Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6454/2021 21.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh2 qarşı iş üzrə QƏRARİ İş № 2(102)-6454/21 (Açar sözlər: torpaq sahəsinin geri alınması ) Bakı şəhəri, 21 dekabr 2021-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçının vəkili X2 oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-888/2021 nömrəli 06.05.2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Qəbələ rayonu, Zarağan kəndində yerləşən 105.00 kv.m torpaq sahəsi Qəbələ rayon Zarağan Bələdiyəsinin 05.12.2006-cı il tarixli 14 saylı qərarına əsasən İddiaçı satılmış, onun adına torpağa dair plan-ölçü verilmişdir. Cavabdehlər qeyd olunan ərazini qanunsuz şəkildə zəbt edərək dəmir konstruksiya quraşdırmışlar. Ona görə iddiaçı mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı hazırkı tələblə məhkəməyə müraciət etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonu Zarağan bələdiyyəsinin 05 dekabr 2006-cı il tarixli qərarı ilə satılmış torpaq sahəsindən cavabd ehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması, orada cavabdehlər tərəfindən quraşdırılmış dəmir konstruksiyanın öz vəsaitləri hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Qəbələ Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli, 2(025)-13/2021 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə İddiaçı Cavabdeh1 qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair hissəsi ayrıca icraata ayrılmaqla baxılması, işə yeni qeydiyyat nömrəsi verilməsi qərara alınmışdır.
4. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, ticarət obyekti inşa etmək məqsədilə torpaq sahəsi almaq üçün 2006-cı ildə Qəbələ rayonu Zarağan bələdiyyəsinə müraciət etmişdir. Bələdiyyə onun müraciətini müsbət cavablandırmış və ona torpaq sahəsi satılması barədə 05 dekabr 2006-cı il tarixdə qərar qəbul etmişdir. Ona satılan torpaq sahəsi qanunvericiliyin tələbinə uyğun olaraq yerində müəyyən olunmuş, o vaxt qüvvədə olmuş qanunvericiliyə əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəyi alınmış, plan-sxemi tərtib olunmuşdur. Bundan sonra onunla bələdiyyə arasında torpaq sahəsinin alqı-satısına dair müqavilə bağlanmışdır və o, torpaq sahəsinin pulunu tam ödəmişdir. Eyni zamanda ona satılmış torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün DTXK Qəbələ rayon şöbəsi tərəfindən A seriyalı 282456 №-li «Torpaq sahəsinin planı və ölçüsü» sənədi hazırlanmış və X3 kitabında 10 avqust 2010-cu il tarixdə qeydiyyata alınmışdır. Bundan sonra a ldığı torpaq sahəsində ticarət obyekti inşa etmək üçün qanuna uyğun olaraq ilk növbədə müvafiq dövlət nəzarəti orqanları ilə, o cümlədən Qəbələ rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi ilə razılışdarmaqla tikintini inşa etməyə başlamışdır. Lakin tikintini başa çatdırmamış Qəbələ rayon İcra Hakimiyyətinin nümayəndələri gəlib tikintini sökəcəklərini bildirmişlər. O, bu tikintini onlarla razılaşdırıb inşa etməyə başladığını, tiktnti üçün onun imkanları baxımından külli vəsait qoyduğunu bildirdi və tikintinin sökülməli olması barədə ona rəsmi sənəd verməyi, sökülmə tələbini əsaslandarmağı təklif etdi. Lakin onlar hədə-qorxu tonunda danışaraq tikintini nəyin bahasına olursa olsun sökəcəklərini bildirdilər. O, heç olmasa söküləcək obyektin tikinti materiallarını yığmaq üçün ona başqa yerdə torpaq sahəsi verməyi təklif etdi. Lakin bu təklifi də nəticəsiz qaldı. Beləliklə, Qəbələ rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdirinin bilavasitə tapşırığı və iştirakı ilə onun inşa etdiyi mağaza binası söküldü. Sökülən tikinti materialları da kürünüb dağıdıldı. Səlahiyyətli dövlət məmurunun özbaşına, qanunazidd əməlləri nəticəsində ona külli miqdarda maddi ziyan vuruldu. Bundan istifadə edən cavabdehlər heç bir hüquqi əsas olmadan ona verilmiş torpaq sahəsini qanunsuz zəbt edərək, Saqi Bağırov orada dəmir konstruksiya quraşdırmış, Allahverdi Allahyerdiyev isə əsaslı tikinti aparmağa başlamışdır. Dəfələrlə tələb etməyinə baxmayaraq, onlar torpaq sahəsindən çıxmaqdan imtina ediblər. Bununla da cavabdehlər onun qanunla qorunan hüquqlarını pozmuşdur.
5. Qəbələ Ra yon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(025)-13/2021 nömrəli (hakim E.İsayev) qətnaməsi ilə iddia tələbi təmin edilərək, İddiaçı Qəbələ rayonu Zarağan Bələdiyyəsinin 5 dekabr 2006-cı il tarixli qərarı ilə satılmış 105 kv.m torpaq sahəsinin 66,3 kv.m hissəsindən Cavabdeh2 çıxarılmış, həmin torpaq sahəsində Cavabdeh2 tərəfindən quraşdırılmış dəmir konstruksiyanın (çardaq) öz hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi, ekspertiza tədqiqatının dəyəri olan 300 manatın Cavabdeh2 tutularaq “X1” MMC tərəfindən təqdim edilmiş hesaba köçürülməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
1. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi; 29-cu maddəsinin İ hissəsi; 29cu maddəsinin İİ hissəsi; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 152.2, 152.4, 152.5-ci maddələrinə istinad etmişdir.
2. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti vermişdir. a) Apelyasiya instansiyası məhkəməsindəki icraat
3. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İ.Şükürov sədrlik edən və məruzəçi, Ə.Məcidov və A.Mahmudov) 06.05.2021-ci il 2(107)-888/2021 saylı qətnaməsi ilə Apelyasiya şikayəti təmin edilməmiş; Qəbələ Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(025)-13/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
5. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh2 kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri
6. Cavabdeh2 apelyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının iddiası təmin edilərkən mühüm əhəmiyyəti olan faktiki hallar aydınlaşdırmamış və mübahisəni tənzimləyən qanunvericiliyin tələblərinə əməl edilməmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Beləki, o, torpaq sahəsini özbaşına zəbt etməmiş və müvafiq icra hakimiyyəti başçısının məcburi köçkünlərlə görüşü zamanı məskunlaşdıqları ə razinin ətrafını abadlaşdırmaqla bağlı çağırışına uyğun olaraq torpaq sahəsini istifadə etmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
9. İddiaçının vəkili X2 oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası:
11. Maddə.
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
12. Maddə.
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
13. Maddə. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
14. Maddə. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
15. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi:
16. Maddə. 111.1 Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
17. Maddə.111.2 Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri, qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halla rı sübut etməlidir.
20. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
21. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
22. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüqu q normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
25. Belə ki, məhkəmələr tərəfindən müəyyən olunmuşdur ki, iddia ərizəsində ı qeyd olunan Qəbələ rayonu, Zarağan kəndində yerləşən 105.00 kv.m torpaq sahəsi Qəbələ rayon Zarağan Bələdiyəsinin 05.12.2006-cı il tarixli 14 saylı qərarına əsasən İddiaçı satılmışdır. Cavabdeh qeyd olunan ərazini qanunsuz şəkildə zəbt edərək dəmir konstruksiya quraşdırmışdır. Cavabdeh iddiaçının həmin torpaq sahəsindən istifadə etməsinə maneə yaradır, bununla da iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını pozur.
26. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə tikinti-texniki ekspertizası keçirilmiş və ekspert rəylərinə əsasən iddiaçının təqdim etdiyi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı № 282456 saylı Torpaq sahəsinin planı və ölçüsünə əsasən Qəbələ rayonu Zarağan kəndində İddiaçı məxsus 105.00 kv.m torpaq sahəsinin 66.3 kv.m hissəsinin Cavabdeh2 istifadə edərək orada dəmir konstrusiya (çardaq) quraşdırması, 38.7 kv.m hissəsinin isə Cavabdeh1 tərəfindən hasara alınaraq faktiki istifadə olunması təsdiq edilmişdir.
27. Göründüyü kimi cavabdehin istifadə etdiyi torpaq sahəsini n iddiaçıya məxsus sahə olması təsdiq olunur. Eyni zamanda cavabdehin həmin sahəni qanunsuz istifadə etməsi də təsdiq olunur. Çünki, həmin torpaq sahəsinə dair cavabdehin heç bir hüquqverici sənədi mövcud deyil.
28. Beləliklə, iddiaçı Mülki Məcəllənin 157.2. maddəsinə əsasən öz əmlakını geri tələb etməkdə haqlıdır. Həmin normanın dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç əsas şərtin mövcudluğu tələb olunur: 1) iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; 2) əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; 3) özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır.
29. Hazırkı işdə iddiaçı qeyd olunan normanın dispozisiya şərtlərində nəzərdə tutulan hər üç şərti sübuta yetirə bilmişdir.
30. Nəzərə almaq lazımdır ki, mülki mühakimə icraatında hər bi r tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, işə baxan məhkəmə isə qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır.
31. Torpaq sahəsinin müvafiq icra hakimiyyəti başçısının çağırışı ilə istifadə etmələri ilə bağlı cavabdehin dəlili əsassız olduğu üçün məhkəmə kollegiyası onunla bağlı ətraflı dəyərləndirmə aparılmasına zərurət görmür.
32. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, Apellyasiya instansiyası Məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.
33. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qə rara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-888/2021 nömrəli 06.05.2021-ci il tarixli qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.