Məhkəmə qərarları › İş №2(102)-6457/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6457/2019

31.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6457/2019 31.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X10 və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator Cavabdeh, vəkili Vəkil2, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 aprel 2019-cu il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(004)-5548/2018, hakim A.S.Məmmədov) İddiaçı Cavabdeh qarşı iddiası t əmin edilmiş, cavabdehdən 17.100 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 aprel 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-4644/2019, hakimlər Ş.Ə.Məhərrəmova, E.Y.Şamayev, X.Ə.Sarıyev) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşin halları: 08 iyun 2018-ci il tarixdə İddiaçı Cavabdeh qarşı pulun qaytarılması tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2017-ci ilin dekabr ayında cavabdeh ona 17.100 manata “Kia Gerato” markalı avtomobili satmışdır. A vtomobilin mülkiyyətçisi X4 ərizəsi əsasında Bakı şəhəri, Sabunçu RPİ-nin 13-cü PB-də aparılan araşdırılma zamanı bəlli olmuşdur ki, bu maşın ərizəçinin kredit müqaviləsinə əsasən “xxxx”-də girov qoyularaq pul götürülmüş və sonradan onun verdiyi etibarnamə əsasında bir neçə dəfə mühərrik, ban və dövlət qeydiyyat nömrələri saxta yolla dəyişdirilərək bir neçə adama satılmış və sonuncu aldanan alıcı isə o olmuşdur. PB-də ərizə üzrə materiallara baxılaraq, 08 may 2018-ci il tarixli Qərarla cinayət işinin başlanması rədd edilmişdir. Bütün adıkeçən şəxslərin izahatları alınmış və cavabdehin öz etirafı ilə təsdiq edilmişdir ki, məhz həmin avtomobili cavabdeh ona 17.100 manata satmışdır və bu problem haqqında xəbərsiz olmuşdur. Həmin qərarla avtomobil alınaraq kreditora, yəni “xxxx”-yə qaytarılm ışdır. Belə olan halda, cavabdeh ona 17.100 manat ziyan vurmuşdur. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassasitor şikayətini onunla əsaslandırmışdır ki, o, avtomobl ticarəti ilə məşğul olmaqla, davamlı olaraq təmiri aşağı səviyyədə olan avtomobilləri sahibindən götürərək həmin avtomobillərin təmirinə müəyyən qədər xərclər çəkərək avtomobilin satışını həyata keçirir. Hazırki işdə isə, qeyd edilən avtomobili o, X5 15.600 manata almış, daha sonra avtomobilin təmiri üçün müəyyən qədər pul xərcləmişdir. Bundan sonra isə qeyd edilən avtomobili iddiaçıya sataraq cavabdeh 600 manat dəyərində gəlir əldə etmişdir. Hazırki iddianın təmin olunacağı təqdirdə o X9 qarşı iddia qaldırm aq məcburiyyətində qalır. Bu halda isə onun iddiası 15.600 manat həddində təmin ediləcəkdir. Nəticədə o avtomobilin təmirinə çəkilmiş vəsaiti itirmiş olur ki, bu da mülki dövriyyənin prinsiplərinə ziddir. Digər tərəfdən, o ümumiyyətlə iddiaya cavab verməli olan şəxs deyildir. Belə ki o avtomobilin mülkiyyətçisi olmamışdır, yalnız etibarnamə əsasında təmsilçi olmuşdur. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iddiaçı vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəll əsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, “Kia Gerato” markalı avtomobil “xxxx” ASC ilə X7 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq, banka girov qoyulmuşdur. Həmin avtomobil sonuncu tərəfindən etibarnamə əsasında, yəni pərdələnmiş alqı-satqı müqaviləsi ilə başqasına satılmış, nəticə etibarilə eyni avtomobil hər yeni “alıcı” tərəfindən digərinə satılaraq, sonuncu olaraq, hazırki iş üzrə cavabdeh tərəfi ndən iddiaçıya 17100 manata satılmışdır. X4 polis orqanlarına şikayəti əsasında araşdırma aparılmış, cinayət işinin başlanmasının rədd edilməsi və avtomobilin Məmməd Şıxıyevin yaranmış borcunun ödənilməsinin təmin olunması məsələsi mülki qanunvericiliyə əsasən həll olunana qədər saxlanılması üçün «xxxx» ASC-yə qaytarılması qərara alınmışdır. Həmin qərardan görünür ki, “...avtomobil ilk olaraq 3200 manata X1. Elfat Həsənov öz növbəsində Daşqın Hüseynov vasitəsi ilə Fəqan Heydərova, o isə 3200 manata Zülfüqar adlı şəxsə heç bir sənədləşmə aparılmadan satmışdır. Zülfüqar adlı şəxsdən avtomobili X11 13800 manata almış və 2017-ci ilin aprel ayında X2 13500 manata satmışdır. Fərhad Abdullayev avtomobili həmin qiymətə X9, o isə öz növbəsində 2017-ci ilin dekabr ayında Cavabdeh 15600 manata satmış dır. Cavabdeh avtomobili alıb bir müddət istifadə etmiş, 2017-ci ilin dekabr ayında 17100 manata İddiaçı satmışdır.” Habelə, həmin qərarda qeyd edilik, “Hüquqi qiymət veriləsi digər məsələ avtomobili sonuncu olaraq 17100 manata almış İddiaçı avtomobilin götürülməsi ilə əlaqədar onu ziyanın dəyməsidir. Alqı-satqı müqaviləsi mülki qanunvericiliyin predmeti olduğundan və Məmməd Şıxıyev ipoteka ilə yüklü edilmiş avtomobili satdığından İddiaçı etibarnamə ilə pərdələnmiş alqı-satqı müqaviləsinin ləğv olunması, pulun geri alınması kimi iddialar qaldırmaq hüquqları yaranır. Avtomobilin isə Məmməd Şıxıyevin ərizəsi əsasında «xxxx» ASC-nə qaytarılması məqsədəmüvafiqdir.” Göründüyü kimi, ipoteka ilə yüklü edilmiş avtomobilin cavabdeh tərəfindən etibarnamə əsasında iddiaçıya verməklə 17100 manat alm ası, həmin avtomobilin kredit alan X4 polis orqanlarına etdiyi şikayət əsasında aparılmış araşdırmanın nəticəsi olaraq, «xxxx» ASC-yə qaytarılması işin mübahisəsiz hallarını təşkil edir. Öhdəliklərin əmələ gəlməsi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinin tələblərinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas v ə ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçıdan 17.100 manat pul alaraq varlanmışdır. Hazırki mübahisə üzrə cavabdeh varlanmış şəxs, iddiaçı isə məhrum olan hesab edilməklə cavabdeh əldə etdiyi həmin məbləği iddiaçıya qaytarmalıdır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosesual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlər ə əsasən və Azərbaycan RespublikasınınMülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar