Məhkəmə qərarları › İş №2(102)-6480/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6480/2019

24.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6480/2019 24.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Qoldman Tatyana Aleksandrovna və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, iddiaçı “xxxx”(Azərbaycan ) ASC-nin vəkili X3 iştirakı ilə, Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 aprel 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 may 2018-ci il tarixli, 2(001)4568/2018 saylı qətnaməsi ilə (hakim T.S.Kərim ov) iddiaçı “xxxx”(Azərbaycan ) ASC-nin cavabdeh Cavabdeh qarşı avtomobil kredit müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh 12783 ABŞ dolları əsas borc, 1474.51 ABŞ dolları faiz borcu və 1 ABŞ dolları cərimə olmaqla cəmi 14258.51 ABŞ dolları məbləğində borcun öhdəlik icra olunan zaman üçün Azərbaycan Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı “xxxx” (Azərbaycan) ASC- yə ödənilməsi, tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan “Chevrolet Aveo” minik markalı, ag metal rəngli mühərrik ************************** ban nömrəli **-*******-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi,avtom obilin açıq hərracdan satılması yolu ilə realizə edilməsi və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsi, borcun tam ödənildikdən sonra məbləğin qalan hissəsinin Cavabdeh qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X.A.Mərdanova (sədrlik edən və məruzəçi), E.M.Həsənov və F.F.Babayev; 2(103)-1693/2019 saylı) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmiş, cavabdeh X2 mülkiyyətində olan “Chevrolet Aveo” markalı, **-*******-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 12.000 manat məbləğində müəyyən edilməsi, məhkəmə-mühasibatlıq ekpertizası tədqiqatının də yəri olan 145 (yüz qırx beş) manatın isə Cavabdeh tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı «xxxx»(Azərbaycan) ASC Cavabdeh qarşı "avtomobil kredit müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 31 may 2013-cü il tarixli ******* saylı kredit müqaviləsinə əsasən 03 aprel 2018-ci il tarixinə cavabdehin banka borclu olduğu 12783 ABŞ dolları əsas borc, 1474.51 ABŞ dolları faiz və 171.01 ABŞ dolları cərimə olmaqla cəmi 14428.52 ABŞ dolları məbləğində pulun və ödənilmiş 30manat dövlət rüsumunun cavabdehdən alınaraq xeyrinə ödənilməsi, tələbin banka ipoteka qpyulmuş ipoteka predmeti olan "Che vrolet Aveo” minik markalı, ağ rəngli, mühərrik *******, ******* ban nömrəli, **-********** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılaraq əldə edilən vəsaitdən iddia tələbi həcmində iddiaçya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" (Azərbaycan) ASC arasında bağlanmış ******* saylı 31 may 2013-cü il tarixli “avtomobil krediti miiqaviləsi”nə əsasən cavabdehə avtomobil satın alınması məqsədilə 60 ay müddətinə illik 18 faiz hesablanmaqla 16079 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdehlə "xxxx" (Azərbaycan) ASC arasında bağlanmış ******* saylı 31 may 2013-cü il tarixli kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı razılaşmaya əsasən cavabdehin 31 iyul 2015-ci il tarixinə mövcud olan borcu kapitallaşdırılaraq 12628.91 ABŞ dolları məbləğində müəyyən edilərək illik 18 faiz hesablanması şərli ilə kreditin müddəti 34 ay müddətinə uzadılmışdır. Cavabdehlə "xxxx" (Azərbaycan) ASC arasında bağlanmış ******* saylı 31 may 2013-cü il tarixli kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 02 saylı razılaşmaya əsasən cavabdehin 11 iyul 2016-cı il tarixinə mövcud olan borcu kapitallaşdırılaraq 12783 ABŞ dolları məbləğində müəyyən edilərək illik 18 faiz hesablanması şərti ilə kreditin müddəti 23 ay müddətinə uzadılmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehin mülkiyyətində olan "Chevrolet Aveo” minik markalı, ağ rəngli, mühərrik *******, ban *******nömrəli, **-*******-*** dövlət qeydiyyat nişanlı avtomobili 31 may 2013-cü il tarixli ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda kredit müqaviləsinə əlavə və dəyişiklər edilməsi ilə əlaqədar olaraq tərəflər arasında 31 may 2013-cü il tarixli “ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə” 01 və 02 saylı razılaşmalar bağlanmışdır. Lakin borclu öz üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüqu q normalarının pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı “xxxx”(Azərbaycan ) ASC-nin vəkili X5 kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli m əhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdəno, cümlədən iş materiallarında olan iddiaçı «xxxx» ASC ilə Cavabdeh arasında bağlanmış ******* saylı 31 may 2013-cü il tarixli “avtomobil krediti müqaviləsi'’ndən görünür ki, cavabdehə avtomobil satın alınması məqsədilə 60 ay müddətinə illik 18 faiz, hesablanmaqla 16079 ABŞ dolları məbləğində kredit verilmişdir. 31 may 2013-cü il tarixdə bağlanmış ******* saylı ipoteka müqaviləsidən görünür ki, ipoteka qoyan Cavabdeh bankla bağlanmış krdit müqaviləsinə əsasən pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə özünə məxsus "Chevrolet Aveo minik" markalı, 2012-ci il buraxılışlı. ağ rəngli, ******* ban nömrəli, ******* mühərrik nömrəli avtomobili bank qarşısında ipoteka ilə yüklü etmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh “xxxx"ASC-nə ******* saylı kredit müqaviləsi üzrə 03 aprel 2018-ci il tarixə 12783 ABŞ dollari əsas borc, 1474.51 ABŞ dolları faiz və 171.01 ABŞ dolları cərimə olmaqla cəmi 14428.52ABŞ dolları məbləğində borcu vardır. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, «xxxx» ASC ilə Cavabdeh arasında bağlanmış ******* saylı 31 may 2013-cü il tarixli “avtomobil krediti müqaviləsi” ilə cavabdehə avtomobil satın alınması məqsədilə 60 ay müddətinə illik 18 faiz hesablanmaqla 16079 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh bankla bağlanmış kredit müqav iləsinə əsasən pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə özünə məxsus "Chevrolet Aveo minik" markalı, 2012-ci il buraxılışlı, ağ rəngli, **-*******-*** dövlət qeydiyyat nişanlı avtomobili bank qarşısında ipoteka ilə yüklü etmişdir. Cavabdehlə “xxxx” ASC arasında bağlanmış ******* saylı 31 may 2013-cü il tarixli kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı razılaşmaya əsasən cavabdehin 31 iyul 2015-ci il tarixinə mövcud olan borcu kapitallaşdırılaraq 12628.91 ABŞ dolları məbləğində müəyyən edilərək illik 18 faiz hesablanması şərti ilə kreditin müddəti 34 ay müddətinə uzadılmışdır. Cavabdehlə “xxxx” ASC arasında bağlanmış ******* saylı 31 may 2013-cü il tarixli kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 02 saylı razılaşmaya əsasən cavabdehin 11 iyul 2016-cı il tarixinə mövcud olan borcu kapitallaşdırılaraq 12783 ABŞ dolları məbləğində müəyyən edilərək illik 18 faiz hesablanması şərti ilə kreditin müddəti 23 ay müddətinə uzadılmışdır. Cavabdehlə Bank arasında bağlanmış ipoteka müqaviləsinə dəyişiklik edilməsi 01 saylı 31 iyul 2015-ci il tarixli razılaşmadan görünür ki “xxxx" ASC ilə Cavabdeh arasında bağlanan ipoteka müqaviləsinə 31 may 2013-cü il tarixli razılaşmanın şərtləri nəzərə alınmaqla əlavə və dəyişikliklər edilmişdir. Cavabdehlə bank arasında bağlanmış 02 saylı 11 iyul 2016-cı il tarixli razılaşmadan görünür ki, “xxxx” ASC ilə Cavabdeh arasında bağlanan ipoteka müqaviləsinə 31 may 2013-cü il tarixdə əlavə razılaşmanın şərtləri nəzərə alınmaqla əlavə və dəyişikliklər edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllə sinin: - 442-ci maddəsinə əasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasəndəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayı bsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. - 295-ci maddəsinə əsasən isə girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. - 319.1 -ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərra cdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun” -36-cı maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cüml ədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. - 34.1.1 -ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması 34.1.2-ci maddəsinə görə isə, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Tərəflər arasında bağlanmış kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən pul məbləğini cavabdehə vermişdir. Bunun nəticəsində bankın cavabdehdən kredit üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, o isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, penyanı, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası iddia tələbinin kredit və faiz borcunun tutulması hissəsi ilə bağlı qətnaməyə hüquqi qiymət verərək hesab etmişdir ki, mülki qanunvericiliyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə bo rcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilədən irəli gələn öhdəliklərindən biri də borc (kredit) müqaviləsidir və həmin müqaviləyə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni’ əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc faizlə də verilə bilər. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür və bu zaman borclu gecikdirmə nəticəsində vurduğu z ərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma zamanı cavabdehin banka olan borcun məbləği Bankın təqdim etdiyi maliyyə arayışları əsasında hesablanmış, həmin arayışların mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən dəlil cavabdeh tərəfindən irəli sürülməmiş, buna dair məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir. Apellyasiya şikayətində kredit borcunun düzgün hesablanmaması ilə bağlı hər hansı sübut yoxdur. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, Ekspertiz a tədqiqatının nəticələrinə dair məhkəmə kollegiyasına Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 14.03.2019-cu il tarixli ******* saylı ekspert rəyində rəyin nəticə hissəsində texniki səhvə yol verildiyi və rəyin tədqiqat hissəsi ilə uyğunsuzluq olduğu müəyyən edilmişdir. Buna baxmayaraq, rəyin tədqiqat hissəsində hesabdan çıxarış məlumatları və 31 may 2013-cü il tarixli ******* saylı avtomobil krediti müqaviləsinin 31.07.2015-ci il tarixdə 01 saylı razılaşmanın və 11.07.2016-cı il tarixdə 02 saylı razılaşma qeyd olunan şərtləri nəzərə alınmaqla X4 “xxxx” ASC-yə 03.04.2018-ci il tarixə (maliyyə arayışı verilən tarixə) olan əsas borcu 12.783 ABŞ dolları; 25.05.2018-ci il tarixə (qətnamə qəbul edilən tarixə) olan əsas borcu 12783 ABŞ dol ları; faiz borcu 2916,43 ABŞ dolları müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi və iddianın əsasını təşkil edən 03.04.2017-ci il tarixli maliyyə arayışında kredit müqaviləsi üzrə əsas borcu 12783 ABŞ dolları, faiz borcu isə 1474 ABŞ dolları faiz borcu təşkil etmişdir. Keçirilmiş ekspertiza tədqiqatı ilə əsas borcun düzgün hesablandığı, faiz borcunun isə tələb edilən tarixə düzgün hesablanmadığı, Bank tərəfindən 03.04.2017-ci il tarixə (maliyyə arayışı verilən tarixə) ödənilməsi tələb olunan faiz məbləğinin çox hesablandığı müəyyən olunmuşdur. İddia ərizəsinə tələbdə göstərilənlər daxilində baxılmalı olduğundan faiz borc məbləğinin ekspertiza rəyində göstərilən hədd deyil, iddia tələbində göstərilən həddə qiymət verilməlidir. Buna görə də ekspertiza rəyi üzrə hesablanmış faiz borcu cavabdehdən tututlmamalıdır. Çünki, ekspert rəyi ilə müəyyən edilmiş əsas borc məbləğinin cavabdehdən tutulması hüquqi müəyyənlik prinsipinə əsasən hazırkı halda istisna edilir. Beləliklə birinci instansiya məhkəməsi iddia tələbinin əsas və faiz borcunun tutulması və iddianın cərimə borcu hissəsində düzgün nəticəyə gəlmişdir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası düzgün olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipoteka qoyulmuş avtomobilə yönəldilməli, həmin avtomobil açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesa bına kredit borcu tutularaq banka ödənilməlidir. Yuxarıda qeyd olunduğu kimi, Bank ilə Cavabdeh rasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi ona məxsus olan daşınar əmlak iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş, kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, borclu isə üzərlərinə düşən öhdəlikləri lazımca yerinə yetirməmişdir. İş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, qətnamənin “tələbin ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsi, həmin daşınar əmlakın açıq hərraca çıxarılması, avtomobilin satılması və ondan əldə ediləcək vəsaitin banka olan borcunun ödənilməsinə yö nəldilməsi” hissəsi də qanunidir və birinci instansiya məhkəməsi bununla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, tərəflərin təqdim etdikləri sübutları tədqiq edərək apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyənləşdirilmədiyindən, həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. İş materiallarından görünür ki, ipoteka qoyan ilə ipoteka saxlayan arasında girov müqaviləsi bağlanarkən sözügedən əmlak 18.918 manat məbləğində qiymətləndirilmişdir. İş üzrə tam və hərtəfəfli araşdırma aparılması məqsədi ilə məhkəmə kollegiyasının 27 noyabr 2018-ci il tarixli 2(103)-11984/2018 saylı qərardadı ilə təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının nəticələrinə dair “xxxx” MMC tərəfindən verilmiş *******saylı 30.01.2019-cu il tarixli rəyə əsasən, Cavabdeh mülkiyyətində olan “Chevrolet Aveo” markalı **-*******-*** dövlət qeydiyyat nişanlı avtomobilin real bazar dəyəri 12.000 manat müəyyən edilmişdir. Ona görədə apellyasiya instansiyası məhkəməsi ipoteka predmeti olan avtomobilin ilkin satış qiymətinin 12.000 manat həddində qiymətləndirilməsini ağlabatan və ədalətli hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi nəticəyə gəlmişdir ki, Cavabdeh oğlunun apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 may 2018-ci il tarixli, 2(001)-4568/2018 saylı qətnaməsi ipoteka predmetlərinin ilkin satış dəyəri müəyyən edilməli, cavabdeh X2 mülkiyyətində olan “Chevrolet Aveo” markalı, *********-*** dövlət qeydiyyat nişanlı avtomobil in ilkin satış qiyməti 12.000 manat məbləğində müəyyən edilməli, məhkəmə-mühasibatlıq ekpertizası tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat isə Cavabdeh tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, apellyasiya qaydasında işə baxmış məhkəmə kollegiyası tərəfindən qanunun qeyd olunan normalarının tələblərinə tam əməl olunmuş, maddi və prosessual hüquq normalar düzgün tətbiq olunaraq birinci instansiya məhkəməsinin qətnaməsində yuxarıda göstərilən dəyişiklik edilməklə iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 30 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar