Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6488/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun silinməsi 25.11.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-327/2021 nömrəli iş üzrə 06 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh X tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 25 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qə bul etdi. İşin halları 1. 15.08.2014-cü il tarixli aktdan görünür ki, İddiaçı yaşadığı ünvan 1 ünvanda quraşdırılmış sayğaca baxış keçirilmiş, sayğacın istifadə müddəti bitdiyi aşkar olunaraq yeni sayğacla əvəz olunmuşdur. 2. 26.04.2017-ci il tarixli aktdan görünür ki, İddiaçı yaşadığı ünvan 1 ünvanda quraşdırılmış sayğaca baxış keçirilərkən təbii qazdan qeyri –qanuni istifadə etdiyi aşkar edilmişdir.
3. İşdə olan abonentin saldosundan görünür ki, abonent kodu **********20000 olan İddiaçı smart X tipli, X diafraqmalı qaz sayğacından istifadəyə görə 2569.80 manat borcu vardır.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 mart 2021-ci il tarixdə məhkəməyə daxil olmuş xxx saylı Ekspertiza Rəyindən görünür ki, qərardadın birinci, ikinci və üçüncü sualları üzr ə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən Cavabdehnə məxsus 76 mm-lik qaz xəttinin üzərində qaz sayğacının qoşulduğu hissədə 3 sm uzunluğunda sonluğu bağlanmış halda olan 20 mmlik polad qaz borusu vardır. Baxış zamanı Cavabdehnə məxsus 76 mm-lik qaz xəttinin üzərində sayğacdan kənar qoşulma müəyyən edilmədi. Mülki iş materiallarında 3 sm uzunluğunda sonluğu bağlanmış halda olan 20 mm-lik polad qaz borusuna qoşulma olduğu halda həmin qaz xəttinin təbii qazla təmin etdiyi qaz işlədicilərin iş rejimi (işləmə müddətləri) barədə məlumatların olmadığına həmçinin bu barədə vəsatət təmin edilmədiyinə görə,İstehsalat Birliyinə vurulmuş ziyanın müəyyən edilməsinə dair sual üzrə tədqiqat aparmaq mümkün deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdehnə qarşı təbii qazdan istifadəyə görə əsassız borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 2569.80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən, 2009-cu ildə yaşadığı ünvan 1 ünvana, küçədə smart tipli, G4 markalı, 1202AQ**********3 № li sayğac quraşdırılmışdır. 15.08.2014-cü il tarixdə smart tipli, G4 markalı, 1202AQ**********3 № li sayğac yeni smart tipli, G4 markalı, **********6884 № li sayğac ilə əvəzedilmiş və bu barədə ******* № li AKT tərtib edilmişdir. Qaz sayğaclarının işlək vəziyyətdə olması, sayğacların elektron hissəsinin, kart oxuyucul arınm, batareya səviyyəsinin, sayğaclarda olan proqram təminatının düzgün işləməsini yoxlamaq məqsədi ilə 01 fevral 2018-ci il tarixdən başlayaraq Cavabdeh tərəfindən əhali üçün quraşdırılmış həmin sayğaclara profilaktik baxış keçirilməsi nəzərdə tutulduğundan 28.08.2018-ci il tarixdə küçədə quraşdırılmış, istismar müddəti bitmiş köhnə qaz sayğacına Cavabdeh Xnin nümayəndələri tərəfindən baxış keçirilmiş, ona məxsus evdən qaz sayğacının çıxarıldığı və yoxlanıldığı zaman ona heç bir rəsmi məlumat verilməmişdir. Buna baxmayaraq Cavabdeh Xnin əməkdaşları onun iştirakı olmadan köhnə qaz sayğacında heç bir qüsur aşkarlamamışlar. 06 sentyabr 2019- cu il tarixdə onunla Cavabdeh arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» xxxx № li müqavilə bağ lanmışdır. Elə həmin gün məlum olmuşdur ki, Cavabdeh 26.01.2017-ci il tarixli, ******* № li, 26.04.2017-ci il tarixli, ******* № li və 31.01.2018-ci il tarixli, ******* № li aktlarına əsasən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadəsinə görə ümumilikdə 12849 kub metr həcmində birliyə ziyan dəymişdir. Cavabdeh təqdim etdiyi foto-şəkillər həqiqəti əks etdirmir. Cavabdeh qaz xəttinə və ya sayğaca onun tərəfindən müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Onun imzası olmayan tərtib edilmiş akt isə qaz xəttinə və ya sayğaca müdaxilənin onun tərəfindən edildiyini təsdiq etmir. Ona göstərilən foto-şəkillər isə onun yaşadığı ünvana aid deyildir. Əgər təbii qazdan sayğacdan kənar hər-hansı bir vasitə ilə qeyri-qanuni istifadə edilmişdirsə, küçədəki qaz kəmərinə birləşmə o lmalıdır. Həmin birləşmə qaynaq vasitəsi ilə yarandığından hər bir halda əsas qaz kəmərində qaynaq izləri qalır. Tərəfindən sayğaca heç bir müdaxilə edilməmiş və heç bir əlavə xətt qoşulmamışdır. Əraziyə nəzarət edən Cavabdeh Xnin əməkdaşları tərəfindən, təlimata əsasən qaz sayğaclarına və küçədəki qaz kəmərlərinə hər ay baxış keçirilir. Sayğacın elektron tablodakı göstəriciləri Cavabdeh Xnin bazasına ötürülür. Dəfələrlə keçirilmiş baxış zamanı nəzarətçilərin gözündən yayınmış "müdaxilə" inandırıcı deyildir. Ən azından sayğaca müdaxilə olunması üçün 10373320 № li plomb qırılmalı idi. Halbuki, plombun qırılması ilə bağlı, tərtib edilmiş AKTda heç bir məlumat qeyd edilməyib və küçədəki qaz kəmərindən onun yaşadığı evə birləşmə xətti barədə heç bir sübut təqdim edilməmişdir. Bundan əlavə, Cav abdeh Xnin iddia etdiyi həcmdə qazdan artıq istifadə etməyi barədə heç bir mütəxəssis araşdırılması aparılmadan şişirdilmiş rəqəm yazılmışdır. AKT əsasında hesab koduna əsassız olaraq borc yazılmışdır. Halbuki, tərəfindən təbii qazdan qanunsuz istifadə hallarına yol verilməmişdir. Beləliklə, 17.09.2019-cu il tarixdə "Abonentin Saldosu"nu aldıqda məlum olmuşdur ki, təbii qazın itirilməsinə görə, əsassız olaraq hesab koduna 2569.80 manat cərimə yazılmışdır.
7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Ə.Səmədov) 28 dekabr 2019cu il tarixli, 2(008)- 6745/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə İddiaçı adına (abonent kodu: **********20000) əsassız hesablanmış 2569.80 manat məbləğində borcun silinməsi qət olunmuşdur.
8. Birinci insta nsiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən tərtib edilmiş.04.2017-ci il tarixli 01220454 saylı aktda sayğacın zədələnməsi faktı öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair işdə heç bir sübut yoxdur. Lakin bu fakt istehlakçının günahı kimi qiymətləndirilib onun məsuliyyətinə səbəb ola bilməz. Başqa sözlə, nasazlığın məhz istehlakçının müdaxiləsinin nəticəsi olması sübut olunmalıdır.
9. Belə ki, istehlakçı qaz sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Lakin cavabdeh sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini və bu səbəbdən cavabdehə zərər vurulduğunu əsas gətirsə də məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir.
10. Məhkəmə öz mövqeyini “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü, Mülki Prossesual Məcəllənin 77.1, 216-220-ci maddələrinə, “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı Qərarının 3.1.5, 4.2-ci bəndlərinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-327/2021 nömrəli iş üzrə 06 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Məmmədova (sədrlik edən və məruzəçi), E.Mehdiyev və X.Sarıyev) apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli, 2(008)- 6745/2019 n ömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçı tərəfindən kənar müdaxilə edildiyini və bu səbəbdən cavabdehə zərər vurulduğunu əsas gətirsə də məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəmə si işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
18. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bü tün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
19. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
20. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiy a məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
21. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq 22. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununu
23. Energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. (maddə 13 (1))
24. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. (maddə 13(9)) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”
25. Qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiri ş göndərməlidir. (3.1.5-ci bənd)
26. Qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. (4.2-ci bənd) Mülki Prossesual Məcəllə
27. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
28. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
29. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
30. Kassasiya şikayətində işin hallar ının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
31. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
32. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
35. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnamə si dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-327/2021 nömrəli iş üzrə 06 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.