Məhkəmə qərarları › İş №2(102)-6478/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6478/2019

17.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6478/2019 17.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Rüstəmov Əli Məhəmməd oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator Cavabdeh1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 aprel 2017-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 avqust 2016-cı il tarixli qətnaməsi ilə (iş № 2(002)-2783/2018, hakim R.S.Məmmədov) İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası qismən təmin edilmiş, Cavabdeh1 onun icarəsinə verilmiş Bakı şəhəri Qaradağ rayonu Səngəçal Şimal ərazisində yerləşən 2 ha-dan ibarət daş karxanasından çıxarılması, Bakı şəhəri Qaradağ rayonu Səngəçal Şimal ərazisində yerləşən 2 ha-dan ibarət daş karxanasının və həmin daş karxanasında olan 17 adda avadanlığın iddiaçıya geri qaytarılması, avadanlıqların geri qaytarılması mümkün olmadığı halda onların dəyəri olan 26.660 manat məbləğində zərərin Cavabdeh1 iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 aprel 2017-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-3856/2017 hakimlər F.Ş.Talışinski, A.N.İmanov, İ.Q.Əsədov) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh1 verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddia ərziəsinin baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: 20 iyun 2006-cı il tarixli icarə müqaviləsinə əsasən “xxxx” ASC “Yerlitikintimaterialları” filialının sədri S.S.Əliyev tərəfindən İddiaçı Bakı şəhəri Qaradağ rayonu Səngəçal Şimal ərazisində yerləşən 2 ha-dan ibarət torpaq sahəsinin 25 il müddətinə icarəyə verilməsi barədə müqavilə bağlanmışdır. 15 noyabr 2015-ci il tarixdə İddiaçı ilə Cavabdeh1 arasında özünə məxsus daş karxanasında işlərin aparılması üçün sadə yazılı formada əqd tərtib edilmişdir. 21 aprel 2016-cı il tarixdə İddiaçıoğlu Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehlərin icarəsinə verilmiş Bakı şəhəri Qaradağ rayonu Səngəçal Şimal ərazisində yerləşən 2 ha-dan ibarət daş karxanasının geri qaytarılması, həmin torpaq sahəsində istifadədə olan avadanlıq, qurğu və texnikaların onlardan alınaraq geri qaytarılması, bu mümkün olmadığı təqdirdə isə onların dəyəri olan 30.380 manat məbləğində zərərin cavabdehlərdən tutulması, su çəninə, fəhlə yatağına və daş karxanasının ortadan bölünməsinə görə dəymiş 1.500 manat məbləğində ziyanın cavabdehlərdən tutulması, cavabdehlərin daş karxanasından satdıqları mişar daşından əldə etdikləri 48.700 manat məbləğində gəlirin cavabdehlərdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə, həmçinin aldatma və ya etibardan sui-istifadə yolu ilə mülkiyyətçinin və ya sair sahibin əmlakına talama əl amətləri olmadan ziyan vurduqları üçün cavabdehlərin əməllərində cinayət tərkibinin əlamətlərinin olub-olmamasının müəyyənləşdirilməsi üçün istintaq orqanına göndərilməsi barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnmamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara, o cümlədən iddiaçı ilə əmək müqaviləsi olmaması, mübahisələndirilən torpaq sahəsinin dövlət mülkiyyətində olması, iddiaçının fəaliyyətinin qanundankənar olması və dövlət adından iddia qaldırmağa səlahiyyəti olmaması nəzərə alınma mışdır. Məhkəmə kollegiyasının iclasında kassator vəkisiz iştirak etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Yuxarıda qeyd olunan 20 iyun 2006-cı il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri Qaradağ rayonu Səngəçal Şimal ərazisində yerləşən 2 ha-dan ibarət torpaq sahəsinin İddiaçı 25 il müddətinə icarəyə verilməsi barədə müqavilə bağlanmışdır. 15 noyabr 2015-ci il tarixdə iddiaçı icarəyə götürdüyü torpaq sahəsində yerləşən daş karxanasında işlərin aparılması barədə cavabdehlə müqavilə bağlamışdır. 11 mart 2016-cı il tarixdə iddiaçı və digər 2 şəxsin imzası ilə təsdiq edilmiş “yoxa çıxan texnika və avadanlıq” barədə akt tərtib edilmişdir. İddiaçı 21 aprel 2016-cı il tarixdə qurğuların, icarəyə verilmiş ərazinin geri qaytarılması, icarə haqqının və dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia qaldırmış və iddiasını onunla əsaslandırmışdır ki, ona məxsus olan Qaradağ rayonu Səngəçal Şimal ərazisində yerləşən 2 hadan ibarət Daş Karxanasını icarəyə vermişdir, icarə haqqını isə hər ay üçün 8.000 ədəd mişar daşı verməklə və eləcə də 2.000 manat kredit borcunun cavabdehlər tərəfindən ödənilməsinə razılaşmışlar. Cavabdehlər işə başladıqları vaxtdan hal-hazıradək ona cəmi 2.500 ədəd mişar daşı vermişlər və bundan sonra cavabdehlər ona heç bir ödəniş etməmişlər, icarə haqqını ödəməkdən yayınmışlar. Eyni zamanda cavabdehlər daş karxanasında ona məxsus olan əmlakı talamışlar. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 385, 386, 442, 445, 448, 700, 701-ci maddələrinə istinad edərək, iddianın qismən təmin edilməsi barədə qətnaməsini onunla əsaslandırmışdır ki, icarəyə götürən Cavabdeh1 Manaf oğlu 15 noyabr 2015-ci il tarixli icarə müqaviləsi üzrə ona icarəyə verilmiş sahədən icarə şərtlərinə uyğun istifadə etməmiş, daş karxanasına məxsus avadanlıqlar sökülmüş, bir qisim avadanlıqlar isə ümumiyyətlə daş karxanasında olmamışdır, onların müqədərratı- satılması, başqa yerə aparılması və s. bəlli deyildir. İcarə müqaviləsi üzrə şərtlərin yerinə yetirilməməsi nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulduğundan, o, məhkəmədə haqlı olaraq iddia qaldırmaq məcburiyyətində qalmışdır. Həmin qətnaməni dəyişdirilmədən saxlayan apellyasiya məhkəməsi hesab etmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, Aşağıdakılara əsasən apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz. İddia tələbinin əsasını icarəyə verilmiş torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən avadanlıqlar və texnikaların və ya onların dəyərinin geri qaytarılması, vurulmuş zərərin əvəzinin ödənilməsi təşkil edir. Yuxarıda qeyd edildiyi kimi 20 iyun 2006-cı il tarixli icarə müqaviləsi ilə mübahisəli torpaq sahəsi iddiaçıya icarəyə verilsə də onun həmin torpaq sahəsi üzərində hüquqları yalnız müqavilədə göstərilənlərlə məhdudlaşır. Həmin icarə müqaviləsinin 6.2-ci bəndində göstərilmişdir ki, müqavilə üzrə qəbul edilmiş öhdəliklər üçüncü tərəfə tapşırıla bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 712-ci maddəsi ilə icarəyə götürülmüş torpaqdan üçüncü şəxslərin istifadə etməsinin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə icarəyə verənin icazəsi olmadan icarəçinin hüququ yoxdur ki, torpağı üçüncü şəxslərin istifadəsinə versin, o cümlədən ikinci əldən icarəyə versin. Göründüyü kimi iddiaçının həmin sahənin icarəyə verilməsinə dair ümumiyyətlə hüququ olmamışdır. Bununla bərabər iddiaçı cavabdehlərlə aralarında icarə münasibətlərinin olduğunu göstərmiş, istinad etdiyi halın əsası kimi 15 noyabr 2015-ci il tarixli sadə yazılı razılaşmaya istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin706-cı maddəsi ilə torpaq icarəsi müqaviləsinin məzmunu müəyyən edilmişdir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi ilə torpaqların icarəyə verilməsinin ümumi qaydaları, həmin Qanunun 12-ci maddəsi ilə torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatının əsasları müəyyən edilmişdir. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərin dairəsini müə yyən edən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin tələblərinə görə torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Deməli tərəflər arasında torpaq sahəsinə dair icarə münasibətlərinin yaranmasını təsdiq edən qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmaqla tərəflər üçün hüquq və vəzifələr yaradan icarə müqaviləsi bağlanmamışdır. Eyni zamanda iddiaçı torpaq sahəsi ilə bərabər 17 adda avadanlığın da cavabdehlərə icarəyə verildiyini göstərmişdir. İddiaçının qeyd edilən tələbi ilə bağlı yeganə sübutu özü tərəfindən tərtib edilmiş və “yoxa çıxan texnika və avadanlıq ” adlanan aktdır. Bundan başqa qeyd edilən əmlakların mövcudluğu, iddiaçıya məxsusluğunu təsdiq edən sübut ümumiyyətlə təqdim edilməmişdir. Halbuki adıçəkilən avadanlıqlar mürəkkəb konstruksiyalı qurğular olmaqla, onların mövcudluğu, iddiaçıya məxsusluğu, sonuncu tərəfindən cavabdehlərə verilməsi və cavabdehlərin də həmin avadanlıqlara zərər vurması yalnız iddiaçının izahatı və təqdim etdiyi aktla təsdiqlənə bilməz. Digər tərəfdən, iddia ərizəsinin, eyni zamanda 15 noyabr 2015-ci il tarixli yazılı razılaşmanın məzmunundan göründüyü kimi iddiaçı özünün mişar daşının emalı ilə bağlı fəaliyyət növü ilə məşğul olduğunu, həmçinin cavabdehlərin də həmin fəaliyyət növü ilə məşğul olmaq məqsədilə ona məxsus “daş karxanası”nı icarəyə götürdüklərini göstərmişdir. Halbuki "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun 1 nömrəli əlavəsinin 11-ci bəndində və “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində həmin fəaiyyət növü xüsusi icazə əsasında həyata keçirilməli olan fəaliyyət növü kimi təsbit edilmişdir. İş materiallarından iddiaçının mişar daşı emal etməklə bağlı fəaliyyətini həyata keçirmək üçün qanunla müəyyən edilmiş qaydada lisenziya alması müəyyən edilmir. Mülki məhkəmə icraatının vəzifələrini müəyyən edən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2-ci maddəsinin tələblərinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelər inin məhkəmədə təsdiq olunmasıdır. Göründüyü kimi mülki prosessual qanunvericilik iddiaçının qanuni hüquq və mənafelərinin məhkəmə müdafiəsinə təminat verir, eyni zamanda iddiaçının hüququ olduğunu ehtimal etdiyi və pozulduğuna istinad etdiyi, lakin qanuni əsası olmayan tələblərin məhkəmə tərəfindən təmin edilməsi istisna edilir. Apellyasiya məhkəməsi 15 noyabr 2015-ci il tarixli sadə yazılı formada tərtib edilmiş tərəflərin hüquq və vəzifələrinin, eləcə də müqavilə şərtlərinin qeyri-müəyyən olduğu razılaşmanı “icarə müqaviləsi” kimi qiymətləndirməklə və iddiaçının icarəyə götürdüyü torpaq sahəsini üçüncü şəxsə icarəyə verməyə hüququ olmadığına ümumiyyətlə hüquqi qiymət verməməklə, icarə müqaviləsinin forma və məzmununun əsaslarını müəyyən edən qanunvericiliyin tələblərini pozmuş və tərəfl ər arasında mövcud olan münasibətlərin xarakterini müəyyən etməmiş, mövcudluğu və iddiaçıya məxsusluğu lazımi şəkildə təsdiq edilməyən əmlaklara cavabdehlər tərəfindən zərər vurulduğuna istinad edərək mülkiyyətin və sübutetmənin əsaslarını müəyyən edən qanunvericilik normaları baxımından tələbə düzgün hüquqi qiymət verməmiş, iddiaçının lisenziya tələb edilən fəaliyyət növü ilə məşğul olduğunu göstərdiyi halda və sonuncunun həmin fəaliyyətinin qanuni olması ümumiyyətlə təsdiq edilmədiyi halda, iddianı təmin edərək mülki məhkəmə icraatının vəzifələrini müəyyən edən mülki prosessual qanunvericiliyin tələblərini pozmaqla iş üzrə qanunsuz və əsassız nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozul ması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinin tələblərinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, məhkəmə hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmiş qətnamə qanuni və əsaslı hesab edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməkl ə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası kassatorun işin faktiki halları barədə irəli sürdüyü dəlillərin mahiyyətinə toxunmadan hesab edir ki, həmin dəlillər hərtərəfli araşdırılmaqla onlara qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməklə, qanuni və əsaslı qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 aprel 2017-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar