Məhkəmə qərarları › İş №2(102)-6466/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6466/2019

14.10.2019 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6466/2019 14.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, Cavabdeh vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 may 2019-cu il tarixli qətnaməsindən Cavabdeh İB-nin və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3247/2019 saylı, 25 fevral 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Ə.R.Abbasova) İddiaçı Cavabdeh İB-nə q arşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” iddiasının təmin edilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 may 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən E.Kazımov, hakimlər T.Səmədov və İ.Şirinov, İş № 2(103)-6362/2019) İddiaçı apelyasiya şikayəti təmin edilərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)3247/2019 saylı, 25 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən verilmiş SOCAR 18 **********70020B01263 nömrəli, 24.12.2018-ci il tarixli əmrin ləğv edilməsinə, əvvəl işlədiyi Cavabdeh İsehsalat Birliyinin Bakı Regional Qazın Satışı Departamentinin Qazın balansı və satışı şöbəsinə 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə (vəzifəsinə) bərpa edilməsi, 24.12.2018-ci il tarixdən işə bərpa olunduğu tarixədək məcburi iş buraxmağa görə əmək haqqının cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh İB və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi qətnamə çıxararkən maddi və prosessual hüquq normalarını pozmuş, hüququn tətbiq edilməsində səhvə yol vermiş, tətbiq edilməli olan qanunu və digər normativ hüquqi aktı tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən fakti ki halları aydınlaşdırmamış, işin faktiki halları ilə məhkəmənin gəldiyi nəticə arasında uyğunsuzluq yaranmışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 10 may 2019-cu il tarixli qətnaməsinin kassasiya icraatı qaydasında ləğv edilib, iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin 10 may 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası, İddiaçı və üçüncü şəxsin nümayəndəsi X3 məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlmələri səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesa b edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 10 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni, işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi təqdim edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Cavabdeh 24.12.2018-ci il tarixli əmrinin surətindən görünür ki, İddiaçı Cavabdeh Bakı Regional Qazın Satışı Departamentinin Qazın balansı və satışı şöbəsinin 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri ilə 21.12.2015-ci il tarixdə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq, əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar 24.12.2018-ci il tarixdən xitam verilmişdir. Əmək Müqaviləsinin surətindən görünür ki, Cavabdeh baş direktoru X5 ilə işçi İddiaçı arasında 21.12.2015-ci il tarixdə 639 saylı əmək müqaviləsi bağlanmışdır. Müqaviləyə əsaən işçi Cavabdeh Bakı Regional Qazın Satışı Departamentinin Qazın balansı və satışı şəbəsinə 5 dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsinə qəbul edilmişdir. Müqavilə 21.12.2015-ci il tarixdən 21.12.2016-cı il tarixədək bağlanılmışdır. 11.01.2015-ci il tarixli xxxxxxx000200 saylı “Əmək müqaviləsinin” bağlanması ilə bağlı əmək müqaviləsi bildirişini surətindən görü nür ki, işə götürən Cavabdeh İB ilə işçi İddiaçı arasında 17.05.2010-cu il tarixində müddətli əmək müqaviləsi bağlanılmışdır. İşçi Cavabdeh İB-nin Suraxanı Qaz İstismarı Sahəsindən qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsinə qəbul edilmişdir. Müqavilənin müddətinin qurtardığı tarix isə 17.05.2015-ci ildir. 21.12.2015-ci il tarixli xxxxxxx000300 saylı “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildiriş”inin surətindən görünür ki, işə götürən Cavabdeh İB ilə işçi İddiaçı arasında 21.12.2015-ci il tarixində müddətli əmək müqaviləsi bağlanılmışdır. İşçi SOCAR Cavabdeh İB-nin Bakı Regional Qaz Satışı departamentinin Qazın balansı və satışı şöbəsində Qaz avadanlıqlarının istismarı və satışı üzrə çilingər vəzifəsinə qəbul edilmişdir. Müqavilə müddətinin qurtard ığı tarix isə 21.12.2016-cı ildir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Apellyasiya instansiyası məhkəməsinin işin materiallar ı üzrə gəldiyi nəticədən görünür ki, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Belə ki, iddiaçı cavabdeh qurumda on ildən artıq müddətdə fasiləsiz işləyərək əmək funksiyasını yerinə yetirmiş və gözlənilmədən cavabdeh tərəfindən qeyd olunan əsasla əmək müqaviləsinə xitam verilmişdir. Lakin on ilə yaxın müddətdə əmək münasibətlərində olduğu iddiaçını birdən-birə hansı zərurətlə əlaqədar işdən azad etməsini hər hansı bir formada əsaslandırmamış, apellyasiya baxışı zamanı da nümayəndəsi məhkəmə iclasında iştirak edərək bunun iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərlə əlaqəda r olmadığı ilə bağlı hər hansı bir fikir bildirməmişdir. Ona görə də, apellyasiya instansiyası məhkəməsi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə hər hansı bir zərurət olmadan, gözlənilmədən xitam verilməsinə məhz apellyasiya şikayətində göstərilən dəlillərin səbəb olduğu ilə bağlı iddiaçının dəlillərini əsaslı hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticələrin maddi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42.1, 42.2, 45.1, 45.4, 45.5, 47, 68.2, 73.1, 294.1, 300-cu maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, həmçinin iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəl inmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, tərəflər arasında əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin norma və prinsipləri əsas götürülməli olduğu halda buna əməl edilməmiş və nəticədə qanunvericiliyin tələbi pozulmuşdur. Mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli dir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Beləliklə də, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Kollegiya hesab edir ki, apellyasiya məhkəməsinin gəldiyi nəticə göstərilən prosessual hüquq normalarının tələblərinə uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiya sı kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, bu dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün hüquqi əsas yaratmır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, cavabdeh apellyasiya şikayətinin dəlillərini təsdiq edən sübutları apellyasiya instansiyası məhkəməsinə təqdim edə bilməmiş, məhkəmə instansiyası tərəfindən onun apellyasiya şikayətinin d əlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Apellyasiya Məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə 10 may 2019- cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar