Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6457/2022 27.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlkin iddia üzrə İddiaçı – cavabdehlər Cavabdeh1 MMCyə və Cavabdeh2 qarşı ilkin, iddiaçı Cavabdeh1 MMC-nin cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə Açar sözlər: müqavilənin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “əqdin etibarsız hesab edilməsi və pulun ödənilməsi” barədə ilkin iddiası və Cavabdeh1 MMC-nin cavabdeh İddiaçı qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hes ab edilməsi və pulun tutulması” barədə qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4950/2022 nömrəli, 20 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı verdiyi kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh1 MMC arasında 01 iyul 2021-ci il tarixli “Hüquqi yardımın göstərilməsi haqqında” müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə Cavabdeh1 MMC, İddiaçı mərhum əri Liu Xınandan miras qalmış əmlakların vərəsəlik qaydasında keçməsi üçün sənədlərin toplanması, araşdırılması, sorğuların idarələrə, dövlət qurumlarına, səfirliklərə, xarici dövlətlərin müvafiq qurumlarına və Azərbaycandakı səfirliklərinə göndərilmə si, vərəsəyə çatacaq əmlakın tapılması, sənədləşdirilməsi və digər hərəkətlərdən ibarət öhdəlik götürmüşdür. Həmçinin İddiaçı hüquqi yardıma görə ödənilən haqq kimi vərəsəlik işi qismən və ya tam həll edildikdən sonra ona çatası bütün əmlakın 10 faizi məbləğdə ödəniş etməyi öhdəsinə götürmüşdür.
2. Həmin müqavilə münasibətləri ilə bağlı tərəflər arasında mübahisə yarandığına görə, İddiaçı bu müqavilə çərçivəsində Cavabdeh2 verdiyi 09 sentyabr 2021-ci il tarixli etibarnaməni 31 yanvar 2022-ci il tarixində, 23 iyun 2021-ci il tarixli etibarnaməni isə 07 avqust 2021-ci il tarixində ləğv etdirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması ba rədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh1 MMC arasında 01 iyul 2021-ci il tarixli “Hüquqi yardımın göstərilməsi haqqında” müqavilənin etibarsız hesab edilməsi, cavabdehlərə ödənilmiş 13500 manat pulun, hüquqi yardıma görə vəkilə ödənilmiş 500 manat pulun, dövlət rüsumuna görə ödənilmiş 132 manat pulun cavabdehlərdən müştərək qaydada tutulması və ünvan 1 ünvanında yerləşən 3-cü mərtəbədə yerləşən 200 kv.metr sahəsi olan 4 otaqdan ibarət 8 nömrəli mənzilə dair 11 yanvar 2022-ci il tarixli 8 nömrəli müqavilənin əslinin və həmin mənzilə dair 180000 manat ödənilməsinə dair 11 yanvar 2022-ci il tarixli maliyyə arayışının əslinin, ünvan 3 binanın yanındakı ərazidə yerləşən binanın 11-ci mərtəbəsində sahəsi 147 kv.metr olan 3 otaqdan ibarət 57 nömrəli mənzilə dair 11 yanvar 2 022-ci il tarixli 55 nömrəli müqavilənin əslinin və həmin mənzilə dair 132300 manat ödənilməsinə dair 11 yanvar 2022-ci il tarixli maliyyə arayışının əslinin, ünvan 3 binanın yanındakı ərazidə yerləşən binanın 13-cü mərtəbəsində 147 kv.metr sahəsi olan 3 otaqdan ibarət 67 nömrəli mənzilə dair 11 yanvar 2022-ci il tarixli 67 nömrəli müqavilənin əslinin və həmin mənzilə dair 132300 manat ödənilməsinə dair 11 yanvar 2022-ci il tarixli maliyyə arayışının əslinin Cavabdeh1 MMC-dən məcburi qaydada alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İlkin iddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" MMC” arasında 01 iyul 2021ci il tarixli “Hüquqi yardımın göstərilməsi haqqında” müqavilə bağlanmışdır, iddiaçı tərəfindən cavabdehlərə 11 avqust 2021-ci il tari xdə 8000 manat, 13 dekabr 2022-ci il tarixdə 5500 manat olmaqla cəmi 13500 manat pul ödənilmişdir. Ödənilmiş pulların qarşılığında cavabdehlər iddiaçıya vərəsəlik işi üzrə hüquqi yardım göstərməyi öhdəsinə götürmüşdür. Lakin keçən müddət ərzində iddiaçıya vərəsəlik işi üzrə hüquqi yardım göstərilməmişdir. "xxxx" MMC ilə İddiaçı arasında 01 iyul 2021-ci il tarixli “Hüquqi yardımın göstərilməsi haqqında” müqavilənin tarixi həqiqəti əks etdirmir. Belə ki, İddiaçı 30 iyun 2021-ci il tarixdə Türkiyəyə getmiş, 11 iyul 2021-ci il tarixdə Azərbaycana qayıtmışdır. Beləliklə, 01 iyul 2021-ci il tarixində iddiaçı Azərbaycanda olmamışdır və fiziki cəhətdən onun müqaviləni imzalaması mümkün deyildi. Bundan əlavə, müqavilənin yalnız sonuncu vərəqi imzalanıb möhürlənmiş, qalan vərəqlərdə isə imza və möhü r yoxdur. Cavabdehlər iddiaçıya faktiki olaraq heç bir hüquqi yardım göstərməmişdir. Sonda isə iddiaçıya məlum olmuşdur ki, Cavabdeh2 iddiaçının mərhum əri Liu Xınandan miras qalmış əmlakların hamısını İddiaçı adına rəsmiləşdirməyə cəhd etmişdir ki, gələcəkdə həmin əmlakın dəyərinə uyğun özünə qonorar alsın. Halbuki, İddiaçı qaynanasının da mirasda pay hüququ olmuşdur. Həmçinin İddiaçı sonradan məlum olmuşdur ki, həmin MMC-nin səlahiyyətli nümayəndəsi olan Cavabdeh2 dələduzluğa görə əvvəllər azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxsdir. Bütün bunlar İddiaçı mənafeyinə uyğun olmadığına görə o, Cavabdeh2 verdiyi etibarnaməni ləğv etdirmişdir. Bundan əlavə, İddiaçı "xxxx" MMC ilə müqavilə bağlamazdan və Cavabdeh2 etibarnamə verməzdən öncə vərəsəlik işi açılması üçün Bakı şəhəri 46 saylı no tariat ofisinə müraciət etmiş və 9 aprel 2021 tarixdə 38/2021 nömrəli vərəsəlik işi açılmışdır. İddia ərizəsində qeyd olunan İddiaçı Cavabdeh2 təqdim etdiyi sənədlər sonuncuda qaldığına görə o, sənədlərin geri qaytarılmasını tələb etmiş, lakin Cavabdeh2 sənədləri geri qaytarmaqdan boyun qaçırmışdır. Buna görə də İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuş, bu məqsədlə 132 manat dövlət rüsumu və hüquqi yardım göstərilməsi üçün vəkilə 500 manat pul ödəmişdir.
5. Cavabdeh1 MMC cavabdeh İddiaçı qarşı hüquqi xidmətin dəyərinin cavabdehdən alınıb iddiaçıya verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərilmiş hüquqi xidmətin dəyəri olaraq 169853 manat pulun və 460 manat dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 01 iyul 2021-ci il tarixli “Hüquqi yardımın göstərilməsi haqqında” müqavilənin 1-ci və 2-ci bəndlərinə əsasən "xxxx" MMC ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC-yə həvalə edilən tapşırıq vərəsəlik işi ilə bağlı sənədlərin toplanması, araşdırılması, sorğuların müvafiq idarələrə, dövlət qurumlarına, xarici dövlətlərin səlahiyyətli orqanlarına və Azərbaycan Respublikasındakı səfirlik və digər diplomatik nümayəndəliklərinə göndərilməsi, vərəsəyə çatacaq əmlakların tapılması, sənədləşdirilməsindən ibarət olmuşdur. Həmin müqavilənin 2.1- ci bəndinə əsasən hüquqi yardıma görə vərəsəlik işi həm qismən, həm də tam həll edildikdən sonra İddiaçı tərəfindən ona çatacaq payın (bütün əmlakın) 10%-i məbləğində mükafat (qonarar) "xxxx" MMC-yə ödənilməlidir. Qeyd olunan müqavilə üzrə "xxxx" MMC üzərinə düşən öhdəliyi lazımi qaydada həyata keçirsə də, İddiaçı müqavilə üzrə hüquqi xidmətlərə görə qonorar ödəməkdən qərəzli olaraq yayınmışdır. Belə ki, göstərilmiş hüquqi xidmət nəticəsində İddiaçı mərhum əri Çin Xalq Respublikasının vətəndaşı Liu Xinan tərəfindən “Ojag Construction" MMCdən alınmış ünvan 3 evin ümumi sahəsi 147 kv.metr olan 55 saylı mənzili, həmin mənzilə görə 132300 manat pulun ödənildiyi, ünvan 3 evin ümumi sahəsi 147 kv.metr olan 67 saylı mənzili, həmin mənzilə görə 132300 manat pulun ödənildiyi və ünvan 1 saylı evin ü mumi sahəsi 200 kv.metr olan 8 saylı mənzili, həmin mənzilə görə 180000 manat pulun ödənildiyi müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən "xxxx" MMC-dən alınmış maliyyə arayışlarına uyğun olaraq qeyd olunan mənzillərin ümumi dəyərinin 444600 manat olması və həmin mənzillərin, habelə onların ümumi dəyərinin 7/8 hissədə payın İddiaçı məxsus olması nəzərə alınaraq cavabdehdən göstərilmiş hüquqi xidmətə görə ona məxsus payın dəyəri olan 389000 manatın 10% məbləğində, yəni 38900 manat məbləğində xidmət haqqı tələb edilmişdir. Bununla yanaşı göstərdikləri hüquqi xidmətlər nəticəsində İddiaçı mərhum əri Liu Xinanın adına Azərbaycan Respublikasında açılmış müxtəlif bank hesablarında müxtəlif valyutalar şəklində pul vəsaitləri aşkar edilərək həmin məbləğlərin Azərbaycan manatına ekvivalenti şəklində 40858 manat müəyyən edilmiş, habelə həmin məbləğin 10 % miqdarında, yəni 4085 manat pulun cavabdehdən xidmət haqqı tələb edilmiş, lakin o həmin məbləği də ödəməkdən qərəzli boyun qaçırmışdır. Eyni zamanda göstərdiyi hüquqi xidmətlər nəticəsində İddiaçı mərhum əri Liu Xınan tərəfindən nikahdan əvvəl alınmış ünvan 2 ünvanında yerləşən mənzilin 3/4 hissəsinin dəyəri olaraq 120000 manat pulun 10% məbləğində İddiaçı xidmət haqqı tələb edilmiş, lakin onun tərəfindən müəyyən bəhanələr gətirilərək heç bir məbləğdə ödəmə aparılmamışdır. Həmçinin, göstərdikləri hüquqi xidmətlər nəticəsində qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı mərhum əri Liu Xınan tərəfindən Türkiyə Respublikası İstanbul əyaləti Bakırköy şəhəri, Zeytinlik məhəlləsi, 564-cü ada, 50 saylı evin ümumi sahəsi 119,27 kv.metr olan 181 saylı mənzilinin alındığı və həmin mənzilin tikinti müqaviləsinə əsasən 826000 ABŞ dolları məbləğində olduğu müəyyən edilmişdir. Hazırda İddiaçı mərhum əri Liu Xinan tərəfindən Yunanıstan Respublikasında alınmış iki mənzilin və Çin Xalq Respublikasında yerləşən qeyri-yaşayış sahələrinin yerinin və dəyərinin öyrənilməsi istiqamətində tərəflərindən araşdırmalar aparılır. Buna görə də həmin əmlaklarla bağlı lazımi sənədləri məhkəməyə təqdim edə bilmirlər. Həmin sənədlər məhkəməyə təqdim olunduqdan sonra hazırkı iddia tələblərinin həcminin artırılması istisna edilmir. Qarşılıqlı iddia tələbi üzrə cavabdeh tərəfindən hal-hazıradək 8000 manat məbləğində hüquqi xidmətlərə görə ödəniş həyata keçirilmişdir. Qarşılıqlı iddia tələbi üzrə cavabdehin 5500 manat kimi iddia ərizəsində qeyd etdiyi və saiti cavabdeh özü şəxsən mərhum əri Liu Xinan tərəfindən ödənilməmiş qalmış vəsaitin əvəzində "xxxx" MMC-yə ödəniş etmiş və bu barədə həmin MMC-dən qəbzlər alınmışdır. YYYMMC tərəfindən İddiaçı göstərilmiş hüquqi xidmət nəticəsində sonuncunun 778533 manat dəyərində əmlaka vərəsəlik qaydasında sahib olacağı müəyyən edilmişdir. Buna görə də, ödənilmiş 8000 manat pul nəzərə alınmaqla qarşılıqlı tələbləri üzrə cavabdeh İddiaçı göstərilmiş hüquqi xidmətin dəyəri olaraq 169853 manat (177853 -8000 = 169853) və dövlət rüsumu olaraq ödənilmiş 460 manat pul vəsaiti tutularaq YYYMMC-nin xeyrinə ödənilməlidir.
7. İş materiallarında olan 11 yanvar 2022-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, ünvan 3 ünvanda yerləşən yaşayış binası "xxxx" MMC-yə məxsusdur. İddiaçı həmin mənzil üzrə ödəni lməmiş borcu yoxdur. Eyni zamanda iş materiallarında olan 045942 və 045940 nömrəli "xxxx" tərəfindən verilmiş 12 yanvar 2022-ci il tarixli kassa mədaxil orderlərinin surətinə əsasən mənzilin addan ada keçirilməsi üçün İddiaçı tərəfindən MMC-yə ümumilikdə 5400 manat pul ödənilmişdir.
8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli e-2(009)-650/2022 saylı qətnaməsi ilə (hakim İlkin Rüstəmli) ilk iddia təmin edilmiş, qarşılıqlı iddia isə rədd edilmişdir.
9. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, müqavilə bağlanan zaman İddiaçı ölkə hüdudlarında olmadığından onun 01 iyul 2021-ci il tarixdə fiziki olaraq sözügedən müqaviləni imzalaması mümkün deyildir. Bundan başqa, Cavabdeh2 izahatında müqavilənin 01 iyul 2021-ci il tarixdə deyil, başqa bir tari xdə imzalandığını qeyd etsə də, bunu təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən müqavilə tərəflərdən biri kimi qeyd olunan İddiaçı iradəsini ifadə etmədiyindən və hansı şəraitdə bağlandığı müəyyən olunmadığından öz-özlüyündə etibarsız hesab edilməlidir. Sözügedən məbləğin cavabdeh tərəfindən iddiaçıdan alınması isə işin mübahisəsiz halı olduğundan məhkəmə həmin pulun hansı səbəbdən cavabdehlərdən iddiaçının xeyrinə tutulmasına münasibətdə isə qeyd edir ki, cavabdehin özünün də bildirdiyi kimi 8000 manat məbləğində pul vəsaiti İddiaçı tərəflər arasında bağlanmış 01 iyul 2021-ci il tarixli müqavilənin şərtlərinə uyğun olaraq göstərilmiş hüquqi xidmətin müqabilində alınmışdır. Lakin sözügedən 01 iyul 2021-ci il tarixli müqavilə etibarsız müqavilə hesab e dildiyindən həmin pul məbləği, habelə əlavə ödənilmiş 5500 manat pul vəsaiti də qanunvericiliyin tələbinə uyğun olaraq cavabdehlərdən İddiaçı xeyrinə tutulmalıdır.
10. Qarşılıqlı iddia tələbini rədd edərkən məhkəmə hesab etmişdir ki, iddiaçının qarşı tərəfdən onun xeyrinə tutulmasını tələb etdiyi ödənişin əsasında tərəflər arasında bağlanmış 01 iyul 2021-ci il tarixli müqavilə durduğundan və həmin müqavilə hazırda etibarsız hesab edildiyindən İddiaçı MMC qarşısında icra edilməmiş hər hansı bir öhdəliyi qalmır. Bundan başqa MMC qarşılıqlı iddia ərizəsində İddiaçı razılaşdırılmış hüquqi yardıma görə müxtəlif xidmətlər (yazışmalar, sorğular) göstərdiyini qeyd etsə də, bu halı təsdiq edə biləcək hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 162, 164.2, 337.2, 337.5, 339.2, 339.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələblərinin təmin olunmasını xahiş etmişdir.
13. Apellyasiya şikayətinin məzmunu qarşılıqlı iddia ərizəsinin məzmunu ilə eyni olmaqla belə əsaslandırılmışdır ki, məhkəmə ilk iddianı təmin edib qarşılıqlı iddianı rədd edərkən iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi hüquq normalarını pozmuşdur.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4950/2022 nömrəli, 20 sentyabr 202 2-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Ə.Kərimli (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və E.C.Kazımov) Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli e-2(009)-650/2022 saylı qətnaməsi qismən, yəni ilkin iddia tələbinin təmin edildiyi, “İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 01 iyul 2021-ci il tarixli “Hüquqi yardımın göstərilməsi haqqında” müqavilə etibarsız hesab edilməsi, 13500 manat məbləğində pul vəsaitinin Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada tutulub İddiaçı ödənilməsi” hissələrində ləğv edilməsi, həmin hissələrdə iddia tələbinin rədd olunması qət edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsasla ndırmışdır ki, iş materiallarından göründüyü kimi İddiaçı ilə Cavabdeh1 MMC arasında 01 iyul 2021-ci il tarixli “Hüquqi yardımın göstərilməsi haqqında” 01 saylı müqavilə bağlanmış, İddiaçı tərəfindən Cavabdeh2 23 oyun və 09 sentyabr 2021-ci il tarixlərdə etibarnamə verilmişdir. Müqavilənin məzmunu İddiaçı mərhum əri Liu Xınandan miras qalmış əmlakların vərəsəlik qaydasında keçməsi üçün sənədlərin toplanması, araşdırılması, sorğuların idarələrə, dövlət qurumlarına, səfirliklərə, xarici dövlətlərin müvafiq qurumlarına və Azərbaycandakı səfirliklərinə göndərilməsi, vərəsəyə çatacaq əmlakın tapılması, sənədləşdirilməsi və digər hərəkətlərdən ibarət olmuşdur.
16. İlkin iddia tələbinin bu dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, müqavilə bağlanan gün İddiaçı Azərbaycan Respublikasınd a olmaması və ya müqavilənin ikinci və üçüncü səhifələrinin imzalanıb möhürlənməməsi həmin müqavilənin etibarsız hesab edilməsinə əsas ola bilməz. Müqavilənin üçüncü səhifəsi həm Cavabdeh1 MMC-nin direktoru, həm də İddiaçı tərəfindən imzalanmış, MMC-nin möhürü ilə təsdiq olunmuşdur. İddiaçı müqaviləni bəyənərək görüləcək işlərin müqabilində Cavabdeh1 MMC-yə 11 avqust 2021-ci il tarixdə 8000 manat, həmin MMC-nin 18 iyun 2021-ci il tarixli etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Cavabdeh2 isə 13 dekabr 2021-ci il tarixində 5500 manat pul ödəmişdir. Digər tərəfdən İddiaçı həmin MMC ilə hüquqi yardım haqqında İddiaçı ödədiyi 5500 manat pulun 5400 manat hissəsi 045942 və 045940 nömrəli "xxxx" tərəfindən verilmiş 12 yanvar 2022-ci il tarixli kassa mədaxil orderlərinin surətinə əsasən mənzilləri n addan ada keçirilməsi üçün İddiaçı adından MMC-yə ödənilmişdir.
17. Müqavilə çərçivəsində hüquqi yardımın göstərilməsi üçün vəkil sorğularının göndərilməsi məqsədilə 03 iyul 2021-ci il tarixdə Cavabdeh2 ilə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X1 arasında hüquqi yardımın göstərilməsi haqqında 882 saylı müqavilə imzalanmışdır.
18. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 01 iyul 2021-ci il tarixli “Hüquqi yardımın göstərilməsi haqqında” 01 saylı müqavilənin etibarsız hesab edilməsinə əsas olmadığından, bu əsasla, yəni əqdin etibarsızlığından irəli gələn nəticə kimi ödənilmiş 13500 manat pulun geri qaytarılması barədə tələb də təmin edilə bilməz.
19. Buna görə də kollegiya hesab etmişdir ki, müqavilənin ləğv olunmasından irəli gəlməklə ödənilmi ş pulun geri qaytarılması barədə tələb təmin oluna bilməz. Bu səbəbdən, mübahisələndirilən qətnamə müqavilənin etibarsız hesab edilməsi və ödənilmiş 13500 manat pulun geri qaytarılması hissələrində ləğv edilməli, həmin hissələrdə iddia rədd edilməlidir.
20. Qətnamənin hüquqi yardıma görə ödənilmiş 500 manat pulun, dövlət rüsumuna görə ödənilmiş 132 manat pulun cavabdehlərdən müştərək qaydada tutulması və ünvan 1 ünvanında yerləşən 3-cü mərtəbədə yerləşən 200 kv.metr sahəsi olan 4 otaqdan ibarət 8 nömrəli mənzilə dair 11 yanvar 2022-ci il tarixli 8 nömrəli müqavilənin əslinin və həmin mənzilə dair 180000 manat ödənilməsinə dair 11 yanvar 2022-ci il tarixli maliyyə arayışının əslinin, ünvan 3 binanın yanındakı ərazidə yerləşən binanın 11-ci mərtəbəsində sahəsi 147 kv.metr olan 3 otaqdan ibar ət 57 nömrəli mənzilə dair 11 yanvar 2022-ci il tarixli 55 nömrəli müqavilənin əslinin və həmin mənzilə dair 132300 manat ödənilməsinə dair 11 yanvar 2022-ci il tarixli maliyyə arayışının əslinin, ünvan 3 binanın yanındakı ərazidə yerləşən binanın 13-cü mərtəbəsində 147 kv.metr sahəsi olan 3 otaqdan ibarət 67 nömrəli mənzilə dair 11 yanvar 2022-ci il tarixli 67 nömrəli müqavilənin əslinin və həmin mənzilə dair 132300 manat ödənilməsinə dair 11 yanvar 2022-ci il tarixli maliyyə arayışının əslinin Cavabdeh1 MMC-dən məcburi qaydada alınaraq iddiaçıya verilməsi barədə hissələri ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin hissələrdə iddia tələbi əsaslıdır. Odur ki, həmin hissələrdə qətnamənin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur. Kassasiya şikayətinin və ona qarşı etiraz ın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsini Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi hissəsində qismən ləğv edilməsi, ilkin iddianın tam təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Bundan əlavə, işə baxan məhkəmə hansı səbəbdən digər şikayət verməyən cavabdehə aid hissədə qətnaməni yoxlamasını əsaslandırmamışdır. "xxxx" MMC 28 mart 2022-ci il tarixdə qarşılıqlı iddia ərizəsi vermiş, qarşılıqlı iddia ərizəsinin əsası kimi sübutla rdan biri olaraq 01 iyul 2021-ci il tarixli “Hüquqi yardımın göstərilməsi haqqında müqavilə”ni təqdim etmişdir. Elektron məhkəmə sisteminə əlavə edilən 01 iyul 2021-ci il tarixli “Hüquqi yardımın göstərilməsi haqqında müqavilə”yə əsasən, müqavilənin bütün səhifələri möhürlənmiş, sadəcə sonuncu səhifələr imzalanmış və tikilmişdir. Halbuki, "xxxx" MMC tərəfindən 03 fevral 2022-ci il tarixdə Liu Cəmiləyə göndərilmiş xəbərdarlıq məktubuna əlavə edilmiş 01 iyul 2021-ci il tarixli “Hüquqi yardımın göstərilməsi haqqında” müqaviləyə əsasən müqavilənin sadəcə sonuncu səhifəsi imzalanıb möhürlənmiş və tikilməmişdir. Ziddiyətlə əlaqədar olaraq 30 mart 2022-ci il tarixli məhkəmənin hazırlıq iclasında "xxxx" MMC-nin nümayəndəsi və vəkilinə tərəfindən sual verilmiş, cavab olaraq bildirilmişdir ki, müq avilələr arasında olan ziddiyyət “texniki səhvdir”. Eyni məzmunlu suallar 20 aprel 2022-ci il tarixli məhkəmənin hazırlıq iclasında cavabdeh İlham Cəfərova verilmiş, lakin cavab verə bilməmiş, müqavilənin əslini məhkəməyə təqdim etməmişdir. 01 iyul 2021-ci il tarixli “Hüquqi yardımın göstərilməsi haqqında” müqavilənin bir sürətinin Liu Cəmiləyə təqdim olunmaması, 28 mart 2022-ci il tarixdə “elektron məhkəmə sisteminə” əlavə olunan müqavilə ilə “Azərpoçt” vasitəsi ilə 03 fevral 2022-ci il tarixdə xəbərdalıq məktubu ilə birgə göndərilən müqavilələr arasında möhürlərin sayında və tikilməsində ziddiyyətlər olması şübhələr yaratmışdır. Araşdırmaları zamanı müəyyən olunub ki, ümumiyyətlə 01 iyul 2021ci il tarixldə Liu Cəmilə Azərbaycan Respublikası ərazisində olmamışdır. Liu Cəmilə uşaqları Liu Leyli və Aylin Liu ilə birlikdə 30 iyun 2021-ci il tarixdə Türkiyənin Ankara şəhərinə bacısı gilə getmiş, daha sonra oradanda İstanbul şəhərinə getmiş və 11 iyul 2021-ci il tarixdə Azərbaycana qayıtmışdır. Necə ola bilər ki, Liu Cəmilə 1 iyul 2021-ci il tarixdə Bakı şəhərində olmadığı halda müqavilə imzalayır? Bütün səhifələri Liu Cəmilə tərəfindən imzalanmış müqavilənin 1-ci və 2-ci səhifələri şirkət tərəfindən maraqları çərçivəsində dəyişdirilmişdir. (Liu Cəmiləyə məxsus pasportun 31,32-cu səhifələri, Liu Aylinə məxsus pasportun 48-ci, Liu Leyliyə məxsus pasportun 9-cu səhifəsi)
23. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359, 360-ci və MPMnin 14.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
26. Maddə 337.2 Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidi r.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
32. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən o lunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.
34. Hazırkı kassasiya icraatı üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilkin iddianın təmin olunmayan hissəsində mübahisələndirilir və apellyasiya instansiyası məhkəməsinin aktı mübahisələndirilən həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdu r.
36. Belə ki, ilkin iddianın müqavilənin etibarsız sayılması tələbinin maddi hüquqi əsasını Mülki Məcəllənin 337-ci maddəsi təşkil edir.
37. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).
38. İşə baxmış apellyasiya instansiyası məhkəməsi də iddianın əsaslarını bu meyarlar əsasında təhlil etmiş və müqavilə nin etibarsız hesab edilməsi üçün qanunda nəzərdə tutulan əsasların mövcudluğu təsdiq olunmadığına görə iddianı əsassız saymışdır.
39. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırması ilə razılaşır.
40. Kassatorun Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmədiyi halda qətnamənin ona aid hissədə də ləğv olunmasının qanunazidd olması barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, ilkin iddia üzrə Cavabdeh2 ilə Jafarli and Co” MMC-nin müştərək cavabdehliyi müəyyən olunmuşdur. Buna görə də qətnamənin həm də Cavabdeh2 qarşı hissədə ləğv olunması prosessual pozuntu deyildir.
41. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
42. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
43. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməs in. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4950/2022 nömrəli, 20 sentyabr 2022-ci il tarixli qətnaməsi mabahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.