Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-6470/2022 02.12.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək qanunsuz və əsassız olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməyi və barəsində qətimkan tədbiri seçilməsi ilə əlaqədar ona vurulmuş mənəvi ziyan kimi 30000 manat maddi ziyan kimi nəqliyyat xərci 1000 manat, vəkilə ödənilən 1500 manat pulun və 188 manat dövlət rüsumunun, cəmi 32688 manat pulun cavabdehdən tutulub ona verilməsi barədə qə tnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 2(051)-371/2022 saylı qətnaməsi ilə (hakim Ə.Hüseynov) iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən İddiaçı Qanunsuz və əsassız olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməyi və barəsində qətimkan tədbiri seçilməsi ilə əlaqədar ona vurulmuş mənəvi ziyan kimi 5000 manat, nəqliyyat xərci ilə bağlı 500 manat, vəkilə ödənilən 1500 manat və 188,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb iddiaçıya verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən narazı qalan Azərbaycan Respublikası Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək birinci instansi ya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 avqust 2022-ci il tarixli, 2(107)-853/2022 saylı qətnaməsi ilə (hakimlər X4 (sərdlik edən və məruzəçi), X2 və X1) apellyasia şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, iddianın təmin edilmiş mənəvi ziyana görə 3800 manata aid hissədə, nəqliyyat xərclərinə görə 500 manat, vəkilə ödənilən 1300 manata aid hissədə ləğv edilməsi, həmin hissə üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməməsi, mənəvi ziyan üzrə 1800 manat, vəkilə ödənilən haqq üzrə 200 manat pulun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutularaq İddiaçı Mərəhhəm qızına ödənilməsi, qətnamənin mübahis ələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı qətnamədən kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya kollegiyası belə hesab edir ki, kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kollegiyasının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Baxılan işdə iddiaçı mənəvi ziyan kimi 30000 manat (qeyri-əmlak xarakterli tələb) maddi ziyan kimi nəqliyyat xərci 1000 manat, vəkilə ödənilən 1500 manat pulun (əmlak xarakterli tələb) və 188 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş edir. Kollegiya qeyd edir ki, qeyri əmlak xarakterli tələb əmlak xarakterli tələbdən doğur və təminatı ilk növbədə birinci tələbin əsaslı olub-olmamasından asılıdır, ona görə də həmin tələbi müstəqil tələb kimi dəyərləndirmək olmaz. Bu baxımdan da hazırkı iş üzrə iddianın qiyməti əmlak xarakterli tələbin, yəni apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd olunan pul tələbinin məbləğinə əsasən müəyyən edilməlidir ki, həmin məbləğ də 5000 manatdan azdır. Belə ki, hazırda iddiaçının mübahisələndirdiyi hissə apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbini rədd olunan hissə sidir. Çünki iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən qismən təmin olunmuş, iddiaçı tələbin rədd edilən hissəsindən apellyasiya şikayəti verməmişdir. Qeyd edilən hissədə isə əmlak xarakterli tələb (nəqliyyat xərci ilə bağlı 500 manat, vəkilə ödənilən 1300 manat (1500-200 manat), ümumilikdı 1800 manat qanunvericilikdə nəzərdə tutulmuş məbləğdən az olduğundan, onun həmin qətnamədən kassasiya şikayəti vermək hüququ yoxdur. MPM-nin 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad q əbul edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyrimümkün hesab edilməli, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Qeyd olunanları nəzərə alaraq və MPM-nin 404-1.2, 402, 408.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Şəki Apellyasiya Məhkəməsinin 2(107)-853/2022 nömrəli, 25 avqust 2022ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minmir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(102)-6470/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-6470/2022
02.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver