Məhkəmə qərarları › İş №2(102)-6476/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6476/2019

30.09.2019 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6476/2019 30.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X6 oğlunun katibliyi, İddiaçı, onun vəkili X1 cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-nə qarşı “zəbt edilmiş torpaq sahəsinin boşaldılıb təhvil verilməsi və yolun açılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.01.2019-cu il tarixli 2(103)-1348/2019 nömrəli qətnaməsindən Cavabdeh MTK-nin vəkili və nümayəndəsi X3 tərəfindən ve rilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan xxxünvanda yerləşən 0.3377 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş hissəsinin boşaldılıb ona təhvil verilməsi, mülkiyyətində olan torpaq sahəsinə gedən cavabdeh tərəfindən bağlanmış yolun açılması və həmin yolun gələcəkdə bağlanmasının cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-350/2018 saylı, 30 may 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı xüsusi mülkiyyətində olan xxxünvanda yerləşən 0.3377 ha torpaq sahəsinin Cavabdeh MTK tərəfindən zəbt edilmiş 65 kv.metr hissəsi iddiaçıya məxsus RX seriyalı № ******* saylı Çıxarışın koordinatları ye rə köçürülməklə boşaldılıb İddiaçı təhvil verilməsi, İddiaçı xüsusi mülkiyyətində olan xxxünvanda yerləşən 0.3377 ha. torpaq sahəsinin Cavabdeh MTK tərəfindən torpaq sahəsi (65 kv.metr) zəbt edilməklə bağlanmış yolun açılması və həmin yolun gələcəkdə bağlanması Cavabdeh MTK-ya qadağan edilməsi, məhkəmə xərclərinin Cavabdeh MTK-ya aid edilməsi, Cavabdeh MTK-dan 10 (on) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməsini, ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin (hakimlər Elşən Kazımov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, İkram Şirinov) 2(103)-1348/2019 saylı 25 yanvar 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh MTK-nın apellyasiya şikayəti təmin edilməyərək iş üzrə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-350/2018 saylı, 30 may 2018-ci il tarixli qətnaməsi Cavabdeh MTK-nın apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkilyev kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.04.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə tərtib edilmiş ekspert və mütəxəssis rəylərinin hər ikisində də cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinə gedən yolun bağlanmadığı qeyd edilsə də, məhkəmənin hansı əsasla bu nun əksinə dair qənaətə gəldiyi məlum deyil. İşin gedişində keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 07 mart 2018-ci il tarixli 31515 saylı rəyində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi tərəfindən tərtib edilmiş 13 fevral 2018-ci il tarixli **********40 saylı mütəxəssis rəyinin məlumatlarına əsasən, İddiaçı gedişgəliş yolu kimi iddia etdiyi hissədə 5 metr enində yolun mövcud olduğu, lakin yolun müəyyən hissəsinin ayrıc aktının koordinatları ilə üst-üstə düşdüyü, gediş-gəliş yolu kimi iddia edilən yolun faktiki olaraq bağlanmadığının müəyyən olunduğu qeyd edilmişdir. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin 19 oktyabr 2018-ci il tarixli 2(103)- 9026/18 saylı qərardadına əsasən alın mış Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 24 dekabr 2018-ci il tarixli rəyində göstərilir ki, “mülki iş materiallarına əlavə edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla İddiaçı xüsusi mülkiyyətinə rəsmiləşdirilmiş 0,3377 hektar torpaq sahəsinin Texniki Pasportunun baş planında giriş-çıxış yolu göstərilməmişdir. Lakin, sözügedən torpaq sahəsinin (naturada) şimal istiqamətindən asfalt örtüklü yol keçir, cənub istiqamətindən isə asfalt örtüyü olmayan daş yola çıxışı mövcuddur. Tərəfimizdən mübahisələndirilən əraziyə yerli baxışın keçirildiyi zaman qeyd olunan yolların cavabdeh və digər şəxslər tərəfindən bağlanmadığı müəyyən edilmişdir.” Məhkəmə gələcəkdə icrası qeyri-mümkün olan qətnamə qəbul etmişdir. Belə ki, hər iki rəylə i ddiaçıya məxsus torpaq sahəsinə olan gedişgəliş yolunun bağlanmadığı öz təsdiqini tapmışdır. Həqiqətən də, işdə olan sübutlardan da aydın olur ki, iddiaçı hazırda öz sahəsinə şimaldan asfalt yol, cənubdan torpaq yol, hətta qərbdən digər torpaq yol vasitəsilə asanlıqla, heç bir maneə olmadan daxil ola bilər. Yəni, qeyd edilən qətnamə qanuni qüvvəsini alsa belə, bağlanmış bir yol mövcud olmadığından, onun açılması da qeyrimümkün olacaqdır. Digər tərəfindən cavabdeh tərəfindən iddiaçıya məxsus olan zəbt edildiyi iddia edilən torpaq sahəsinin isə nə torpaq yola, nə də asfalt yola heç bir aidiyyəti yoxdur. Belə ki, iş materiallarında olan eskiz layihədən çıxarışdan və plan sxemdən də aydın olur ki, həmin ərazi gediş-gəliş yollarından tamamilə kənarda yerləşir və iddiaçı indiyədək öz torpaq sahə sinə həmin hissədən deyil, hasara alınmamış hissədən daxil olmuşdur. Məhkəmənin şimaldan keçən asfalt yolun ərazidə inşa edilmiş hündür mərtəbəli binanın ərazisinə aid olmasına dair əsaslandırması isə tamamilə absurddur. Çünki həmin ərazi cavabdehə sadəcə həmin ərazidə yaşayış binasının inşa edilməsi üçün ayrılmışdır. Digər tərəfdən həmin ərazidən asfalt yolun keçməsi aidiyyəti dövlət qurumları tərəfindən təsdiq edilmiş eskiz layihəsində, tikinti üçün layihə sənədlərində və digər sənədlərdə birbaşa nəzərdə tutulmuşdur. Bütün bu səbəblərə görə həmin yolun gələcəkdə binanın tərkib hissələrinin mülkiyyətçiləri tərəfindən “bağlanmasından” söhbət gedə bilməz. Lakin məhkəmə tərəfindən bu fakta heç bir əhəmiyyət verilməmiş, bağlanmış yolun açılması və həmin yolun gələcəkdə bağlanmasının cavabdeh “Cavabdeh MTK-ya qadağan edilməsi qət edilmişdir. Halbuki ekspert rəyindən də göründüyü kimi həmin gediş-gəliş yolu faktiki olaraq bağlanmamışdır. Yəni məhkəmə tərəfindən heç bir əsası olmayan, ekspert rəyi ilə əksi sübuta yetirilmiş iddia tələbi təmin edilmiş və icrası qeyri-mümkün olan qətnamə qəbul edilmişdir. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində həmin ekspert və mütəxəssis rəylərinin mötəbərliyinə dair heç bir şübhə bildirməsə də, qətnamənin nəticə hissəsində ekspertin gəldiyi nəticəsinin tam əksinə dair qərar vermişdir. Bu isə məhkəmə qətnaməsinə dair tələblərə tamamilə ziddir. Məhkəmə heç bir əsas olmadan, heç bir əsaslandırma aparmadan, işdə olan ekspert rəyinə məhəl qoymadan iddia tələbini olduğu kimi təmin etmiş, bununla da həm maddi, həm də prosessual hüquq normalarının po zuntusuna yol vermişdir. Prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkilyev kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili X1 kassasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdirlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, xxxünvanda yerləşən 0.3377 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 30.12.2012-ci ildə qeydiyyata alınmışdır. Həmin torpaq sahəsinin pla nı və ölçüsünə əsasən torpaq sahəsinin yerdə sərhəd xətləri və koordinatları müəyyən edilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 05 may 2016-cı il tarixli 182 nömrəli Sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh MTK-ya X1saylı yaşayış binasının şərq hissəsində yerləşən torpaq sahəsində icarə əsasında yaşayış binalarının tikintisinə icazə verilmişdir. İstifadəyə (icarəyə) verilən torpaq sahəsinin 16/58 saylı Ayrıc Aktından görünür ki, Cavabdeh MTK-ya yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün X1saylı yaşayış binasının şərq hissəsində ayrılmış torpaq sahəsinin sərhəd xətləri və koordinatları müəyyən edilmişdir. Məhkəmə tikinti-texniki ekspertizasının 07 mart 2018-ci il tarixli 31515 saylı rəyindən görünür ki, Azərbaycan Respublikasının Əmlak Məsələlər i Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi tərəfindən tərtib edilmiş 13 fevral 2018-ci il tarixli **********40 saylı mütəxəssis rəyinin məlumatlarına əsasən, İddiaçı reyestr nömrəsi **********63-06301 olan çıxarışa əsasən xüsusi mülkiyyətində olan xxxünvanda yerləşən 0,3377 ha torpaq sahəsinin 65 kv.m hissəsinin Cavabdeh MTK tərəfindən dəmir lövhələrlə hasarlanaraq tutulduğu müəyyən edilir. İddiaçı reyestr nömrəsi **********63-06301 olan çıxarışa əsasən xüsusi mülkiyyətində olan xxxünvanda yerləşən 0,3377 ha torpaq sahəsinin 233 kv.metri Cavabdeh MTKya ayrıc aktına əsasən ayrılmış torpaq sahəsi ilə üst-üstə düşür ki, bundan da 65 kv.metr hissəsi ayrıc aktından kənara çıxmaqla Cavabdeh MTK tərəfindən dəmir lövhələrlə hasarlanması, 168 kv. metri isə ayrıc aktının koordinatları ilə üst-üstə düşməsi nəticəsində əmələ gəldiyi (sxemdə göstərildiyi kimi) müəyyən edilmişdir. İddiaçı reyestr nömrəsi **********63-06301 olan çıxarışa əsasən xüsusi mülkiyyətində olan torpaq sahəsinin tamlığını bərpa etmək üçün çıxarışın koordinatları yerə köçürülməlidir. İddiaçı gediş-gəliş yolu kimi iddia etdiyi hissədə 5 metr enində yol mövcuddur, lakin yolun müəyyən hissəsi ayrıc aktının koordinatları ilə üst-üstə düşür. Gedişgəliş yolu kimi iddia edilən yolun faktiki olaraq bağlanmadığı müəyyən olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 19 oktyabr 2018-ci il tarixli 2(103)-9026/18 saylı qərardadına əsasən alınmış Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 24 dekabr 2018-ci il tarixli rəyində göstərilir ki, mülki iş materiallarına əlavə edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla (reyestr nömrəsi, **********63- 06301) İddiaçı xüsusi mülkiyyətinə rəsmiləşdirilmiş 0,3377 hektar torpaq sahəsinin Texniki Pasportunun baş planında giriş-çıxış yolu göstərilməmişdir, lakin, sözügedən torpaq sahəsinin (naturada) şimal istiqamətindən asfalt örtüklü yol keçir, cənub istiqamətindən isə asfalt örtüyü olmayan daş yola çıxışı mövcuddur. Tərəfimizdən mübahisələndirilən əraziyə yerli baxışın keçirildiyi zaman qeyd olunan yollar cavabdeh və digər şəxslər tərəfindən bağlanmadığı müəyyən edilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin cənub hissəsində zəbt etdiyi 65 kv.metr torpaq sahəsi iddiaçının öz torpaq sahəs indən X2küçəsinə çıxmaq üçün nəzərdə tutulan yolun başlanğıc hissəsidir. Qeyd olunan küçəyə çıxmaq üçün məhz zəbt olunmuş 65 kv. metr ərazidən keçməklə yola çıxılması mümkündür. Ona görə də, burada torpaq sahəsinin 65 kv.metr hissəsini zəbt etməklə bağlanmış yolun açılması hissəsində iddianın təmin edilməsi düzgün olmuşdur. Həmçinin apellyasiya baxışı zamanı alınmış Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 24 dekabr 2018-ci il tarixli rəyində daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla (reyestr nömrəsi, **********63- 06301) İddiaçı xüsusi mülkiyyətinə rəsmiləşdirilmiş 0,3377 hektar torpaq sahəsinin Texniki Pasportunun baş planında giriş-çıxış yolu göstərilmədiyi, lakin sözügedən torpaq sahəsinin (naturada) şimal istiqamətindən asfalt örtüklü yol keçdiyi, cənub istiqamətind ən isə asfalt örtüyü olmayan daş yola çıxışının mövcud olduğu göstərilsə də, işdə olan sənədlərdən, o cümlədən cavabdehin təqdim etdiyi ayrıc aktından müəyyən edilmişdir ki, həmin torpaq sahəsindən yalnız cənub istiqamətindən keçən X2küçəsinə avtomobil üçün giriş-çıxış yolu mövcuddur və iddiaçının torpaq sahəsinə ancaq həmin ərazidən girib-çıxmaq mümkündür. Rəydə torpaq sahəsinin (naturada) şimal istiqamətindən asfalt örtüklü yol keçdiyi göstərilsə də, həmin yol qeyd olunan ərazidə inşa edilmiş hündür mərtəbəli binanın ərazisinə aiddir və həmin binanın tərkib hissəsinin mülkiyyətçiləri tərəfindən istənilən vaxt bağlanacığı mümkündür. Ona görə də, bu yol heç bir halda iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxış yolu kimi nəzərdə tutula bilməz. Əksinə torpaq sahəsinin cə nub istiqamətindən keçən yol X2küçəsinə çıxan yeganə yoldur. Bu fakt apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli əraziyə yerində baxış keçirilərkən də öz təsdiqini tapmışdır. Ona görə də, iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsindən həmin küçəyə çıxması üçün nəzərdə tutulan yeganə yolun gələcəkdə də cavabdeh tərəfindən bağlanacağı real olduğundan bunun da cavabdehə qadağan edilməsi barədə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki,torpaq sahəsinin qaytarılması tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mübahisəli 65 kv.m torpaq sahəsinin iddiaçının mülkiyyətində olması, həmin torpaq sahəsinin cavabdehin faktiki sahibliyində olması və bu sahibliyin hüquqi əsası olmaması, iş materialları ilə təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsind ə öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Eyni zamanda, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə yolun açılması barədə tələbin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikası nda torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Cavabdeh in apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası əlavə araşdırmaya ehtiyac görmür və həmin dəlillərə apellyasiya instansiya məhəməsi tərəfindən verilmiş qiymətlə razılaşır. Həmçinin qeyd edir ki, məhkəmələr tərəfindən yalnız cavabdeh tərəfindən iddiaçıya məxsus 65 kv.m torpaq sahəsinin hasarlanaraq zəbt edilməsi nəticəsində bağlanmış yolun açılması və həmin yolun gələcəkdə bağlanmasının Cavabdeh MTK-ya qadağan edilməsi qət edilmişdir. Cavabdehin də qeyd etdiyi kimi əgər o, iddiaçının hər iki tərəfə (həm şimal, həm də cənub hissədən) mövcud olan yolunu bağlamamışdırsa və gələcəkdə bağlamaq niyyəti yoxdursa, bu zaman qeyd edilən qətnamənin yolun açılması və gələcəkdə bağlanmaması hissəsi onun hər hansı hüququnu pozmur. Məhkəmə kollegiyası yuxarıda göstərilən iş üçün mühüm əhəmiyyəti olan halları tədqiq edərək, yekun olaraq belə nəticəyə gəlir ki, apellyasiya instansiya məhkəməsinin tələbin əsaslı olması barədə gəldiyi nəticə iş üzrə müəyyən edilmiş həqiqi hallara və maddi və prosessual hüquq normalarına uyğundur. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsi barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, MPM-n in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Buna görə də, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Buna görə də kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassa siya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MTK-nin vəkili və nümayəndəsi X3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.01.2019-cu il tarixli 2(103)1348/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar