Məhkəmə qərarları › İş №2(102)-6482/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-6482/2022

26.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6482/2022 26.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi “hüquqi əhəmiyyət olan faktın müəyyən edilməsi” barədə ərizəsinə dair iş üzrə QƏRARİ iş № 2(102)-6482/2022 (Açar sözlər: işə məhkəmə qaydasında baxılmasının yolverilməzliyi) Bakı şəhəri, 26 dekabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4408/2022 nömrəli, 23 iyun 2022-ci il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazıl ı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Ərizəçi 2 sentyabr 1959-cu il tarixdə Ermənistan respublikasında anadan olmuşdur. X2,X1dır.

2. X5 11 dekabr 2012-ci ildə Bakı şəhərində vəfat etmişdir.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən Ərizəçi anasına qulluq etmə illərinin sosial sığorta stajına daxil olunması barədə ərizəsi təmin olunmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 1925-ci ildə andan olmuş 2012-ci ildə vəfat etmiş X1na 2001-ci ildən 2012-ci ilin oktyabr ayının 20-dək qulluq etməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyə n edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, onun mərhum X1 1925-ci ildə anadan olub və 20 oktyabr 2012-ci ildə vəfat edib. Bu barədə ölüm haqqında şəhadətnamə vardır. X1 xəstə olduğuna görə 2001-ci ildən 2012-ci ilin oktyabr ayının 20-dək onun himayəsində olub və həmin illəri ona qulluq etmişdir.O, X1na 2001-ci ildən 2012-ci ilədək qulluq etdiyi illəri sığorta stajına əlavə elmək üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalı müraciət etmişdir. Lakin ona məhkəməyə müraciət etməsinin qanuna müvafiq olunduğu bildirilib. Buna görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

6. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ( hakim:Fikrət Mirzəyev) 2(007)629/2022 saylı mülki iş üzrə 15 mart 2022-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmişdir.

7. Birinci instansiya məhkəməsi işin faktiki hallarını və şahid ifadələrini nəzərə alaraq öz mövqeyini onunla əsaslandırmışdır ki, həqiqətən də ərizəçi 1925-ci ildə andan olmuş, 2012-ci ildə vəfat etmiş X1na 2001-ci ildən 2012-ci ilin oktyabr ayının 20-dək qulluq etmişdir və bununla əlaqədar işləyə bilməmişdir. Qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən olunması ərizəçiyə sosial sığorta stajının müəyyən olunması üçün zəruridir.

8. İş materiallarında olan, 67 saylı MKİS-dən verilmiş 221 saylı,xx.xx.2021-ci il tarixli arayışa əsasən Ərizəçi Bakı şəhəri, M.H.Kazımov küçəsindəki 21 saylı evdə qeydiyyatdadır və qonşuların tərtib etdiyi akta əsasən X1 xəstə və yaşı çox ol duğuna görə 2001-ci ildən 2012-ci ilədək(vəfat etmə gününədək)anasına baxmışdır,onunla birlikdə yaşamışdır.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307, 308-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək ərizənin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizəçinin xəstəyə qulluq etməsi fa ktının müəyyən edilməsinin məhkəmə qaydasında baxılması yolverilməzdir. Ərizəçinin mərhum X1na (xəstəyə) qulluq etdiyi dövrü sosial sığorta stajına daxil edilə bilməz.

12. Bakı Apellyasiya Məhkəməsi (hakimlər İ.Şirinov (sədrlik edən və məruzəçi), İ.Kərimli və A.Tanrıverdiyev) Mülki kollegiyasının 23 iyun 2022-ci il tarixli, 2(103)4408/2022 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək mülki iş üzrə icraata xitam verilməsi qət edilmişdir. 13. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 14-cü bəndinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qan unvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir.

14. Belə olan halda məlum olur ki, hazırkı iş üzrə ərizəçinin tələbi xəstəyə qulluq etmə kimi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi olduğundan, bunun isə məhkəmə qaydasında müəyyən edilməsi yolverilməz olduğundan, qətnamə ləğv edilməli, mülki iş üzrə icraata xitam verilməlidir.

15. Apellyasiya instasiyası məhkəməsi gəldi yi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 261.0.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6, 372.7, 384.0.4, 391-ci maddələrinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. Ərizəçi kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi bir inci instansiya məhkəməsinin qətnaməsini ləğv etsə də, iş üzrə icraata xitam verilməsində səhvə yol vermişdir. Belə ki, apellyasiya instansiya məhkməməsinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında xəstəyə qulluq etmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsinin yolverilməzliyi, bu halın müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsinin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş hallara uyğun əsaslandırılmamışdır. Qətnamə qəbul edilərkən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməmiş, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilməmiş, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilməmiş, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olmamışdır.

18. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 261.0.1 İş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.

21. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normal arının düzgün tətbiq edilməsini yoxlayır.

22. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

23. Kassasiya şikayətində qərardad tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassas iya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Belə ki, ərizəçi onun 1925-ci ildə andan olmuş 2012-ci ildə vəfat etmiş X1na 2001-ci ildən 2012-ci ilin oktyabr ayının 20-dək qulluq etmə si barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir.

27. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 14-cü bəndinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. İş məhkəmədə baxılmalı olmadıqda isə icraata xitam verilir.

28. Kollegiya hesab edir ki, kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir.

29. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

30. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4408/2022 nömrəli, 23 iyun 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar