Məhkəmə qərarları › İş №2(102)-6487/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6487/2021

16.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6487/2021 16.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, "xxxx" Şirkətinə və 3-cü şəxs Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının nümayəndəsi X2 və vəkili Vəkil, cavabdeh "xxxx" Şirkətinin rəhbəri X1, 3cü ş əxs Əmanətlərin Sığortalanması Fondunun vəkili Həsənli Murad Vahid oğlunun iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-676/2021 nömrəli iş üzrə 24 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə "xxxx" ASC arasında bağlanmış 15 aprel 2015-ci il tarixli KBQ15-1676 nömrəli kredit müqaviləsindən görünür ki, Mərkəzi Bank tərəfindən "xxxx" ASC-yə illik 3,5% olmaqla 359 gün müddətinə qaytarılması şərtilə 3.000.000 manat kredit verilmişdir. Bu müqaviləyə edilmiş 16 may 2016-cı il tarixli əlavəyə əsasən kredit borc unun ödəniş müddəti 16 may 2017-ci il tarixinədək uzadılmışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə borcalan "xxxx" ASC və ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış 08 iyun 2015-ci il tarixli İBQ15-1676/3 nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 xüsusi mülkiyyət hüququ ilə özünə məxsus ünvan 1 ünvanında yerləşən 398,6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsini 15 aprel 2015-ci il tarixli KBQ15-1676 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. İBQ15-1676/3 nömrəli ipoteka müqaviləsinə edilmiş 18 may 2016-cı il tarixli əlavəyə əsasən bu ipoteka müqaviləsinin 1.3-cü bəndində “...8 aprel 2016-cı il...” sözləri “...16 may 2017-ci il...” sözləri ilə əvəz olunmuşdur. Azərbaycan Respublikasının Mərkəzi Bank ı ilə "xxxx" ASC arasında bağlanmış 23 oktyabr 2014-cü il tarixli KBO14-1626 nömrəli kredit müqaviləsindən görünür ki, Mərkəzi Bank tərəfindən "xxxx" ASC-yə illik 4% olmaqla 1079 gün müddətinə qaytarılması şərtilə 5.000.000 manat kredit verilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə borcalan "xxxx" ASC və ipoteka qoyan Cavabdeh3 arasında bağlanmış 24 oktyabr 2014-cü il tarixli İBO14-1626/1 nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh3 xüsusi mülkiyyət hüququ ilə özünə məxsus ünvan 2i ünvanında yerləşən 18,3169 ha torpaq sahəsini və 1 ha torpaq sahəsini 23 oktyabr 2014-cü il tarixli KBO14-1626 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə Borcalan "xxxx" ASC və ipote ka qoyan "xxxx" şirkəti arasında bağlanmış 21 noyabr 2014-cü il tarixli İBO14-1626/2 nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, "xxxx" şirkəti xüsusi mülkiyyət hüququ ilə özünə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə ünvanında 0,29436 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2632,2 kv.m olan əmlak kompleksi kimi müəssisəni 23 oktyabr 2014-cü il tarixli KBO14-1626 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə "xxxx" ASC arasında bağlanmış 10 dekabr 2014-cü il tarixli KBQ14-1637 nömrəli kredit müqaviləsindən görünür ki, Mərkəzi Bank tərəfindən "xxxx" ASC-yə illik 3,5% olmaqla 359 gün müddətinə qaytarılması şərtilə 2.500.000 manat məbləğində kr edit verilmişdir. Müqavilədə kredit üzrə əsas borcun 04 dekabr 2015-ci il tarixə kimi ödənilməli olduğu göstərilmişdir. KBQ14-1637 nömrəli kredit müqaviləsinə edilmiş 03 dekabr 2015-ci il tarixli əlavəyə uyğun olaraq kredit üzrə illik faiz dərəcəsi 3.5%-dən 3,2%-ə endirilərək verilmiş kredit resursunun ödənilmə vaxtı 01 iyun 2016-cı il tarixinədək uzadılmışdır. KBQ14-1637 nömrəli kredit müqaviləsinə edilmiş 01 iyun 2016-cı il tarixli yeni əlavəyə uyğun olaraq isə kredit borcunun ödəniş müddəti 01 iyun 2017-ci il tarixinədək uzadılmışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə Borcalan "xxxx" ASC və ipoteka qoyan "xxxx" şirkəti arasında bağlanmış 10 dekabr 2014-cü il tarixli İBQ14-1637 nömrəli sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, "xxxx" şirkəti xüsusi mülkiyyət hüquq u ilə özünə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə ünvanında 0,29436 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2632,2 kv.m olan əmlak kompleksi kimi müəssisəni 10 dekabr 2014-cü il tarixli KBQ14-1637 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Həmin müqaviləyə edilmiş 03 dekabr 2015-ci il tarixli əlavəyə uyğun olaraq verilmiş kredit resursunun ödənilmə vaxtı 01 iyun 2016-cı il tarixinədək uzadılmışdır. Həmçinin, həmin müqaviləyə edilmiş 01 iyun 2016-cı il tarixli yeni əlavəyə uyğun olaraq isə kredit borcunun ödəniş müddəti 01 iyun 2017-ci il tarixinədək uzadılmışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə "xxxx" ASC arasında bağlanmış 09 fevral 2015-ci il tarixli KBQ15-1652 nömrəli kredi t müqaviləsindən görünür ki, Mərkəzi Bank tərəfindən "xxxx" ASC-yə illik 3,5% olmaqla 360 gün müddətinə qaytarılması şərtilə 1.000.000 manat məbləğində kredit verilmişdir. Müqavilədə kredit üzrə əsas borcun 04 fevral 2016-cı il tarixə kimi ödənilməli olduğu göstərilmişdir. KBQ15-1652 nömrəli kredit müqaviləsinə edilmiş 04 fevral 2016-cı il tarixli əlavəyə uyğun olaraq kredit üzrə illik faiz dərəcəsi 3.5%-dən 3,2%-ə endirilərək verilmiş kredit resursunun ödənilmə vaxtı 02 avqust 2016-cı il tarixinədək uzadılmışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə borcalan "xxxx" ASC və ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış 06 mart 2015-ci il tarixli İBQ15-1652/3 nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə özünə məxsus ünvan 4 ünvanında, 0,1338 1 ha torpaq sahəsində yerləşən, 1277,6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasını 29 yanvar 2015-ci il tarixli KBQ15-1647 nömrəli və 09 fevral 2015-ci il tarixli KBQ15-1652 nömrəli kredit müqavilələri üzrə öhdəliklərin təminatı kimi Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Həmin müqaviləyə edilmiş 05 fevral 2016-cı il tarixli əlavəyə uyğun olaraq 09 fevral 2015-ci il tarixli KBQ15-1652 nömrəli kredit müqaviləsinin müddəti 02 avqust 2016-cı il tarixinədək uzadılmışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə "xxxx" ASC arasında bağlanmış 26 oktyabr 2015-ci il tarixli KBQ15-1776 nömrəli kredit müqaviləsindən görünür ki, Mərkəzi Bank tərəfindən "xxxx" ASC-ə illik 3% olmaqla 180 gün müddətinə qaytarılması şərtilə 2.000.000 manat məbləğində kredit verilmişdir. Müqavilədə kr edit üzrə əsas borcun 22 aprel 2016-cı il tarixə kimi ödənilməli olduğu göstərilmişdir. Bu müqaviləyə edilmiş 16 may 2016-cı il tarixli əlavəyə uyğun olaraq verilmiş kredit resursunun ödənilmə vaxtı 16 may 2017-ci il tarixinədək uzadılmışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə borcalan "xxxx" ASC və ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış 26 oktyabr 2015-ci il tarixli İBQ15-1776/3 nömrəli sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə özünə məxsus ünvan 4 ünvanında, 0,13381 ha torpaq sahəsində yerləşən, 1277,6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasını 26 oktyabr 2015-ci il tarixli KBQ15-1776 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Həmin müqaviləyə edilmiş 18 may 2016-cı il tarixli əlavəyə uyğun olaraq müqavilənin müddəti 16 may 2017-ci il tarixinədək uzadılmışdır. Azərbaycan Respublikası 1 saylı İnzibati-lqtisadi Məhkəməsinin 29 avqust 2016-cı il tarixli 2-1(81)-3619/2016 saylı qərarının surətindən görünür ki, "xxxx" ASC-nin iflas proseduruna başlanılmışdır. "xxxx" MMC-nin eksperti X3 tərəfindən verilmiş əmlakın qiymətləndirilməsinə dair 15.10.2018-ci il tarixli ekpertiza rəyinə əsasən, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 398,6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 1.180.700 manat, Cavabdeh3 məxsus ünvan 2ində yerləşən 18,3169 ha torpaq sahəsinin və 1 ha torpaq sahəsinin ilkin satış qiyməti 3.216.200 manat, "xxxx" şirkətinə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə ünvanın da 0,29436 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2632,2 kv.m olan əmlak kompleksi kimi müəssisənin ilkin satış qiyməti 15.010.000 manat, Cavabdeh1 məxsus ünvan 5 ünvanında, 0,13381 ha torpaq sahəsində yerləşən, 1277,6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının ilkin satış qiyməti 6.037.700 manat məbləğində qiymətləndirilmişdir. "xxxx" MMC-nin mütəxəssislərinə həvalə edilmiş, həmin qiymətləndirmə təşkilatının 22.10.2019-cu il tarixli rəyində ünvan 3 ünvanında yerləşən 398,6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin bazar qiymətinin 1 196 000 manat, ünvanında yerləşən 18,3169 ha torpaq sahəsinin və 1 ha torpaq sahəsinin bazar qiymətinin 2 984 500 manat, Bakı şəhəri, ünvan 2-də yerləşən ümumi sahəsi 2632,2 kv.m olan əmlak kompleksi kimi müəssisənin bazar qiymətinin 14 786 0 00 manat, ünvan 8 ünvanında, 0,13381 ha torpaq sahəsində yerləşən, 1277,6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının bazar qiymətinin 6 015 000 manat təşkil etdiyi müəyyən olunmuşdur. Halbuki, ipoteka predmetlərinin ilkin satış qiyməti müəyyən edilərkən qiymətləndirici qarşısında ipoteka predmetinin bazar dəyərinin hansı məbləğ təşkil etməsi barədə sual qoyularaq, əmlakın bazar dəyəri ilkin satış dəyəri kimi müəyyən edilmişdir. “X6 Mərkəzi” MMC-nin 05 may 2021-ci il tarixli YDN 028 saylı qiymətləndirmə barədə hesabatından görünür ki, qiymətləndirməyə təqdim edilmiş qiymətləndirmə obyektinin dəyərini müəyyən etmək üçün araşdırma, təhlil və hesablamalar aparılmış, nəticədə qiymətləndirmə obyektinin hazırki dövrə likvid dəyəri aşağıdakı kimi müəyyən edilmişdir: ünvan 1 ünvanında yerləş ən 398,6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi – 1.120.000 AZN; Oğuz rayonunun Muxas kəndində yerləşən 18,3169 ha torpaq sahəsinin və 1 ha torpaq sahəsi – 2.835.000 AZN; Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə ünvanında 0,29436 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2632,2 kv.m olan əmlak kompleksi kimi müəssisə - 14.060.000 AZN; ünvan 4 ünvanında, 0,13381 ha torpaq sahəsində yerləşən, 1277,6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası – 5.720.000 AZN. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və "xxxx" şirkətinə qarşı Əmanətlərin Sığortalanması Fondunun üçüncü şəxs olduğu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv pr osesində olan "xxxx" ASC-nin 23 oktyabr 2014-cü il tarixli KB014-1626 saylı kredit müqaviləsi üzrə 5.000.000 manat əsas, 236.111,12 manat faiz borcu olmaqla, cəmi 5.236.111,12 manat kredit borcunun ödənilməsi üçün Cavabdeh3 xüsusi mülkiyyət hüququ ilə məxsus, ünvan 2i ünvanında yerləşən 18,3169 ha və 1 ha torpaq sahələrinə, 23 oktyabr 2014-cü il tarixli KB014-1626 saylı kredit müqaviləsi üzrə 5.000.000 manat əsas, 236.111,12 manat faiz borcu, 10 dekabr 2014-cü il tarixli KBQ14-1637 nömrəli kredit müqaviləsi üzrə 2.500.000 manat əsas, 12.000 manat faiz borcu olmaqla, ümumilikdə 7.500.000 manat əsas, 248.111,12 manat faiz borcunun, cəmi 7.748.111,12 manat kredit borcunun ödənilməsi üçün "xxxx" şirkətinə tam mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-c i məhəllə ünvanında 0,29436 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2632,2 kv.m olan əmlak kompleksi kimi müəssisəyə, 09 fevral 2015-ci il tarixli KBQ15-1652 nömrəli kredit müqaviləsi üzrə 1.000.000 manat əsas, 13.066,65 faiz borcu, 26 oktyabr 2015-ci il tarixli KBQ15-1776 nömrəli kredit müqaviləsi üzrə 2.000.000 manat əsas, 9.833,34 manat faiz borcu olmaqla, ümumilikdə 3.000.000 manat əsas, 22.899,99 manat faiz borcunun, cəmi 3.022.899,99 manat kredit borcunun ödənilməsi üçün Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 4 ünvanında, 0,13381 ha torpaq sahəsində yerləşən, 1277,6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına, 15 aprel 2015-ci il tarixli KBQ15-1676 nömrəli kredit müqaviləsi üzrə 3.000.000 manat əsas, 17 208,33 manat faiz borcu olmaqla, cəmi 3.017.208,33 manat kredi t borcunun ödənilməsi üçün Cavabdeh2 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanında yerləşən 398,6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə tutmanın yönəldilməsi, həmin daşınmaz əmlakların "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitləri hesabına "xxxx" ASC-nin qeyd olunan kredit müqavilələri üzrə Mərkəzi Bank qarşısında borcunun ödənilməsi və bununla bağlı bütün xərclərin müvafiq təsdiqedici sənədlər əsasında ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə "xxxx" ASC arasında aşağıdakı kredit müqavilələri bağlanmışdır: 23 oktyabr 2014-cü il tarixli KB014-1626 nömrəli kredit müqavilə si 5 000 000 manat məbləğində kreditin illik 4% olmaqla 1079 gün müddətinə qaytarılması şərtilə bağlanmışdır. Müqavilədə kredit üzrə əsas borcun 06 oktyabr 2017-ci il tarixə kimi ödənilməli olduğu göstərilmişdir. Bu kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq 24 oktyabr 2014-cü il tarixli İB014-1626/1 nömrəli və 21 noyabr 2014-cü il tarixli İB014-1626/2 nömrəli ipoteka müqavilələri bağlanmışdır. İB014-1626/1 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh3 xüsusi mülkiyyət hüququ ilə məxsus, ünvan 2i ünvanında yerləşən 18,3169 ha torpaq sahəsi və 1 ha torpaq sahəsi Mərkəzi Bankın xeyrinə yüklü edilmişdir. İB014-1626/2 nömrəli ipoteka müqaviləsinə əsasən "xxxx" şirkətinə tam mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə ünvanında 0,29436 ha t orpaq sahəsində yerləşən ümumi sahəsi 2632,2 kv.m olan əmlak kompleksi kimi müəssisə Mərkəzi Bankın xeyrinə yüklü edilmişdir. 10 dekabr 2014-cü il tarixli KBQ14-1637 nömrəli kredit müqaviləsi 2 500 000 manat məbləğində kreditin illik 3,5% olmaqla 359 gün müddətinə qaytarılması şərtilə bağlanmışdır. Müqavilədə kredit üzrə əsas borcun 04 dekabr 2015-ci il tarixə kimi ödənilməli olduğu göstərilmişdir. KBQ14-1637 nömrəli kredit müqaviləsinə edilmiş 03 dekabr 2015-ci il tarixli əlavəyə uyğun olaraq kredit üzrə illik faiz dərəcəsi 3.5%-dən 3,2%-ə endirilərək verilmiş kredit resursunun ödənilmə vaxtı 01 iyun 2016-cı il tarixinədək uzadılmışdır. KBQ14-1637 nömrəli kredit müqaviləsinə edilmiş 01 iyun 2016-cı il tarixli yeni əlavəyə uyğun olaraq isə kredit borcunun ödəniş müddəti 01 iyun 2017-ci il tarixinədək uzadılmışdır. 15 aprel 2015-ci il tarixli KBQ15-1676 nömrəli kredit müqaviləsi 3 000 000 manat kreditin illik 3,5% olmaqla 359 gün müddətinə qaytarılması şərtilə bağlanmışdır. Müqavilədə kredit üzrə əsas borcun 08 aprel 2016-cı il tarixinədək ödənilməli olduğu göstərilmişdir. Bu müqaviləyə edilmiş 16 may 2016-cı il tarixli əlavəyə əsasən kredit borcunun ödəniş müddəti 16 may 2017-ci il tarixinədək uzadılmışdır. Bu kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq 08 iyun 2015-ci il tarixli İBQ15-1676/3 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. İBQ15-1676/3 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanında yerləşən 398,6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İBQ15-1676/ 3 nömrəli ipoteka müqaviləsinə edilmiş 18 may 2016-cı il tarixli əlavəyə əsasən bu ipoteka müqaviləsinin 1.3-cü bəndində “...8 aprel 2016-cı il...” sözləri “...16 may 2017-ci il...” sözləri ilə əvəz olunmuşdur. 26 oktyabr 2015-ci il tarixli KBQ151776 nömrəli kredit müqaviləsi 2 000 000 manat kreditin illik 3% olmaqla 180 gün müddətinə qaytarılması şərtilə bağlanmışdır. Müqavilədə kredit üzrə əsas borcun 22 aprel 2016-cı il tarixinədək ödənilməli olduğu göstərilmişdir. Bu müqaviləyə edilmiş 16 may 2016-cı il tarixli əlavəyə əsasən kredit borcunun ödəniş müddəti 16 may 2017-ci il tarixinədək uzadılmışdır. Bu kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq 26 oktyabr 2015-ci il tarixli İBQ15-1776/3 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. İBQ15-1776/3 nömrəli ipoteka müqaviləsinə əsasən Cava bdeh1 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 4 ünvanında, 0,13381 ha torpaq sahəsində yerləşən, 1277,6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası Mərkəzi Bankın xeyrinə yüklü edilmişdir. İBQ15-1776/3 nömrəli ipoteka müqaviləsinə edilmiş 18 may 2016-cı il tarixli əlavəyə əsasən bu ipoteka müqaviləsinin 1.3-cü bəndində “...22 aprel 2016-cı il...” sözləri “...16 may 2017-ci il...” sözləri ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 29 avqust 2016-cı il tarixli 2-1(81)-3619/2016 saylı Qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və bank barəsində iflas proseduruna başlanılmışdır. Qeyd edilən kredit müqavilələri üzrə Mərkəzi Bankın kreditor tələbləri "xxxx" ASC-nin ləğvedicisinə 11 oktyabr 2016-cı il tarixli 05-00878-2016 nömrəli məktubla təqdim edilsə də, bankın vəsaitinin olmaması səbəbindən borcun ödənilməsi indiyə kimi mümkün olmamışdır. "xxxx" ASC-nin 23 oktyabr 2014-cü il tarixli KB014-1626 nömrəli kredit müqaviləsi üzrə 5.000.000 manat əsas, 236.111,12 manat faiz borcu, 10 dekabr 2014-cü il tarixli KBQ14-1637 nömrəli kredit müqaviləsi üzrə 2.500.000 manat əsas, 12.000 manat faiz borcu, 09 fevral 2015-ci il tarixli KBQ15-1652 nömrəli kredit müqaviləsi üzrə 1.000.000 manat əsas, 13.066,65 manat faiz borcu, 15 aprel 2015-ci il tarixli KBQ15-1676 nömrəli kredit müqaviləsi üzrə 3.000.000 manat əsas, 17 208,33 manat faiz borcu, 26 oktyabr 2015-ci il tarixli KBQ15-1776 nömrəli kredit müqaviləsi üzrə 2.000.000 manat əsas, 9.833,34 faiz borcu vardır. Göstərilən kredit müqavilələri üzrə faiz borcları “Banklar haqqında” Azərbaycan Respublik ası Qanununun 72-ci maddəsinin tələblərinə uyğun olaraq bankın müflis elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi 29 avqust 2016-cı il tarixinədək hesablanmışdır. Qeyd edilən əsaslara görə, Mərkəzi Bank ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişləri ipoteka qoyan Cavabdeh1 28 oktyabr 2016-cı il tarixli 05-00969-2016 nömrəli, Cavabdeh2 16 noyabr 2016-cı il tarixli 05-01013-2016 nömrəli, Cavabdeh3 24 oktyabr 2016-cı il tarixli, 05-00911-2016 nömrəli və 24 oktyabr 2016-cı il tarixli, 05-00912-2016 nömrəli, "xxxx" şirkətinə isə 19 oktyabr 2016-cı il tarixli, 0500901-2016 nömrəli məktublarla göndərmişdir. Mərkəzi Bank tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlər “İpoteka haqqında” Qanunun 36.3-cü maddəsinə uyğun olaraq qeydə alınması üçün ai diyyəti üzrə göndərilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 noyabr 2016-cı il tarixli **********53 nömrəli, 01 dekabr 2016-cı il tarixli **********30 nömrəli, 07 dekabr 2016-cı il tarixli **********42, 07 dekabr 2016-cı il tarixli **********43 nömrəli və 29 oktyabr 2016-cı il tarixli **********69 məktubları ilə bildirişlərin qeydə alındığı bildirilmişdir. Yuxarıda qeyd edilən ipoteka müqavilələrinin 1.3-cü bəndinə uyğun olaraq, ipoteka qoyulan əmlak istinad edilən müvafiq kredit müqavilələrinə əsasən Mərkəzi Bank tərəfindən "xxxx" ASC-yə verilmiş kreditlərin ipoteka müqavilələrində qeyd olunmuş tarixlərədək qaytarılacağının, habelə kredit müqavilələrinə uyğun olaraq hesablanan və ödənilməli faizlərin və dəbbə pulunun, icranın gecikdirilməsi ilə bağlı zərərin əvəzinin ödəni ləcəyinin təminatıdır. Göstərilənlərə əsasən, qeyd olunan kredit müqavilələrindən irəli gələn öhdəliklərin vaxtında və lazımi qaydada icra edilmədiyi, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, eləcə də müflis elan edilmiş bankın maliyyə öhdəliklərini icra etməsi imkanında olmaması ilə əlaqədar Mərkəzi Bank qarşısındakı kredit borcunun ödənilməsini təmin etmək məqsədilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və "xxxx" şirkətinə xüsusi mülkiyyət hüququ ilə məxsus olan ipoteka predmetlərinə tutma yönəldilməli, həmin əmlaklar açıq hərracdan satılmalı, onların satışından əldə edilən vəsait hesabına iddiaçıya olan kredit borcları, həmçinin tutmanın yönəldilməsi ilə əlaqədar bütün xərclər ödənilməlidir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 14 fevral 2019-c u il tarixli qətnaməsi ilə (sədrlik edən hakim X.Məhərrəmova, iş № 2(004)-121/2019) iddia təmin edilərək, "xxxx" ASC ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı arasında bağlanmış: 23 oktyabr 2014cü il tarixli KB014-1626 saylı kredit müqaviləsi üzrə 5.236.111,12 manat (beş milyon iki yüz otuz altı min yüz on bir manat, on iki qəpik) kredit borcunun ödənilməsi üçün Cavabdeh3 məxsus ünvan 2i ünvanında yerləşən 18,3169 ha və 1 ha torpaq sahələrinə; 23 oktyabr 2014-cü il tarixli KB014-1626 saylı kredit müqaviləsi üzrə 5.236.111,12 manat (beş milyon iki yüz otuz altı min yüz on bir manat, on iki qəpik), 10 dekabr 2014-cü il tarixli KBQ141637 nömrəli kredit müqaviləsi üzrə 2.512.000 manat (iki milyon beş yüz on iki min), cəmi 7.748.111,12 manat (yeddi milyon yeddi yüz qırx səkkiz min yüz on bir manat on iki qəpik) kredit borcunun ödənilməsi üçün "xxxx" şirkətinə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə ünvanında 0,29436 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2632,2 kv.m olan əmlak kompleksi kimi müəssisəyə; 09 fevral 2015-ci il tarixli KBQ15-1652 nömrəli kredit müqaviləsi üzrə 1.013.066,65 manat (bir milyon on üç min altmış altı manat altmış beş qəpik), 26 oktyabr 2015-ci il tarixli KBQ15-1776 nömrəli kredit müqaviləsi üzrə 2.009.833,34 manat (iki milyon doqquz min səkkiz yüz otuz üç manat otuz dörd qəpik), cəmi 3.022.899,99 manat (üç milyon iyirmi iki min səkkiz yüz doxsan doqquz manat doxsan doqquz qəpik) kredit borcunun ödənilməsi üçün Cavabdeh1 məxsus ünvan 4 ünvanında, 0,13381 ha torpaq sahəsində yerləşən, 1277,6 kv.m ümumi sahədən ibarət q eyri-yaşayış binasına; 15 aprel 2015-ci il tarixli KBQ15-1676 nömrəli kredit müqaviləsi üzrə 3.017.208,33 (üç milyon on yeddi min iki yüz səkkiz manat otuz üç qəpik) manat kredit borcunun ödənilməsi üçün Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 398,6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə tutmanın yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaitləri hesabına "xxxx" ASC-nin müvafiq kredit müqavilələri üzrə Mərkəzi Bank qarşısında borcu və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin müvafiq təsdiqedici sənədlər əsasında ödənilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 398,6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 1.180.700 (bir milyon yüz səksən min yeddi yüz) manat, ünvan 2i ünvanı nda yerləşən 18,3169 ha torpaq sahəsinin və 1 ha torpaq sahəsinin ilkin satış qiyməti 3.216.200 (üç milyon iki yüz on altı min iki yüz) manat, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə ünvanında 0,29436 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2632,2 kv.m olan əmlak kompleksi kimi müəssisənin ilkin satış qiyməti 15.010.000 (on beş milyon on min) manat, ünvan 4 ünvanında, 0,13381 ha torpaq sahəsində yerləşən, 1277,6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının ilkin satış qiyməti 6.037.700 (altı milyon otuz yeddi min yeddi yüz) manat məbləğində müəyyən edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və "xxxx" şirkətindən məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri qismində 145 (bir yüz qırx beş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə, qiymətləndirmə ekspertizasının dəyəri qismində 1500 (bir min beş yuz) manat məbləğində pul vəsaiti "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi "xxxx" ASC tərəfindən götürülmüş öhdəliklərin lazımınca yerinə yetirilməməsini, kredit və ipoteka müqavilələrinin şərtlərini nəzərə alaraq hesab edir ki, "xxxx" ASC-nin qeyd edilən kredit müqavilələri üzrə borcunun ödənilməsi üçün tutma müvafiq ipoteka predmeti olan əmlaklara yönəldilməli, həmin əmlakların açıq hərracdan satılması yolu ilə əldə edilmiş vəsait hesabına "xxxx" ASC-nin Mərkəzi Banka olan borcu və ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar xərclər ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kolleg iyasının 27 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev, iş № 2(103)-8827/2019) iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-121/2019 saylı iş üzrə 14 fevral 2019-cu il tarixli qətnaməsi “ünvan 2i ünvanında yerləşən 18,3169 ha torpaq sahəsinin və 1 ha torpaq sahəsinin ilkin satış qiymətinin 3 216 200 (üç milyon iki yüz on altı min iki yüz) manat, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə ünvanında 0,29436 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2632,2 kv.m olan əmlak kompleksi kimi müəssisənin ilkin satış qiymətinin 15 010 000 (on beş milyon on min) manat, ünvan 6 ünvanında, 0,13381 ha to rpaq sahəsində yerləşən, 1277,6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının ilkin satış qiymətinin 6 037 700 (altı milyon otuz yeddi min yeddi yüz) manat məbləğində müəyyən edilməsi” hissəsində dəyişdirilməsi, ünvan 2i ünvanında yerləşən 18,3169 ha torpaq sahəsinin və 1 ha torpaq sahəsinin ilkin satış qiyməti 2 984 500 (iki milyon doqquz yüz səksən dörd) manat, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə ünvanında 0,29436 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2632,2 kv.m olan əmlak kompleksi kimi müəssisənin ilkin satış qiyməti 14 786 000 (on dörd milyon yeddi yüz səksən altı min) manat, ünvan 6 ünvanında, 0,13381 ha torpaq sahəsində yerləşən, 1277,6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının ilkin satış qiyməti 6 015 000 (altı milyon on beş min) manat müəyyən edilməsi, qətnamə mübahisələndirilən digər hissədə, yəni “ünvan 1 ünvanında yerləşən 398,6 kv.m ümumi sahədən ibarət qeyriyaşayış sahəsinin bazar qiymətinin 1 180 700 manat müəyyən olunması” hissəsində dəyişdirilmədən saxlanılması, ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyənləşdirilməsi məqsədilə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 750 (yeddi yüz əlli) manat "xxxx" ASC-dən alınaraq "xxxx" MMC-nin hesabına (VÖEN:**********, hesab№: AZ53CDBB********************, “X7” ASC), dövlət rüsumlarının əvəzi qismində 45 (qırx beş) manat alınaraq Dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, apellyasiya baxışı zamanı apellyatorun nümayəndəsinin təqdim etdiyi alternativ qiymətləndirmə rəyinə görə isə, "xxxx" şirkətinə məx sus Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə ünvanında 0,29436 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2632,2 kv.m olan əmlak kompleksi kimi müəssisənin bazar qiyməti 7 056 000 manat, likvid dəyəri 5 632 800 manat təşkil edir. İpoteka predmetlərinin birinci instansiya məhkəməsi tərəfindən müəyyənləşdirilən ilkin satış qiymətləri mübahisələndirildiyindən, apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla apellyasiya baxışı zamanı təkrar qiymətləndirmə ekspertizası təyin olunmuş, ekspertizanın aparılması "xxxx" MMC-nin mütəxəssislərinə həvalə edilmişdir. Həmin qiymətləndirmə təşkilatının 22.10.2019-cu il tarixli rəyində ünvan 1 ünvanında yerləşən 398,6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin bazar qiymətinin 1 196 000 manat, ünvan 2ində yerləşən 18,3169 h a torpaq sahəsinin və 1 ha torpaq sahəsinin bazar qiymətinin 2 984 500 manat, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə ünvanında 0,29436 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2632,2 kv.m olan əmlak kompleksi kimi müəssisənin bazar qiymətinin 14 786 000 manat, ünvan 4 ünvanında, 0,13381 ha torpaq sahəsində yerləşən, 1277,6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının bazar qiymətinin 6 015 000 manat təşkil etdiyi müəyyən olunmuşdur. Kassasiya instansiyası məhkəməsində birinci icraat Ali Məhkəmənin Mülki Kollegiyasının 25 avqust 2020-ci il tarixli qərarı ilə (hakimlər M.Əhmədova (sədrlik edən və məruzəçi), Ə.Əliyev və İ.Xələfov, iş № 2(102)-2940/2020) iddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.11.2019-cu il tarixli, 2(103)-8827/2019 nömrəli qətnaməsi ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş yeni apelyasiya baxışına qaytarılmışdır, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsi üzrə gəldiyi nəticəni əsaslı hesab etmir. Belə ki, kassasiya yoxlaması zamanı müəyyən edilmişdir ki, ipoteka predmetlərinin ilkin satış qiyməti müəyyən edilərkən qiymətləndirici qarşısında ipoteka predmetinin bazar dəyərinin hansı məbləğ təşkil etməsi barədə sual qoyularaq, əmlakın bazar dəyəri ilkin satış dəyəri kimi müə yyən edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnamədə ipoteka predmetlərinin ilkin satış qiymətini bazar dəyəri ilə müəyyən etməsinin səbəblərini əsaslandırmamışdır. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədov və V.İbayev, iş № 2(103)-676/2021) iddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankının apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)121/2019 saylı iş üzrə qəbul etdiyi 14 fevral 2019-cu il tarixli qətnaməsi ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, ünvan 1 ünvanında yerləşən 398,6 kv.m ümumi sahədən ibarət q eyri-yaşayış sahəsi – 1.120.000 AZN; Oğuz rayonunun Muxas kəndində yerləşən 18,3169 ha torpaq sahəsinin və 1 ha torpaq sahəsi – 2.835.000 AZN; Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə ünvanında 0,29436 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2632,2 kv.m olan əmlak kompleksi kimi müəssisə - 14.060.000 AZN; ünvan 4 ünvanında, 0,13381 ha torpaq sahəsində yerləşən, 1277,6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası – 5.720.000 AZN məbləğində qiymətləndirilməsi, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, “X6 Mərkəzi” MMC-nin tərəfindən aparılmış ekspert tədqiqatının dəyərini təşkil edən 1500 manat iddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankından və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və "xxxx" şirkətindən həmin MMC-n in xeyrinə tutulması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaq olmaz. İşin hallarını, eləcə də, ekspertiza rəyini nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissəsində dəyişdirilərək, ünvan 1 ünvanında yerləşən 398,6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi – 1.120.000 AZN; Oğuz rayonunun Muxas kəndində yerləşən 18,3169 ha torpaq sahəsinin və 1 ha torpaq sahəsi – 2.835.000 AZN; Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə ünvanında 0,29436 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2632,2 kv.m olan əmlak kompleksi kimi müəssisə 14.060.000 AZN; ünvan 4 ünvanı nda, 0,13381 ha torpaq sahəsində yerləşən, 1277,6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası – 5.720.000 AZN məbləğində qiymətləndirilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-676/2021 nömrəli iş üzrə 24 iyun 2021-ci il tarixli qətnaməsinin qismən – cavabdeh "xxxx" Şirkətinə məxsus əmlak kompleksinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində ləğv olunaraq qeyd olunan hissədə işin yenidən baxılması üçün apelyasiya ins tansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh "xxxx" Şirkəti kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2021-ci il tarixli 2(103)-676/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 və vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verə rək şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən 3-şəxs Əmanətlərin Sığortalanması Fondunun vəkili Həsənli Murad Vahid oğlu kassasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası cavabdeh "xxxx" Şirkətinin rəhbəri X1 izahatını dinləməmişdir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tə rəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı kassasiya şikayəti vermiş, qətnaməni qismən - cavabdeh "xxxx" Şirkətinə m əxsus əmlak kompleksinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində mübahisələndirmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun qismən yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razıla şması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının məhkəmə qərarlarının vahidliyi təcrübəsini təmin edən 01 nömrəli, 20.07.2020-ci il tarixli qərardadına əsasən mübahisəli məsələyə qiymət vermək üçün ilk növbədə “İpoteka haqqında” Qanunun müvafiq müddəaları təhlil edilməlidir. Belə ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir. ipoteka predmetinin likvid qiymətlə satılması borc alanın və ipoteka qoyanın da qanuni maraqlarına zidd deyil. Belə ki, ipoteka predmetinin realizasiyasının likvid qiymət əsasında daha tez həyata keçirilməsi borcun vaxtında ödənilməməsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş əlavə ödənişlərin tutulmasının qarşısını da almaqla borcluları əlavə zərərdən qorumuş olacaqdır. Digər tərəfdən, likvid qiymət real bazar dəyərindən nisbətən aşağı olsa da, əhəmiyyətli qiymət fərqi olmadan dəyər itkisi yaratmayan həddə olduğundan və yalnız məcburi qaydada satışa tətbiq edildiyindən ipoteka qoyanın maraqlarına da zidd kimi qiymətləndirilməməlidir. Belə ki, Qanun ədalətli yanaşma müəyyən edərək, ipotekaqoyana ipoteka predmetini hərrac yekunlaşana qədər borcu ödəməklə ipotekadan azad etmək, habelə ipotekasaxlayanla qarşılıqlı razılıq əsasında ipoteka predmetini könüllü olaraq satmaq imkanı vermişdir. Bundan əlavə, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında müəyyən edilməsi imkanı nəzərdə tutulmuşdur. Həmçinin, qeyd edilməlidir ki, ipoteka p redmeti olan əmlakın likvid qiymətlə açıq hərraca çıxarılması ipoteka predmetinin ilkin hərracda daha tez realizə edilərək, hərrac qaydalarına əsasən növbəti hərracdan mülkiyyətiçinin mənafeyinə zidd şəkildə ucuz qiymətə satılmasının qarşısını almaqla, iş üzrə qəbul edilmiş məhkəmə aktlarının da vaxtında icra olunmasına yardım etmiş olacaqdır. kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə işlərə baxılarkən “İpoteka haqqında” Qanunun tələblərinə riayət etmək üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməlidir. Belə ki, ilk növbədə ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiyməti nin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bununla bağlı razılıq olmadıqda isə, Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olub-olmaması aydınlaşdırmalıdır. Məhkəməyə təqdim olunan razılaşma Mülki Prosessual Məcəllənin 106.3 və 191.1-ci maddələrinin tələbləri baxımından yazılı şəkildə tərtib edilməli, ya məhkəmə iclas protokoluna imza edilməklə təsdiq olunmalı, ya da tərəflərin razılığı bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Bu halda məhkəmə tərəflərin razılaşması ilə müəyyən edilmiş qiymətlə, onun əmlakın likvid və ya real bazar qiymətini təşkil edib-etməməsindən asılı olmayaraq bağlıdır. Buna baxmayaraq, məhkəmə Mülki Prosessual Məcəllənin 52.5 və 106.4-cü maddələrində sadalanan halların mövcudluğunu aşkar etdikdə həmin razılaşmanı nəzərə almaya bilər. Belə razılaşmanın əldə edilmədiyi, yaxud məhkəmə tərəfindən nəzərə alınmadığı hallarda isə ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi (mütəxəssis rəyi) əsasında müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, mütəxəssis rəyinin mübahisə tərəflərinin təqdim etməsindən, yaxud məhkəmə qərardadı ilə təyin edilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı qərardadla alınmasından asılı olmayaraq, rəydə ipoteka predmetinin yalnız likvid qiyməti deyil, həmçinin likvid qiymətin ağlabatanlığının dəyərləndirməsi baxımından əhəmiyy ətli olan real bazar qiyməti də əks olunmalıdır. Bu yanaşma “İpoteka haqqında” Qanunun 54-cü maddəsinin torpaq sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı tələbindən də irəli gəlir. Nəticədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının qeyd edilən qərardadı ilə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməli olması qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi dü zgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7.-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pr osessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalar ının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiy ası Qərara aldı: İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-676/2021 nömrəli iş üzrə 24 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar