Məhkəmə qərarları › İş №2(102)-646/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-646/2020

18.02.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-646/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, İddiaçı, vəkili X7, üçüncü şəxs X4 və vəkili X3 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 oktyabr 2019-cu il tarixli, 2(103)12755/2019 saylı qətnaməsindən İddiaçı və üçüncü şəxs X1 ayrı-ayrılıqda verdiklərikassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 01 avqust 2019-cu il tarixli, 2(0 10)2641/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim S.M.Miriyeva) İddiaçı cavabdeh Bakı şəhəri, Cavabdehnə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin verilməsi barədə iddiası təmin, üçüncü şəxs X1 Bakı şəhəri, Cavabdehnə və İddiaçı qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadatnamənin verilməsi barədə iddiası rədd edilərək, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli, 01 saylı Fərmanına əsasən oğlu X2 02 mart 1992-ci il tarixdə şəhid olması ilə əlaqədar 11.000 manat birdəfəlik ödəncin alınması məqsədi ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Bakı şəhəri, 10 saylı Notarat Ofisinin üzərinə qoyulması qət edilib. Üçüncü şəxs Cəmilə Süleymanova qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 oktyabr 2019-cu il tarixli, 2(103)12755/2019 saylı qətnaməsi ilə (hakimlər E.Y.Şamayev sədrlik edən, məruzəçi, M.A.Məmmədov və Ş.Ə.Məhərrəmova) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 01 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməklə, İddiaçı, həmçinin Cəmilə Süleymanovanın iddia ərizələri qismən təmin edilərək, İdris Süleymanovun 02 mart 1992-ci il tarixdə Şuşa şəhəri uğrunda gedən döyüşlərdə şəhid olması ilə əlaqədar “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 01 saylı Fərmanına əsasən verilən 11.000 manat birdəfəlik ödəncin alınması üçün İddiaçı adına 2/3 payda, Cəmilə Süleymanovanın adına isə 1/3 payda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi və qalan hissədə iddia ərizələrinin rədd edilməsi qət olunub. İddiaçı və üçüncü şəxs Cəmilə Süleymanova ayrı-ayrılıqda qətnamədən kassasiya şikayətləri vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, İddiaçı məhkəmədə Bakı şə həri, Cavabdehnə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin verilməsinə dair iddia qaldırıb və tələbini onunla əsaslandırıb ki, X13 Azərbaycan Respublikası DİN-nin Nizami rayon şöbəsində polis starşinası vəzifəsində işləyib və 02 mart 1992-ci il tarixdə Şuşa şəhəri uğrunda gedən döyüşlərdə şəhid olub. Onun ölümü barədə 10 aprel 1992-ci il tarixdə Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən “Ölüm haqqında şəhadətnamə“ verilib. Qanunvericiliyə uyğun olaraq X13 şəhid hesab edilir və o, şəhid ailəsinin üzvüdür və bu barədə ona qanuna müvafiq olaraq sənəd verilib. X13 29 sentyabr 1990-cı il tarixdə Cəmilə Süleymanova ilə nikaha daxil olub və birgə nikahlarından uşaqları olmayıb. X11 ölümündən sonra Cəmilə Süleymanova yenidən rəsmi nikah əsasında 20 may 1995-ci il tarixdə X5 ilə ai lə qurub. Azərbaycan Respublikası Prezidentininin “Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli, 01 saylı Fərmanına əsasən 02 avqust 1997-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 manat birdəfəlik ödənc verilməsi nəzərdə tutulub. O, birdəfəlik ödənci almaq üçün lazım olan “vərəsəli k hüququ haqqında” Şəhadətnamənin verilməsi üçün Bakı şəhəri, Cavabdehnə müraciət edib və notarius, birdəfəlik ödəncin bölüşdürülməsi ilə bağlı vərəsələr arasında mübahisənin olmasını əsas tutub 15 mart 2019cu il tarixli qərarı ilə qanunsuz olaraq notariat əməliyyatının aparılmasından imtina edib. Halbuki, Cəmilə Süleymanova yenidən başqa şəxslə rəsmi nikah əsasında ailə qurmaqla şəhid ailəsinin üzvü statusunu itirib. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Cəmilə Süleymanova isə Bakı şəhəri, Cavabdehnə və İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11.000 manat birdəfəlik ödəncin 50 faiz, yəni 5.500 manat hissəsinə dair onun, 50 faiz, yəni 5.500 manat hissəsinə dair isə digər vərəcə İddiaçı adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib və tələbini onunla əsaslandırıb ki, 29 sentyabr 1990-cı il tarixdə İdris Süleymanovla rəsmi nikah əsasında ailə qurub və sonuncu Azərbaycan Respublikası DİN-nin Nizami rayon Polis Şöbəsində polis starşinası vəzifəsində işləyib və 02 mart 1992-ci il tarixdə Şuşa şəhəri uğrunda gedən döyüşlərdə şəhid olub. O, hazırda şəhid İdris Süleymanovun ailə üzvü və vərəsələrindən biridir. Ondan başqa şəhid İdris Süleymanovun anası İddiaçı da onun ailə üzvü və vərəsəsidir. Qanunvericiliyə görə 11.000 manat birdəfəlik ödəncin ölmüş və sair hərbi qulluqçunun vərəsələrinə verilməsi nəzərdə tutulub. O, İdris Süleymanovla şəhid olan günədək nikahda olub və Qanunvericilik onun başqa şəxslə nikaha girməsini vərəsəlik hüququndan məhrum etmir. Ona görə də iddia ərizəsi nin təmin edilməsini xahiş edir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ İddiaçı kassasiya şikayətini onunla əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiq halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Üçüncü şəxs Cəmilə Süleymanova kassasiya şikayətini onunla əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib. Üçüncü şəxs Cəmilə Süleymanovanın kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilib, iddia ərizəsinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Üçüncü şəxs Cəmilə Süleymanovanın kassasiya şikayətinə dair etiraz ərizəsində İddiaçı kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunub. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı və vəkili Könül Yaqubova öz kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Üçüncü şəxs Cəmilə Süleymanova və vəkili Azər Tağıyev məhkəmə iclasında öz kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh Bakı şəhəri, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazım i qaydada xəbərdar edilsə də, üzrsüz səbəblərdən nümayəndəsini məhkəmə iclasına göndərmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayətləri qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, hər iki iddia ərizəsini qismən təmin edərkən, qanunverciliyə görə mərhum İdris Süleymanovun vərəsələrinə verilməli olan 11.000 manat birdəfəlik ödəncə payları bərabər olmaqla anası İddiaçı ilə yanaşı, arvadı Cəmilə Süleymanovanın da birinci növbəli vərəsə olmasına, sonuncunun 18 iyun 1992-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən artıq mərhum İdris Süleymanovun vərəsəsi kimi tanınmasına və mirası qəbul etməsinə və beləliklə də, İddiaçı iddia tələbini bütövlükdə təmin, Cəmilə Süleymanovanın iddia tələbini isə rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə istinad edib və hüquqi mövqeyini 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin 528, 532, 552-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verib. Belə ki, işin mübahisə olunmayan hallarına görə, İdris Süleymanov Azərbaycan Respublikası DİN-nin Nizami rayon şöbəsində polis starşinası vəzifəsində işləyib və 29 sentyabr 1990-cu il tarixdə rəsmi nikah əsasında Cəmilə Süleymanova ilə ailə qurub və onların birgə nikahından uşaqları olmayıb. 02 mart 1992-ci il tarixdə İdris Süleymanov Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlər də Şuşa şəhərində şəhid olub. 10 aprel 1992-ci il tarixdə Bakı şəhəri, Səbail rayon VVADQ Şöbəsi tərəfindən İdris Süleymanovun adına “Ölüm haqqında” Şəhadətnamə və Bakı şəhəri, 1 saylı DNK tərəfindən ondan miras qalmış 50.000 rubl sığorta məbləğinin 1/3 hissəsinə dair arvadı Cəmilə Süleymanovanın adına 18 iyun 1992-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilib, mirasın qalan 2/3 hissəsi isə digər vərəsələrə verilməsi üçün açıq saxlanılıb. Bundan sonra 20 may 1995-ci il tarixdə Cəmilə Süleymanova rəsmi nikah əsasında Oqtay Məcidovla ailə qurub. 19 aprel 2018-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hə rbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 01 saylı Fərmanının 1-ci bəndinə əsasən, 02 avqust 1997-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə müəyyənləşdirilmiş qaydada 11.000 manat birdəfəlik ödəncin verilməsi qərara alınıb. 07 mart 2019-cu il tarixdə İddiaçı birdəfəlik ödənci almaq üçün onun adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilməsi ilə bağlı Bakı şəhəri, Cavabdehnə müraciət edib və ödəncin bölüşdürülməsi ilə bağlı onunla mərhum İdris Süleymanovun keçmiş arvadı Cə milə Süleymanova arasında mübahisə olduğu üçün notariusun 15 mart 2019-cu il tarixli qərarı ilə notariat əməliyyatının aparılmasından imtina edilib. Hazırda, 11.000 manat birdəfəlik ödəncə dair İddiaçı bütövlükdə, Cəmilə Süleymanova isə həmin məbləğin ½ hissəsinə dair “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilməsini iddia edirlər. Əvvəla, apellyasiya instansiyası məhkəməsi 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin 528, 532, 552-ci maddələrinin tələblərinə istinad edib 11.000 manat birdəfəlik ödənci mərhum İdris Süleymanovdan miras qalmış əmlakın kütləsinə aid etsə də, həmin maddələrin tələbləri baxımından sözügedən məbləğin ondan miras qalmış əmlakın kütləsinə daxil olub-olmamasını tam, hərtərəfli və obyektiv araşdırmadan, Azərbaycan Respublikası Prezide ntinin 19 aprel 2018-ci il tarixli, 01 saylı Fərmanı ilə 11.000 manat birdəfəlik ödəncin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş şəxslərin məhz ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədi ilə ayrılmasını, Cəmilə Süleymanovanın 20 may 1995-ci il tarixdə rəsmi nikah əsasında Oqtay Məcidovla ailə qurması ilə mərhum İdris Süleymanovun ailə üzvü, vərəsəsi olması statusunu itirməsini nəzərə almadan, onun iddia ərizəsini qismən təmin etməklə iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Halbuki, mərhum İdris Süleymanovdan miras qalmış əmlaka vərəsəlik açılarkən qüvvədə olmuş Mülki Məcəllənin 558-ci, eləcə də hazırda qüvvədə olan Mülki Məcəllənin 1151.1-ci maddələrinin mənasına görə, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak h üquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni, mirasın açıldığı vaxtadək mirası qoyanın mülkiyyətində olmayan əmlak mirasın kütləsinə aid edilə bilməz. Nəzərə alınmalıdır ki, mülki dövriyyədən çıxarılmamış, miqdarı və dəyəri məhdudlaşdırılmadan istənilən əmlak mirası qoyanın mülkiyyətində ola bilər və mirası qoyan yalnız özünə mənsub olan əmlak üzərində mülkiyyət hüququna malik olur. Mirası qoyan öldüyü halda isə onun öz əmlakına olan hüquqları və vəzifələri mirasın kütləsinə aid olan əmlak kimi vərəsələrinə keçir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi İddiaçı kassasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir və belə qənaətə gəlir ki, Cəmilə Süleymanovanın mərhum İdris Süleymanovla olan bütün qarşılıqlı münasibətlərinə 20 may 1995-ci il ta rixdən son qoyulduğu üçün o, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 01 saylı Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş şəxslərin, o cümlədən mərhum İdris Süleymanovun ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədi ilə ayrılan 11.000 manat birdəfəlik ödəncin 1/3 hissəsinə vərəsə sayıla bilməz. Eyni zamanda, sözügedən 11.000 manat məbləğində birdəfəlik ödənc mərhum İdris Süleymanovdan miras qalmış əmlakın kütləsinə aid edilmiş olsa belə, mülki qanunvericilik nikahı ləğv edilmiş ər-arvadın biri-birinin vərəsəsi olmasını istisna edir. Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsinin 23 iyul 2019-cu il tarixli arayışı ilə də müəyyən olunur ki, Cəmilə Süleymanova başqa şəxslə ailə qurmasını Fonddan gizlətdiyi üçün, şəhid İdris Süleymanovun ailəsinə verilən Prezident təqaüdü də dayandırılıb. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini səhv təfir edib və bunun nəticəsində düzgün olmayan nəticəyə gəlib. Belə ki, həmin Qanunun 1-ci maddəsinə əsasən, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər, yəni ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar, qa rdaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr şəhid ailəsinin üzvləri hesab edilir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətlərinin dəlillərini araşdırıb hesab edir ki, sözügedən maddədə şəhid ailəsinin üzvlərinin dairəsi dəqiq müəyyən edildiyindən və həmin maddədə başqa şəxslə nikaha girmiş arvadın şəhid ailəsinin üzvü statusunu saxlaması nəzərdə tutulmadığından, həmin maddənin tələbləri İddiaçı ziyanına geniş təfsir oluna bilməz və sözügedən Fərmanda 02 avqust 1997-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə müəyyənləşdirilmiş qaydada 11.000 manat birdəfəlik ödəncin verilməsinin nəzərdə tutulması, başqa şəxslə nikaha girmiş arvadın şəhidin vərəsəsi olması və bu stutusu saxlaması anlamına gəlmir. Apellyasiya instansiyası məhkəməsi sözügedən Fərmanla şəhid İdris Süleymanovun ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədi ilə ayrılan 11.000 manat birdəfəlik ödənci ondan miras qalmış əmlakın kütləsinə aid edib, həmin əmlakın 1/3 hissəsinə Cəmilə Süleymanovanın vərəsəlik hüququnu müəyyən etməklə sadala nan maddi hüquq normalarının tələblərini pozub. Belə ki, Cəmilə Süleymanovanın 20 may 1995-ci il tarixdə başqa şəxslə nikaha daxil olması halı həmin tarixdən onun şəhid ailəsi satusundan irəli gələn bütün güzəşt və imtiyazlardan məhrum olması nəticəsinə gəlməyə əsas verir. Çünki, həmin Fərman sırf şəhid ailələrinin sosial müdafiəsinin və onların maddi rifah halının yaxşılaşdırılması üçün verilib və Cəmilə Süleymanova isə şəhid ailəsinin üzvü statusunu artıq 20 may 1995-ci il tarixdən itirib. Həmçinin, sözügedən Fərmanda 11.000 manat birdəfəlik ödəncin 02 avqust 1997-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarını n “vərəsələri”nə verilməsi ifadəsindən istifadə olunması, əslində həmin vəsaitin miras əmlak olması anlamına gəlmir. Həmin vəsait əslində dövlətin vəsati hesabına şəhidin ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılmasına yönəlib. Ona görə də hazırki halda Cəmilə Süleymanova şəhid İdris Süleymanovun ailə üzvü satusuna malik olmadığı üçün, İddiaçı iddia ərizəsi açıq-aşkar əsassız deyil və onun kassasiya şikayətinin dəlilləri Cəmilə Süleymanovanın irəli sürdüyü əsaslara görə qəbul olunmaz hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəmə si işin yuxarıda göstərilən faktiki hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətlərində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayətləri qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rə hbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: İddiaçı və üçüncü şəxs X1 ayrı-ayrılıqda verdiklərikassasiya şikayətləri qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 oktyabr 2019-cu il tarixli, 2(103)-12755/2019 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar