Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6487/2019 14.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X6 oğlunun katibliyi, İddiaçı X1, vəkili X5 oğlunun və Cavabdeh1 X1 qızının iştirakı ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh1 X1 qızı və Cavabdeh2 ASC-nə qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.02.2019-ciu il tarixli 2(103)-1860/2019 nömrəli qətnaməsindən Cavabdeh1 X1 qızı və vəkili Vəkil Möylut oğlu tərəfindən verilmiş kas sasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdehlər Cavabdeh1 X1 qızı və Cavabdeh2 ASC-nə qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dairiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 X1 qızının 16200 ABŞ dolları məbləğində pulu onun icazəsi və xəbəri olmadan məxaric edib mənimsədiyi üçün pulun ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Rusiya vətəndaşı olmaqla Rusiyada qeydiyyatdadır. Oranın şəxsiyyət vəsiqəsini almış və orada işləyir. Pulu Rusiyada aldığı şəxsiyyət vəsiqəsi ilə Bakıda Cavabdeh2 ASC-nə yerləşdirmək mümkün olmadığına görə Bakı şəhərində qeydiyyatda olan bacısı Cavabdeh1 X1 qızının adına 24 aprel 2006-cı ildə illik 11 % olmaqla 3000 ABŞ dolları məbləğində hesaba pul yerləşdi rmişdir. Bankdan verilən əmanət kitabçası bacısında olmuşdur. 18.12.2012-ci ildə bacısının adına 3 il müddətinə 654 nömrəli bank əmanəti müqaviləsi bağlanmış və həmin hesaba 18408 ABŞ dolları məbləğində əmanət yerləşdirilmişdir. Bacısı bankdan verilən əmanət kitabçasını ona vermişdir. 10 avqust 2016-cı il tarixdə o, bacısı ilə banka gedərək hesabından pul çıxarmaq istəmişdir. Həmin vaxt bankdan hesabında 9376 ABŞ dolları məbləğində pul olduğunu bildirmişlər. O, hesabında çox pul olduğunu bildirdikdə bacısı hesabda olan pulu çıxarmamasını və məsələni aydınlaşdırmağı təklif etmişdir. Bankdan ona Reyhanın 04 iyun 2016-cı ildə hesabdan 10000 ABŞ dolları məbləğində pul çıxartdığını demişlər və 9376 ABŞ dolları məbləğində pulu çıxartmadığı halda bacısının qalan pulu da, çıxara biləcəyini demişlə r. Ona görə də, o hesabda olan 9376 ABŞ dolları məbləğində pulu çıxarmış və bacısı özünün həmin bankda olan hesabından pul çıxardaraq ona 2800 ABŞ dolları vermişdir. O, hesabdan çıxardığı və bacısının verdiyi pulu, cəmi 12176 ABŞ dolları məbləğində pulu öz hesabına qoymuşdur. Sonradan ona məlum olmuşdur ki, bacısı Cavabdeh2 ASC-dən 24 dekabr 2015-ci ildə 18408 ABŞ dolları məbləğində pulun faizi olaraq 6200 ABŞ dolları pulu, 04.07.2016-cı ildə isə 10000 ABŞ dolları məbləğində pulu məxaric edərək mənimsəmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin (hakim Əkrəm Qəhrəmanov) 31.08.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçı X1 xeyrinə 7200 ABŞ dolları məbləğində pulun və 30 (otuz) manat məbləğ ində dövlət rüsumunun Cavabdeh1 X1 qızından tutulması və iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İsmayıl Xəlilov - sədrlik edən və məruzəçi, Xəyalə Cəmilova, İlham Kərimli) 04.02.2019-cu il tarixli 2(103)-1860/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 31.08.2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh1 X1 qızı və vəkili Vəkil Möylut oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23.10.2018-ci il tarixli 2(107)-2320/2018 qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiy a şikayəti onunla əsaslandırılmışdır ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru xxx qarşısında X1 etiraf etmişdir ki, Cavabdeh2 ASC-də 18.12.2012-ci ildə 3 il müddətində 654 nömrəli bank əmanəti müqaviləsi ilə Cavabdeh1 hesabına yerləşdirilmiş 18408 ABŞ dollarından 11000 ABŞ dolları iddiaçının, 7408 ABŞ dolları isə cavabdehindir. X2nin cavabdehin hesabına yerləşdirdiyi 11000 ABŞ dolları və faizi ilə birlikdə cəmi 12176 ABŞ dolları məbləğində pulu 10 avqust 2016-cı ildə hesabdan çıxarıb X2 vermiş, həmin gündə X2 öz adına hesab açaraq 12176 ABŞ dolları ondan alıb öz hesabına yerləşdirmişdir. Cavabdehin X2 heç bir borcu yoxdur. Bankdan 12176 ABŞ dolları cavabdeh öz hesabından çıxarıb X2 tam borcunu ödədikdən 2 il sonra X2 ilə ata evləri üzrə münaqişə olmuş, nəticədə X2 b u haldan sui-istifadə edərək 18408 ABŞ dolların hamısının onun olduğunu sübut etmək üçün məhkəməyə müraciət etmişdir. Prosessual məsələlər: Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPMin 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. İddiaçı və vəkili məhkəmə iclasında kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mü mkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tə rəfindən iş üzrə müəyyən edilmiş faktiki hallardan görünür ki, 18 dekabr 2012-ci il tarixdə açılmış hesabdakı pul vəsaiti əslində X2 məxsus olmuş, Cavabdeh1 X1 qızı həmin hesabdan 04 iyul 2016-cı il tarixdə 10000 ABŞ dolları, 10 avqust 2016-cı il tarixdə isə 9376 ABŞ dolları məbləğində pul çıxarmışdır. Çıxarılmış ümumi məbləğdən 9376 ABŞ dolları və 2800 ABŞ dolları, ümumilikdə 12176 ABŞ dolları məbləğində pulu cavabdeh iddiaçıya qaytarmış və bunu iddiaçı da etiraf etmişdir. Hesabdan çıxarılmış ümumilikdə 19376 ABŞ dolları məbləğində puldan 12176 ABŞ dolları qaytarılmış, cavabdeh 7200 ABŞ dolları məbləğində pulu qaytarmamaqla iddiaçıya zərər vurmuşdur. Cavabdeh hesabdakı 11000 ABŞ dolları məbləğində pulun ona, 7000 ABŞ dollarının isə iddiaçıya məxsus olduğunu bildirir. Həmçinin o, 12176 ABŞ dolları borcun iddiaçıya ödədiyini etiraf edir. Həmin məbləğdən 11000 ABŞ dollarının cavabdeh ona məxsus olduğunu bildirsə də, 12176 ABŞ dollarının hansı əsasla iddiaçıya qaytardığını göstərməmişdir. Eyni zamanda cavabdeh apellyasiya şikayəti verənədək hesabdakı pul vəsaitinin bacısı olan iddiaçıya məxsus olduğunu etiraf edirdi. Məhz ona görə cavabdeh hesabda qalan pulu sonuncu dəfə çıxaranda özünün hesabından çıxardığı pul vəsaitini də əlavə edərək iddiaçıya 12176 ABŞ dolları vermişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, 1-ci instansiya məhkəməsi 7200 ABŞ dolları məbləğində pulun tutulmasına dair yekun nəticəyə gəlməkdə haqlı olmuşdur. Belə ki, cavabdeh bacısına məxsus olan vəsaiti əldə etməklə əsassız varlanmışdır və ona görə həmin məbləği Mülki Məcəllənin 1092.1. mad dəsinə əsasən geri qaytarmalıdır. 1-ci instansiya məhkəməsi həmin normanı tətbiq etməsə də, həmin əsasla qətnamənin formal olaraq ləğv olunmasına zərurət yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanm a həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatlarda onun adına açılmış ABŞ dolları ilə olan əmanət hesabına pulların iddiaçı tərəfindən qoyulduğunu və bank kitabçasının da iddiaçıda olduğunu, onun tərəfindən həmin hesabından heç bir vəsait çıxarılmadığını, 2016-cı ilin iyul ayinda özünə aid olan hesabdan 10.000 ABŞ doları çıxardığını, bacısı ilə 2016-cı ilin avqust ayında banka gedərkən hesabda cəmi 9376 ABŞ dollar vəsait qaldığının şahidi olduğunu həmin pulu da çıxarıb bacısına verdiyini, əlavə olaraq öz manat hesabından pul çıxarıb 2800 ABŞ dolları bacısına verdiyini göstərmişdir. Apellyasiya şikayətində isə cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatlardan fərqli olaraq ABŞ dolları ilə olan hesabdakı pulun 11.000 ABŞ dollarının bacısına, 7408 ABŞ dollarının isə ona aid olduğunu, bacısına heç bir borcunun olmadığını bildirmişdir. İş materiallarında cavabdehin məhkəmə iclas protokoluna hər hansı qeyd verdiyi müəyyən edilməmişdir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predme tini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İşdə olan əmanət hesablarından çıxarışlardan və Cavabdeh2 ASC-nin məktublarından görünür ki, mübahisəli hesabdan 04.07.2016-cı il tarixdə 10.000 ABŞ dolları, 10.08.2016-cı il tarixdə isə 9376 ABŞ dolları vəsait çıxarılmışdır. İddiaçının 04.07.2016-cı il tarixdə Azərbaycan Respublikasında olmadığı məhkəmələr tərəfindən müəyyən edildiyindən və hesab cavabdehin adına olduğundan həmin məbləğin cavabdeh tərəfindən götürüldüyü aşkardır. Cavabdeh kassasiya şikayətində də həmin məbləğin çıxarılmasını inkar etməmiş, sadəcə hesabdakı vəsaitin 7408 ABŞ dollarının ona məxsus olduğunu iddia etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin əvvəlcə ABŞ dolları ilə əmanət hesabına qoyulmuş vəsaitin tamamilə bacısına məxsus olduğunu, sonradan isə həmin vəsaitin bir hissəsinin ona məxsus olduğunu bildirməsi ziddiyyətli olmaqla, cavabdehin qeyri-səmimi olduğunu göstərir. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticəl ər əsaslandırılmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətində göstərilənlər işin müəyyən edilmiş halları ilə sübut olunmadığından məhkəmə kolleg iyası həmin dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 X1 qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.02.2019-cu il tarixli 2(103)-1860/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6487/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6487/2019
14.10.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver