Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6461/2021 21.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-6461/21 (Açar sözlər: maddi zərər) Bakı şəhəri, 21 dekabr 2021-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçının vəkili Nümayəndə və Cavabdeh1 vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “əldən çıxmış faydanın qaytarılması tələbinə dair" Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4948/2021 saylı, 04.06.2021- ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Pirallahı Rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlərə qarşı pul tələbi təmin edilmiş, həmin qətamə qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikasında, eləcədə İddiaçı ərizəsi əsasında Qazaxstan Respublikasında (cavabdehlərin yaşadığı yer üzrə) icraya yönəldilmişdir. Qazaxstan Respublikasının digər qanuni qüvvəsini almış qətnaməsi ilə hazırki iş üzrə İddiaçı Cavabdeh2 pul borcu olmuşdur. Qazaxstan Respublikasının Mangistau vilayət Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 20.04.2018-ci il tarixli 4799-18-002a/547 saylı qətnaməsi ilə müəyyən edilmişdir k i, hazırki iş üzrə Cavabdeh2 İddiaçı 1 250 000 ABŞ dollara şirkətini satmışdır. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı 350 000 ABŞ dollar məbləğində qismən ödənişi 20.05.2015-ci il tarixində həyata keçirmiş, daha sonra eyni məbləğ 25.05.2015-ci il tarixində ödənilmişdir. Qazaxstan Respublikasında icra məmurunun 03.03.2020-ci il tarixli qərarına əsasən əvəzləşdirmə yolu ilə Bakı şəhəri, Pirallahı Rayon Məhkəməsinin 26.07.2017-ci il tarixli, 2(094)396/2017 saylı qətnaməsi (698 000 ABŞ dolları) tam icra olunmuşdur. Qətnamənin Qazaxstan Respublikasında icra olunması barədə məlumat Pirallahı Rayon Məhkəməsinə təqdim edilməsi üçün rəsmi olaraq Qazaxstan Respublikasının Magistauskiy İnzibati Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilmiş və həmin məktub 15.05.2020ci il tarixində Nazirliyə daxil olmuşdur. Bununla bağlı Azərbaycan Respublikasında eyni qətnamə ilə icra işinə xitam verilməsi üçün AR Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəis müavini Teymur Məlik-Aslanov tərəfindən Yasamal Rayon İcra və Probasiya şöbəsinə 11.12.2020-ci il tarixdə məktub göndərilmişdir. İbrahimov X3 Rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli qətnaməsinin icra edilmədiyini, ona görə cavabdehlərin ona zərər vurmaqda davam etdiklərini əsas tutaraq hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Pirallahı Rayon Məhkəməsinin 26.07.2017-ci il tarixli 2(094)-396/2018 saylı qətnaməsi icra olunan tarixədək 698000 ABŞ dolları pul məbləğinin ödənilməsini gecikdirdiklərinə görə, gecikdirilmiş vaxt üçün illik beş faiz, habelə əldən çıxmış fayda qismində 100000 ABŞ dollarının onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, fərdi sahibkarlıqla məşğul olur. 2015-ci ilin əvvəllərindən sonra yüksək qiymətə satıb, gəlir əldə etmək məqsədi ilə metal almaq istəmiş, tanışı X2 onun Qazaxstan Respublikasının Aktau şəhərində yaşayan yaxşı tanışları olduğunu, onların metal alveri ilə məşğul olduqlarını demişdir. Qazaxstan Respublikasının Aktau şəhərində yaşayan Cavabdeh2 və onun həyat yoldaşı Cavabdeh1 telefonunu almış və onlarla əlaqə saxlamış, tam razılığa gəldikdən sonra, ona təklif etmişlər ki, işgüzar əlaqələri rəsmiləşdirmək üçün müqavilə bağlasınlar. Müqavilənin hansı şirkətlər arasında bağlanmasından asılı olmayaraq, problem yaransa öz aralarında həll etmək barədə razılaşmışlar. Azərbaycan Respublikasının vətəndaşları olsalar da, Qazaxstan Respublikasının Aktau şəhərində yaşayırlar. Elektron poçt vasiəsilə 02.02.2015-ci il tarixdə təmsil etdiyi və ofşor zonada qeydiyytdan keçmiş “impact Sales Со.” şirkəti ilə Cavabdeh2 təmsil etdiyi və ofşor zonada qeydiyyatdan keçmiş “X6 LTD” şirkəti arasında 14-01 №-li müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı metal məhsulunu həmin müqavilənin ayrılmaz hisssəsi olan spesifikasiyalara uyğun miqdarda və çeşiddə alıcının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1- ci maddəsinə əsasən, metal məhsulunun dəyəri ABŞ dolları ilə müəyyən edi lir. Müqaviləyə əlavə edilmiş 1 və 2 saylı Spesifikasiyala əsasən Cavabdeh2 iki dəfəyə ona hər dəfə ümumi çəkisi 657 ton olmaqla 700.362 ABŞ dolları dəyərində metal satmalı idi. Raşılaşmaya əsasən, 06.02.2015-ci il tarixdə “impact Sales Со.” şirkətinin bank hesabından Vüsalə və Sakinin verdikləri “X7 LTD” şirkətinə məxsus hesaba hər dəfə 350.000 ABŞ dolları olmaqla 700.000 ABŞ dolları pul ödəmişdir. Lakin cavabdehlər həmin məbləği 19 və 24 fevral 2015-ci il tarixlərdə ona geri qaytararaq, bildirmişlər ki, hesablaşmanın bank hesabı vasitəsi ilə aparılması onları qane etmir, çünki yüksək məbləğdə vergi ödəməli olurlar. Həmin 700.000 ABŞ dolları məbləğində vəsaiti Bakıya gələn Sakinin qızı Cavabdeh3 nəğd şəkildə verməsini demişlər. 19.02.2015-ci il tarixdə geri qaytarılmış 350.000 ABŞ dolları ndan bank xidmətləri üçün xərclər çıxılmaqla qalan 349.000 ABŞ dolları məbləğində vəsaiti Cavabdeh3 nəğd şəkildə vermiş və ondan buna dair öz xətti ilə yazılmış və imzası ilə təsdiq edilmiş 20.02.2015-ci il tarixli qəbz almışdır. 24.02.2015-ci il tarixdə geri qaytarılmış 350.000 ABŞ dollarından bank xidmətləri üçün xərclər çıxılmaqla qalan 349.000 ABŞ dolları məbləğində vəsaiti Cavabdeh3 nəğd şəkildə vermiş və ondan buna dair öz xətti ilə yazılmış və imzası ilə təsdiq edilmiş 25.02.2015-ci il tarixli qəbz almışdır. Pulu nəğd şəkildə ödəsə də, onlar müxtəlif bəhanələr gətirməklə nə metal göndərmiş, nədə pul qaytarmışlar. Cavabdeh Abuzər Novruzov Rəhimova Vüsaləyə və Cavabdeh1 qarant durmasaydı, onların təmiz insanlar olmasına onu inandırmasaydı, onlara pul verməzdi. Bu səbəbdən Pirallahı Ra yon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və X1 birgə qaydada 698.000 ABŞ dolları məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmənin 26.07.2017-ci il tarixli 2(094)-396/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, onun xeyrinə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 birgə qaydada 698.000 ABŞ dolları məbləğində pulun ödəniş gününün Azərbaycan Respublikası Məkəzi bankının məzənnəsi ilə manatla və 30 manat məbləğində dövlət rüsumunun tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29.01.2018-ci il tarixli 2(103)-1688/2018 saylı qətnaməsi ilə Pirallahı Rayon Məhkəməsinin 26.07.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanı lmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasnın 13.07.2018-ci il tarixli 2(102)4580/2018 saylı Qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29.01.2018-ci il tarixli 2(103)- 1688/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Pirallahı Rayon Məhkəməsinin 26.07.2018-ci il tarixli 2(094)-396/2018 saylı icra vərəqəsinə əsasən qətnamə icraya yönəlmişdir. Göründüyü kimi, cavabdehlərin onun qarşısında müqaviləyə əsasən öhdəlikləri yaranmış, onlar həmin öhdəliyi yerinə yetirməmiş, pul vəsaitini qanunsuz olaraq özlərində saxlayıb, onu qaytarmaqdan boyun qaçırmışlar. Eyni zamanda onlar pul vəsaitini əsassız əldə etməklə ondan faydalanırlar, əmlakından məhrum olması nəticəsində, habelə mülkiyyət hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində 300.000 ABŞ dollar məbləğində gəlir əldə edəcəkdi (əldən çıxmış fayda).
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-41/2021 saylı, 01.03.2021-ci il tarixli qətnaməsi ilə (hakim: A.Məmmədov) iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Pirallahı Rayon Məhkəməsinin 26.07.2017-ci il tarixli 2(094)-396/2017 saylı qətnaməsinə əsasən 20.02.2015-ci il tarixdə 349 000 ABŞ dolları ( 349 000 ABŞ dolları x 5 faiz = 17 450 ABŞ dolları x 5 il 11 gün = 89 879 ABŞ dolları), 20.02.2015-ci il tarixdə 349 000 ABŞ dolları ( 349 000 ABŞ dolları x 5 faiz = 17 450 ABŞ dolları x 5 il 6 gün = 88 684 ABŞ dolları), cəmi (89 879+88 684=178 563 ABŞ dolları) 178 563 ABŞ dolları məbləğində pulun (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla ) və 30 (otuz) manat dövlət rüsumunun müştərək qaydada tutularaq, İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Məhkəmə iddia tələbini qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.3, 385.1, 425.1, 442, 443.4, 445.1, 445.7-ci maddələrinə istinad etmişdir.
6. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər – A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov) 2(103)-4948/2021 saylı, 04.06.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 Əbdülhüseyn oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-41/2021 saylı, 01.03.2021-ci il tarixli qətnaməsi ləğv edil miş, İddia rədd edilmişdir.
8. Apellyasiya Məhkəməsi qətnamədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına istinad etmişdir.
9. Cavabdeh Məmmədov Arif Famil oğlu qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri
10. Cavabdeh Məmmədov Arif Famil oğlu kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qazaxstan Respublikası Aktau şəhəri İcra idarəsi Özəl Məhkəmə İcraçısı X4 03.03.2020-ci il tarixli qərarına əsasən əv əzləşdirmə yolu ilə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 26.07.2017-ci il tarixli, 2(094)-396/2017 saylı qətnaməsi mübahisəli olan 698 000 ABŞ dolları ilə bağlı tam icra olunması qəbul oluna bilməz. O, məhkəmə baxışı zamanı bildirmiş və məhkəmə iclasının protokolunda öz əksini tapıb ki, ondan pul məbləğinin tutulması haqqında Qazaxıstan Respublikasının Mangistau Vilayət Məhkəməsinin 20 aprel 2018-ci il tarixli, 4799-18-002a/547 nömrəli Qərarının tanınması barədə ərizəyə Azərbaycan Respublikasının Ali Məhkəməsində və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunda baxılıb, lakin Qərar Azərbaycan Respublikasında tanınmayıbdır. AR Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq idarəsinin rəis müavini Teymur Məlik- Aslanov tərəfindən Yasamal Rayon İcra və Probasiya şöbəsinə 11.12. 2020-ci il tarixli məktubun surətindən isə görünür ki, həmin məktub məlumat xarakterli məktub olmaqla icraata xitam verilməsi üçün əsas ola bilməz və olmamışdır. Həm də qeyd etmək lazımdır ki, məktub Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 89.3 maddəsinin tələblərinə zidd olaraq mülki işə əlavə edilib sübut kimi qəbul olunmuşdur. Borclulardan biri Cavabdeh3 Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 26.07.2017-ci il tarixli 2(094)-396/2018 saylı qətnaməsi üzrə verilmiş apellyasiya şikayətinə baxılmasına dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-398/2020 nömrəli 21 yanvar 2020-ci il tarixli qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasıya şikayəti verilmiş və kassasıya şikayətinə baxılarkən, bu məsələyə, yəni Qazaxstan Respublikası icra məmurunun q əbul etdiyi qərara qiymət verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası qeyd olunanları nəzərə alaraq qəbul etdiyi 2(102)-3622/2020 nömrəli 14.10.2020-ci il tarixli Qərarında belə qənaətə gəlmişdir ki, Cavabdeh3 nümayəndəsi və vəkilinin təqdim etdiyi sənədlərə hüquqi qiymət verilməsinə dair vəsatət əsaslı deyil. Belə ki, Qazaxıstan Respublikasının Manqistau Vilayət Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 20 aprel 2018- ci il tarixli, 4799-18-00- 2a/547 nömrəli qətnaməsi Azərbaycan Respublikasında tanınmadığı, habelə təqdim olunmuş sənədlər (xarici ölkə orqanlarının qərar və digər sənədləri) müvafiq leqallaşdırma prosedurundan keçmədiyi üçün nəzərə alınmır və hazırkı kassasiya baxışının predmetini təşkil etmir." Apellyasiya Məhkəməsind ə işə baxılarkən o məhkəmə iclasında bildirmiş və məhkəmə iclasının protokolunda öz əksini tapıb ki, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin qətnaməsi üzrə başlanmış icra işinin icraatına xitam verilməsi üçün Cavabdeh1 tərəfindən ərizələr verilmiş, lakin həmin ərizələr təmin olunmamışdır. Buna baxmayaraq məhkəmə qətnamə qəbul edərkən bu xüsasatlara heç bir əhəmiyyət verməmiş və qərarında Azərbaycan Respublikasının qanunlarını və bu iş üzrə əvvəllər Azərbaycan Respublikasının məhkəmələri tərəfindən qəbul edilmiş məhkəmə aktlarına əsaslanmaq əvəzinə, Azərbaycan Respublikasının ərazisində heç bir hüquqi qüvvəsi olmayan Qazaxıstan Respublikasının Mangistau Vilayət Məhkəməsinin 20 aprel 2018-ci il tarixli, 4799-18-00-2a/547 nömrəli Qərarı və Qazaxıstan Respublikası Aktau şəhəri icra idarəsi Öz əl Məhkəmə icraçısı X4 03.03.2020-ci il tarixli qərarını rəhbər tutmuşdur. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçının vəkili Nümayəndə kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Cavabdeh1 vəkili Vəkil kassasiya şikayətini əsassız hesab edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Digər tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respub likası Mülki Məcəlləsi:
16. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
17. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına əsasən, Mülki Məcəlləni n 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir.
19. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli qərarına istinad edilməsini zəruri hesab edir. Həmin qərara görə, “borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdə n təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur”.
20. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. H ər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Kollegiya qeyd edir ki, Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
26. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Pirallahı Rayon Məhkəməsinin qətnaməsi Azərbaycan Respublikasında, həmçinin İddiaçı ərizəsi əsasında Qazaxstan Respublikasında icraya yönəldilmişdir. Digər Qazaxstan Respublikasının qanuni qüvvəsini almış qətnaməsi ilə hazırki iş üzrə İddiaçı Cavabdeh2 pul borcu olmuşdur. Qazaxstan Respublikasının Mangistau vilayət Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 20.04.2018-ci il tarixli 4799-18-00-2a/547 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, hazırki iş üzrə Cavabdeh2 İddiaçı 1 250 000 ABŞ dollara şirkətini satmışdır. Məhk əmə müəyyən etmişdir ki, İddiaçı 350 000 ABŞ dollar məbləğində qismən ödənişi 20.05.2015-ci il tarixində həyata keçirmiş, daha sonra eyni məbləğ 25.05.2015-ci il tarixində ödənilmişdir. Qazaxstan Respublikasında icra məmurunun 03.03.2020-ci il tarixli qərarına əsasən əvəzləşdirmə yolu ilə Bakı şəhəri, Pirallahı Rayon Məhkəməsinin 26.07.2017-ci il tarixli, 2(094)396/2017 saylı qətnaməsi mübahisəli olan 698 000 ABŞ dolları ilə bağlı tam icra olunmuş hesab edilmişdir. Qətnamənin Qazaxstan Respublikasında icra olunması barədə məlumat Pirallahı Rayon Məhkəməsinə təqdim edilməsi üçün rəsmi olaraq Qazaxstan Respublikasının Magistauskiy İnzibati Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilmiş və həmin məktub 15.05.2020-ci il tarixində Nazirliyə daxil olmuşdur. Bun unla bağlı Azərbaycan Respublikasında eyni qətnamə ilə icra işinə xitam verilməsi üçün AR Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəis müavini Teymur Məlik-Aslanov tərəfindən Yasamal Rayon İcra və Probasiya şöbəsinə 11.12.2020-ci il tarixdə məktub göndərilmişdir. 27. “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22 yanvar 1993-cü il tarixli Minsk Konvensiyasının 55-ci maddəsinin tələbləri, eləcə də “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Konvensiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının 13 yanvar 2004-cü il tarixli Qanununun 54-cü maddəsinə əsasən ədliyyə orqanlarının icrası tələb olunmayan qərarları xüsusi icraat aparılmadan tanınmalıdır. Hazırda icra məmurunun qərarından göründüy ü kimi, borclar əvəzləşdirmə yolu ilə xitam verilmişdir. Ona görə Qazaxstan Respublikası icra məmurunun 03.03.2020-ci il tarixli qərarının tanınmasına əslində zərurət qalmamışdır. Çünki həmin qərarın icrasından söhbət gedə bilməz. Buna baxmayaraq həmin qərar mövcuddur və qeyd olunan qərarla tərəflər arasındakı borc əvəzləşdirilmişdir.
28. Kollegiya bir məsələyə də diqqət yetirir ki, Pirallahı Rayon Məhkəməsinin 26.07.2017-ci il tarixli, 2(094)396/2017 saylı qətnaməsi 16.10.2018-ci il tarixdə qanuni qüvvəsini almış və dərhal sonra Kazaxstan Respublikasının Magistauskiy dairəsi Aktau şəhərinin 2%-li məhkəməsi tərəfindən 23.10.2018-ci il tarixli icra sənədi verilmişdir. Həmin icra sənədi iddiaçının vəsatəti ilə Kazaxsat Respublikasında tanınaraq həmin ölkədə icraya yönəldilmişdir. Deməli, idd iaçı həmin ölkənin qanunvericiliyinə uyğun olaraq qətnamənin icrası ilə bağlı ortaya çıxan məsələləri həmin ölkənin qanunlarına uyğun olaraq mübahisələndirməlidir. Yəni, iddiaçı icra sənədini icra edən icra məmurunun öhdəliklərin qarşılıqlı əvəzləşdirilməsi ilə razılaşmırsa, icra sənədinə həmin əsasla xitam verilməsini qəbul etmirsə, qərarı çıxaran orqanın olduğu yerin qanunvericiliyinə uyğun olaraq mübahisə açmalıdır. İşə baxan Apelyasia Məhkəməsi də mübahisəyə bu konteksdən yanaşaraqa hesab etmişdir ki, Qazaxstan Respublikasında icra məmurunun 03.03.2020-ci il tarixli qərarında icra hərəkətləri nəzərdə tutulmadığından həmin qərarın tanınmasının xüsusi proseduruna zərurət yoxdur.
29. Apellyasiya haqqlı olaraq hesab etmişdir ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi müqavilənin bağlandığı t arixdən (02.02.2015-ci il) Pirallahı Rayon Məhkəməsinin 26.07.2017-ci il tarixli qətnaməsi icra olunan tarixədək 698.000 ABŞ dolları pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə illik 5%, eyni zamanda 100.000 ABŞ dolları məbləğində əldən çıxmış faydanın olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Başqa sözlə, iddiaçı cavabdehin həqiqətən də pul vəsaitini qanunsuz saxlamasını, qaytarmaqdan boyun qaçırmasını, ödənilməsini hər hansı şəkildə gecikdirməsini sübut edə bilməmişdir. Əksinə, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya şöbəsinə ünvanladığı məktubdan görünür ki (i.v. 177), Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-396/2017 saylı, 26.07.2017-ci il tarixli qətnaməsi Qazaxstan Re spublikasının Manqistau Vilayətinin Aktau şəhərinin 2 saylı Məhkəməsinin 03.10.2018-ci il tarixli, 471118-00-2m/10573 saylı qərardadı ilə Qazaxstan ərazisində tanınaraq məcburi icraya yönəldilmişdir.
30. Kollegiya bir məsələni də qeyd edir ki, Qazaxstan Respublikasının Mangistau vilayət Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 20.04.2018-ci il tarixli 4799-18-00-2a/547 saylı qətnaməsinin Azərbaycan Respublikasında tanınmasından imtina edilməsi həmin qətnamənin Qazaxstan Respublikasının qanunlarına uyğun olaraq həmin ölkə ərazisində icra edilməsini istisna etmir.
31. Eyni zamanda kollegiya qeyd edir ki, iddiaçı ilə cavabdehlər arasında müqavilənin bağlandığı tarixdən (02.02.2015-ci il) Pirallahı Rayon Məhkəməsinin 26.07.2017-ci il tarixli qətnaməsi icra olunan tarixədək 698.00 0 ABŞ dolları pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə illik 5% pul tutulması tələbi özlüyündə təmin olunan iddia deyil. Əvvəla, iddiaçı istinad etdiyi müqaviləni bağlamışdırsa, qətnamədə qeyd olunduğu kimi pul vəsaitini metal məmulatları alıb gətirmək üçün ödəmişdir. Pulun qaytarılmasının gecikdirilməsi müqavilənin bağlandığı andan hesablana bilməz. Pulun gecikdirilməsi öhdəliyin icra edilmədiyi andan hesablalna bilər. Beləki, Mülki Məcəllənin 445.7. maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Normanın dispozisiya şərtlərindən göründüyü kimi pul vəsaitinin gecikdirilməsi pul vəsaitinin qaytarılması öhdəliyinin yarandığ ı vaxtdan hesablanmalıdır. İddiaçı bu halın nə vaxtdan baş verməsi ilə bağlı aydın təsəvvür yaratmamışdır.
32. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-nin 88-ci maddəsi).
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üç ün əsas yoxdur.
34. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
36. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4948/2021 saylı, 04.06.2021-ci il tarixli qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvə