Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6473/2019 17.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Rüstəmov Əli Məhəmməd oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 may 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 fevral 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(010)-1401/2019, hakim T.N.Mahmudova) İddiaçı ASC-nin cavab dehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddiası təmin edilmiş, Cavabdeh2 18.09.2015-ci il tarixli kredit müqaviləsi üzrə 45.000 ABŞ dolları əsas və 10.597 ABŞ dolları faiz borcu olmaqla, cəmi 55.597 ABŞ dolları məbləğində pulun ödəniş gününə manata məzənnəsi ilə alınaraq iddiaçıya ödənilməsi, tələbin ipoteka predmeti olan Cavabdeh1 məxsus fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 120.000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, qalan məbləğin cavabdeh Cavabdeh1 qaytarılması, fərdi yaşayış evinin satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması, Cavabdeh1 həmin evi tərk etmədiyi halda onun həmun evdən məcburi qaydada çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Koll egiyasının 15 may 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-5965/2019, hakimlər X.Ə.Cəmilova, İ.K.Xəlilov, İ.Ə.Kərimli) Cavabdeh2 apellyasiya şikayəti təmin edilmiş, qətnamə mübahisələndirilən hissədə, cavabdehdən 10597 ABŞ dolları məbləğində faiz borcunun tutulması hissəsində dəyişdirilmiş, Cavabdeh2 6.750 ABŞ dolları faiz borcunun ödəniş gününə manata məzənnəsi ilə alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilərək faiz borcu hissəsində işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 18 sentyabr 2015-ci il tarixli kredit müqaviləsi əsasında sonuncuya bank tərəfindən illik 18 % olmaqla, 12 ay müddətinə 45.000 ABŞ doll arı məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı kimi bağlanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı ASC 14 aprel 2017-ci il tarixdə Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcu və ona hesablanmış faiz borcunun ödənilməsi, tələbin ipoteka predmeti olan əmlaka yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ape llyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, müqavilə üzrə faiz borcu düzgün müəyyən edilməmiş, həddən artıq faiz borcu hesablanmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassator məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi təşkil edir. Apellyasiya məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini yalnız Cavabdeh2 tərəfindən mübahisələndirilən hissədə, faiz borcunun tutulması hissəsində yoxlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər üzrə verilməsini şərtləndirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni kredit müqaviləsi üzrə borc vermiş, borclu isə müqaviləyə əsasən üzərinə düşən öhdəliyi vaxtında icra etmədiyindən, iddiaçı müqavilə üzrə əsas borc və faiz borcunun ödənilməsi tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı bank tərəfindən təqdim edilmiş 09 mart 2017-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 18.09.2015-ci il tarixli kredit müqaviləsi üzrə 09.03.2017-ci il tarixə banka 45.000 ABŞ dolları əsas, 10.597,50 ABŞ dolları faiz borcu olmaqla, ümumillikdə cəmi 55.597,50 ABŞ dolları borcu vardır. Birinci instansiya məhkəməsi tərəfindən alınmış məhkəmə-mühasibatlıq ekspertizasının 09 oktyabr 2018-ci il tarixli rəyinə əsasən Cavabdeh2 İddiaçı ASC-nə olan borcu aşağıdakı kimi müəyyən olunur: müqavilə müddətinin bitdiyi 18 avqust 2016-cı il tarixə-51.750 ABŞ dolları: əsas borc üzrə 45.000 ABŞ dolları, faiz borcu üzrə - 6.750 ABŞ dolları. Arayışda göstərilən 09 mart 2017-ci il tarixə -55.597 ABŞ dolları, əsas borc üzrə 45.000 ABŞ dolları, faiz borcu üzrə - 10.597 ABŞ dolları. Göründüyü kimi, iddiaçı müqavilə müddətinin b itməsindən sonrakı müddət üçün də əsas borca müqavilə üzrə faizlərin hesablanmasını davam etdirərək borcluya qarşı faiz tələbi irəli sürmüşdür. Halbuki, kredit müqaviləsi üzrə müddətin bitməsindən sonrakı dövr üçün həmin müqavilə üzrə faizlərin hesablanmasının və borcluya qarşı belə bir tələb irəli sürülməsinin hüquqi əsası yoxdur. Apellyasiya məhkəməsi cavabdehdən İddiaçı ASC-nin xeyrinə tutulmalı olan faiz borcunun məbləğinin işdə olan ekspert rəyində müqavilə müddəti üçün hesablanmış məbləğdə, yəni 6750 ABŞ dolları məbləğində müəyyən edilməsi barədə iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü m addəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6473/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6473/2019
17.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver