Məhkəmə qərarları › İş №2(102)-6461/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6461/2019

10.10.2019 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6461/2019 10.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Rüstəmov Əli Məhəmməd oğlu, Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, məhkəmə iclas katibi X8, İddiaçının, iddiaçının vəkili X11, cavabdehin nümayəndəsi X4, cavabdeh X1, cavabdehin vəkili X7 iştirakı ilə, İddiaçının cavabdehlər X9, Cavabdeh2na qarşı “pozulmuş sanitar qaydalarının düzəldilməsinə və özbaşına inşa edilmiş tikililərin cavabdehlərin hesabına sökülməsi, əvvəlki vəziyyətə qaytarılması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” mülki iş üzrə Bakı A pellyasiya Məhkəməsinin MK-nın 01 may 2019-cu il tarixli qətnaməsindən İddiaçı Calal qızı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 06 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Həsənov) iddia tələbi təmin edilməmiş, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmiş, iş üzrə keçirilmiş ekspertiza xərclərinin ümumi dəyəri 200(iki yüz) manat pulun İddiaçı Calal qızından alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 01 may 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən F.Babayev, hakimlər X.Mərdanova və E.Həsənov) İddiaçının apelliyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 mart 2019-cu il tarixli qətn aməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 01 may 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işə yenidən baxılması üçün apelliyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdehlər X9 və Cavabdeh2na qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyy ət hüququ ilə X9 məxsus və hal-hazırda X2 istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli yaşayış sahəsi, ev 26 mənzil 111-də mənzilin sanitar qaydalarının dəyişdirilməsinə, yataq otağının 60 sm qabağa çəkilmiş divarının, mətbəx otağı ilə yataq otağının yerinin dəyişdirilməsinə, əlavə inşa edilmiş balkon və özbaşına olaraq tikililərin cavabdehlərin hesabına sökülməsi, əvvəlki vəziyyətinə qaytarılmasına və ona dəymiş maddi zərərə görə 4000 AZN, mənəvi zərərə görə 3000 AZN pulun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin mübahisə edilməyən hallarına görə tərəflər qonşudurlar. İddiaçı Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, 26 saylı evin 113 saylı mənzilində, cavabdeh isə həmin evin alt mərtəbəsində yerləşən 111 saylı mənzilində yaşayır. Həmçinin işin mübahisə edilməyən hallarına görə cavabdeh yaşadığı mənzilin otaqlarının texniki təyinatını dəyişdirməklə mənzildə yenidənqurma işləri aparışdır. Belə ki, 111 saylı mənzilin texniki pasport göstəricilərindən kənara çıxılmaqla sahəsi 12,11 kv.m. olan 8 saylı yaşayış otağının divarı 0.60m dəhlizə tərəf genişləndirilmiş, sahəsi 9,3kv.m. olan texniki pasportda mətbəx kimi göstərilən 3 saylı otağın təyinatı dəyişdirilərək faktiki olaraq, yaşayış otağı kimi istifadə olunur, sahəsi 9,3kv.m. olan texniki pasportda yaşayış otağı kimi göstərilən 7 saylı otaq isə faktiki olaraq, mətbəxt kimi istifadə olunur. Həmin otaq ilə sahəsi 3,8kv.m. olan balkonun arasında olan divar faktiki olaraq sökülmüş, həmin otağın texniki pasportda göstərilən dəhlizə tərəf olan divarının 0,75m içəriyə tərəf yeri dəyişdirilmiş, binanın girişinin üst hissəsində texniki pasportda öz əksini tapmayan sahəsi 3,0 kv.m (1.2x2.5m) olan əlavə balkon inşa edilmişdir. Həmçinin digər ekspertiza rəyindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «D» yaşayış sahəsində yerləşən 26 saylı evin 111 saylı mənzili üzrə aparılmış yuxarıda göstərilən söküntü və yenidənqurma işlərinin, həmin mənzil üzrə tərtib edilmiş texniki pasportun göstəricilərinə uyğun olmadığı müəyyən edilir. İddiaçı bildirir ki, cavabdeh mənzildəki otaqların texniki təyinatını dəyişdirməklə onun yaşayış otaqlarının altındakı yaşayış otağını mətbəxə çevirmiş, mətbəxdə quraşdırılan kombi sisteminin və aspiratorun tüstü bacasını onun yaşayış otağının altında yerləşdirmişdir. Kombinin tüstü bacasının uşaqların yata q otağının pəncərəsinin altında olması, hamam və tualetin hava təmizləyici borusuna qoşulması nəticəsində evinə dolan qaz, üfunət, xörək iyi, təmizləyici ətirlərin iyi onun və övladlarının sağlamlığında ciddi problemlər yaratmışdır. Onda ürək çatışmamazlığı, ürəyində maye və digər ürək xəstəlikləri yaranmışdır və dəfələrlə zəhərlənmələri olmuşdur. Evdəki qaz iyini yox etmək üçün pəncərələri məcburən səhərə kimi açıq qoyur və bu da övladlarında və özündə ciddi soyuq dəymələrin yaranmasına gətirib çıxarmışdır. Kiçik oğlunun ağ ciyərində problemlər əmələ gəlmiş və bu hadisələrdən sonra oğlu allergiya xəstəliyinə düçar olmuşdur. O, evini təmizləmək, havalandırıb iyi evdən dəf etmək üçün dəfələrlə işdən qalıb evdə oturmuşdur. Bu da onun maddi ziyan çəkməsinə səbəb olmuşdur. Evinə dolan iy, həmç inin də əsəblərinin pozulması onların yuxu sistemini məhv etmişdir. Hər gecə saat 12-dən sonra yataq otağının altında qanunsuz tikilən balkonun seyf qapısının çırpılaraq açılıbbağlanması onu qorxudur və yatmağa imkan vermir. Daha sonra balkonda səhər saat 7-yə qədər kombiyə nəsə quraşdırır və qonaq otağına plintusun altından kəskin qoxular qalxmağa başlayır. Bu da onlarda baş gicəllənmələr, ürək bulantıları yaradır. Bundan başqa uşaqlarına və ona dəfələrlə təcili tibbi yardım gəlmişdir. Xəstəliklərini müalicə etmək üçün mütəmadi olaraq həkimə gedərək müalicələr almışlar. Bundan başqa bütün bu hadisələr və onlara qarşı olunan haqsızlıqlar, hüquqlarının kobud şəkildə tapdalanması onun və övladlarının əsəb və sarsıntı yaşamasına səbəb olmuşdur. Cavabdehlər iddiaya etiraz edir və bildirirlər ki, yaşadıqları mənzilin otaqlarının texniki təyinatının dəyişdirilməsi iddiaçının hüquqlarını pozmur. Mətbəxin qarşısında quraşdırılmış kombi sisteminin tüstü bacasından iddiaçının mənzilinə hər hansı bir qoxu daxil olmur. Bundan başqa iddiaçı mənzilin otaqlarının əvvəlki vəziyyətə gətirilməsi barədə iddia irəli sürmək hüququna malik deyildir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının tərtib etdiyi 11.09.2018-ci il tarixli aktla və iş üzrə keçirilmiş ekspertiza rəyləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilmə li, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Ona görə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. Həmçinin qətnamə işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İş materiallarından görünür ki, məhkəmə ekspertiza mərkəzinin 11.09.2018-ci il tarixli və 08.02.2019-cu il tarixli ekspert rəyləri ilə cavabdehin mənzilində texniki pasporta uyğun olmayan yenidənqurma işlərinin aparı lmasını və bu yenidənqurma nəticəsində iddiaçının yaşayış otağının alt hissəsində olan cavabdehin yaşayış otağının təyinatının dəyişdirilərək mətbəxə çevrildiyi, mətbəxin qarşısında binanın fasadına bitişik açıq eyvanın və həmin hissədə bir ədəd kombi qurğusunun quraşdırıldığı müəyyən edilmişdir. İddiaçı qeyd edilən yenidən qurma nəticəsində açıq eyvanda quraşdırılmış kombi qurğusunun tüstü bacasından çıxan dəm qazının onların yaşadığı otağa daxil olduğunu və ona görə də mənzilində yaşayışın qeyri-mümkün olduğunu göstərmişdir. İşə baxan birinci instansiya məhkəməsi iddiaçının göstərdiyi əsasa görə cavabdeh tərəfindən aparılan yenidənqurma işlərinin iddiaçının öz mənzilindən sərbəst şəkildə istifadə edib-etməməsinə maneəçilik yaradıb-yaratmamsı barədə ekspert qarşısında sual qoysa da eksper t iddiaçıya məxsus mənzilin təmirsiz vəziyyətdə olmasına istinad edərək sonuncuya hər hansı bir zərərin vurulmadığını, həmçinin tərəflərə məxsus mənzillərin ayrıayrı giriş çıxışa malik olmaqla müxtəlif mərtəbələrdə yerləşdiyini nəzərə almaqla hesab etmişdir ki, cavabdehin mənzilində aparılan yenidənqurma işləri iddiaçının öz mənzilindən istifadə etməsinə maneə yaratmır. Qeyd edilən əsasa görə işə baxan məhkəmələr hesab etmişlər ki, iddiaçının cavabdehin mənzilində aparılmış yenidənqurma işlərinin sökülməsini və mənzilin əvvəlki vəziyyətə gətirilməsini tələb etmək üçün subyektiv hüququ yoxdur. Halbuki işin hallarından göründüyü kimi iddiaçı bu yenidənqurma işləri nəticəsində açıq eyvanda quraşdırılan kombi qurğusunun tüstü bacasından gələn dəm qazı və iyqoxuya görə yaşadığı mənzildən sərbəs t istifadə etməsinin qeyri-mümkünlüyünü mübahisələndirir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı yaşadığı binanın ümumi dayanıqlığı, yaşayış üçün təhlükəsizliyi baxımından həmin binanın istənilən mərtəbəsində yerləşən mənzildə və ya binanın mənzilə xidmət edən ümumi sahəsində aparılan yenidənqurma işlərini mübahisələndirmək hüququna malikdir. Eyni zamanda iş materiallarından görünür ki, cavabdehin mənzilində kombi qurğusu işlək vəziyyətdə olduğu zaman iddiaçının mənzilində dəm qazının iyinin hiss olunmaması barədə 11.09.2018-ci il tarixli akt tərtib etmiş FHN-nin işçilərinin işə baxan məhkəmələr tərəfindən izahatları alınmadiği halda həmin akta iddianın rədd edilməsinə əsas verən sübutlardan biri kimi qətnamədə istinad edilmişdir. Azərbaycan Respublikası MPM-nin 175-ci maddəsinə görə mə hkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini dinləməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur. Beləliklə iş materiallarından göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətn amə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 01 may 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar