Məhkəmə qərarları › İş №2(102)-648/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-648/2025

19.02.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-648/2025 19.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iddia tələbi ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-648/2025 (Açar sözlər: yaşayış sahəsinə istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X2 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “kompensasiya verilməklə cavabdehlərin mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılmaları” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mü lki kollegiyasının 2(104)-2043/2024 nömrəli, 24 oktyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil3) tərəfindən verilmiş kassasiya şikayətinə 19 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. 25.06.2016-cı il tarixli, 2V-411 reyestr nömrəli vəsiyyətnaməyə əsasən, ünvan 1 ünvanında qeydiyyatda olan X8 ölən günədək harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq özünə məxsus bütün əmlakını İddiaçı vəsiyyət etmişdir.

2. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2017-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışa əsasən, Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən 3 nömrəli evin 37 nömrəli mənzilinə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı xüsu si mülkiyyətindədir.

3. Gəncə Şəhər Məhkəməsinin 2(125)-4284/2023 nömrəli, 24 avqust 2023-cü il tarixli qətnaməsinə əsasən, İddiaçı Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və əşyaların mənzildən çıxarılması” barədə ilkin iddiası təmin edilməmiş, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 İddiaçı qarşı “mənzilə köçürülmə” barədə qarşılıqlı iddiası təmin edilərək Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən 03 nömrəli evin 37 nömrəli mənzilinə köçürülmələri qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 (bundan sonra cavabdehlər, yaxud ad, soyadları) qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəmə sinə müraciət edərək, cavabdehlərin qarşı 3.000 manat kompensasiya ödənilməklə onun mülkiyyətində olan Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən 3 nömrəli evin 37 nömrəli mənzilinə istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddiaçının nümayəndəsi X6 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehlərə 8.000 manat kompensasiya ödənilməklə iddiaçının mülkiyyətində olan 1-ci mikrorayonda yerləşən 3 nömrəli evin 37 nömrəli mənzilinə istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, 1-ci mikrorayon, 3 saylı binanın 37 nömrəli mənzili onun xüsusi mülkiyyətindədir. Həmin mənzil onun mülkiyyətinə vərəsəlik hüququ əsasında keçmişdir və bununla bağlı ona çıxarış verilmişdir. Cavabdehlər onun mərhum əmisinin arvadı və onun uşaqlarıdır. Cavabdehlər 2018-ci il tarixdən evdə yaşamırlar və onlar Şəmkir rayonu, Əliyaqublu kəndində yerləşən ata-baba evinə köçüb orada yaşayırlar. Cavabdehlər Şəmkir rayonuna köçərkən özlərinə məxsus əşyaları mənzilin bir otağına yığmış və həmin əşyaları aparacaqlarını, mənzildən qeydiyyatdan çıxacaqlarını bildirsələr də, dediklərinə əməl etməmişlər. Cavabdehlərin mənzilə köçürülmələrinə dair məhkəmə qətnaməsi mövcud olmasına baxmayaraq, onlar həmin mənzildə faktiki olaraq yaşamırlar. Onlar arasında olan münasibətlər korlanmış və daimi mübahisələr baş ve rmişdir. Bu səbəbdən onların birgə eyni mənzildə birgə yaşaması mümkünsüzdür.

7. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/215-9/139 nömrəli rəyinə əsasən, Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən 3 nömrəli evin 37 nömrəli mənzilinin orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 73.000 manat, likvid qiyməti isə 65.700 manat məbləğində müəyyən edilir. Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən 3 nömrəli evin ümumi sahəsi 88,5 kv.m. olan 37 nömrəli mənzili ilə eyni ölçüyə və şəraitə malik, yaxın coğrafi ərazidə yerləşən mənzillərin bir aylıq kirayə qiymətinin təqribən 180 manat təşkil etdiyi müəyyə n edilmişdir.

8. Məhkəmə iclasında Cavabdeh1 məhkəmədə iddianı qəbul etməyərək bildirmişdir ki, o, Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən 3 nömrəli evin 37 nömrəli mənzilinə gəlin köçmüş və övladları da həmin mənzildə anadan olmuşdur. Lakin ötən 7 il müddətində o və uşaqları onun anasına məxsus Şəmkir rayonunda yerləşən fərdi yaşayış evində yaşayırlar. Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən 3 nömrəli evin 37 nömrəli mənzildə yaşamağa yer olmadığına görə o, ilk öncə qızı Cavabdeh3 Şəmkir rayonuna göndərmiş, daha sonra isə oğlu Canpoladla birlikdə özü də anasına məxsus olan evdə yaşamağa başlamışdır. Mübahisəli mənzil 4 otaqlıdır, otağın birində qaynanası və qaynatası, bir otaqda o, və övladları, digər 2 otaqda isə iddiaçı və ailəsi yaşamışdır. Aralarında olan razılığa görə iki otaqda o, və uşaqları, digər iki otaqda isə iddiaçı və ailə üzvləri yaşamalı idi. O, yalnız 15.000 manat məbləğində kompensasiya ödənilməsi şərti ilə övladları ilə birgə Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən 3 nömrəli evin 37 nömrəli mənzilinə istifadə hüquqlarına xitam verilməsinə razıdır. Sonda Cavabdeh1 iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir.

9. Məhkəmə iclasında digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 ilə oxşar məzmunlu izahat verərək, yalnız 15.000 manat məbləğində kompensasiya ödənilməsi şərti ilə Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən 3 nömrəli evin 37 nömrəli mənzilinə istifadə hüquqlarına xitam verilməsinə razı olduqlarını bildirmiş və iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişlər.

10. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməs i) 2(125)-632/2024 nömrəli, 7 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakim Camal Quliyev) iddia ərizəsi təmin edilmiş, iddiaçı tərəfindən 8.000 manat məbləğində kompensasiya verilməklə cavabdehlərin Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən 3 nömrəli evin 37 nömrəli mənzilindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən 3 nömrəli evin 37 nömrəli mənzilindən çıxarılmaları, qətnamənin cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları hissəsində kompensasiyanın ödənilməsi ilə eyni vaxtda icra edilməsi, iddiaçıdan iş üzrə ekspert xərcinin əvəzi qismində 100 manat məbləğində pul vəsaitinin Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulması qət edilmişdir.

11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi, cavabdehlər isə mübahisəli mənzildə istifadə hüququna malik olduqlarından, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi kimi, kompensasiya ödənilməklə həmin evdən istifadə hüququna malik olan cavabdehlərin istifadə hüququna xitam verilməsini tələb etməkdə haqlıdır. Məhkəmə istifadə hüququna xitam verilməsi üçün ödəniləcək kompensasiyanın miqdarını araşdıraraq hesab etmişdir ki, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu yaşayış sahəsinin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Mülkiyyətçi kimi iddiaçı, cavabdehin qarşısında ona mübahisəli evə bərabər başqa ev almaq öhdəliyi daşımır və bu, mülki qanunverciliyin tələblərinə də uyğun olmaz.

12. Məhkəmə qeyd etmişdir ki, cavabdehlərin sözügedən evdə yalnız istifadə hüquqlarının olmasını, bundan sonra tərəflərin həmin evdə birgə yaşamalarının qeyrimümkün olmaqla, oxşar ərazidə və şəraitdə olan evin aylıq kirayə haqqının təxminin 180 manat civarında olmasını nəzərə alıb hesab etmişdir ki, cavabdehlərin mübahisəli evdən istifadə hüquqlarına xitam verilməsi üçün iddiaçının təklif etdiyi 8.000 manat kompensasiya məbləği yetərli, bazar qiymətlərinə uyğun olmaqla, iddiaçının hesabına cavabdehlərin davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə mübahisəli evdə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verəcəkdir.

13. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehlərə təklif olunan kompensasiya məbləği onların davamlı surətdə və müəyyən müddət daxilində həmin yaşayış sahəsinə oxşar digər yaşayış sahəsində yaşamağa imkan verməlidir. Ekspert rəyinə əsasən məhkəmə hesab etmişdir ki, mübahisəli mənzillə eyni şəraitli və eyni ərazidə yerləşən evlərin aylıq kirayə haqqı orta hesabla 180 manat hesablandıqda təklif olunan kompensasiya məbləği cavabdehlərə 3 il 08 ay ərzində başqa yaşayış sahəsində kirayəçi kimi yaşamağa imkan verir.

14. Məhkəmə həmçinin nəzərə almışdır ki, tərəflər arasında mövcud olan münaqişəli vəziyyət bir tərəfdən tərəflərin yaşayış sahəsindən birgə istifadəsini qeyri-mümkün etmiş, digər tərəfdən mülkiyyətçinin öz əmlakından istədiyi kimi istifadə etmək hüquqlarını əsassız məhdudlaşdırmışdır. Belə bir vəziyyətdə tərəflərin gələcəkdə eyni yaşayış sahəsində yaşaması onların arasındakı mübahisənin daha da dərinləşməsinə səbəb ola bilər.

15. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən təklif edilən kompensasiyanın məbləği ağlabatan və ədalətli hesab edilməklə cavabdehlərə 3 il 08 ay ərzində başqa yerdə mübahisəli yaşayış sahəsində ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamağa imkan verdiyindən, iddiaçı tərəfindən 8.000 manat kompensasiya verilməklə cavabdehlərin Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən 3 nömrəli evin 37 nömrəli mənzilindən istifadə hüquqlarına xitam verilməli, cavabdehlər həmin mənzildən çıxarılmalı, qətnamə cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları hissəsində kompensasiyanın ödənilməsi ilə eyni vaxtda icra edilməlidir.

16. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 228.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, 8107 və 119-cu maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

17. Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayətləri vermişlər.

18. Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, 1999-cu ildə X7 ilə evlənmişdir. Fərasət Abbasovla birgə nikahlarından xx.xx.2000-ci ildə Cavabdeh2 v ə xx.xx.2001-ci ildə Cavabdeh3 dünyaya gəlmişdir. Fərasət Abbasovla evləndikdən sonra ünvan 2 ünvanına gəlin getmişdir. Cehiz əşyalarını da həmin mənzilə aparmışdır. O, həmin evə gəlin gedərkən həmin ünvanda X3 valideyinləri X8 (atası), X4 (anası) və qaynı X9 ailəsi ilə birlikdə yaşamışdır. xx.xx.2006-cı ildə Fərasət Abbasov vəfat etmişdir. X7 vəfat etdikdən sonra o, övladlarıyla birlikdə həmin evdə qaynatası və qaynanasıyla birlikdə yaşamışdır. X1 2017-ci ildə, qaynanası X4 isə, 2022-ci ildə vəfat etmişlər. O və övladları Cavabdeh3 və Cavabdeh2 qaynanası X4 vəfat edənədək, yəni 2022-ci il tarixədək həmin mənzildə yaşamışlar. Lakin 2022-ci il tarixdən cavabdeh və valideyinləri onu və övladlarını evə buraxmayaraq evdə olan əşyalarını evdən çıxarmağını tələb etmişdir. Sonra İddiaçı Gəncə şəh ər Məhkəməsində ona və övladları Cavabdeh3 və Cavabdeh2 qarşı mənzildə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Həmin iddia tələbinə baxılarkən o və övladları Cavabdeh3 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı evə köçürülmə tələbinə dair məhkəməyə qarşılıqlı iddia tələbi ilə müraciət etmiş və iddiaları icraata götürülərək ilkin iddia ilə bir icraatda baxılmışdır. Gəncə Şəhər Məhkəməsinin 2(125)-4284/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi təmin edilməmiş, onun və övladları Cavabdeh3 və Cavabdeh2 evə köçürülmə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verməmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-4284/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi icra olunması üçün Gəncə şəhər İcra İdarəsinə göndərilmiş, lakin qətnamə bugünkü tarixədək icra olunmamışdır. Onların başqa yaşayış yeri yoxdur. Həmçinin övladı Cavabdeh2 fiziki və əqli qüsurluğu var. Onun və övladlarının əşyaları həmin mənzildə yerləşir. Ona və övladları Cavabdeh3 və Cavabdeh2 birlikdə 8.000 manat məbləğində kompensasiya verilməsi ilə razılaşmır və məhkəmənin qətnaməsinin ədalətli hesab etmir.

20. Cavabdeh3 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

21. Apellyasiya şikayəti Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmışdır.

22. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(104)-2043/2024 nömrəli, 24 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Loğman Süleymanov (sədrlik edən və məruzəçi), İslam Həsənov və Şamil Rzaquliyev) cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və yeni qətnamə qəbul edilərək, iddiaçının cavabdehlərə qarşı yaşayış sahəsindən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddiasının təmin edilməməsi qət olunmuşdur.

23. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yaz ılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı iddia tələbi cavabdehlərə münasibətdə onu ehtiva edir ki, iddiaçı tərəf cavabdehlərin Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən 3 nömrəli evin 37 nömrəli mənzilinə dair evdən istifadə hüququnu qəbul edir və kompensasiya verməklə onun hüququnun xitam verilməsinə dair iddia olmasaydı, cavabdehlərin istifadə hüququ daimi xarakter daşıyacaqdı. Yəni mübahisəli mənzildə onların istifadə hüququ müvəqqəti deyil, daimi xarakter daşıyır.

25. Məhkəmə kollegiyası hesab etmişdir ki, “mü əyyən müddət daxilində” anlayışı onu göstərir ki, istifadə hüququna xitam verilən cavabdehlər bu müddət bitən ana qədər özlərini yaşayış sahəsi ilə təmin etməlidir və yaxud kompensasiya məbləği ilə əhatə edilən müddət bitdikdən sonra kirayədə qalmağa maddi imkanı olmalıdır. Əks təqdirdə məhkəmə tərəfindən qəbul edilən qətnamə ilə müəyyən edilən və kompensasiya ilə əhatə edilən müddət bitdikdən sonra şəxsin özünü yaşayış sahəsi ilə təmin edə bilməməsi, onun hər hansı bir yaşayış sahəsi olmadan mövcud olması ilə, yaxud, faktiki olaraq həmin şəxlərin yaşayış hüquqlarının məhkəmə qaydasına pozulması ilə nəticələnir.

26. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Cavabdeh1 və onun ailə üzvlərinin hüququnun başqa bir yaşayış sahəsində müddətli istifadə hüququ ilə əvəz edilməsi, bu məbləğ qur tardıqdan sonra onun ümumiyyətlə hər hansı bir yaşayış sahəsinə malik olmaması cavabdehlərin faktiki olaraq yaşadığı mənzildən qanunsuz məhrum edilməsi anlamına gəlir. Bu isə iddia tələbinin əsassızlığını təsdiq edir. Çünki, cavabdehlərə 8.000 manat məbləğində kompensasiya verilməklə yaşayış hüququna xitam verilməsi onun qanunla qorunan mənafeyinin yüksək dərəcədə müdafiəsini təmin etməməklə yanaşı, davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermir.

27. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, cavabdehlərin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi müqabilində iddiaçı tərəfındən təklif edilən kompensasiya, ona davamlı surətdə və uzun müddət daxilində başqa yerdə mübahisəli mənzillə müqayisəd ə oxşar şəraitdə yaşamaq imkanı təmin edə biləcək məbləğ olmadığından, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi nəticəsində o, heç gözləmədiyi bir halda yaşayış sahəsi ilə təminatsız qalır. Cavabdehlərin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi müqabilində onlara təklif edilən 8.000 manat məbləğində kompensasiya hazırki mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilə bilməz.

28. İddiaçının nümayəndəsi X5 məhkəmə kollegiyasının iclasında kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq, dəyişdirilərək 10.000 manat təklif edilmiş, iddiaçının nümayəndəsi 10.000 manatı ödəməyə imkanı olmadığını bildirmiş, cavabdehlər isə 10.000-15.000 manat arası kompensasiya məbləğinə razı olduğunu bildirmişlər. Məhkəmə kollegiyası onu da nəzərə almışdır ki, Cavabdeh1 və onun yetkinlik yaşına çatmış uşaqları Cavabdeh2 və Cavabdeh3 yetərsiz məbləğdə kompensasiya verilərək, istifadə hüququna xitam verildikdən sonra cavabdehlərin davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı olmayacaqdır.

29. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli, “Azə rbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin MPM-nin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarlarında və Mülki Prosessual Məcəllənin 385.1.2 və 385.1.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

30. Qətnamədən iddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin materiallarının yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə əldə edilmiş ekspertiza rəyinə əsasən oxşar ərazidə və şəraitdə olan evin aylıq kirayə haqqının təxminin 180 manat civarında olması nı nəzərə alınaraq cavabdehlərin mübahisəli evdən istifadə hüquqlarına xitam verilməsi üçün iddiaçının təklif etdiyi 8.000 manat kompensasiya məbləği yetərli, bazar qiymətlərinə uyğun olmaqla, iddiaçının hesabına cavabdehlərin davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə mübahisəli evdə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verəcəkdir. Məhkəmə kollegiyası isə bu faktı heçə sayaraq “müəyyən müddət daxilində” anlayışına istinad edərək, iddia tələbini rədd etmişdir. Cavabdehlərin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi müqabilində onlara təklif edilən 8.000 manat məbləğində kompensasiya hazırkı mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilə bilməz. 10.000 manat kompensasiya ödənilməli olması təklif edilir. Apellyasiya instansiyası məhkəməməs inin bu mövqeyi ilə həqiqəti əks etdirmir. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən halları iddianın düzgün həlli üçün əhəmiyyətli sayıldığı qənətinə gəlirdisə və birinci instansiya məhkəməsinin həmin halları araşdırmamasını səhv kimi qiymələndirirdisə, belə olan halda özü həmin hallara aydınlıq gətirməli idi. Lakin qeyd edildiyi kimi apellyasiya instansiyası məhkəməsi bunu etməmişdir. Bundan əlavə, hazırki iş üzrə cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi üçün iddiaçının təklif etdiyi 8.000 manat kompensasiya məbləğini kifayət hesab etməyən apellyasiya instansiyası məhkəməsi kompensasiyanın məbləğinin 10.000 manat müəyyən edilməsini təklif etdiyini və iddiaçının buna razı olmadığını əsas gətirib iddianı təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsi də qətnamədə h əmin qərara istinadən iddiaçıya kompensasiyanın məbləğinin 10.000 manat müəyyən edilməsini təklif etdiyini göstərmişdir. Lakin apellyasiya instansiyası məhkəməsinin kompensasiyanın məbləğinin 10.000 manat olmasını nə ilə müəyyən etməsi qətnamədən görünməmişdir. Üstəlik, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/215-9/139 nömrəli rəyinə əsasən, Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən 3 nömrəli evin 37 nömrəli mənzilinin orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 73.000 manat, likvid qiyməti isə 65.700 manat məbləğində müəyyən edilmişdir. Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən 3 nömrəli evin ümumi sahəsi 88,5 kv.m. olan 37 nömrəli mənzili ilə eyni ölçüyə və şəraitə malik, yaxın coğrafi ərazidə yerləşən mənzill ərin bir aylıq kirayə qiymətinin təqribən 180 manat təşkil etdiyi müəyyən edilmişdir. Analoji işlərdə kompensasiyanın məbləğini müəyyən edərkən nəzərə alınmalı olan meyarlardan biri də oxşar ərazidə oxşar şəraitli yaşayış sahəsinin aylıq kirayə haqqının məbləğidir. Təcrübədə işin bu halı da bir qayda olaraq müvafiq sübutlar, məsələn, kirayə haqqı ilə bağlırieltor firmalarının arayışı, internet resurslarında kirayə mənzil bazarındakı qiymətlər və s. əsasında müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının təklif etdiyi 8.000 manat kompensasiya ilə razılamadığını göstərsə də, ekspert rəyinə qiymət verməmiş, həmin sübutu rədd etmək üçün də heç bir əsaslandırma aparmamışdır. İşə baxan məhkəmə kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən edərkən, bütün hallarda bunu pro sessual qanunverciliyin ümumi prinsiplərinə uyğun olaraq sübutlar əsasında müəyyən etməlidir. Apellyasiya baxışının protokolundan da oxşar ərazidə oxşar şəraitli yaşayış sahəsinin aylıq kirayə haqqının nə qədər olması ilə bağlı hər hansı araşdırma aparılması, tərəflərin bu barədə sorğu-sual edilməsi görünmür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası.

32. Maddə 13 Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

33. Maddə

43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

34. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

35. Mad də 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

36. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçür mək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarı.

37. Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq M ülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üç ün daha imtiyazlı hüquqi rejim yaradır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

42. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmal ıdır.

43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüq uq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

47. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

48. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

49. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələr ək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halla rı müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

53. Qeyd olunmalıdır ki, “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. 54. “İnsan hü quqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.

55. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. 56. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azər baycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 iyul 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. 57. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 mart 2006-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və ya müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin.

58. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşmayaraq birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, iddia tələbini rədd etməkdə haqlı olmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli mənzilə görə istifadə hüququna xita m verilməsi üçün cavabdehlərə ödənilməli olan kompensasiyanın məbləği 10.000 manat həddində müəyyən edilmiş, lakin iddiaçı həmin məbləği ödəməkdən imtina etmişdir.

59. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, kassasiya şikayətində qeyd olunan dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.

60. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsasl andırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

61. Məhkəmə kol legiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

62. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Ko nstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

63. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

64. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

65. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2043/2024 nömrəli, 24 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar