Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6467/2019 07.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı ***nun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.05.2019-cu il tarixli, 2(103)934/2019 nömrəli qətnaməsindən cavabdeh ***nun kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Möhübbəddin oğlu cavabdeh ***na qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ailə üzvləri ilə birlikdə onun mülkiy yətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 454A saylı bağ evindən çıxarılması və daşınmaz əmlakın alıcıya zərər yetirmədən tam şəkildə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiasını onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 18 aprel 2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Bakı şəhər, Sabunçu rayon, Bilgəh qəsəbəsi, 454A saylıbağ evi və həmin ünvanda olan 0.12 ha torpaq sahəsi üzərindəki tikilini 125000 manata almışdır. Həmin müqavilə 14 saylı notariat kontorunda rəsmiləşdirilmiş və həmin pulu cavabdehin notariusda açılan depozit hesabına köçürmüşdür. İddiaçı həmin əmlaka dair öz adına 13 may 2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış almışdır. Daşınmaz Əmlakın alqı-satqısına dair m üqavilənin 8-ci bəndində göstərilir ki, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürür. Həmin müqavilənin 9-cu bəndində göstərilir ki, satıcı tərəf daşınmaz əmlakla bağlı məhkəmə mübahisəsinin olmadığına təminat verir. Dəfələrlə xəbərdarlıq edilsə də, cavabdeh bağ evini iddiaçıya təhvil vermir və bundan imtina edir. Bu da iddiaçının mülkiyyət hüquqlarını pozur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli, 2(008)11212/2017 saylı qətnaməsi ilə iddia təmin edilmiş, ***nun ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsindəki 454A saylı bağ evindən çıxarılması və həmin bağ evinin zərər yetirmədən tam şəkildə İddiaçı Möhübbəddin oğluna təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kolle giyasının (hakimlər V.T.Həsənov, Ş.A.Məmmədova və N.Ş.Cəfərov) 07.05.2019-cu il tarixli, 2(103)-934/2019 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli, 2(008)-11212/2017 saylı qətnaməsi qismən – Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsindəki 454A saylı bağ evindən Cavabdeh ailə üzvlərinin çıxarılması hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin edilməmiş, qətnamə cavabdeh ***namünasibətdəqalanmübahisələndirilənhissədədəyişdirilmədən saxlanılmışdır. Cavabdeh *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.05.2019cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 0 7.05.2019cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun cavabdehin bağ evindən çıxarılması və həmin bağ evinin zərər yetirmədən tam şəklildə iddiaçıya təhvil verilməsi hissəsində ləğv, həmin hissənin yenidən araşdırılması üçün işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı məhkəmədə iddia qalırmamışdan əvvəl pretenziya qaydasında cavabdehə bağ evindən çıxarılma tələbi ilə müraciət etməmişdr. Məhkəmə isə bu hala qiymət verməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən İddiaçı *** kassasiya şikayətinə etiraz edərək, onun rədd, apellyasiya instansiyası məhkəməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh işə baxı lmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 07.05.2019-cu il tarixli qətnaməsi ilə iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli qətnaməsini qismən ləğv edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbi q etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın təsdiq edilmiş surətinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsindəki 454A saylı bağ bağ evi tam mülkiyyət hüququ ilə İddiaçı Möhübbəddin oğlunun adına xüsusi mülkiyyət hüququ kimi daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 1152 nömrəli vərəqində qeydiyyata alınmışdır. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası be lə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfındən tanınan və qorunan hüquqdur. 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Bakı Apellyasiya Məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunur ki, Abdıyev X1 Şahin Möhüb bədin oğluna və qeyrilərinə qarşı bağ evi və torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 aprel 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmamışdır. Hazırkı qətnamə ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İddiaçı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinin iddia tələbində irəli sürdüyü dəlilləri, hazırkı iş üzrə apellyasiya şikayətində irəli sürdüyü dəlillərlə eynilik təşkil edir. Lakin işə baxan məhkəmələr L.Abdıyevin dəlilərini əsassız hesab edərək bağlanmış müqaviləni etibarlı müqavilə olması nəticəsinə gəlmişdir. Bu baxımdan apellyasiya şikayətində cavabdehin istinad etdiyi dəlillərin yenidən sübut edilməsi mümkünsüz olmaqla yolverilən deyildir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edimiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, Cavabdeh bağ evində qalması üçün hər hansı qanuni əsas olmadığından onun həmin sahədən istifadəsi iddiaçının konstitusion mülkiyyət hüququna əsassız müdaxilədir ki, məhz bu baxımdan da iddia düzgün olaraq təmin edilmişdir. Beləliklə, kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddianın təmin olunmuş hissəsinə münasibətdə gəldiyi nəticə ilə razılşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanma ddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən, yəni iddianın təmin edilmiş hissədə ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh ***nun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.05.2019-cu il tarixli, 2(103)-934/20 19 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6467/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6467/2019
07.10.2019 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver