Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6482/2019 17.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Rüstəmov Əli Məhəmməd oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassator Ərizəçi və vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 iyun 2019-cu il saylı qərardadından ərizəçi Ərizəçi kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı hüquqi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə m əhkəməyə müraciət edərək Bakı şəhəri Çörək Ticarət İdarəsinin 78 saylı mağazasının Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Salyan şosesinin şəhərdən çıxış istiqamətində yolun sol tərəfində, “Smak” mağazası ilə bitişik, “Cəbrayıl” restoranı ilə üzbəüz yerləşməsinin müəyyən edilməsi, Ərizəçi məxsus olan və öz şəxsi vəsaiti hesabına inşa edilmiş 125,3 kvm qeyri-yaşayış sahəsinin Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Salyan şossesinin sağ tərəfində, şəhərdən çıxış istiqamətində keçmiş 29 nömrəli aptek və “Elay” şadlıq sarayı ilə bir cərgədə yerləşməsinin müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(009)-2267/2018; hakim N.A.Bağırov) ərizə təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülk i Kollegiyasının 20 iyun 2019-cu il tarixli qərardadı ilə (hakimlər E.M.Həsənov, X.A.Mərdanova, F.F.Babayev 2(103)-8563/2019) apellyasiya şikayəti qismən təmin edilmiş, Səbail Rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki işin icraatına xitam verilmişdir. Həmin qərardaddan ərizəçi verdiyi kassasiya şikayətində qərardadın ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qərardad qəbul edilərkən prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayət ini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxsin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İş materiallarından görünür ki, ərizəçi Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Salyan şossesinin şəhərdən çıxış istiqamətində yolun sol tərəfindən, “Smak” mağazası ilə bitişik, “Cəbrayıl” restoranı ilə üzbə-üz yerləşən və 20-ci sahə, Salyan şossesinin sağ tərəfində, şəhərdən çıxış istiqamətində keçmiş 29 nömrəli aptek və “Elay 2” şadlıq sarayı ilə bir cərgədə yerləşən dövlət mülkiyyətindəki 78 saylı mağazanın əvəzinə bələdiyyə ərazisində yerləşməklə ona məxsus olan 125,03 2-lik ərzaq mağazasının özəlləşdirilmək üçün hərraca çıxarıldığını irəli sürərək nəticə etibarilə sözügedən qeyri-yaşayış sahələrinin (mağazalarını ünvan (yerləşmə yeri), texniki göstəricilər, ölçülər, sahələrinin planla yerləşməsi baxımından bir- birinə uyğun gəlmədiyi və ayrı-ayrı əmlaklar olduğu faktının müəyyən edilməsini istəməkdədir. Halbuki bu faktın, yəni s özügedən əmlakların bir-birinə uyğun gəlmədiyi və ayrı-ayrı əmlaklar olması faktının məhkəmə tərəfindən müəyyən edilməsinə ümumiyyətlə zərurət yoxdur; çünkü həmin fakt iş materiallarına əlavə edilmiş müvafiq sənədlərdəki (78 saylı mağazaya dair DƏDK tərəfindən verilmiş 24.04.1998-ci il tarixli texniki pasport, Səbail Bələdiyyəsi tərəfindən verilmiş 635 saylı 30.12.2004-cü il tarixli sərəncam, sərəncama əlavə edilmiş sxem, Dövlət Tikinti və Arxitektura Komitəsi Dövlət Texinki İnventarlaşdırma mülkiyyət hüquqlarının qeydiyyatı və şəhərsalma kadastrı idarəsi mtərəfindən verilmiş iyun 2005-ci il tarixli texniki pasport və s.) məlumatlarla müəyyən edilir və iş üzrə tədqiqat aparmış ekspert də məhz həmin məlumatlar əsasında sözügedən əmlakların ayrı-ayrı əmlaklar olması barədə 22740 nömrəli 22 n oyabr 2018-ci il tarixli rəy vermişdir. Həmçinin nəzərə alınmalıdır ki, maraqlı şəxsin mövqeyi də başdan bəri hərraca çıxarılan 78 saylı mağaza ilə Səbail Bələdiyyəsi tərəfindən ərizəçinin adına sənədləşdirilməklə onun faktiki istifadəsində olan mağazanın ayrı-ayrı əmlaklar olması yönündə olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-ci maddəsi ilə iş üzrə icraata xitam verilməsi əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə iş məhkəmədə baxılmalı deyildirsə, iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası MPM-nin 305.1.1 -ci maddəsinə görə məhkəmə xüsusi icraat laydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan ak tları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa aydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qanunun mənasından göründüyü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada alınmasının mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənəd lərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olarhüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. Bu halda apellyasiya məhkəməsinin ərizəçi Ərizəçi maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi barədə gəldiyi nəticə iş üzrə icraata xitam verilməsi əsaslarını müəyyən edən prosessual qanunvericiliyin tələblərinə uyğundur. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normaları düzgün tətbiq edilməklə kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 iyun 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6482/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6482/2019
17.10.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver