Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6479/2021 21.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə iddialara baxılarkən, qarşılıqlı iddianın verilməsindən asılı olmayaraq yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsinin həll edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi və İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103 )-706/2021 saylı, 16 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 21 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 22 may 2017-ci il tarixdə satıcı "xxxx" MMC ilə bağladığı müqavilə əsasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1 yaşayış massivi ünvanında inşa edilən 3 girişli 19 mərtəbəli yaşayış binasının 1-ci blok, 18-ci mərtəbəsindən 1 otaqlı, 100 saylı mənzili almışdır və ona mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışı verilmişdir.
2. Tərəflər 29 noyabr 2017-ci il tarixdə nikaha daxil olmuşdur və bundan sonra iddiaçıya məxsus olan Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi, 192 saylı evin 100 saylı mənzilinə köçməklə orada yaşamışlar
3. Tərflərin nikahı pozulmuş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 24 dekabr 2019-cu il tarixdə 449 nömrə ilə qeydiyyat aparılmışdır.
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1219/2019 saylı, 02.04.2019cu il tarixli qətnaməsi ilə Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsində yerləşən 192 saylı evin 100 saylı mənzilinə köçürülməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 2 ünvanında yerləşən 100 saylı mənzildən istifadə hüququna xitam verilməsi və Cavabdeh məxsus cehiz əşyalarının: yataq, mətbəx və qonaq otağı mebel dəsti, 1 ədəd divan, 1 ədəd televizor, 1 ədəd soyud ucu, 1 ədəd paltaryuyan maşın, 1 ədəd dəhliz şkafı, 1 ədəd xalça, 1 ədəd qızdırıcı soba, 1 ədəd ətçəkən maşın, 1 ədəd ütü, 2 ədəd çılçıraq, qab-qacaq, 2 ədəd pərdənin ünvan 2 ünvanında yerləşən 100 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02.04.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsində yerləşən 192 saylı evin 100 saylı mənzilinə köçürülməsi qət edilmiş, qeyd edilən qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Məhkəmə həmin qətnaməsində iddiaçı ilə cavabdehin nikah münasibətlərində olmasına əsaslanaraq cavabdehin mənzilə köçürmə tələbinə dair iddiasını təmin etmişdir. Bundan sonra iddiaçı ilə cavabdehin nikahı 24 dekabr 2019-cu il tarixdə pozulmuşdur. Uzun müddətdir ki, iddiaçı ilə cavabdeh arasında heç bir ailə münasibəti yoxdur və bir-birilərindən ayrı yaşayaraq birgə təsərrüfat aparmırlar. Cavabdehin sözügedən mənzildən istifadə hüququna xitam verilməlidir. Bundan başqa, ona məxsus ünvan 2 ünvanında yerləşən 100 saylı mənzildə cavabdehə məxsus cehiz əşyaları mövcuddur və cavabdeh həmin əşyaları götürməkdən imtina edir. Nəticədə onun mülkiyyət hüquqları pozulur, mənzildən maneəsiz şəkildə istifadə edə və özünə məxsus bir çox əşyanı həmin mənzilə yerləşdirə bilmir.
7. Birinci instansiya məhkəməsində cavadehin nümayəndəsi və vəkili iddia tələblərinə etiraz etmiş, cavabdehin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02.04.2019-cu il tarixli qətnaməsinə əsasən mübahisəli mənzilə köçürüldüyünü nəzərə alaraq, mə hkəmədən hazırki iddianın rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli qətnaməsi ilə (C.Musayeva) iddia qismən təmin edilmiş, Cavabdeh ünvan 2 ünvanda yerləşən 100 saylı mənzildən istifadə hüququnun olmaması müəyyən edilmiş, mənzildən Cavabdeh məxsus yataq, mətbəx və qonaq otağı mebel dəsti, 1 ədəd divan, 1 ədəd televizor, 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan maşın, 1 ədəd dəhliz şkafı, 1 ədəd xalça, 1 ədəd qızdırıcı soba, 1 ədəd ətçəkən maşın, 1 ədəd ütü, 2 ədəd çılçıraq, qab-qacaq, 2 ədəd pərdə olmaqla həmin əşyaların siyahıya alınmaqla çıxarılması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh mübahisəli mənzilə 29 noyabr 20 17-ci ildən köçdüyündən bu münasibətlərdən yaranan mübahisəyə hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir.
10. Məhkəmə qeyd etmişdir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququ rəsmi nikah münasibətlərinə daxil olması ilə yaranmış və o, ailə münasibətlərində olduğu müddətdə də həmin mənzildən istifadə hüququnu realizə etmişdir. Cavabdeh mübahisə predmeti olan mənzilə gəlin köçməklə iddiaçının ailə üzvü kimi həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmiş, lakin hazırda tərəflər arasında ailə münasibətlərinə rəsmi xitam verildiyindən cavabdeh həmin əmlakdan istifadə hüququnu itirmişdir. Məhkəmə, cavabdehin mübahisə predmeti təşkil edən mənzildən istifadə hüququnun onun rəsmi nikah münasibətlərinə girməsi ilə yarandığını və bu hüququna həmin nikah münasibətlərinin pozulması ilə də xitam verildiyini, onun artıq iddiaçının ailə üzvü sayılmadığını və eyni zamanda tərəflər arasında mübahisəli mənzildən istifadə qaydalarını tənzimləyən hər hansı razılaşma bağlanmadığını, həmçinin iddiaçının cavabdehin mənzil ehtiyacının təmin olunması üçün mübahisəli mənzildən başqa heç bir imkan və vəsaitinin olmamasının iş materialları ilə müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cavabdeh Mənzil Məcəlləsinin 30.1-cü maddəsinə əsasən ünvan 2 ünvanında yerləşən 100 saylı mənzilə yaranmış istifadə hüququnu itirmişdir.
11. Belə qənaətə gəlməsinə baxmayaraq məhkəmə iddianın “mənzilə istifadə hüququna xitam verilməsi” tələbindən ibarət olduğunu vurğulayaraq qeyd etməyi zəruri sayır ki, işin hallarının araşdırılması zamanı ca vabdehin ünvan 2 ünvanında yerləşən 100 saylı mənzilə istifadə hüququnu itirdiyi müəyyən edildiyindən, mövcud olmayan hüquqa isə xitam vermək mümkün olmadığından iddia bu hissədə rədd edilməlidir. Lakin məhkəmənin bu qənaəti müdafiəsi tələb olunan hüququn (ev üzərində iddiaçının mülkiyyət hüququnun) müdafiəsiz qalmasına səbəb ola bilər. Belə olan halda məhkəmə iddianın faktiki əsasını nəzərə almaqla hesab edir ki, cavabdehin mənzildən istifadə hüququnun olmadığı müəyyən edilməlidir
12. Məhkəmə daha sonra bildirmişdir ki, cavabdehin ünvan 2 ünvanında yerləşən 100 saylı mənzilə köçürülməsi barədə qanuni qüvvəsini almış məhkəmə aktının olmasına baxmayaraq, mübahisənin faktiki əsasını təşkil edən halların tərkibi dəyişildiyindən, bu isə tərəflər üçün yeni hüquqlar və vəzifələrin əmələ gəlməsin ə əsas olduğundan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, hüquqların pozulması, ziyanın vurulması, fiziki və hüquqi şəxslərin digər hərəkətləri, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə və s. Aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. Hazırki işdə tərəflər üçün yeni hüquqlar və vəzifələrin əmələ gəlməsinə əsas olan hal onların arasındakı nikahın pozulmuş olmasıdır. Həmçinin məhkəmə hazırda cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə etməsinin hüquqi əsasının olmaması müəyyən edildiyindən hesab edir ki o, əşyaları ilə birli kdə mübahisəli mənzildən çıxarılmalıdır.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 və Mənzil Məcəlləsiin 30.1, 30.2, 30.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
15. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 aprel 2019-cu il tarixli, 2(008)-1219/2019 saylı qətnaməsi ilə mübahisəli mənzilə köçürülməsi qət edilmiş, qətnamə qüvvəyə mindikdən sonra icraya yönəlmişdir. İcra məmuru uzun müddət onun hüquqlarını pozub qətnaməni icrasız saxlasa da qətnamə 08 iyul 2020-ci il tarixdə icra olunmuş və mübahisəli mənzilə köçürülmüşdür. Artıq mübahisəli mənzilə köçürülmüşdür və orada yaşayır. Onun məhkəmə qətnaməsinə əsasən mənzildə yaşamaq hüququ yaranıb. Mübahisəli mənzillə bağlı yaşayış hüququ məhkəmə qətnaməsindən irəli gələn hüquqdur. Mənzilə köçürülməsi barədə qətnamənin icra məmurunun hərəkətsizliyi ucbatından icra olunmaması onun məhkəmə qətnaməsi ilə əmələ gəlmiş mübahisəli mənzilə dair istifadə hüququnun xitamına səbəb olmur.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-706/2021 nömrəli iş üzrə 16 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Mehdiyev (sədrlik edən və məruzəçi), X.Sarıyev və R.Həsənov) cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmə dən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırması ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslandırılıb və əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı işt irakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında İddiaçı Azərbaycan Respublikası MPM-nin 67.2-ci maddəsinin tələblərinə əsasən vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi.
22. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi m ülkiyyət hüququ qanunla qorunur. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Maddə
43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.
24. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə
30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətç isi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yar adır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə
81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələ ri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Kassasiya baxışının hədləri
26. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və y axud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
27. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
28. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. La kin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə tam düzgün hüquqi qiymət verməmiş, gəldiyi nəticələr maddi və prosessua l qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Buna görə də kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
31. Belə ki, iddia tələbinin maddi hüquqi əsasını Mənzil Məcəlləsinin 30.4-cü maddəsi təşkil edir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Lakin mülkiyyətçinin keçmiş ailə üzvü kimi qanunvericilikdə nəzərdə tutulmuş hallar olduqda müəyyən müddətə onun malik olduğu istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
32. Qeyd olunmalıdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Bu mənada hansı şəxslər ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən məhkəmələr həmin Məcəllənin 30.1-ci maddəsini, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında əks olunan hüquqi mövqeləri nəzərə almalıdır.
33. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə müvafiq olaraq keçmiş ailə üzvünün mülkiyyətçinin yaşayış sahəsindən istifadə hüququnun məhkəmənin qərarı əsasında saxlanılmasını (xitamı) tələb etmək hüququnu nə zam an həyata keçirmək məsələsinə qəldikdə isə, Konstitusiya Məhkəməsinin Palatası qeyd etmişdir ki, yaşayış sahəsi mülkiyyətçisinin keçmiş ailə üzvünə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və çıxarılması ilə əlaqədar iddia ərizəsinə baxılarkən cavabdehin iddianın təmin olunmasına etirazı zamanı məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəalarından çıxış edərək, mübahisəli münasibətlərin tərəflərinin maraqlarının ədalətli tarazlığını təmin etmək məqsədi ilə keçmiş ailə üzvünün onun tərəfindən qarşılıqlı iddianın verilməsindən asılı olmayaraq yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsini həll etməlidirlər (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013cü il tarixli Qərarı).
34. Baxılan işdən də görünür ki, iddiaçı cavabdehin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsini tələb etmiş və cavabeh bu tələbə etiraz etmişdir. Cavabdeh iddiaçının keçmiş arvadıdır və Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsdir. Bu halda işə baxan məhkəmə cavabdehin yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsinə hüquqi qiymət verməli, hüququn saxlanması barədə və ya hüququn saxlanmasının mümkünsüzlüyü barədə gəldiyi nəticəni əsaslandırmalı idi. 35. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30. 4-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir.
36. Həmin konstitusion dəyərindən çıxış edərək keçmiş ailə üzvünün mülkiyyətçinin yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanmasını həll etməlidirlər.
37. Bu konstitusion dəyərin məqsədi konstitusiya hüquq və azadlıqların əsassız və həddən artıq məhdudlaşdırılmamasıdır. Bunun reallaşdırılması üçün məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməs i və araşdırılması vacibdir.
38. Nəzərə almaq lazımdır ki, mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olubolmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” K onstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli Qərarı).
39. Məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsi əsasında yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətini müəyyən edərkən işin faktiki halları araşdırıldıqdan sonra mütənasiblik konstitusiya prinsipindən çıxış edərək müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını təmin etməlidirlər. Bunun üçün məhkəmə konkret işin müəyyən edilmiş hallarının araşdırılması zamanı keçmiş ailə üzvünün maddi vəziyyətini, tərəflərin bir yaşayış sahəsində birgə yaşamaq imkanını və diqqətəlayiq diqər halları nəzərə almalıdır (“Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh e dilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 22 yanvar 2015-ci il tarixli qərardadı).
40. İşə baxmış məhkəmə cavabdehin mübahisəli mənzildən istifadə hüququnun müəyyən müddətə saxlanması üzrə tam və hərtərəfli araşdırma aparmamış, «iddiaçının cavabdehin mənzil ehtiyacının təmin olunması üçün mübahisəli mənzildən başqa heç bir imkan və vəsaitinin olmamasının iş materialları ilə müəyyən edilmədiyini» qeyd etməklə cavabdehin Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən mənzilə yaranmış istifadə hüququnu itirməsi barədə nəticəyə gəlmişdir.
41. Məhkəmə araşdırması MPM-nin 14-cü maddəsində müəyyən olunmuş məhkəmə baxışı prinsiplərinə cavab vermir. Həmin normanın tələbinə görə məhkəmə həqiqətə nail olmaq üçün, işin hə rtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
42. Bu normanın tələbinə görə məhkəmə cavabdehə onun mübahisəli yaşayış sahəsindən istifadə hüququnun müəyyən müddətə saxlanması ilə bağlı hüquqlarını, bu hüquqa nail olmaq üçün nəyi sübut etməli olduğunu izah etməli, bu cür sübutların təqdim olunması üçün ağlabatan müddət müəyyən etməli idi.
43. Nəzərə alınmalıdır ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nət icədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun.
44. Məhkəmə tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi həmin aktların ədalətli olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli Qərarı).
45. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
46. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-706/2021 saylı, 16 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.