Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-648/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-2228/2019 saylı qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Xətai rayon məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim İ.N.K.Abbasova, iş № 2(011)-6931/2018) iddiaçılar İdd iaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə qaydasının müəyyən edilməsi və s. tələblərinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: F.F.Babayev, X.A.Mərdanova və E.M.Həsənov) iddiaçıların apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Xətai rayon məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddianın qismən təmin edilib N saylı mənzilinin girişindən sol tərəfdə yerləşən, mənzilin sxemində 2 №-si ilə işarələnmiş sahəsi 16,53 kv.metr olan və 3 №-si ilə işarələnmiş sahəsi 13,6 kv.metr olan otaqların cavabdehlərin, digər 2 otağın - 4 №-si ilə işarələnmiş sahəsi 16,6 kv.metr və 5 №-si ilə işarələnmiş 16,6 kv.metr olan otaqla rın iddiaçıların istifadəsində saxlanılması, mənzilin ümumi istifadə yerlərinin (giriş qapısı, dəhliz, mətbəx, hamam, sanitar qovşağı) tərəflərin birgə istifadəsində saxlanılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları: Mübahisəli mənzil 4 otaqdan ibarət olmaqla (63,33 kv.metr) xx xxxxx 1976-cı il tarixli order əsasında X1 cəmi 6 nəfərdən ibarət olan ailəsinin istifadəsinə verilmişdir. X3 ilə arvadı X5 arasında bağlanmış nikah pozulmuş, Atabala Əliyevin mənzildən istifadə hüququ Xətai rayon məhkəməsinin xx xxxxxxxx 1994-cü il tarixli qətnaməsi ilə itirilmiş hesab edilmiş, ailə üzvlərindən X4 ailə qurması ilə əlaqədar mənzildən getmiş, mənzilə dair kirayə müqaviləsi N qızı ilə bağlanmış, Cavabdeh1 və arvadı Cavabdeh2 məhkəmə qətnaməsi ilə mənzildən istif adə hüququ tanınmışdır. 2018-ci ilin iyul ayında İddiaçı1 və üç qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və onun arvadı Cavabdeh2 ilə münasibətlərinin son dərəcə kəskin olması ilə əlaqədar birgə yaşamalarının mümkün olmamasını, onlar arasında mənzildən istifadə qaydasının müəyyən olunmamasını əsas göstərməklə mənzilin girişindən sol tərəfdə yerləşən mənzilin sxemində 2 №-si ilə işarələnmiş sahəsi 16,53 kv.metr olan otağın cavabdehlərin istifadəsinə verilməklə onların həmin otağa köçürülmələri, həmin hissəyə dair cavabdehlərlə ayrıca kirayə müqaviləsinin bağlanması və ümumi istifadə yerlərinin onların birgə istifadəsində saxlanılması və kommunal xidmət haqlarının (bölünməsi mümkün olmayan hissəyə dair) 1/3 hissəsinin cavabdehlər tərəfindən ödənilməklə mənzild ən istifadə qaydasının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 kassasiya şikayəti verərək məhkəmə kollegiyasının tərəflərdən hər birinin istifadəsinə mənzilin iki otağının verilməsi qaydasını müəyyən edərkən onların 4 nəfərdən, cavabdehlərin isə iki nəfərdən ibarət olmasını nəzərə alınmamaqla ədalətli balansın pozulmasını, halbuki onların mənzilin yalnız 1/3 hissəsinin cavabdehlərin istifadəsinə verilməsini tələb etmələrini, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə dəyişdirilib iddianın tam təmin olunmasına dai r qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya kollegiyasının iclasında Cavabdeh1 vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və üçüncü şəxs Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiklərindən məhkəmə tərəfindən onların izahatları dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası m əhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəflərdən hər birinin istifadəsinə iki otağın verilməsi barədə nəticəyə gələrkən iddianın tələb olunan qaydada təmin edilməsinin, yəni cavabdehlərin istifadəsinə bir otağın verilməsinin onların hüquqlarının daha çox məhdudlaşmasına səbəb ola biləcəyini əsas göstərmişdir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. (217.1.) Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüq uq normalarına uyğun çıxarılmalıdır. (217.2.) Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (217.3.) Kollegiya hesab edir ki, işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxıldığından Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən qətnamə ləğv edilməlidir. İş materiallarından görünür ki, iddiaçılar mənzildən istifadə qaydasının müəyyən olunmasına dair iddia tələblərində cavabdehlərin istifadəsinə mənzilin girişindən sol tərəfdə yerləşən, sahəsi 16,53 kv.metr təşkil edən bir otağın verilməsini, qalan üç otağın isə onların istifadəsinə verilməsini xahiş etmişlər. İddiaçılar iş üzrə qətnamə qəbul edilənə qədər iddialarını dəyişməmiş və məhkəmədə verdikləri izahatlarında həmin tələblərinin təmin edilməs ini xahiş etmişlər. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilən vəziyyətdə məhkəmə kollegiyası yalnız iddiaçılar tərəfindən irəli sürülmüş tələbin təmin edilməsinin mümkünlüyünə baxıb qətnamə qəbul etməli olduğu halda, həmin maddənin ziddinə olaraq iddia tələbindən kənara çıxaraq hər bir tərəfin istifadəsinə iki otağın verilməklə mənzildən istifadə hüququnun müəyyən olunması barədə qətnamə qəbul etmişdir. İddiaçılar belə bir tələb irəli sürmədiklərindən məhkəmə kollegiyası mənzildən istifadənin həmin qaydada müəyyən olunması barədə qətnamə qəbul etməklə qanunun tələbini pozmuşdur. Kollegiya hesab edir ki, a pellyasiya instansiyası məhkəməsi tərəfindən işə iddia tələbindən kənara çıxmaqla baxıldığından qətnamə ləğv olunmalı və iş yeni apellyasiya baxışına göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-648/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-648/2020
22.01.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver