Məhkəmə qərarları › İş №2(102)-6484/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6484/2021

23.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6484/2021 23.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi zərər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin vəkili Vəkil və Cavabdeh iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3754/2021 nömrəli iş üzrə 22 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 23 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı «Azəriqaz» İstehsalat Birliyi Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən “Azəriqaz” İB-yə vurulmuş 2035,89 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 2065,89 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq “Azəriqaz” İB-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı «Azəriqaz» İstehsalat Birliyi iddia tələbini onunla əsaslandırmışdır ki, Azəriqaz” İB ilə abonent Cavabdeh a rasında 28.07.2019-cu il tarixli AKX-0120114/07-2019 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və həmin müqavilə əsasında “Azəriqaz” İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Həmin ünvana “Azəriqaz” İBnin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 №-li abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı **********9 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh Müqavilənin 2.3.2-ci yarımbəndinin (bu Müqavilənin və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “Azəriqaz” İB-nin işçiləri tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif vaxtlarda baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerində aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkəti nəticəsində əmələ gələn hallar və faktlar birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X1n pozulması haqqında” aktlar tərtib edilmişdir. 09.12.2016-cı il tarixli, ******* saylı akta əsasən 312 manat, 31.01.2018-ci il tarixli, ******* saylı akta əsasən 863,40 manat, 28.02.2019-cu il tarixli, ******* saylı akta əsasən 853,20 manat, 29.03.2019-cu il tarixli, ******* saylı akta əsasən 142,20 manat, 30.04.2019-cu il tarixli, ******* saylı akta əsasən 142,20 manat, cəmi 2313 manat məbləğində “Azəriqaz” İB-yə maddi zərər dəymiş olduğu müəyyən edilmişdir. Göstərilənlərdən əlavə cavabdehin borc məbləğindən əlavə 2017-ci ilin yanvar ayına kimi iddiaçıya 277,11 manat məbləğində qalıq borcu da mövcud olmuşdur. Cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda ümumi olaraq 2035,89 manat təşkil etməkdədir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 10 noyabr 2020-ci il tarixli, 2(008)-4858/2020 saylı qət naməsi ilə (hakim Tahirə Əsədova) iddia qismən təmin edilərək, Cavabdeh “Azəriqaz” İB-yə vurulmuş 210 manat məbləğində zərərin və 3 manat dövlət rüsumunun məcburi qaydada tutularaq “Azəriqaz” İB-nin xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən ödənişlərin edilməməsi onun tərəfindən kənar xətdən istifadə etməsinə dəlalət edir. Lakin, məhkəmə hesab edir ki, iddiaçı olan “Azəriqaz” İB də buna görə məsuliyyət daşıyır. Lakin iddiaçı üzərinə düşən vəzifələri icra etmədən, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə abonent tərəfindən kənar xətdən istifadə etməyin qarşısını almadan, faktiki abonentə kənar üçün şərait yaratmaqla hər ay akt tərtib edib məhkəmədə iddia qaldırır. Eyni zamanda, bu abonentin məsu liyyəti aradan qaldırmır. Qeyd edildiyi kimi, cavabdeh tərəfindən ödənişlər edilməmişdir, bu səbəbdən məhkəmə cavabdeh tərəfindən kənar xətdən istifadə etdiyi qənaətinə gəlmişdir. Qeyd etmək lazımdır ki, iddiaçı vurulmuş ziyanı «SOKAR-ın Şurasının 14.03.2011ci il tarixli 11 №-li qərarı ilə təsdiq edilmiş «İstehlakçılar tərəfindən təbii X1nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları»na əsasən hesablamışdır. Məhkəmə bu hesablamanı qanuni hesab etmir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 24.01.2003-cü il tarixli 844 №-li Fərmanı ilə təsdiq edilmiş "xxxx"nin 2.4-cü bəndində Şirkətin strukturuna daxil olan qurumların, nizamnamə kapitalındakı səhmlərinin (paylarının) nəzarət zərfi şirkətə məxsus olan müəssisələrin yanacaq-enerji r esurslarının istehsalı (hasilatı), ötürülməsi (nəqli), paylanması və istehlakı sahəsində texnoloji itki, sərf və əməyin ödənilməsi normalarının, eləcə də sahə üzrə tətbiqi məcburi xarakter daşıyan digər daxili normativ sənədlərin hazırlanması, təsdiq və tətbiq edilməsi nəzərdə tutulmuşdur. Lakin, «SOKAR-ın Şurasının 14.03.2011-ci il tarixli 11 №-li qərarı ilə təsdiq edilmiş «İstehlakçılar tərəfindən təbii X1nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları» normativ hüquqi akt deyil. Odur ki, ARDNŞ dövlət orqanı olmadığından onun qəbul etdiyi aktlar da normativ hüquqi aktlar ola bilməz. Məhkəmə hesab edir ki, son dörd akt üzrə dəymiş ziyan aşağıdakı qaydada hesablanmalıdır. Son dörd aktın biri yay ayına təsadüf etdiyindən o ay üzrə 30 mana t, üçü qış ayına təsadüf etdiyindən o aylar üzrə 60 manatın tutulması ədalətli olardı (1 ay x 30 manat = 30 manat, 3 ay x 60 manata = 180 manat, cəmi 210 manat). Qalıq borcun yaranma mənbəyi göstərilməmişdir. Odur ki, o hissədə də iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Konstitusiyasının 148.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 425.1, 442-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 №-li qərarı ilə təsdiq edilmiş «X1»nın 1.2, 3.1-ci, «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.1, 2.1-ci bəndləri ilə əsaslandırmışdır. Qətnamədən narazı qala n iddiaçı “Azəriqaz” İstehsalat Birliyi apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin rədd olunmuş hissəsində ləğv edilib iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şərafət Məmmədovasədrlik edən və məruzəçi, Emin Mehdiyev, Xəyal Sarıyev) 2(103)-3754/2021 saylı, 22 aprel 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2(008)-4858/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar n öqteyi nəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı “Azəriqaz” İstehsalat Birliyi (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunmamış hissəsində (mübahisələndirilən hissədə) ləğv edilməsi, iddia tələbinin təmin olunmamış hissəsində, yəni mübahisələndirilən hissəsində yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şika yəti onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsi tərəfindən baxılmış müvafiq iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ bəndi, 127-ci maddəsinin İİ, Vİİ,Vİİİ bəndləri, Mülki Prosessual Məcəlləsinin 9, 135, 138, 179, 373, 375, 376-cı maddələrinin tələbləri iddiaçı “Azəriqaz” İB-yə münasibətdə pozulmuşdur. Bakı Apelyasiya Məhkəməsi iş üzrə 22.04.2021-ci il tarixli məhkəmə iclasında iddiaçı “Azəriqaz” İB-nın qanunla müəyyən edilən qaydada iştirakını təmin etməyərək, iddiaçının konstitusion hüququ ilə yanaşı həmçinin mülki prosessual qanunvericiliyin təməl prinsiplərindən olan “çəkişmə” və “tərəflərin bərabərlik” prinsiplərini də pozmuşdur. 22.04.2021-ci il tarixində saat 10:00-a baxılması təyin edilmiş mülki iş üzrə “məhkəmə bildirişi” iddiaçı Birliyin hü quqi ünvanına müvafiq iş üzrə qətnamə çıxarıldığı tarixdən 5 gün sonra, daha dəqiqliklə 27.04.2021-ci il tarixində saat 12:32-də daxil olmuşdur. Belə ki, 2(103)-3754/2021 saylı mülki iş üzrə SS694072243AZ izləmə nömrəli poçt zərfinin surətindən və azərpoçtun rəsmi internet səhifəsindən çıxarılmış məlumatdan görünür ki, “Azəriqaz” İB-nın hüquqi ünvanına göndərilmiş məhkəmənin rəsmi bildirişi 20.04.2021-ci il tarixində AZ1073 saylı poçt məntəqəsi tərəfindən təhvil alınmış və Birliyin hüquqi ünvanının yerləşdiyi yer üzrə xidmət göstərən AZ1025 saylı poçt məntəqəsinə 26.04.2021-ci il tarixində daxil olmuşdur. 27.04.2021-ci il tarixində saat 12:32-də isə poçt göndərişi alıcı qismində Azəriqaz” İB-yə çatdırılmışdır. Bakı Apelyasiya Məhkəməsi tərəfindən, iddiaçı “Azəriqaz” İB-ni aşağı instansiya məhkəməsində təmsil etmiş və apelyasiya şikayətini tərtib etmiş səlahiyyətli nümayəndəyə (nümayəndə: Vəkil) məxsus mobil telefon nömrəsinə SMS bildiriş də göndərilməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl dir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 448.1. və 448.2. Əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddianın təmin edilmədiyi hissədə mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının həmin hissədə ləğvi xahiş edildiyindən məhkəmə aktı qeyd olunan hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyə n edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, iddiaçı kasasiya şikayətində apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini xahiş etsə də, kasasiya şikayətində tələbinin təmin edilməyən hissəsi üzrə apelyasiya kollegiyası tərəfindən hər hansı maddi hüquq normasının pozuntusuna yol verilməsinə istinad etməmiş, nə də həmin hissə üzrə kasasiya şikayətində bir qeyd etməmişdir. İddiaçı kasasiya şikayətini prosessual pozuntularla əsaslandırmağa çalışmışdır ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, yekun məhkəmə aktı 2 2.04.2021-ci il tarixdə qəbul edildiyi halda apelyasiya kollegiyası tərəfindən tərəflərə son məhkəmə iclasının keçirilməsindən bir aydan da artıq müddət əvvəl məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi ünvanlanmış, həmin tarixdə keçirilmiş iclasda iddiaçının nümayəndəsi iştirak etməmiş və səbəbləri barədə apelyasiya kollegiyasına hər hansı sənəd ünvanlanmamışdır. İşə mahiyyəti üzrə baxılıb qətnamə qəbul edilməsi zamanı hər hansı prosessual hüquq normasının pozuntusuna yol verilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Göstərilənlərə əsasən kasasiya kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3754/2021 nömrəli iş üzrə 22 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar