torpaq Məcəlləsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nizama salınır; Servituttorpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında razılaşma ilə, yaxud məhkəmənin qərarı ilə müəyyən edilə bilər; Torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin öz sahəsinə xidmət göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulmasını tələb etmək, o cümlədən məhkəmə qaydasında tələb etmək hüququ vardır; Torpaq sahəsin ə aşağıdakı servitutlar müəyyən edilə bilər: torpaq sahəsindən piyada və ya nəqliyyat vasitəsilə keçmək; qanunvericiliyə zidd olmayan hallarda torpaq sahəsi üzərində digər servitutlar və sair; Servitutlar, onların müəyyən edildiyi torpaq sahəsinə mümkün qədər az məhdudiyyətlər yaradan üsullarla həyata keçirilməlidir (Torpaq Məcəlləsinin 54-cü maddəsinin 1-5-ci hissələri). Apellyasiya instansiyası məhkəməsi sadalanan normaların təfsirində səhvə yol verərək, iddiaçının öz sahəsindən ictimai yola zəruri keçidi olmadığı üçün bilavasitə qonşusu olan cavabdehdən tam əvəzi ödənilməklə zəruri keçid ayrılmasını tələb etməsinə, qanunvericiliyə görə torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında razılaşma olmadıqda, servitutun məhkəmənin qərarı ilə müəyyən edilə bilməsinə əhəmiyyət vermədən, eləcə də qonşuluq münasibətləri ilə əlaqədar iddiaçının keçid verilməsini hansı qonşudan tələb edə bilməsinin daha yolverilən olmasını, bir sözlə keçidin daha az zərər vura biləcəyi qonşunu müəyyən etmədən, yalnız cavabdehin gətirdiyi arqumentlərlə razılaşaraq iddianı rədd etməsi, əslində iddiaçını bağ sahəsindən onun faydalı təbii xassələrini hasil etmək, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkandan məhrum etmişdir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olu nmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən həqiqi hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırıla n sübutlara MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 may 2019-cu il tarixli, 2(103)-4766/2019 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar