Məhkəmə qərarları › İş №2(102)-647/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-647/2019

30.01.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-647/2019 30.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 30 yanvar 2019-cu il iş № 2(102)- 647/19 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 02 oktyabr 2018-ci il tarixli qərardadından cavabdeh “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 30 yanvar 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 iyul 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim A.Rzayev, 2(001)- 11146/2017 saylı mülki iş) iddia qismən təmin edilərək, Bakı şəhəri ÜNVANndə 0.553 ha torpaq sahəsində “xxxx” MMC tərəfindən inşa edilən çoxmərtəbəli binada ümumi sahəsi 139,21 m2, yaşayış sahəsi 79,68 m2 təşkil edən başqa mənzillə İddiaçı təmin etmək öhdəliyinin “xxxx” MMC-nin üzərinə qoyulması, iddianın qalan hissədə rədd edilməsi, iddia qismən təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun 50%-i, yəni 5 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qalan 50%, yəni 5 manatın iddiaçının özünə aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 13 mart 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Qurbanov (sədrlik edən, məruzəçi), E.Nəbiyev və A.İmanov, 2(103)-2567/2018 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2 (001)-11146/2017 saylı mülki iş üzrə qəbul etdiyi 21 iyul 2017-ci il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 02 oktyabr 2018-ci il tarixli qərardadı ilə (hakimlər R.Qurbanov (sədrlik edən, məruzəçi), E.Nəbiyev və A.İmanov, 2(103)-2567/2018 saylı mülki iş) Bakı Apellyasiya Məhkəməsinin MK-nın 13 mart 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi barədə cavabdeh “xxxx” MMC tərəfindən verilmiş ərizə təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır. İşin halları İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X3 və X2) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC arasında 30 noyabr 2011-ci il tarixdə Bakı şəhəri ÜNVANndə 0.553 ha torpaq sahəsində layihə sənədlərinə uyğun olaraq çoxmərtəbəli binanın C korpusunda 10-cu mərtəbədə yerləşən 3 otaqlı, ümumi sahəsi 139,21 m2, yaşayış sahəsi 79,68 m2 olan mənzilə dair bağlanmış müqavilənin 5.4-cü bəndinin etibarsız hesab edilməsi, Bakı şəhəri, ÜNVANndə 0.553 ha torpaq sahəsində layihə sənədlərinə uyğun olaraq çoxmərtəbəli binanın C korpusunda 10-cu mərtəbədə yerləşən 3 otaqlı, ümumi sahəsi 139,21 m2, yaşayış sahəsi 79,68 m2 təşkil edən mənzilin ona təhvil verilməsi və ya həmin mənzilin verilməsi mümkün olmadıqda, Bakı şəhəri ÜNVANndə 0.553 ha torpaq sahəsində “xxxx” MMC tərəfindən inşa edilən çoxmərtəbəli binada ümumi sahəsi 139,21 m2, yaşayış sahəsi 79,68 m2 təşkil edən mənzillə onu təmin etmək öhdəliyinin “xxxx ” MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh “xxxx” MMC apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Cavabdeh və üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosess ual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən ed ilmişdir ki, mülki işin 205-ci vərəqəsində olan qəbzə əsasən, Bakı Apellyasiya Məhkəməsinin 13 mart 2018-ci il tarixli qətnaməsinin surəti 10 may 2018-ci il tarixdə cavabdehin nümayəndəsi X1 rəsmi qaydada verilmşdir. Məlum olduğu kimi kassasiya şikayəti vermə müddəti cavabdehə münasibətdə 10 iyul 2018-ci il tarixdə bitmişdir. Ərizəyə əlavə olunmuş cavabdehin nümayəndəsi X1 məxsus pasportun surətindən isə aydın olmuşdur ki, o, 10 iyul 2018-ci il tarixdə, yəni kassasiya şikayətinin verilməsi müddətinin sonuncu günü ölkəni tərk etmişdir. Həmçinin cavabdeh ərizəsində kassasiya şikayəti vermək üçün prosessual müddətin buraxılmasının heç bir üzrlü səbəbi göstərilməmişdir. Cavabdehin istinad etdiyi hallar isə özü-özlüyündə əsassız olmaqla müddətin buraxılmasının üzrlü səbəbi kimi qiymətləndirilmə mişdir. Belə ki, hüquqi şəxsin nümayəndəsinin xəstəliyi və ölkədə olmaması heç bir halda hüquqi şəxsin özünə münasibətdə üzrlü səbəb kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qərardadın ləğv edilməsi və kassasiya şikayətinin təmin olunma sı üçün heç bir əsas olmadığından qərardad dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh “xxxx” MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 02 oktyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir. Sədrlik edən Hakimlər Əsliilədüzdür AliMəhkəmənin hakimi QəhrəmanAllahverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar