Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6472/2019 17.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Hadi Mirqədir Mirababa oğlunun katibliyi, kassatorun vəkili X2 iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 may 2019-cu il tarixli qətnaməsindən Cavabdeh3 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(007)-406/2018, hakim E.A.Nuriyev) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh 3 qarşı iddiası təmin edilmış, cavabdehlərin Bakı şəhəri Nizami rayon Qara Qarayev prospektindəki 10 saylı evin 9 saylı mənzilindən çıxarılmaları qət edilmiş, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı qarşı bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və mənzilin rəsmləşdirilməsinin həvalə edilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 may 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-4672/2019, hakimlər V.T.Həsənov, Ş.A.Məmmədova, N.Ş.Cəfərov) Cavabdeh3apellyasiya şikayəti təmin edilməmiş, qətnamə Cavabdeh3 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh3 verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: Bakı şəhəri Nizami rayon Qara Qarayev prospektindəki 10 saylı evin 9 saylı mənzili 07 sentyabr 2017-ci il tarixdən İddiaçı mülkiyyətindədir. 09 oktyabr 2017-ci il tarixdə İddiaçı Müşfıq oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onun mülkiyyətində olan Bakı şəhəri Nizami rayonunun Qara Qarayev prospektindəki 10 saylı evin 9 saylı mənzilindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək Bakı şəhəri Nizami rayonunun Qara Qarayev prospektində yerləşən 10 saylı evin 9 saylı mənzilinin X3 bağışlanması haqqında bağışlama müqaviləsinin və həmin bağışlama müqaviləsi əsasında verilmiş 07 sentyabr 2017-ci il tarixli çıx arışın ləğv edilməsi, eləcə də mübahisəli mənzilin iddiaçının adına rəsmiləşdirilməsinin həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, mənzildə 15 il ərzində yaşamaqları nəzərə alınmamışdır. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsas ən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ilə müəyyən edilir ki, Bakı şəhəri Nizami rayon Qara Qarayev prospektindəki 10 saylı evin 9 saylı mənzili 25 avqust 2017-ci il tarixli bağışlama müqaviləsi əsasında xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydiyyatdan keçmişdir. Həmçinin həmin mənzildə cava bdehlər hər hansı hüquq əsas olmadan qeydiyyatsız olaraq faktiki yaşayırlar. İddiaçı cavabdehlərin həmin mənzildən çıxarılmalarını tələb edir. Cavabdehlər qarşılıqlı iddia qaldıraraq həmin bağışlama müqaviləsinin və həmin müqavilə əsasında verilmiş hüquq müəyyənedici sənədin ləğvini tələb edirlər. İlk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsinə apellyasiya qaydasında qarşılıqlı iddiaçılar Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti üzrə baxılmış, qətnamə sonunculara münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh2 verdiyi kassasiya şikayəti təmin edilməmiş, qətnamə Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmış və həmin hissədə qüvvəyə minmişdir. Bundan sonra Cavabdeh3 birinci instansiya məhkəməsinin qətnaməs ini mübahisələndirmiş, apellyasiya məhkəməsi tərəfindən qətnamə sonuncuya münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh3 həmin qətnaməni hazırda kassasiya qaydasında mübahisələndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 156-cı maddəsinin tələblərinə görə qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırdığından apellyasiya məhkəməsinin qətnaməsi ilk növbədə qarşılıqlı iddia hissəsində yoxlanılmalıdır. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 oktyabr 2012-ci il tarixli qərarında qeyd edildiyi kimi Konstitusya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar k imi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Apellyasiya məhkəməsi hesab etmişdir ki, hazırkı mübahisə üzrə qarşılıqlı iddiaçı müvafiq subyektiv hüquqa malik olmamışdır. Belə ki, onun mübahisəli mənzildə faktiki yaşaması əsas vermir ki, həmin mənzilə dair bağlanmış hər hansı əqdi, o cümlədən mübahisələndirdiyi bağışlama müqaviləsinin ləğvini tələb etsin. Qeyd edilməlidir ki, mübahisəli mənzil üzərində hüquqlarının olduğunu iddia edən qarşılıqlı iddia üzrə iddiaçı, mənzilin başqa şəxsin adına keçirilməsinin qanunsuz hesab edirsə və bu halın aradan qaldırılmasını, yəni özünün qanunla qorunan hüquq və azadlıqlarının, eləcə də maraqlarını qorumaq və təmin etmək istəyirsə, ilk növbədə müvafiq subyektiv hüquqa malik olmasını sübut etməlidir. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda qeyd etmişdir ki, qarşılıqlı iddiaçının mübahisələndirdiyi bağışlama müqaviləsinin qanuna uyğun olmaması, müqavilə bağlanarkən onların razılıqlarının alınmamasına dair dəlilləri əsasızdır. Çünki onun həmin mənzilə hər hansı aidiyyətinin olmadığı müəyyən edildiyindən mülk iyyətçinin sərbəst iradə ifadəsinin həyata keçirməsinə maneə ola bilməz. Daşınmaz əmlaka münasibətdə əqdlər o cümlədən alqı-satqı müqaviləsi notariat kontorunda bağlanması məcburi şərtdir ki, qarşılıqlı iddiaçı mənzilin onların sahiblik və istifadələrində olmasını təsdiq edən hər hansı müqaviləyə istinad etmir. Belə rəsmləşdirmənin isə məhkəmə qaydasında həyata keçirilməsi yolverilməz olmaqla yanaşı mənzil mülkiyyətçisinin hüquqlarının pozulması və əmlakdan məhrum edilməsinə şərait yaratmış olar. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 152.1-ci mаddəsinə əsаsən mülkiyyət hüququ-subyektin оnа mənsub əmlаkа öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə etmək və оnа dаir sərəncаm vermək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. Həmin Məcəllənin 157.2-ci mаddəsinə əsаsən mülkiyyət çi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6472/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6472/2019
17.10.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver