Məhkəmə qərarları › İş №2(102)-6486/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6486/2019

24.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6486/2019 24.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Qoldman Tatyana Aleksandrovna və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3, vəkili X2 və Cavabdeh və vəkili Sadıqov Nurəddin Arif oğlunun iştirakları ilə, Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 may 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 fev ral 2019-cu il tarixli, 2(004)1156/2019 saylı qətnaməsi ilə (hakim V.M.Hacıyev) iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «xxxx» ASC-nin, Cavabdeh ilə “xxxx” ASC arasında bağlanmış 15.02.2012-ci il tarixli “depozit yeşiyinin icarəyə verilməsi” haqqında müqavilənin ləğv edilməsi, ****** saylı depozit yeşiyinin açılaraq yeşikdə olan əmlakın bankın saxlancına verilməsi və Cavabdeh bankın xeyrinə icarə haqqı üzrə 1.960 manat əsas borc və 1.960 manat cərimə borcu olmaqla, cəmi 3.920 manat pulun tutularaq iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 may 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Z.Ə.Əliyev (sədrlik edən və məruzəçi), F.Ş.Talışınski və R.Ə.Eyvazov; 2(103)-6495/2019 saylı) idd iaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş,iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, «xxxx» ASC ilə Cavabdeh arasında bağlanmış 15.02.2012-ci il tarixli depozit yeşiyinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən müvəqqəti istifadəyə verilmiş 0081 nömrəli depozit yeşiyinin açılması, yeşikdə əşyalar olduqda onların bankın saxlancına verilməsi, Cavabdeh «xxxx» ASC-nin xeyrinə 1.960 manat icarə haqqı, 100 manat cərimə, iddianın qaldırılması üçün ödənilmiş 30,40 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu olmaqla, cəmi 2.105,8 (iki min yüz beş manat, səksən qəpik) manat pul tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İşin halları İddiaçı “xxxx” ASC Cavabdeh qarşı “15.02.2012-ci il tarixli “depozit yeşiyinin icarəyə verilməsi” haqqında müqavilənin ləğv edilməsi, 81 saylı depozit yeşiyinin açılaraq yeşikdə olan əmlakın bankın saxlancına verilməsi və icarə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə “xxxx” ASC arasında bağlanmış 15.02.2012-ci il tarixli “depozit yeşiyinin icarəyə verilməsi” haqqında müqaviləyə xitam verilməsi, 81 saylı depozit yeşiyinin açılaraq yeşikdə olan əmlakın bankın saxlancına verilməsi və Cavabdeh bankın xeyrinə icarə haqqı üzrə 2.080 manat əsas borc və 2.080 manat cərimə borcu olmaqla, cəmi 4.160 manat pul tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, iddiaçı “xxxx” ASC-nin nüm ayəndəsi X5 12.02.2019-cu il tarixdə Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinin tələbinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə “xxxx” ASC arasında bağlanmış 15.02.2012-ci il tarixli “depozit yeşiyinin icarəyə verilməsi” haqqında müqavilənin ləğv edilməsi, 81 saylı depozit yeşiyinin açılaraq yeşikdə olan əmlakın bankın saxlancına verilməsi və Cavabdeh bankın xeyrinə icarə haqqı üzrə 1.960 manat əsas borc və 1.960 manat cərimə borcu olmaqla, cəmi 3.920 manat pulun və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, “xxxx” ASC ilə Cavabdeh arasında 1 (bir) ay müddətinə aylıq icarə haqqı 40 manat olmaqla 15.02.2012-ci il tarixli “ depozit yeşiyinin icarəyə verilməsi” haqqında müqavilə bağlanmışdır. Müqavilənin 2.3-cü və 2.4-cü bəndlərinə əsasən müştəri müddətdən asılı olmayaraq icarə haqqını bu müqavilə qüvvəyə mindiyi tarixdən hər növbəti ayın 5-dən gec olmayaraq qabaqcadan ödəyir və icarə haqqı həmin müddətdə ödənilmədikdə gecikdirilmiş hər ay üçün müştəri banka aylıq icarə haqqı məbləğində cərimə ödəyir. 15.02.2012-ci il tarixli “Depozit yeşiyinin icarəyə verilməsi haqqında” müqavilənin ayrılmaz tərkib hissəsi olan Təhvil - Təslim Aktı ilə cavabdehin icarəsinə verilmiş depozit yeşiyinin 2 ədəd açarı Cavabdeh təhvil verilmişdir. Depozit yeşiyinin açarları hələ də cavabdehdədir. Hal-hazırda da bankda depozit yeşiyinin açarları yoxdur. Eləcə də müqavilənin 5.1 və 5.2-ci bəndlərinə əsasən müştərinin depozit seyfində olan əmlakının açılması yalnız müştərinin və bankın nümayəndəsinin iştirakı ilə mümkündür. Depozit yeşiyinin müştərinin iştirakı olmadan açılması mümkün olmadığından və bankın buna dair hər hansı bir hüququ olmadığından, eləcə də müştərinin depozit yeşiyinin açarlarını banka təhvil verməməsi, tərəflərin müqavilə üzrə öhdəliklərinə bu günə qədər də xitam verilməməsinə səbəb olmuşdur. Müqavilənin ləğv edilməməsi və öhdəliklərə xitam verilməməsinə səbəb, məhz müştərinin müqavilə öhdəliyini lazımi qaydada yerinə yetirməməsi olmuşdur. Cavabdeh 16.08.2014- cü il tarixdən sonrakı dövr üçün müqavilədə nəzərdə tutulan aylıq icarə haqqını ödəmədiyinə görə, onun müqavilə üzrə banka 1.960 manat əsas, 1.960 manat cərimə borcu qalmışdır. Borcluya icarəyə verilmiş 81 saylı depozit yeşiyi Bank tərəfindən açılmamışdır və məhkəmə qərarı əsasında açılacaqdır. Cavabdeh axırıncı dəfə 81 nömrəli depozit yeşiyin icarəsi üçün 16.08.2014-cü il tarixdə ödəniş etmişdir. Cari borcun tam şəkildə qaytarılması ilə bağlı Bank tərəfindən cavabdehə göndərilmiş xəbərdarlıq bildirişi də heç bir nəticə verməmiş, banka maddi zərər vurmuşdur. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdirmişdir ki, o, “xxxx” ASC ilə bağladığı 15.02.2012-ci il tarixli “depozit yeşiyinin icarəyə verilməsi” haqqında müqaviləyə əsasən 81 nömrəli depozit yeşiyini aylıq icarə haqqı 40 manat olmaqla 1 (bir) ay müddətinə müvəqqəti icarəyə götürmüşdür. O, hər ay 40 manat ödəməklə 16.08.2014-cü il tarixə kimi ****** nömrəli depozit yeşiyindən istifadə etməklə özün ə aid əşyalar və sənədlər saxlamışdır. 16.08.2014-cü il tarixdən sonra yeşikdə heç bir əşya saxlamamışdır, bu səbəbdən ödəniş etməmiş və bununla da depozit yeşiyindən istifadə etməyəcəyini açıq şəkildə Banka bildirmişdir. Hesab edir ki, ödənişi dayandırdığı vaxtdan müqaviləyə xitam verilmişdir. İddiaçının hazırkı vaxta kimi ondan pul tələb etməməsi də bir daha təsdiq edir ki, aramızda bağlanmış 15.02.2012-ci il tarixli müvəqqəti icarə müqaviləsinə 16.08.2014-cü il tarixdən xitam verilmişdir. Hesab edir ki, onun banka heç bir borcu yoxdur. İddia tələbi əsassızdır. Həmçinin 15.02.2012-ci il tarixli “depozit yeşiyinin icarəyə verilməsi” haqqında müqaviləsinin “fors-major” bölmənin 8.4-cü bəndinə əsasən əgər öhdəliklərin yerinə yetirilməməsi 6 aydan çox davam edərsə, hər bir tərəf digər tərə fə bildirməklə bu müqavilənin birtərəfli qaydada ləğv etmək hüququna malikdir. Lakın o, 16.08.2014-cü il tarixdən 16.02.2015-ci il tarixədək (yəni 6 ay ərzində) iddiaçıdan heç bir bildiriş almamışdır. Odur ki, müqavilənin 8.4-cü bəndi nəzərə alaraq, 15.02.2012-ci il tarixli “depozit yeşiyinin icarəyə verilməsi” haqqında müqavilə üzrə iddia müddəti 16.02.2018-ci tarixdə bitmişdir. İddiaçı həmin müqavilə üzrə üç illik iddia müddətini ötürərək, 09.01.2019- ci il tarixdə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, iddianın əsassız olduğuna və iddia müddəti keçdiyinə görə rədd edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prossesul Məcəlləsinin 9, 217, 405-ci maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 373.3,377.1,377.2-ci maddələrinin tələləbləri pozulmuş, işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh və vəkili Vəkil kassasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 və vəkili X4 kassasiya şikayətini qəbul etməyərək, şikayəti n təmin edilməməsini xahiş etdilər. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsin in işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdəno, cümlədən iş materiallarında olan 15.02.2012-ci il tarixli “depozit yeşiyinin icarəyə verilməsi” haqqında müqavilədən görünür ki, “xxxx” ASC 1 (bir) ay müddətinə aylıq icarə haqqı 40 manat olmaqla 0081 nömrəli depozit yeşiyini Cavabdeh 15.02.2012-ci il tarixdə müvəqqəti istifadəyə vermişdir. “xxxx” ASC-nin Mərkəzi Filialı tərəfindən təqdim edilmiş ********* nömrəli 05.02.2019-cu il tarixli arayışda göstərilir ki, iş üzrə Cavabdeh 15.02.2012-ci il tarixli müqaviləyə əsasən ******** nömrəli depozit yeşiyin icarəsi üçün sonuncu dəfə 16.08.2014cu il tarixdə ödəniş etmişdir. 16.08.2014-cü il tarixdən etibarən ödəniş olunmamış və həmin tarixdən 16.09.2018-ci il tarixədək 1.960 manat əsas borcu yığılmışdır. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, ci il tarixli “depozit yeşiyinin icarəyə verilməsi” haqqında müqaviləyə əsasən, “xxxx” ASC bir ay müddətinə, aylıq icarə haqqı 40 manat olmaqla 0081 nömrəli depozit yeşiyini Cavabdeh müvəqqəti istifadəyə vermişdir. 16.08.2014-cü il tarixdən etibarən cavabdeh icarə haqlarını ödə məmiş, bununla yanaşı tərəflərdən heç biri müqaviləni xətm etmək üçün yazılı şəkildə müraciət etməmişlər. Yalnız 01.03.2018-ci il tarixdə “xxxx” ASCnin Mərkəzi Filialı, Cavabdeh göndərdiyi bildirişdə icarə haqqı müqavilədə nəzərdə tutulan müddətdə ödənilmədiyindən, həmin tarixdən etibarən Bank tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verildiyi bildirmiş, göstərilən tarixdən 30 gün ərzində depozit yeşiyindən qiymətli və digər əşyaların götürülməsi, o cümlədən müqavilə üzrə hesablanmış icarə haqlarının ödənilməsini xahiş etmişdir. İddiaçı, cavabdehin 16.08.2014-cü il tarixdən icarə haqlarını ödəmədiyini, 2018-ci ilin mart ayınadək müqavilənin xətm edilmədiyini, bu səbəbdən iddia müddətinin keçmədiyini bildirərək tələblərini müdafiə edir.Cavabdeh isə, 16.08.2014-cü il tarixdə banka şifa hi bildirməklə müqaviləni xətm etdiyini, müqavilənin 8.4cü bəndinə görə öhdəlik pozulduğu vaxtdan 6 ay keçdikdən sonra 3 il ərzində iddia qaldırmadığı üçün bankın iddia müddətini ötürdüyünü bildirərək iddiaya etiraz etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 684.1-ci maddəsinə əsasən Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı- ayrı zaman hissələrinin sonunda ödənilir. - 685-ci maddəsinə əsasən Əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Kirayəçi müqavilənin ləğvinə dair bildiriş vermək əvəzinə neqator iddiası da irəli sürə bilər. - 385.1 -ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, ə mlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 684.1 -ci maddəsinə görə, əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zəru rət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Həmin Məcəllənin 685.1 -ci və 685.2.1 -ci maddəsinə görə, əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Kirayəçi müqavilənin ləğvinə dair bildiriş vermək əvəzinə neqator iddi ası da irəli sürə bilər. Kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini ləğv edə bilər. 373.2-ci və 373.3-cü maddələrinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.1 -ci və 377.2-cü maddələrinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 445.4-cü maddəsinə əsasən, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. 448.1-ci və 448.2-ci maddələrinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 462.1 -ci və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sü rətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 373.2-ci və 384-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarında (vaxtaşırı icra edilməli olan öhdəliklərdə iddia müddətinin başlanma anı ilə bağlı) göstərilmişdir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanırApellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh müqavilənin 16.08.2014-cü il tarixdən xətm edildiyini bildirsə də, bunu təsdiqləyən sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda işə baxılması zamanı 01.03.2 018-ci il tarixdək tərəflərin yazılı müraciət edərək müqaviləni xətm etmələri faktı aşkar edilməmişdir.Belə olan halda, tərəflərin razılaşmasına uyğun olaraq müqavilə hər ayın 8də, növbəti bir ay üçün uzadılmışdır (15.03.2018-ci ilədək). Çünki, 15.02.2012-ci il tarixli müqavilənin 9.3-cü bəndinə görə, bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və icarənin müddətinin bitməsinə bir həftə qalmış tərəflərdən heç biri müqaviləyə xitam verilməsini yazılı müraciətlə tələb etmirsə, bu müqavilə əvvəl müəyyən olunmuş müddətə uzadılmış sayılır. İddia müddətinin 16.02.2015-ci il tarixdən hesablanmalı olmasına dair cavabdehin mövqeyi və rayon məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. Tərəflərin bağladıqları müqavilə cavabdehin 01.03.2018-ci il tarixli müraciəti əsasında 15.03.2018-ci il tari xdə xətm edilənədək əqdin müddəti hər ay özlüyündən uzanaraq qüvvədə olmuşdur. Başqa sözlə, cavabdehin müqavilə üzrə icarə haqlarını ödəmək öhdəliyinin son tarixi 15.03.2018-ci ildir. Ona görə də, iş üzrə iddia müddətinin axımının başlanığıcı həmin tarixdən hesablanmalıdır. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı iş üzrə iddia müddətinin axımının başlanması 15.03.2018-ci ildən hesablandıqda iddiaçı, tələbini 09.01.2019-cu il tarixdə irəli sürməklə qanunla müəyyən olunmuş üç illik iddia müddətini ötürməmişdir. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, müqavilənin 8.4-cü bəndi fors-major halları ilə bağlıdır. Həmin bəndə əsasən, öhdəliklərin bu hallarda yerinə yetirilməməsi 6 aydan çox davam edərsə hər bir tərəfin digər tərəfə bildirməklə müqa viləni birtərəfli qaydada ləğv etmək onların vəzifəsi yox, hüququ kimi nəzərdə tutulmuşdur. Baxılan işdə isə fors-major halı aşkar edilmədiyi kimi, öhdəliyin hansısa səbəbdən pozulmasına görə bankın 16.02.2015-ci ildən etibarən (16.08.2014-cü ildən 6 ay keçdikdən sonra) üç il ərzində iddia qaldırmaq vəzifəsi də olmamışdır. Çünki, heç kəs öz hüququndan istifadə etməyə məcbur edilə bilməz. Bundan əlavə, müqavilənin xitamı üçün yazılı müraciət olmadığından tərəflər arasında müqavilə münasibəti davam etmiş, lakin cavabdeh icarə haqqını ödəmək öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh, müqavilənin xitamı üçün yazılı müraciət etməməsini və 16.08.2014-cü ildən icarə haqlarını ödəməməsini özünün şəxsi işlərinə başının qarışması ilə izah etmişdir. Həmin hallar cavabdehin (borclunun) risk dairəsinə aid olduğu üçün onların nəticəsinə görə özü məsuliyyət daşımalıdır və bu hallara görə iddiaçını (kreditoru) məsul tutmaq ədalətli deyil. Bank, cavabdehin hərəkətləri nəticəsində mülkiyyətində olan depozit yeşiyini onun iştirakı olmadan açaraq, başqa bir şəxsə icarəyə vermək imkanından da məhrum olmuşdur. Odur ki, depozit yeşiyinə görə ödənilməmiş aylar üzrə 1.960 manat icarə haqqının Cavabdeh “xxxx” ASC-nin xeyrinə tutulması tələbi əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi cərimə tələbi ilə bağlı hesab etmişdir ki, tərəflərin bağladıqları müqavilənin 2.4-cü bəndinə görə, icarə haqqı müqavilənin 2.3-cü bəndində göstərilən müddətdə ödənilmədikdə gecikdirilmiş hər ay üçün müştəri banka aylıq icarə haqqı məbləğində cərimə ödəyir. Bununla belə, gecikdirilmiş 1.960 manat borca görə borca gör ə 1.960 manat cərimə (dəbbə pulu) tənasübsüz sürətdə yüksək məbləğdir. Odur ki, tələb olunan cərimə məbləği azaldılmaqla, cavabdehdən iddiaçının xeyrinə 100 manat cərimə tutulmalı, həmin tələb qalan hissədə rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsi tələbin “depozit yeşiyinin açılması” hissəsi ilə bağlı hesab etmişdir ki,, müqavilənin 5.1-ci və 5.2-ci bəndlərinə görə əmlak müştərinin və bank nümayəndəsinin iştirakı ilə açılır, tərəflərdən birinin iştirakı olmadan əmlakın açılmasına yol verilmir. İddiaçı, 01.03.2018-ci il tarixli bildirişlə, 30 gün ərzində depozit yeşiyindən qiymətli və digər dəyərli əşyaların götürülməsini cavabdehdən tələb etsə də, cavabdeh bunu yerinə yetirməmişdir. Həmçinin, cavabdehin müqavilə öhdəliyini pozması və bankın müqaviləni birtərəfli xətm etməsi tə sdiq olunduğundan 0081 nömrəli depozit yeşiyi açılmalı, orada əşyalar mövcud olduqda bankın saxlancına verilməlidir. Tələbin “müqaviləyə xitam verilməsi” hissəsi əsassızdır. Ona görə ki, tərəflərin bağladıqları müqavilə, iddiaçının 01.03.2018-ci il tarixli bildirişi əsasında 15.03.201 8-ci il tarixdən xətm edilmişdir. Başqa sözlə, artıq mövcud olmayan (9.3-cü bəndə əsasən xətm edilmiş) müavilənin ləğv edilməsi hüquqi baxımdan mümkünsüzdür (bu hal, həmin müqavilə üzrə icra edilməmiş öhdəliyin tələb edilməsinə maneə deyil). Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia qismən təmin edilməklə, «xxxx» ASC ilə Cavabdeh arasında bağlanmış 15.02.2012-ci il tarixli depozit yeşiyinin icarəyə verilməsi haqq ında müqaviləyə əsasən müvəqqəti istifadəyə verilmiş 0081 nömrəli depozit yeşiyi açılmalı, yeşikdə əşyalar olduqda onlar bankın saxlancına verilməli, Cavabdeh bankın xeyrinə 1.960 manat icarə haqqı və 100 manat cərimə tutulmalı, ödənilmiş dövlət rüsumları cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.4-cü maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci və 384.0.3-cü maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bil ər, habelə qətnaməni dəyişdirə bilər. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmadığından və maddi hüquq normaları pozulduğundan qətnaməni ləğv edilərək yuxarıda göstərilən qanuni və əsaslı qətnamə qəbul etmişdir. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsas ız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 15 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar